Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə38/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   34   35   36   37   38   39   40   41   ...   103

M.F.Axundov  adına,  Telman  adına  və  "Azərbaycan"

kolxozlarının, subartezian quyuları istismar idarəsinin,

Naftalan ixtisaslaş dırılmış neft mədəninin, Dəliməmmədli

pambıqtəmizləmə və Qazanbulaq teatr avadanlığı zavodla -

rının ilk partiya təşki latlarının işi xüsusilə diqqətə layiqdir.

Bu partiya təşkilatları vaxtaşırı kommunistlərin hesabat -

larını  dinləyir,  onların  fəallığının  və  təşəbbüskarlığının

qayğısına qalır, arzu və təkliflərini öyrənir, bunların həyata

keçirilməsi  üçün  tədbirlər  görür.  Məsələn,  subartezian

quyuları istismar dairəsi əvvəllər nasosları təmir üçün Xerson

zavoduna göndərirdi. Çoxlu vəsait xərclənir, həm də bəzən

nasosların geri qaytarılmasını aylarla gözləmək lazım gəlirdi.

İdarənin kommunistlərindən B. Paşayev, D. Həsənov, R.



Şəfiyev yoldaşların təklifi ilə zavoddan 2 nəfər mütəxəssis

çağırıldı. Onlar nasosların təmirində idarənin mütəxəs-sislə -

rinə kömək göstərdilər. Nasosları daha zavoda göndərməyə

ehtiyac qalmadı. Kommunistlərin bu təşəbbüsü hər il 15.600

manat vəsaitə qənaət etməyə imkan verir. Partiya təşkilatı

daim yenilikçilərin işi ilə maraqlanır, onların fəallığını artırır

və irəli sürdükləri hər bir faydalı təklifi müdafiə edir.

Rayon partiya komitəsi qabaqcılların iş üsullarının mün -

təzəm  olaraq  öyrənilməsinə,  ümumiləşdirilib  yayılmasına

ciddi fikir verir. K. Marks adına kolxozun qabaqcıl briqadiri,

adlı-sanlı  mexanizator,  SSRİ  Ali  Sovetinin  deputatı

Mansur  Kərimovun  bir  sıra  gözəl  təşəbbüsləri  və

ixtiraları vardır. O, hələ 1962-ci ildə hər mexanizator öz

peşəsini 5 gəncə öyrətməlidir təşəbbüsünü irəli sürmüşdü.

M.Kərimovun bu nəcib hərəkəti respublikanın mexanizator -



Sahib Sailov

142


ları tərəfindən bö yük rəğbətlə qarşılandı, yüzlərlə gənc trak-

torçuluq peşəsinə yiyələndi. Yenilikçi mexanizatorun ixtira

etdiyi "OXK-2" aqreqatının şöhrəti respublikanın hüdudlarını

aşmış,  onun  kütləvi  istehsalına  icazə  verilmişdir.  Həmin

aparatla  tarlada  eyni  vaxtda  üç  iş  görmək:  kultivasiya

çəkmək,  bitkilərə  yemləmə  gübrəsi  vermək,  həm  də

zərərvericilərə qarşı mübarizə aparmaq mümkündür. Keçən

il  respublikalarımızın  tarlalarında  2  min  belə  aqreqat

işləmişdir. M.Kərimov özünün gənc mexanizatorlar hazır -

lamaq ənənəsini davam etdirir. Traktorçuluğun sirlərini

gənclərə  böyük  həvəslə  öyrədir.  Rayon  partiya  komitəsi

1970-ci  ilin  yanvar  ayında  özünün  bürosunda  onun  iş

təcrübəsinə  aid  məsələ  müzakirə  etmiş  və  bütün  partiya

təşkilatlarına tapşırmışdır ki, yenilikçinin iş təcrübəsini geniş

yaysınlar.  İndi  bütün  təsərrüfatlarda  Mansurun  ardıcılları

məktəbi fəaliyyət göstərir.

Bəsti Bağırova adına kolxoz partiya təşkilatının katibi

mexanik Ələddin Bayramovun səmərələşdirmə təklifi də ray-

onun mexanizatorları tərəfindən bəyənilmişdir. Onun ixtira

etdiyi  ağır  mala  çox  faydalıdır,  ondan  səpindən  qabaq

torpağın yumşadılmasında istifadə edilir.

Rayon partiya komitəsi icranın yoxlanılmasını daim diqqət

mərkəzində  saxlayır,  qəbul  edilmiş  qərarların  yerinə

yetirilməsini vaxtaşırı yoxlayıb müzakirə edir. Bu il bir neçə

dəfə qərarların icrasına dair məsələ müzakirə etmişik. Məhz

bunun  nəticəsidir  ki,  kommunistlər  ictimai  təsərrüfatın

inkişaf etdirilməsi, dövlət planlarının və sosialist öhdəlik -

lərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün var qüvvə ilə



Zəkanın gücü

143


çalışırlar. Hazırda rayonda olan 2.283 kommunistin təqribən

65  faizi  bilavasitə  maddi  nemətlər  istehsalında  çalışır,  öz

qabaqcıl  rolunu  yerinə  yetirir,  başqalarına  nümunə  olur.

"Azərbaycan"  kolxozunun  sağıcısı  Fridma  Kərimova,  B.

Bağırova adına kolxozun mexanizatoru Muxtar Hüseynov,

Kalinin  adına  kolxozun  sağıcısı  Salatın  Məmmədova,  K.

Marks adına kolxozun briqadiri Əziz Musayev, Teatr ava -

danlığı  zavodunun  fəhləsi  Əlifcan  Məmmədov,  H.

Aslanov adına kolxozun suçusu Rəhim Baxşıyev və on-

larca başqa kommunist kollektiv orqan olan büronun hər

bir qərarının yerinə yetirilməsinə kömək edir, ona əməli

işlə cavab verir.

Təəssüf  ki,  bu  sözləri  bütün  kommunistlər  haqqında

demək olmaz. Kommunistlər arasında daşıdığı yüksək adı

doğrultmayan, tapşırılan işə laqeyd yanaşan, əmək intiza mını

pozanlar da vardır. Rayon partiya komitəsi belələrinə gözəştə

getmir, onların hərəkətlərini müzakirə edir, lazım gəldikdə

isə  partiya  məsuliyyətinə  cəlb  edir.  Belə  hallarla  əsasən

ideya-siyasi iş zəif qurulan yerlərdə rast gəlmək olur. Nizami

adına  kolxozdan  rayon  partiya  komitəsinə  və  yuxarı

təşkilatlara çoxlu ərizə və şikayətlər daxil olurdu. Məsələ

büro üzvləri tərəfindən yerində yoxlanıldı. Aydın oldu ki, par-

tiya  təşkilatının  katibi  Q. Allahver-diyev,  baş  mühasib  S.

Xəlilov və onların əlaltıları kənddə dedi-qodu yayır, kolxozda

namuslu adamları ləkələmək və işi pozmaq üçük imzasız

məktublar yazmaqla məşğuldurlar. Biz həmin məsələni rayon

partiya komitəsinin geniş bürosunda müzakirə etdik. Partiya

təşkilatının  katibi  və  baş  mühasib  vəzifələrindən  kənar

edildilər. İşi nizama salmaq üçün daha bir sıra təsirli tədbirlər



Sahib Sailov

144


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə