keçmiş, qəbul edilmiş qərarların icrasına nəzarətin təşkili
yaxşılaşdırılmış və hər bir kommunistdə tələbkarlıq və
tapşırılan iş üçün məsuliyyət hissi tərbiyə olunmuşdur.
Rayon partiya komitəsi ilk partiya təşkilatlarının fəaliy -
yətini istiqamətləndirmək və onların diqqətini daha mühüm
vəzifələrin həll edilməsinə yönəltmək məqsədilə müntəzəm
olaraq əməli köməklik göstərmişdir. Rayon partiya
təşkilatının V konfransından sonra "Sov. İKP XXV qurulta -
yının tələbləri ilə əlaqədar ilk partiya təşkilatlarının siyasi
mübarizliyini daha da artırmaq haqqında" və Sov. İKP XXV
qurultayından sonra "Sov. İKP XXV qurultayının tələbləri
ilə əlaqədar ilk partiya təşkilatlarında partiya təşkilatçılıq və
partiya-siyasi işin daha da təkmilləşdirilməsi haqqında" xü-
susi tədbirlər planları hazırlanaraq mətbəədə çap olunmuş və
ilk partiya təşkilatlarına göndərilmişdir.
Bundan əlavə partiya təşkilat katiblərinin müntəzəm
olaraq ayda bir dəfə seminar-müşavirələri keçirilmiş və bu-
rada partiya təşkilatçılıq və partiya – siyasi işə aid təcrübə
mübadiləsi aparılmış, qabaqcıl partiya təşkilatlarının işə
təcrübəsi və ayrı-ayrı partiya təşkilatlarının fəaliyyətində yol
verilən nöqsanlar ümumiləşdirilib müzakirə olunmuşdur.
Bütün bu tədbirlər ilk partiya təşkilatlarının mübarizliyinin
artmasına, onların rəhbəredici və səfərbəredici rolunun
yüksəlməsinə imkan vermişdir.
Rayon patiya komitəsinin səyi ilə plenumlar və bürolar
Nizamnamə tələbinə uyğun olaraq vaxtlı-vaxtında, işgüzarlıq
şəraitində təsərrüfat və mədəni quruculuq vəzifələrinin
nəticələrini tənqidi surətdə təhlil etmək əlaməti altında
Zəkanın gücü
207
keçmişdir. Plenumlarda və bürolarda Sov. İKP XXIV və
XXV qurultaylarının, Azərbaycan KP XXVIII və XXIX
qurultaylarının, MK plenumlarının qərarlarından irəli gələn
vəzifələrlə əlaqədar daha aktual məsələlər müzakirə edilmiş,
partiya, sovet və təsərrüfat rəhbərlərinin, ayrı-ayrı kommu -
nistlərin hesabatları dinlənilmişdir.
İşdə olan nöqsanların operativ qaydada aradan qaldırıl -
masına əməli köməklik məqsədilə rayon partiya komitəsi
səyyar büroların və zona müşavirlərinin keçirilməsi təcrü -
bəsində geniş istifadə etmişdir. Təkcə 1976-cı ilin altı ayı
ərzində Küdrü və Qobustan qışlaqlarında, Mədrəsə və
Mərəzə qəsəbələrində, Çuxuryurd, Göylər, Nərimankənd,
Leninabad, Xilmilli kəndlərində və Lenin adına sovxozda,
ümumiyyətlə 8 səyyar büro, 12 zona müşavirəsi keçiril -
mişdir.
Rayon partiya komitəsi yerli Sovetlərə, həmkarlar ittifaqı
və komsomol təşkilatlarına, digər ictimai təşkilatlara partiya
rəhbərliyinin səviyyəsini yüksəltmək sahəsində də müəyyən
işlər görmüşdür. Həmin təşkilatların rayonda rolu və nüfuzu
xeyli artırılmışdır. Onlarla işgüzar və bacarıqlı kommunist
yerli sovetlərə, həmkarlar ittifaqı və komsomol təşkilatlarına
işə göndərilmişdir. Rayon partiya komitəsinin plenumla-rında
və bürolarında həmin təşkilatların işinə dair müntəzəm
məsələ müzakirə edilmiş, rəhbər sovet, həmkarlar ittifaqı və
komsomol işçilərinin hesabatları dinlənilmişdir.
Rayon partiya komitəsi ideoloji işin səmərəsinin artırıl -
ması, zəhmətkeşlər arasında aparılan ideya-siyasi tərbiyə
işlərini yaxşılaşdırmaq sahəsinə də daim ciddi diqqət yetir -
Sahib Sailov
208
mişdir. Zəhmətkeşlərin kommunist dünyagörüşünü formalaş -
dırmaq, onları marksizim-leninizm ideyaları ruhunda tərbiyə
etmək işinə xüsusi əhəmiyyət vermişdir. Təbliğatçılara,
təşviqatçılara əməli kömək məqsədilə rayon partiya komitəsi
Bakı Ali partiya məktəbi, respublika "Bilik" cəmiyyəti,
respublika elmlər Akademiyasının institutları ilə birlikdə
Elmi-nəzəri konfranslar və nəzəri təcrübi seminarlar
keçirmişdir. Azərbaycan KP MK-nın tövsiyəsi ilə Şamaxı
RPK-si Bakı Ali partiya məktəbinin təcrübə bazası hesab
olunurdu.
Zəhmətkeşlərin beynəlmiləl və vətənpərvərlik tərbiyəsi
ideoloji işin mühüm sahəsi kimi daim diqqət mərkəzində
saxlanılır. İnqilab və müharibə veteranları ilə görüşlər,
gənclərin sovet ordusu sıralarına təntənəli surətdə
göndərilməsi, Böyük Vətən müharibəsində həlak olanların
xatirəsinə son illər ucaldılan 23 abidənin önündə keçirilən
müxtəlif tədbirlər, gənclərin beynəlmiləl gecələrinin və
məktəblərdə rus dili günlərinin təşkili, ənənəvi keçirilən
"Məhsul" bayramları zəhmətkeşlərin, xüsusilə gənclərin
ideya-siyasi tərbiyəsinə mühüm təsir göstərmişdir.
Rayon partiya komitəsi ideoloji kadrlarla iş zamanı "Be-
lorusiya partiya təşkilatında ideoloji kadrların seçilməsi və
tərbiyə edilməsi işi haqqında" Sov. İKP MK-nın qərarını
daim rəhbər tutmuşdur.
Partiyanın Lenin aqrar siyasətinə uyğun olaraq təsərrüfata
partiya rəhbərliyinin yaxşılaşdırılması sahəsində rayonda
xüsusilə çox iş görülmüşdür. Partiya təşkilatlarının diqqəti
kənd təsərrüfatı istehsalının səmərəsinin artırılmasına,
Zəkanın gücü
209
əkinçilik və heyvandarlıq mədəniyyətinin yüksəldilməsinə
və kənd təsərrüfatının sənaye əsasında inkişaf etdirilməsinə
yönəldilmişdir. Kommunistlərin kənd təsərrüfatı istehsalının
müxtəlif sahələrində mütənasib yerləşdirilməsi və onların
şəxsi nümunə göstərmələri qabaqcıl təcrübənin və elmi
nailiyyətlərin geniş tətbiq edilməsi təşkil olunmuşdur.
Partiya təşkilatlarının apardığı təşkilatçılıq və siyasi
kütləvi işin nəticəsində rayonun kəndlərində doqquzuncu və
onuncu beşillik planlarını vaxtından əvvəl yerinə yetirmək
uğrunda vətənpərvərlik təşəbbüsləri irəli sürülmüş və geniş
yayılmışdır.
Bu təşəbbüslərdən bir çoxu Azərbaycan KP MK bürosu
tərəfindən bəyənilmiş və onların respublikada yayılması
tövsiyə olunmuşdur. Rayon zəhmətkeşlərinin vətənpərvərlik
təşəbbüsləri "Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin
yüksəldilməsi uğrunda sosializm yarışını genişləndirmək
sahəsində Ağcabədi, Lənkəran və Şamaxı rayonları kənd
təsərrüfatı əməkçilərinin təşəbbüsü haqqında" 13 iyun 1974-
cü il tarixli qərarı, "Doqquzuncu beşilliyin yekun ili olan
1975-ci ilin bol üzüm məhsulu üçün möhkəm bünövrə qoy-
maq uğrunda sosializm yarışını genişləndirmək haqqında
Şamaxı rayonu üzümçülərinin təşəbbüsü barədə" 8 oktyabr
1976-cı il tarixli qərarında və "Şamaxı rayonu mexaniza -
torların respublikanın bütün kənd mexanizatorlarına
müra ciəti haqqında" 18 noyabr 1975-ci il tarixli
qərarında təqdir olunmuşdur.
Rayon zəhmətkeşlərinə Azərbaycan KP MK-si tərəfindən
qəbul olunan qərarlar Sovet və təsərrüfat təşkilatlarında və
Sahib Sailov
210
Dostları ilə paylaş: |