Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə43/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   39   40   41   42   43   44   45   46   ...   103

Bu  il  rayonumuzun  mərkəzində  "Üfüqdə  parıltı"  hərbi

idman oyunu keçirilmişdir. Oyunda Xanlar, Tovuz, Şaumyan,

Daşkəsən, Qasım İsmayılov və Şamxor rayonlarının gənc

leninçiləri  iştirak  etmişlər.  Yüksək  səviyyədə  keçən  bu

oyunda rayonumuzun gənc idmançıları birinci yeri tutaraq

respublika final yarışlarında iştirak etmək hüququ qazan -

mışlar.  Göründüyü  kimi,  idmana,  gənclərin  sağlamlığına

ciddi fikir verilən məktəblərdə yeniyetmələr nümunəvi oyun

nümayiş  etdirirlər.  Məktəblərimizin  partiya  təşkilatları

idmanın kütləviliyinə xüsusi fikir verirlər.

"Orta  ümumtəhsil  məktəblərinin  işini  yaxşılaşdırmaq

tədbirləri haqqında" Sov. İKP MK və SSRİ Nazirlər Sove-

tinin  qərarında  deyilir:  "Məktəb  estetik  tərbiyənin  həyata

keçirilməsi, şagirdlərin fiziki cəhətcə inkişafı və cansağ lı -

ğının möhkəmlənməsi qayğısına qalmalıdır". Rayonumuz da -

kı məktəblilərin partiya təşkilatları və pedaqoji kol lek tiv ləri

bunu nəzərə alaraq məktəblərdə bədən tərbiyəsi və idman

işlərinin  daha  da  canlandırılması  məsələləri  ilə  yaxından

məşğul  olurlar.  İndi  rayonumuzun  bütün  məktəblərində

bədən tərbiyəsi dərsləri yüksək səviyyədə və əyani şəkildə

keçirilir.

Bu  günlərdə  öz  işini  qurtarmış  Sov.  İKP  XXIV  qurul -

tayında Sov. İKP MK-nın Baş katibi L. İ. Brejnev yoldaş

demişdir:  "Xalq  maarifinin  bütün  sahələrinin  inkişafı

nəticəsində partiyanın XXIII qurultayının başqa bir mühüm

Direktivi da tamamilə yerinə yetirilmişdir: beşillik ərzində

ölkədə 7 milyondan çox ali və orta ixtisas təhsilli mütəxəssis

hazırlanmışdır. Bu kommunizm qurucuları ordusu üçün yaxşı



Sahib Sailov

160


və çox lazımlı qüvvədir".

Böyüyən nəslin estetik tərbiyəsi vəzifəsinin yerinə yetiril -

məsi müəllimlərin estetik hazırlığını kökündən yaxşılaş dır -

mağı tələb edir. Həqiqətən, böyüyən nəslin estetik baxışları

onun  marksistleninçi  şüurunun  ayrılmaz  tərkib  hissəsidir.

Buna görə də məktəblərin pedaqoji kollektivləri və partiya

təşkilatları yetişməkdə olan gənc nəslin kommunizm ruhunda

tərbiyə edilməsində həlledici rol oynayan estetik tərbiyənin

təşkilinə ciddi fikir verməlidirlər. Bu, partiya təşkilatlarının

mühüm vəzifəsidir.



Zəkanın gücü

161


RAYON PARTİYA KOMİTƏSİ VƏ

İLK PARTİYA TƏŞKİLATLARINA

RƏHBƏRLİK

1

"Partiya  siyasətinin  həyata  keçirilməsində  ilk  partiya

təşkilatları ən mühüm yerlərdən birini tutur". Azərbaycan KP

Mərkəzi Komitəsi Sov. İKP XXIV qurultayının bu göstərişini

rəhbər  tutaraq  ilk  partiya  təşkilatlarının  mübarizliyinin

artırılmasına, onların bütün pillələrinin fəaliyyətinin güclən -

dirilməsinə, rolunun yüksəlməsinə xüsusi diqqət verir. Bu

ona görə belədir ki, Azərbaycan KP XXVIII qurultayında

H.Əliyev yoldaşın dediyi kimi, partiyanı daha da möhkəm -

ləndirmək, kommunizm quruculuğunda onun rolunu artırmaq

vəzifəsi ilk təşkilatların mübarizliyini yüksəltməklə bilavasitə

bağlıdır.

Məlum  olduğu  kimi,  ilk  partiya  təşkilatları  bilavasitə

yerlərdə  -  kolxoz  və  sovxozlarda,  briqada  və  fermalarda,

idarə  və  məktəblərdə  –  zəhmətkeşlərin  qurubyaratdıqları,

partiyamızın siyasətinin bilavasitə həyata keçirildiyi yerlərdə

fəaliyyət göstərirlər. Buna görə də partiya qərarlarının, dövlət

planlarının  yerinə  yetirilməsi  ilk  partiya  təşkilatlarından,

kommunistləri və bitərəf zəhmətkeşləri onların nə dərəcədə

səfərbərliyə almaq bacarığından çox asılıdır.

Rayon partiya komitəsi ilk partiya təşkilatlarının təsirini

gücləndirmək, rolunu daha da yüksəltmək və mübarizliyini

artırmaq üçün bir sıra tədbirlər görmüşdür. Birinci növbədə

ilk  partiya  katiblərinin  tərkibinə  yenidən  baxılmış,  onları



Sahib Sailov

162

                                                      

"Azərbaycan kommunisti "jurnalı. Bakı, 1972-ci il, № 10, S.62-68 


siyasi cəhətdən yetkin, bacarıqlı və prinsipial kommunistlər

hesabına möhkəmləndirmişdir. İndi rayonumuzda 90 ilk



partiya təşkilatı katibindən 56 nəfərinin ali, 6 nəfərinin

natamam ali, 28 nəfərinin isə orta və orta ixtisas təhsili

vardır.  Onlardan  44  nəfəri  ali  və  orta  təhsilli  kənd

təsərrüfatı mütəxəssisi, mühəndis-texnikdir. İlk partiya

təşkilatı katiblərinin 20 nəfəri qadındır. Lakin, biz ilk partiya

təşkilatları  katiblərinin  tərkibinin  möhkəmlədirilməsi  ilə

kifayətlənmədik. Bu bir həqiqətdir ki, heç kəs anadangəlmə

partiya  təşkilatçısı  olmur.  Bu  da  məlumdur  ki,  yalnız

tapşırılmış  iş  üçün,  partiya  siyasətinin  həyata  keçirilməsi

üçün  məsuliyyəti  başa  düşən,  daim  öz  üzərində  çalışan,

həyatı öyrənən adamlar yaxşı partiya təşkilatçısı kimi özlərini

göstərə bilirlər. Bacarıqlı ilk partiya təşkilatı katibi, yaxşı

təşkilatçı  olmaq  üçün  daim  çalışmaq,  adamlarla  işləməyi

öyrənmək  lazımdır.  Məhz  buna  görə  də  rayon  partiya

komitəsi ilk partiya təşkilatı katibləri ilə müntəzəm məşğul

olur, onlara hərtərəfli kömək göstərir. Yuxarıda qeyd etdiy-

imiz kimi, hər il onların tərkibi təzələnir, bacarıqlı, hazırlıqlı,

kütlə  içərisində  özünü  yaxşı  nümunələrlə  göstərən  gənc

kommunistlər partiya işinə cəlb edilirlər. Belələrinin köməyi

daha çox üzvləri və üzvlüyə namizədləri müntəzəm olaraq

ilk partiya təşkilatlarında olur, yeni seçilmiş katiblərə onların

qarşısına çıxan çətin məsələlərin həllində kömək edir, onları

maraqlandıran suallara konkret cavab verirlər.



İlk partiya təşkilatı katiblərinə kömək məqsədi ilə par-

tiya təşkilatı katiblərinin rayon məktəbi təşkil edilmişdir.

Məktəbdə  məşğələlər  vaxtlı-vaxtında  keçirilir.  İlk  partiya



Zəkanın gücü

163


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə