qırmızı Əmək Bayrağı ondeni bəzəyir. Təcrübə göstərir ki,
partiya təşkilatının kütlələr arasında canlı siyasi-təşkilatçılıq
işi apardığı, adamların qüvvəsini kolxoz istehsalatının ən
vacib sahələrinə vaxtında yönəldə bildiyi təsərrüfatlarda
qarşıya qoyulan məqsədə çatmaq asan olur. Lenin adına
kolxoz partiya komitəsinin timsalında bunu daha aydın
görmək olar. Komitə 81 nəfər kommunisti və Sov. İKP
üzvlüyünə namizədi birləşdirən 6 briqada və ferma ilk partiya
təşkilatını əhatə edir. İlk təşkilatlara bacarıqlı və işgüzar
kommunistlər başçılıq edirlər.
Təşkilat katibləri ilə daim iş aparılır. Hər həftənin şənbə
günü partiya günü müəyyən edilmişdir. Həmin gün təşkilat
katibləri və onların müavinləri partiya komitəsinə toplaşıb
fikir mübadiləsi edir, görüləcək işləri planlaşdırırlar. Bundan
başqa, ayda bir dəfə təşkilat katiblərinin seminarı keçirilir.
İlk partiya təşkilatlarında kommunistlərin vaxtaşırı hesa -
ba tı dinlənilir. Keçən il briqada partiya təşkilatlarında 12
nəfər kommunist hesabatı dinlənilmiş, kommunist sürücü-
mexanik Gülxanım Hüseynovanın iş təcrübəsinin ümumiləş -
dirilib yayılması haqqında məsələ müzakirə edilmişdir.
Briqada partiya təşkilatlarına düzgün rəhbərliyin nəticə -
sində kolxoz keçən il pambıqçılıqda daha yüksək nailiyyətlər
qazanmışdır. 730 hektar sahənin hər hektarından 21,7 sentner
əvəzinə 32,3 sentner məhsul yığılmış, dövlətə 1590 ton
əvəzinə 2359 ton pambıq satılmışdır ki, bu da illik planın
148,4 faizini təşkil edir. 11 pambıqçılıq briqadasının hamısı
plan və sosialist öhdəliyini artıqlaması ilə yerinə yetirmişdir.
"Ağ qızıl" ustalarımız yubiley ilini rayonumuzun tarixində
Zəkanın gücü
183
ən yüksək məhsuldarlıq ili kimi qeyd etmişlər. Onlar pam -
bıqçılıq respublikaları partiya-təsərrüfat fəallarının Daşkənd
müşavirəsinin qətnaməsindən ruhlanaraq artırılmış sosialist
öhdəliyinə də vaxtından əvvəl əməl etmiş, tədarük məntəqə -
lərinə 21220 tondan çox məhsul təhvil verərək illik planı 137
faiz ödəmişlər. Hər hektardan orta hesabla 28 sentner məhsul
əldə edilmişdir.
Yüksək məhsul uğrunda mübarizədə sürətli yığım ustaları -
mızın fədakar əməyin xüsusilə qeyd etmək lazımdır. B.Bağı -
rov adına kolxozda Südabə Bayra-mova, Zümrüd Quliyeva,
Xədicə Vəliyeva, Kalinin adına kolxozda Salatın İsmayı lova,
Dünya İmanova, Qatır Məmməd adına kolxozda Lumu
Mirzəyeva, Orconikidze adına kolxozda Azəbaycan SSR Ali
Sovetinin deputatı Şəkər İsayeva, Ağca İsmayılova və
başqaları mövsüm ərzində adama 8-10 ton pambıq yığmışlar.
Ümumiyyətlə, rayon üzrə 600 nəfərdən çox pambıqçının hər
biri 5 tondan artıq məhsul toplamışdır. Onların bir çoxu orden
və medallarla təltif olunmuş, o cümlədən Südabə Bayra-
movaya Lenin ordeni verilmişdir.
Bu il yenə də 7620 hektar sahədə pambıq əkməyi nəzərdə
tutmuşuq. Sahələr vaxtında çör-çöpdən təmizlənmiş, torpağa
şumdan qabaq kifayət qədər gübrə verilmiş və hər yerdə bir
bərabərdə 30-33 santimetr dərinliyində şum edilmişdir.
Suçularımız qış aratını yüksək keyfiyyətlə və aqrotexniki
müddətlərdə başa çatdırmışlar.
Arzu əməldən doğur, deyirlər. Keçən ilki nailiyyətlərimiz
bizi daha yüksək göstəricilərə ruhlandırır. Beşilliyin üçüncü
ilində rayonumuzun pambıq istehsalı planı 650 ton artırılmış,
Sahib Sailov
184
əməkçilərimiz isə daha yüksək öhdəliklər qəbul etmişlər.
Sürücü-mexaniklərimizi də çətin və şərəfli sınaq gözləyir.
Onlar bu il 4 min hektar sahənin məhsulunu toplamalı, "mavi
gəmi"lərin bunkerlərindən 6 min ton "ağ qızıl" boşaltma -
lıdırlar.
Rayonumuzun iqtisadiyyatında mühüm yer tutan sa-
hələrindən biri də taxılçılıqdır. Keçən il taxılçılarımız çətin
hava şəraitində yaxşı işləyərək dənli bitkilər yığımı və
dövlətə satışını yüksək göstəricilərlə başa vurmuşlar. Rayon
üzrə 10842 hektar sahənin hər hektarından orta hesabla
(nəzərdə tutulan 14,8 sentner əvəzinə) 16,3 sentner məhsul
götürülmüş, ümumiyyətlə, 16 min tona yaxın taxıl istehsal
edərək planı 135 faiz yerinə yetirmişdir. Bunun sayəsində
rayon dövlətə 3530 ton əvəzinə 4000 tondan çox taxıl sataraq,
tapşırığa 115 faiz əməl etmişdir.
Lakin təsərrüfatlarımız bu müvəffəqiyyətlərlə heç də
arxayınlaşmırlar. Beşilliyin üçüncü ilində biz zəmilərin
məhsuldarlığını hektarda 18-20 sentnerə çatdırmağı, 20 min
tondan çox taxıl istehsal etməyi qərara almışıq.
İctimai heyvandarlığın inkişaf etdirilməsi, heyvandarlıq
məhsulları istehsalının durmadan yüksəldilməsi rayon partiya
komitəsinin, ilk partiya təşkilatlarının, habelə sovet və
təsərrüfat orqanlarının daim diqqət mərkəzində duran əsas
məsələlərdən biridir. Rayonun heyvandarları beşilliyin ikinci
ilində dövlətə süd, ət, yun, yumurta satışı planlarını
artıqlaması ilə yerinə yetirmişlər. 1971-ci ilə nisbətən keçən
il dövlətə 360 tondan çox süd, 14 tondan çox yun, 150 min
ədəddən çox yu-murta satılmış, rayon üzrə hər inək-camışdan
Zəkanın gücü
185
orta hesabla 190 kiloqram çox sağılmışdır.
Kolxoz və sovxozlarımızda 13100 baş qaramal, 42275 baş
davar və 36100 baş quş qışlayır. Mal-qaranı qışdan gümrah
və salamat çıxarmaq üçün təsərrüfat-larda 22928 ton qaba və
18131 ton şirəli yem istehsal edilmişdir. Qış və yaz aylarında
mal-qaranı yaşıl yemlə təchiz etmək üçün 2150 hektar
əvəzinə 2241 hektar sahədə fəsillik arpa əkilib suvarılmışdır.
Mövcud olan 1936 hektar biçənək və 4785 hektar yoncalıq
da suvarılıb qorunur və mal-qaraya hissə-hissə otarılır. Sov.
İKP MK-nın, SSRİ Nazirlər Sovetinin və ÜİHİMŞ-in "1972-
1973-cü illərin qış dövründə heyvan-darlıq məhsulları
istehsalını və tədarükünü artırmaq uğrunda heyvandarlıq
işçilərinin Ümumittifaq sosializm yarışını genişləndirmək
haqqında" qərarı rayonun heyvandarlarının böyük əmək
fəallığına səbəb olmuşdur. Həmin qərarla əlaqədar olaraq
rayon partiya komitəsi xüsusi tədbirlər proqramı müəyyən
etmişdir.
Bütün bunlarla yanaşı, qarşımızda həlli yalnız rayon təşki -
latlarından asılı olmayan bir sıra mühüm problemlər də durur.
Cari ildə rayonumuzda 5 min hektardan çox şoran torpaqda
meliorasiya işləri aparılmalı, Kürək çayı üzərində su anbarı
tikintisinə başlanılmalı, yuxarı Qarabağ kanalından su kəməri
çəkilib SəfiKürd su anbarına çatdırılmalı, subartezian quyu -
ları şəbəkələri xeyli genişləndirilməlidir. Bu işləri gör mək
üçün isə respublika təşkilatları bizə kömək göstərməlidirlər.
Yeri gəlmişkən qeyd edim ki, hazırda kənd təsərrüfatının
bütün sahələrində işlər texnikanın gücü ilə görüldüyü bir
vaxtda, maşın və traktorların ehtiyat hissələrinə tələbat
Sahib Sailov
186
Dostları ilə paylaş: |