Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə42/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   38   39   40   41   42   43   44   45   ...   103

tivlərinin təşkilinə xüsusi fikir verilir. Naftalan şəhər orta

məktəbində təşkil  edilmiş  özfəaliyyət  kollektivi  şəhər

zəhmətkeşlərinin  böyük  hörmətini  qazanmışdır.  Onların

əməyə,  Vətənə,  sədaqətə  həsr  etdikləri  mahnılar  kənd

əməkçilərini çox sevindirmişdir. Özfəaliyyət kollektivinin



üzvlərindən  Ədalət  Paşayev,  Həcər  Məmmədova,

Məmməd Şahmuradov və başqalarının çıxışı kolxozçuların

dərin rəğbətinə səbəb olmuşdur. Məktəb partiya təşkilatının

katibi  F.Əhmədova  və  məktəbin  musiqi  müəllimi  M.

Məmmədov şagirdlərin estetik tərbiyəsi ilə yaxından məşğul

olurlar. Həmçinin məktəbin pedaqoji kollektivi və eləcə də

bütün  kommunistləri  təlim-tərbiyə  ilə  yanaşı  olaraq,

yeniyetmələrin estetik tərbiyəsi məsələlərinə də ciddi fikir

verirlər. Ümu miyyətlə, məktəb kollektivi gənc bəstəkarların,

müğənnilərin,  yüksək  zövqlü  insanların  yetişməsi  üçün

əlindən gələni əsirgəmir.

Lakin Qızılhacılı kənd orta məktəbində özfəaliyyət kollek-

tivinin təşkil edilməməsi kənd camaatını çox məyus etmiş -

dir. Axı, Qızılhacılı kənd orta və səkkizillik məktəblərində

onlarca istedadlı gənclər vardır. Onların meydana çıxması,

yetişməsi  üçün  birinci  növbədə  qayğı,  həvəs  lazımdır.

Görünür ki, məktəbin müdiriyyəti və partiya təşkilatı yeniyet -

mələrin estetik tərbiyəsini lazımınca qiymətləndirmirlər.

Bədii  özfəaliyyət  bizim  ümumi  mədəni  işimizin  bir

sahəsidir. Məktəblərdə özfəaliyyət kollektivlərinin fəaliy -

yətini  təkcə  musiqi  müəllimlərinin  üzərinə  atmaq  heç  də

düzgün deyildir. Bu işin təşkilində bütün fənn müəllimləri

yaxından iştirak etməlidirlər. Rayon mədəniyyət evi nəzdində

Sahib Sailov

156



təşkil edilmiş özfəaliyyət kollektivinin üzvləri də məktəblərin

özfəaliyyət kollektivlərinə yaxından köməklik göstərirlər.

Burda  aşıqlar  ansamblı  da  yaradılmışdır.  Bu  kollektiv

respublikamızın baqşa rayonlarının əməkçiləri qarşısında da

geniş konsert proqramı ilə çıxış edirlər.

1965-ci  ildə  rayon  mərkəzində  musiqi  məktəbi  təşkil

edilmişdir.  Məktəbin  iki  şöbəsi  vardır.  Tar  və  fortepiano

şöbələrində  hazırda  115  nəfər  şagird  təhsil  alır.  Onların

məşğələsi ilə 9 nəfər müəllim məşğul olur. Keçən il məktəbin

tar şöbəsində ilk buraxılış olmuşdur. 18 nəfər gənc tarzən

məktəbi müvəffəqiyyətlə bitirmişdir.

Borsunlu kənd orta məktəbində özfəaliyyət kollektivi ilə

yanaşı, dram dərnəyi də fəaliyyət göstərir. Dərnəyin üzvləri

dərsdən sonra məşğələlərdə yaxından iştirak edir, ayrı-ayrı

əsərlərdən parçalar hazırlayırlar. Bu günlərdə məktəbdə dram

dərnəyinin  üzvləri  Cəfər  Cabbarlının  "Sevil"  pyesini

tamaşaya  qoymuşlar.  Yuxarı  sinif  şagirdlərindən  Afət

Rüstəmova, Firdovsi İsgəndərov, Həmidə Nəbiyeva, Hüseyn

Tahirov və başqaları rolları bacarıqla ifa etmişlər. Məktəb

partiya  təşkilatı  (katibi  S.  Əliyeva  yoldaşdır)  şagirdlərin

məktəb daxilində və məktəbdən xaric estetik tərbiyəsi ilə

daha yaxından məşğul olur.

Məktəblərdə  estetik  tərbiyə  sahəsində  həyata  keçirilən

kütləvi  tədbirlərdən  ədəbiyyat  və  incəsənətin  ayrı-ayrı

məsələlərinə həsr olunmuş məruzə, mühazirə və söhbətlər,

ədəbi-bədii gecələr, radio və televiziya verilişlərinin kütləvi

şəkildə dinlənilməsi, bədii əsərlərin sinifdaxili mütaliəsi, tarix

və  incəsənət  muzeylərinə  ekskursiyalar,  kino  və  teatr



Zəkanın gücü

157


tamaşalarına kollektiv baxışlar, bayramlara hazırlıq, mədəni

əyləncələr, foto-montajlar hazırlanması da mühüm rol oyna -

yır. Uşaqlar üçün müntəzəm olaraq Sovet vətənpərvərliyi və

yoldaşlıq, sosialist əmlakını qorumaq, əməyə məhəbbət kimi

əxlaqi sifətlərin formalaşmasına kömək edən filmlərin göstə -

rilməsi xüsusi əhəmiyyət kəsb edir. "Əsgər atası", "Timur və

onun komandası", "Gənc qvardiya", "Uzaq sahillərdə" və s.

kimi  ümumittifaq  miqyasında  şöhrət  qazanmış  filmlərin

göstərilməsi məktəblilərə xoş təsir bağışlayır.

Tarixi yerlərə, tarix, incəsənət muzeylərinə ekskursiyalar

təşkil etmək estetik tərbiyənin ayrılmaz hissəsidir. Rayonu-

muzun bir çox məktəblərində bu sahədə xeyli iş görülmüşdür.

Hazırəhmədli  kənd  orta  məktəbinin  tarix  müəllimi  Qafur

Aslanov yoldaşın təşəbbüsü ilə Kirovabad şəhərinə - Nizami

məqbərəsinə, Mingəçevirə və başqa yerlərə məktəblilərin tez-

tez ekskursiyaları təşkil edilir. Bu da şagirdlərin kommunizm

ruhunda tərbiyə edilməsinə müsbət təsir göstərir.

Şagirdlərin estetik tərbiyəsində ədəbiyyat müəllimlərinin

imkanı daha genişdir. Məktəbdə bədii ədəbiyyat hər şeydən

əvvəl, tərbiyə vasitəsidir. Şagirdlər oxuduqları, öyrəndikləri

bədii ədəbiyyat nümunələri vasitəsilə onları əhatə edən icti-

mai mühiti, müasir həyatı, müasir dünyanı dərindən dərk

etmək imkanı əldə edirlər. Bu mütaliə həmçinin, şagirdlərdə

mütərəqqi dünyabaxışının formalaşmasına kömək edir, on -

ların mərdlik, qəhrəmanlıq ruhunda, nikbin, mübarizə ruhun -

da Vətənə,  xalqa  xidmət  və  sədaqət,  insanlara  məhəbbət,

beynəlmiləlçi olmaq ruhunda tərbiyələnməsinə səbəb olur. 

Rayon partiya komitəsi məktəblərdə şagirdlər arasında es-



Sahib Sailov

158


tetik tərbiyəni daha da canlandırmaq məqsədi ilə ilk partiya

təşkilatlarının  işinə  konkret  rəhbərlik  edir.  Hazırda  17

məktəbdə  ilk  partiya  təşkilatı  yaradıl-mışdır.  Borsunlu,

Safıkürd kənd, Qasım İsmayılov şəhər 2 nömrəli, Naftalan

şəhər  orta  məktəblərinin  partiya  təşkilatları  müəllim

kollektivlərinin və ictimai təşkilatların işinə əməli köməklik

göstərir və konkret rəhbərlik edirlər. Bu partiya təşkilatları

öz yığıncaqlarında başqa tədbirlərlə yanaşı, yeniyetmələrin

estetik tərbiyəsi məsələlərinin vaxtaşırı olaraq müzakirəsinə

də diqqəti xeyli artırmışlar.

Rayonumuzun məktəblərində partiya və hökumətimizin

qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirilir. Hazırda

orta və səkkizillik məktəblərin çoxunda idmanın müxtəlif

növləri  üzrə  idman  yarışları  keçirilir.  Futbol,  voleybol,

yüngül atletika üzrə keçirilən yarışları daha yüksək nəticə

verir. Dəliməmmədli qəsəbə, Faxralı, Qızılhacılı kənd orta

məktəblərində bədən tərbiyəsi və idman işinə daha yaxşı fikir

verilir. Bu və ya digər məktəblərdə təşkil edilmiş komandalar

məktəblərin  rayon  birinciliklərində  və  tarixi  günlərə  həsr

edilmiş idman yarışlarında fəal iştirak edirlər. Hazırda ray-

onun məktəblərində 4 min nəfərdən artıq yeniyetmə idmanın

müxtəlif növləri ilə məşğul olur. 160 nəfərdən artıq məktəbli

rayon komsomol komitəsinin diplomu, fəxri fərmanı ilə təltif

edilmişdir. Bütün bunlar şagirdlərdə sağlamlıq, əzmkarlıq,

dözümlülük, yüksək fiziki səy və əmək qabiliyyətinə malik

olmaq kimi əxlaqi keyfiyyətlər tərbiyə edir, onlarda zehni və

mənəvi kamilliyin fiziki inkişafında düzgün əlaqəsinə şərait

yaradır.


Zəkanın gücü

159


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə