Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə40/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   36   37   38   39   40   41   42   43   ...   103

satışı planı 108 faiz yerinə yetirilmişdir.

Lakin əldə etdiyimiz nailiyyətlər bizi qətiyyən arxayınlaş -

dırmır. Biz yeni beşillikdə, xüsusən 1971-ci ildə kənd təsər -

rüfatını daha da inkişaf etdirmək, pam-bıq, taxıl, üzüm və

heyvandarlıq məhsulları istehsalını artırmaq üçün əlimizdən

gələni  edirik.  Payızlıq  taxıl  əkinlərinin  səpini  müvəffə -

qiyyətlə aparılmışdır. Sovxoz və kolxozlarımızda bu il 12.700

hektar əvəzinə 12.844 hektar sahədə payızlıq taxıl əkilmişdir.

Pambıq əkinləri üçün sahələrin hazırlanmasına ciddi fikir

verilir. Pambıqçılarımız bu il hər hektardan orta hesabla 22

sentner pambıq götürmək, dövlətə 15.200 ton əvəzinə 16 min

ton pambıq satmaq uğrunda mübarizə aparırlar. Onlar yaxşı

şumlanmış tarlalara gübrə verir, arxları təmizləyirlər.

Kənd təsərrüfatı əməkçiləri istehsalatın ehtiyat-larından

istifadə  olunmasını  yaxşılaşdırmaq  və  xalq  təsərrüfatında

qənaət  rejimini  gücləndirmək  haqqında  Sov.  İP  MK-nın,

SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ MK-nın

məktubunu geniş müzakirə etmiş, öz imkanlarını nəzərdən

keçirmiş,  ehtiyatları  aşkara  çıxarmış  və  onları  hərəkətə

gətirmək üçün konkret tədbirlər müəyyən etmişlər. Biz 1971-

ci ildə dövlət əkinçilik və heyvandarlıq məhsulları satışına

dair  tapşırıqları  layiqincə  yerinə  yetirmək  üçün  kənd

təsərrüfatının mexanikləşdirilməsinə, texnikadan, gübrələr -

dən,  qabaqcıl  təcrübənin  və  elmin  yeni  nailiyyətlərindən

istifadə edilməsinə ciddi fikir verəcək, adamların qüvvəsini

partiyamızın XXIV qurultayını ləyaqətlə qarşılamaq uğrunda

mübarizəyə səfərbər edəcəkdir.

Sahib Sailov

148



GƏNCLƏRİN ESTETİK TƏRBİYƏSİNDƏ

PARTİYA TƏŞKİLATLARININ ROLU

1

Gənc nəslin kommunist tərbiyəsi ölkəmizdə kommunizm

cəmiyyəti qurmaq vəzifəsinin ayrılmaz bir hissəsidir. İndiki

uşaq  və  yeniyetmələr  kommunizm  cəmiyyətinin  gələcək

qurucuları  və  vətəndaşlarıdır.  Onların  bilikli,  əməksevər,

kommunist əxlaqi keyfiyyətlərinə yiyələnmiş sağlam nəsil

kimi böyüməsi kommunizmə doğru daha müvəffəqiyyət və

sürətlə irəliləməyimizi təmin edir.

Partiya və hökumətimiz gənc nəslin təlim və tərbiyəsinə

böyük qayğı göstərir. Onun düzgün inkşafı üçün hər cür şərait

yaradırlar.

Ölkəmizdə  uşaq  və  yeniyetmələrin  tərbiyəsi  ilə  uşaq

bağçaları, məktəblər, komsomol və pioner təşkilatları, bütün

ictimaiyyət ciddi məşğul olur, onların hərtərəfli inkişafı üçün

böyük qayğı göstərir.

Sovet məktəblərində təlim-tərbiyə almış gənc nəslin əsas

kütləsi-xalqın sədaqətli oğul və qızları kommunizm qurucu -

luğunun ön sıralarında gedir və partiyamızın çağırışı ilə ən

məsul tapşırıqları yerinə yetirir, quruculuğumuzun ən çətin

sahələrini öz üzərlərinə götürürlər.

Partiyamız və dövlətimiz gənc nəslin kommunizm ruhun -

da tərbiyə olunmasını əsas ictimai tərbiyə ocağı olan məktəbə

və eləcə də pioner və komsomol təşkilatlarına tapşırmışdır.

Hazırda rayonumuzun məktəblərində 24 ilk komsomol və 64

pioner təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar 3.058 kom-

Zəkanın gücü

149

                                                      

“Ulduz”, 1971-ci il, № 7, S. 2-6



somolçunu və 8.825 pioneri birləşdirir. Bir sıra məktəblərdə

pioner və komsomol təşkilatının işi diqqətəlayiqdir. Naftalan

şəhər,  Əzizbəyov,  Tapqaraqoyunlu,  Borsunlu  kənd  orta

məktəblərinin  pioner  və  komsomol  təşkilatları  öz  işlərini

günün tələbləri səviyyəsində qurmuşlar.

Məlumdur  ki,  əmək  estetik  zövq  mənbəyidir.  Əməyin

yaradıcı,  gözəlləşdirici  qüdrəti  indi  bütünlükdə  insanın

mənəvi və fiziki inkişafına, onun dünyagörü-şünə, şüurunun,

insani  hisslərinin  və  estetik  duyğularının  formalaşmasına

xidmət edir. Sosializm cəmiyyətində namus və şərəf işinə

çevrilən əmək insana sevinc və fərəh gətirir.

Marksizmleninizm klassikləri əməyin tarixi rolunu, icti-

mai  mahiyyətini,  habelə  onun  estetik  keyfiyyətə  malik

olduğunu elmi surətdə şərh etmişlər. Karl Marks qeyd edir

ki, insan maddi varlığı, dünyanı "Gözəllik qanunları üzrə"

dəyişir,  yenidən  qurur.  Marks  əməyin  və  əməkçi  insanın

yaradıcılıq dühasına inanır, fəhlələrin simasında bəşəriyyətin

xilaskarını görürdü. O yazırdı: "İnsan qardaşlığı onların dilin -

də quru söz deyil, həqiqətdir, onların əməkdən kobudlaşmış

üzlərindən  bizə  bəşəriyyətin  bütün  nəcabəti  və  gözəlliyi

gülümsəyir".

Marksizm - leninizm nəzəriyyəsi əməyi maddi və mənəvi

nemətlərin yaradıcısı, gözəllik mənbəyi kimi qiymətləndirir.

İnsan  yalnız  incəsənətdə  deyil,  faydalı  əməyin  bütün

sahələrində də gözəllik yaradır və bundan estetik zövq alır.

Böyük  proletar  yazıçısı  Maksim  Qorki  deyir  ki,  insan  öz

təbiəti etibarı ilə rəssamdır, sənətkardır. O öz mühitini gözəl

görmək, gözəlləşdirmək istəyir.



Sahib Sailov

150


İndi elmin, texnikanın çox böyük inkişaf tapdığı bir za-

manda əməkçi insan, əsl sənətkar öz əməyinin səmərəsi ilə

insanları sevindirməyə, onların zövqünü oxşamağa çalışır.

Elə əmək prosesinin özü də estetik zövq mənbəyidir. Çünki

insanın  fikri,  arzusu,  hünəri,  estetik  hissi  və  zövqü  əmək

prosesində əşyalaşır, öz əksini tapır. İnsan əmək fəaliyyətində

həyatı daha dərindən duyur, varlığı emosional qüvvəsi ilə hiss

edir.  Estetik  duyğular,  münasibətlər,  qabiliyyətlər  əmək

prosesində  yaranmışdır.  Estetik  şüur  və  idrak  da  ictimai

şüurun başqa formaları kimi əməkdə və ictimai təcrübədə

doğulmuş və inkişaf etmişdir.

Aydındır  ki,  bizim  cəmiyyətimizdə  əmək  yüksək  yara -

dıcılıq işidir. Əməyi ilə yüksək zirvələr fəth edən adamla -

rımız kommunizmin maddi-texniki bazasının yaradılmasında

fəal iştirak edirlər. Tarixi yubileylər ili olan 1970-ci ildə ray-

onumuzda pambıqçılıq, taxılçılıq və heyvandarlıq sahəsində

yüksək  nailiyyətlər  qazanan  əmək  adamlarımız  az  olma -

mışdır. Keçən təsərrüfat ilində M.F.Axundov adına kolxozda

Lenin ordenli Məhərrəm Əliyevin briqadası hər hektardan

42, Kalinin adına kolxozda Əhməd Qənbərovun briqadası 40,

"Azərbaycan" kolxozunda Rza Əliyevin briqadası 38,2 sent-

ner pambıq götürmüşdür. Onlarca pambıqçılarımız mövsüm

ərzində adama 8-10 ton pambıq toplamışdır. Rayonumuzun

sürət ustalarından Ağca İsmayılova, Nigar Əliquliyeva, Fira

Nəbiyeva,  Zümrüd  Quliyeva,  Simuzər  Əsədova,  Dünya

Xankişiyeva və başqaları keçən il tarlalardan yüksək pambıq

məhsulu götürmüşlər.

Sosializm  və  kommunizm  cəmiyyətində  əmək  ancaq



Zəkanın gücü

151


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə