Sahib sailov zəkanın gücü (1954-2013) Bakı


Partiya komitəsinin keçən il və bu ilin 9 ayında



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə46/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   42   43   44   45   46   47   48   49   ...   103

edilə bilər. Partiya komitəsinin keçən il və bu ilin 9 ayında

keçirilən bürolarında rayon komsomol komitəsinin, qadınlar

şurasının,  kooperativlər  ittifaqı  idarə  heyətinin,  mərkəzi

xəstəxananın, kino birliyinin, teatr avadanlığı zavodunun və

bir  sıra  təsərrüfat  təşkilatlarının  rəhbərlərinin  hesabatları

dinlənilmiş,  nöqsanları  aradan  qaldırmaq  üçün  konkret

qərarlar qəbul edilmişdir.

Sov.  İKP  XXIV  qurultayının  qərarına  əsasən  partiya

sənədlərinin dəyişdirilməsi ilk partiya təşkilatlarının mübari-

zliyini, kommunistlərin fəallığını xeyli artırmışdır. Sov. İKP

MK  may  plenumunun  qərarında  göstərilir  ki,  partiya

sənədlərinin dəyişdirilməsi heç də texniki iş deyildir. Bu,

siyasi kampaniya hər yerdə mühüm təşkilat-siyasi tədbir kimi

keçirilməlidir.  Partiya  sənədlərinin  dəyişdirilməsi  partiya

təşkilatlarının fəaliyyətinin yaxşılaşdırılmasına, təsərrüfat və

mədəni  quruculuq  vəzifələrini  yerinə  yetirmək  sahəsində

onların işinin gücləndirilməsinə kömək etməlidir.

Rayon partiya komitəsi Mərkəzi Komitənin qərarını rəhbər

tutaraq ilk partiya təşkilatlarının fəaliyyətini partiya sənəd -

lərinin dəyişdirilməsinə hazırlıq ərəfəsində kommunistlərin

bütün sahələrdə fəallığını və təşəbbüskarlığını artırmaq lüzu-

muna yönəltmişdir. Bu günlər əsas diqqət ona yönədilmişdir

ki, partiya sənədlərinin dəyişdirilməsinə hazırlıq dövründə

bütün kommunistlərin fəallığı təmin edilsin. Bu məqsədlə

partiya,  sovet  və  təsərrüfat  rəhbərləri,  raykomun  büro  və

plenum üzvləri, partiya fəalları kollektivlər qarşısında çıxış

edir,  partiyamızın  iqtisadi  siyasətini  zəhmətkeş  kütlələrə,

kommunistlərə izah edirlər. Raykomun üzvlərindən Ramiz



Zəkanın gücü

171


Vəliyev,  Qurban  Qurbanov,  Hidayət  Səfərov  və  bir  çox

başqaları  partiya  sənədlərinin  dəyişdirilməsinin  siyasi

əhəmiyyətini kommunistlərə dərindən izah etməkdə xüsusilə

fərqlənirlər. Onların söhbətləri daha maraqlı olur.

Partiya təşkilatlarının mübarizliyini artırmaq məqsədi ilə

görülən işlərin nəticəsidir ki, heyvandarlarımız 9 aylıq süd

satışı planını 106,7 faiz, illik yun satışı planını 104,5 faiz,

illik yumurta satışı planını 134,8 faiz yerinə yetirmişlər.

Rayonun  bir  sıra  təsərrüfatlarının  göstəriciləri  daha

yüksəkdir. Məsələn, Azərbaycan kolxozu və Kalinin adına

kolxoz  illik  süd  satışı  tapşırığını  artıqlaması  ilə  yerinə

yetirmişdir. B.Bağırova adına kolxoz 8 ayda hər inəkdən 862

kiloqram, Dmitrov adına kolxoz 879 kiloqram, Xanlar adına

kolxoz 918 kiloqram, Kirov adına kolxoz 732 kiloqram və

"Sosializm" kolxozu 816 kiloqram süd sağmışlar.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, taxıl zəmilərinin

külək eroziyası və dolu nəticəsində ciddi zərər çəkməsinə

baxmayaraq, rayonun taxılçıları bu il biçini 18 iş günündə

müvəffəqiyyətlə başa çatdırmış, hər hektardan orta hesabla

16,3 sentner məhsul götürərək tapşırığı xeyli artıqlaması ilə

yerinə yetirmişlər. N.Bağırova adına kolxoz hər hektardan

30,6 sentner, Orconikidze adına kolxoz 22,2 sentner, "Şəfəq”

kolxozu 19,3 sentner və bir sıra başqa təsərrüfatlar planda

nəzərdə tutulduğundan 4-5 sentner çox taxıl götürmüşdür.

Bütün bu müvəffəqiyyətlər partiya təşkilatlarının mübari-

zliyini  artırmaq,  tapşırılmış  iş  üçün  hər  bir  kommunistdə

yüksək məsuliyyət hissi tərbiyə etmək, intizamı möhkəmlən -

dirmək və tələbkarlığı artırmaq nəticəsində mümkün olmuş -



Sahib Sailov

172


dur.

Lakin  ilk  partiya  təşkilatlarına  rəhbərlikdə  müvəf-

fəqiyyətlərlə yanaşı, nöqsanlar da vardır. Nöqsanlardan biri

budur ki, rayon partiya komitəsinin qəbul etdiyi qərarlar bəzi

ilk təşkilatlarda kommunistlərə vaxtında çatdırılmır, onların

həyata keçirilməsi təmin olunmur. Bu cür nöqsanlara Or-

conikidze adına, Kirov adına, Jdanov adına kolxozların par-

tiya komitəsinin katibləri briqada və fermaların ilk partiya

təşkilatlarına  zəif  rəhbərlik  edirlər.  Buna  görə  də  ilk

təşkilatlarda iş planları düzgün tərtib edilmir, müzakirə olu-

nacaq məsələlərin aktuallığına, yığıncaqların hazırlanmasına

fikir verilmir, yığıncaqlar yüksək səviyyədə keçirilmir. Hər

bir məsələ ətrafında ancaq 2-3 nəfər kommunist çıxış edir.

İlk partiya təşkilatlarının mübarizliyi eyni zamanda işin

planlaşdırılmasından çox asılıdır. Partiya təşkilatlarının bir

çoxunda illik və perspektiv planlar tutulmur. Bunun nəticə -

sində partiya təşkilatlarının həyatı üçün vacib olan bir sıra

mühüm məsələlər nəzərdən qaçırılır. Vaxtı çatmış məsələlərin

kollektiv şəkildə müzakirə edilməməsi təsərrüfata partiya

rəhbərliyinin  səviyyəsini  aşağı  salır.  Təsərrüfata  partiya

rəhbərliyinin  səviyyəsini,  ilk  təşkilatların  mübarizliyini

artırmaq üçün büro iclaslarında, müşavirə və seminarlarda

planlaşdırma  məsələlərinə,  bu  işin  əhəmiyyətinə  xüsusi

diqqət yetirilir.

İlk partiya təşkilatının fəaliyyətinə partiya təsərrüfatının

nə vəziyyətdə olması ilə də qiymət vermək olar. Partiya təş -

kilatı katiblərinin keyfiyyət tərkibinin yaxşılaşdırılması par-

tiya təsərrüfatının: protokolların, üzvlük haqqı cədvəllərinin



Zəkanın gücü

173


və s. səliqəli tərtib olunma-sına imkan vermişdir. Lenin adına,

Kirov adına, Q. Məmməd adına, K.Marks adına kolxozların

partiya təşkilartlarında və bir sıra başqa ilk partiya təşkilat -

larında partiya sənədləri savadlı və məzmunlu tərtib olunur,

protokolları səliqəli saxlanılır. Lakin "Şəfəq", "Bakı", "Sosia -

lizm" kolxozlarının, rabitə qovşağı, Dəliməmmədli, Məhəlli,

Qaşaltı  məktəb  ilk  partiya  təşkilatlarında  partiya  təsərrü -

fatının saxlanılmasına, sənədlərin tərtibinə lazımınca fikir

verilmir.  İlk  partiya  təşkilatlarında  partiya  təsərrüfatının

səliqəli  tərtib  edilib  saxlanılmasına  kömək  üçün  fəallar

yerlərə göndərilir, bu işi yaxşılaşdırmaq üçün bütün vasitələr-

dən istifadə olunur.

Sov. İKP XXIV qurultayının qərarlarına əsasən müdiriy -

yətin fəaliyyətinə nəzarət hüququna malik olan ilk partiya

təşkilatlarının dairəsi xeyli genişləndirilmişdir. Bu sahədə

bəzi işlərin görülməsinə baxmayaraq, etiraf etməliyəm ki,

komissiyaların əksəriyyəti formal xarakter daşıyır, komissiya

üzvləri  öz  hüquqlarını  dürüst  bilmirlər.  Rayon  partiya

komitəsi  ilk  partiya  təşkilatlarının  nəzdində  olan  nəzarət

komissiyalarının tərkibinə yenidən baxaraq, onların sayını

72-yə çatdırmışdır. Hazırda bu komissiyalar 230 nəfər kom-

munisti  birləşdirir.  Nəzarət  komissiyalarının  fəaliyyətini

gücləndirmək, onların işinə istiqamət vermək üçün bir sıra

tədbirlər görülmüşdür. Nəzarət komissiyalarının hüquqları

haqqında təlimat mətbəədə çap olunub onlara çatdırılmışdır.

Rayon partiya komitəsi Sov. İKP Nizamnaməsinin tələblə -

rinə əməl etməyən, yüksək kommunist adını ləkələyən par-

tiya üzvləri və namizədləri haqqında həmişə prinsipial mövqe



Sahib Sailov

174


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə