***
Bəşər cəmiyyətində zaman, dövran dəyişdikcə insanlar da
onu əhatə edən mühitdən asılı olaraq dəyişir. İradəsi möh -
kəm, əqidəsi sabit olan insanlar isə hər şeyə rəğmən öz
ideyalarına sadiq qalır, fikirlərindən dönmürlər. Bu günlərdə
əslən şamaxılı olan, bir vaxtlar bir yerdə işlədiyim şəxsdən
öyrəndim ki, adımın hallandığı məşhur dönəmlərdə onunla
işləyən Səfər Verdiyev mənim haqqımda belə deyib: biz heç
vaxt Sahib Sailov ola bilmərik, o, insanları bir-birindən
ayıran xüsusiyyətləri, kadrların dəyərini, iş qabiliyyətini
bilirdi. Tutduğu mövqeyə, savadına, bacarığına, işgüzarlığına
görə hamıdan seçilirdi. O, böyük təşkilatçı, yüksək idarəçilik
xüsusiyyətlərinə, psixoloji anları hissetmə qabiliyyətinə
malik insan idi.
İndi də Şamaxı Partiya Təşkilatının görmüş olduğu işin
əsas meyarlarını diqqətinizə çatdırıram. Hamıya məlum
olduğu kimi AKP MK-nin 1969-cu il avqust plenumu respub-
likada bütün sahələrdə ciddi dəyişikliklər etdi. MK-nin
avqust 1969-cu il plenumun qərarı ilə əlaqədar olaraq
aşağıdakı yazını verməyi məqsədə uyğun sayıram.
Zəkanın gücü
203
AZƏRBAYCAN KP MK-NIN AVQUST
1969-CU İL PLENUMUNUN QƏRARI
ŞAMAXI RAYONUNDA NECƏ YERİNƏ
YETİRİLİR
1
Azərbayan KP MK-nın avqust (1969-cu il) plenumunun
qərarlarını rəhbər tutaraq Şamaxı Rayon Partiya Komitəsi son
illər, xüsusilə 1974-cü ildən sonra partiya təşkilatçılığı və par-
tiya siyasi işini təkmilləşdirmək, ideya-siyasi işləri daha
səmərəli təşkil etmək, partiya-dövlət intizamını möhkəmlən -
dir mək, kadrların seçilib yerləşdirilməsi və tərbiyə edilməsini
yaxşılaşdırmaq, iqtisadiyyata partiya rəhbərliyini yüksəl t -
mək, habelə partiya, sovet və təsərrüfat orqanlarının və digər
təşkilatların işində olan nöqsanları vaxtında aşkara çıxarıb
aradan qaldırmaq məqsədilə xeyli iş görmüşdür.
Bu zaman əsas diqqət Sov. İKP XXIV və XXV qurultay -
la rının, Azərbaycan KP XXVIII və XXIX qurultaylarının,
digər partiya və hökumət direktivlərinin həyata keçiril məsinə,
təsərrüfat və mədəni quruculuq vəzifələrinin müvəffəqiyyətlə
yerinə yetirilməsinə yönəlmişdir.
Rayon partiya komitəsi Azərbaycan KP MK-nın avqust
(1969-cu il) plenumunun qərarlarına uyğun olaraq bütün
dərəcələrdən olan kadrlara, ən əvvəl yüksək vəzifə tutan
rəhbər işçilərə, onların öz vəzifələrini yerinə yetirmələrinə
ciddi tələbkarlıqla yanaşmış, partiya və dövlət intizamını
pozanları, fəaliyyətsizlik göstərənləri, vəzifəsindən sui-
Sahib Sailov
204
1 Azərb. KP MK-nın 1969-cu il plenumunun qərarının Şamaxı rayonunda necə yerinə
yetirilməsi haqqında arayış MK-ə təqdim olunmuşdur.
istifadə edənləri, məişətdə əxlaq qaydalarına mənfi hərəkətə
yol verənləri partiya prinsipiallığı ilə cəzalandırmışdır.
Ümumiyyətlə, 1974-cü ildən müddət ərzində özünü
doğrultmayan, plan tapşırıqlarının yerinə yetirilməsini təmin
etməyən və qanunsuz hərəkətlər edən 35 nəfər nomenklatu-
raya daxil olan rəhbər işçi vəzifədən götürülmüş və partiya
məsuliyyətinə cəlb olunmuşdur.
Məsələn, RİK-in sədrinin müavini S.Stepanyan, kənd
təsərrüfatı idarəsinin rəisi Qulu Qasımov, RXMŞ-nin müdiri
Ə. Hüseynov, Kənd təsərrüfatı texnikumunun direktoru A.
Qədirov, rayonun baş baytar həkimi, Rayon avtoba -
zasının rəisi A. Mirzəyev, 7 kolxoz sədri, 11 sovxoz direk-
toru, onlardan (C.Rəhimov, F. İsgəndərova, H. Həmidov,
M. Məlikov, A.Ohanyan, A. Babayev, A. Süleymanov,
T.Frolov və başqaları) məhz belə keyfiyyətlərinə görə
vəzifələrindən azad olunmuşlar. Bundan əlavə son üç il
yarımda Nizam namə tələblərinə əməl etməyən və işdə ciddi
nöqsanlara yol verən 136 nəfər kommunist partiya
məsuliyyətinə cəlb edilmiş, 47 nəfər Sov. İKP üzvü isə par-
tiya sıralarından xaric olun muşdur.
Rayon partiya komitəsi inzibati orqanlarda kadrların
düzgün tərbiyə olunması və saflaşdırılması üçün xeyli iş
görmüşdür. Son üç ildə vəzifələrindən sui-istifadə etdiklərinə,
sosialist qanunçuluğunu pozduqlarına və kommunistə
yaraşmayan nalayiq hərəkətlər etdiklərinə görə 14 nəfər inz-
ibati orqan işçisi, o cümlədən rayonun keçmiş xalq hakimi
Ə.Abbasov, rayon daxili işlər şöbəsinin keçmiş rəisi
H.Həsənov, H.Əlizadə SƏDM xətti üzrə keçmiş baş
Zəkanın gücü
205
inspek toru A.Ağayev, müstəntiqlər F.Bayramov, S.Qur-
banov, sahə inspektoru T. Bünyadov və başqaları
sistemdən götürülmüş, vəzifədən çıxarılmış və ya partiya
məsuliyyətinə cəlb edilmişdir.
Rayon partiya komitəsi kadrlarla iş apararkən partiya
həyatının Lenin normalarına ciddi riayət etməklə yanaşı,
kollegiallıq prinsipinə dönmədən əməl edir. Ona görə də
rayon partiya komitəsinin kadrlar haqqında hər bir qərarı ray-
onun kommunistləri və bütün zəhmətkeşləri tərəfindən
yekdilliklə bəyənilmişdir.
Rayon partiya komitəsinin kadrlarla apardığı iş Azərbay -
can KP MK tərəfindən müdafiə olunmuşdur. 1974-cü ilin
sentyabrında rayon partiya fəalları yığıncağındakı nitqində
sov. İKP siyasi bürosunun üzvlüyünə namizəd, Azərbaycan
KP MK-nin birinci katibi H. Ə.Əliyev yoldaş demişdir:
"Bizə məlum olduğu kimi Şamaxı rayon partiya komitəsi
son vaxtlar kadrların tərbiyəsi və seçilib yerləşdirilməsi
sahəsində çox böyük iş görmüşdür. İşinin öhdəsindən gələ
bilməyən, həyatın tələbləri ilə ayaqlaşmayan, dövrün
tələbini başa düşməyən, uzun müddət ümumi yüksəlişə
əngəl törədən adam lar vəzifələrindən kənar edilmiş və
ciddi partiya məsu liy yətinə cəlb olunmuşdur. Azərbaycan
KP MK rayon partiya komitəsinin kadrlar haqqında yer-
itdiyi xətti hərəkəti bəyənir və müdafiə edir".
1974-cü ildən sonra görülən tədbirlər nəticəsində ilk par-
tiya təşkilatlarının təşəbbüskarlığı və siyasi mübarizliyi xeyli
artmışdır. Partiya təşkilatlarında tənqid və özünütənqid
bərqərar olmuş, partiya yığıncaqları işgüzarlıq şəraitində
Sahib Sailov
206
Dostları ilə paylaş: |