rayonun bütün zəhmətkeşlərinə atalıq qayğısının və əməli
köməyinin təzahürü kimi qiymətləndirmişdir. Həmin qərarlar
kənd əməkçilərinin yaradıcılıq və siyasi fəallığına; əmək
coşğunluğuna səbəb olmuş, doqquzuncu beşilliyin vəzifələ -
rinin müvəffəqiyyətlə yerinə yetirilməsində mühüm rol
oynamışdır.
Doqquzuncu beşillikdə dövlətə 36.570 ton əvəzinə 49.847
ton taxıl, 296 min ton əvəzinə 351 min ton üzüm, 13.720
ton əvəzinə 15.118 ton ət, 26.730 ton əvəzinə 31.443 ton
süd, 2015 ton əvəzinə 2121 ton yun, 29 milyon 480 min
ədəd əvəzinə 33 milyon 155 min ədəd yumurta satılmışdır.
Səkkizinci beşillikdəkinə nisbətən doqquzuncu beşillikdə
kənd təsərrüfatı məhsulları istehsalı 10-91 faiz artmışdır.
Rayonun kənd zəhmətkeşlərinin əmək nailiyyətləri partiya
və hökumətimiz tərəfindən yüksək qiymətləndirilmiş,
Şamaxı rayonu 1975-ci ilin və bütünlükdə doqquzuncu
beşilliyin yekunlarına görə ümumiittifaq sosializm yarışının
qalibi hesab edilmiş və rayona Sov. İKP MK, SSRİ Nazirlər
Soveti, ÜİHİMŞ və ÜİLKGİ MK-nın keçici Qırmızı bayrağı
verilmişdir.
Rayon partiya komitəsi bütün qüvvələri əldə edilmiş
müvəffəqiyyətlərin möhkəmləndirilməsinə, Sov. İKP XXV
qurultayının qərarları ilə əlaqədar vəzifələrin həyata keçiril -
məsinə, onuncu beşilliyin plan və sosialist öhdəliklərinin
müvəffəqiyyətlə yerinə yetirilməsinə səfərbər etmək sahə -
sində ciddi təşkilatçılıq işi aparmışdır. Rayonun kolxoz və
sovxozlarında onuncu beşilliyi vaxtından əvvəl yerinə
yetirmək uğrunda, Böyük Oktyabrın 60-illiyini ləyaqətlə
Zəkanın gücü
211
qarşılamaq uğrunda yarış geniş vüsət almışdır. Rayonda 12
sovxoz və 8 kolxoz, 168 istehsalat kollektivi beşilliyi üç ildə,
20 nəfər qabaqcıl beşillikdə iki beşillik plan uğrunda
təşəbbüsə qoşulmuşdur. Onlarla əmək kollektivi və beş
mindən çox istehsalat qabaqcıl beşilliyin üç ilinin planlarını
7 noyabr 1977-ci il tarixə kimi yerinə yetirməyi vəd etmişlər.
Kənd əməkçilərinin bu vətənpərvərlik hərəkatları rayonun
yeni təşəbbüslə çıxış etməsinə imkan vermişdir. Rayonun
kənd əməkçiləri onuncu beşillikdə kənd təsərrüfatı məhsulları
tədarükünə dair altı ilin orta illik planının yerinə yetirmək
təşəbbüsü ilə çıxış etmişlər. Rayon əməkçilərinin bu
təşəbbüsləri Azərbaycan KP MK-nın "Onuncu beşillikdə
dövlətə kənd təsərrüfatı planını vaxtından əvvəl yerinə
yetirmək sahəsində Şamaxı, Şamxor, Lənkəran və Masallı
rayon kənd əməkçilərinin təşəbbüsü haqqında" 1 iyul 1976-
cı il tarixli qərarında və "Sabirabad taxılçılarının, Lənkəran
və Xaçmaz tərəvəzçilərinin, İsmayıllı və Şamaxı üzümçü -
lərinin, Kəlbəcər tütünçülərinin artırılmış sosialist
öhdəlikləri haqqında" 19 aprel 1977-ci il tarixli qərarında
bəyənilmiş və təqdir olunmuşdur.
Rayon partiya komitəsi və ilk partiya təşkilatları qaldırıl -
mış təşəbbüslərin əməli surətdə həyata keçirilməsi üçün çox
iş görmüşlər. Bunun nəticəsində 1976-cı ildə 60,4 min ton
taxıl, 146 min tona yaxın üzüm, 2590 ton ət, 8130 ton süd,
322 ton yun, 7 milyon 446 min ədəd yumurta istehsal
edilmiş, bütün növləri üzrə istehsal və satış planları
artıqlaması ilə yerinə yetirilmişdir.
Kənd təsərrüfatını intensiv inkişaf etdirmək sahəsində
Sahib Sailov
212
rayon partiya komitəsinin həyata keçirdiyi tədbirlərin
nəticəsidir ki, 1973-cü ilə nisbətən 1976-cı ildə ət istehsalı
100 ton, süd 830 ton, yumurta 1 milyon 85 min ədəd, taxıl
11 min ton, üzüm 65 min 679 ton, hər inəkdən süd sağımı
170 kq artmışdır. Həmin dövrdə rayonun ümumi gəliri
92,8milyon manatdan artaraq 184,4 milyon manata, pul gəliri
59 milyon manatdan 109 milyon manata, xalis gəlir 9 milyon
879 min manatdan 19 milyon 297 min manata çatmışdır. Bu
dövrdə rayonun kolxoz və sovxozlarında rentabellik 56 faizə
çatmışdır.
Kənd təsərrüfatı məhsullarının artırılması, ümumi gəlirin
çoxalması rayonun kənd əməkçilərinin maddi rifahının və
mədəni məişiət şəraitinin yaxşılaşdırılması üçün geniş imkan-
lar açmışdır. Əgər 1973-cü ildə hər bir sovxoz fəhləsinin və
kolxozçunun orta aylıq əmək haqqı 80 manat olmuşdursa,
1976-cı ildə bu rəqəm 165 manat təşkil etmişdir. 1976-cı ildə
1973-cü ilə nisbətən fəhlə və kolxozçulara 2,5 dəfə artıq və
ya 8 milyon 943 min manat əlavə əmək haqqı və pul mükafatı
verilmişdir.
1976-cı ilin iqtisadi yekunları bir daha partiya və
hökumətimiz tərəfindən yüksək qiymətləndirilmiş və Şamaxı
rayonu üçüncü dəfə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sove-
tinin, ÜİHİMŞ-nin və ÜİLKGİ MK-nın keçici Qırmızı
Bayrağı ilə mükafatlandırılmış, 150 nəfərdən çox is-
tehsalat qabaqcıl SSRİ-nin orden və medalları ilə təltif
olunmuşdur.
Rayon partiya komitəsi təkcə kənd təsərrüfatı iqtisa-
diyyatının yüksəldilməsinə deyil, həm də xalq təsərrüfatının
Zəkanın gücü
213
başqa sahələrinin inkişaf etdirilməsinə, mədəni quruculuq
vəzifələrinin müvəffəqiyyətlə həyata keçirilməsinə böyük
diqqət yetirmişdir. Son üç ildə 31 milyon manatlıq tikinti-
abadlıq işləri görülmüşdür ki, bu da bütünlükdə səkkizinci
beşillikdə görülən işlərin həcmi qədərdir. Bu dövrdə
respublikanın əlaqədar tikinti nazirlikləri ilə işgüzar əlaqə
yaradılmış və uzun illərdən bəri tikintisi yarımçıq qalmış
rayon mədəniyyət evi, 175 çarpayılıq mərkəzi rayon
xəstəxanası, 40 mənzilli yaşayış evi, Zoğalavayçay su
dəryaçası, kanalizasiya sistemi, sərnişin avtovağzalı, Pir-
saat-Şamaxı su kəməri, rayon kənd texnika birliyi kom-
pleksi, Şamaxı şəhərində, Mərəzə qəsəbəsində, Məlhəm,
Çarhan, Göylər, Məlikçobanı və s. kəndlərdə ümumiy -
yətlə, 13 min 500 yerlik yeni məktəb binaları tikilib isti -
fadəyə verilmiş, Şamaxı şəhərinin qazlaşdırılması başa
çatdırılmışdır.
Həmin dövrdə şərab zavodlarının həcmi 72 min 200 ton-
luq genişləndirilmiş, "Partiyanın XXI qurultayı" və M.
Əzizbəyov adına sovxozlar üçün yeni şərab qəbulu
məntəqələri tikilib istismara verilmiş, 50 min başlıq quşçuluq
fabriki, 2168 baş qaramal üçün yeni tövlə, 400 başlıq yeni
tipli südçülük kompleksi, 800 tonluq mineral gübrə anbarı,
2872 kvadrat metr sahəsi olan çoban evi tikilib istifadəyə
verilmişdir. Xalq maarifinin, səhiyyənin, mədəniyyətin,
ticarət, məişət və rabitə xidmətinin yaxşılaşdırılması
sahəsində də xeyli iş görülmüşdür.
Rayon partiya komitəsi təsərrüfatı və mədəni quruculuq
sahəsində olduğu kimi digər sahələrdə də Azərbaycan KP
Sahib Sailov
214
Dostları ilə paylaş: |