Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə50/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   46   47   48   49   50   51   52   53   ...   103

getdikcə artır. Biz bu sahədə də ciddi çətinliklərlə rastlaşır,

kənd təsərrüfatı aqreqatlarının təmiri üçün lazım olan ehtiyat

hissələrini vaxtında ala bilmirik. İnşaat materialları sarıdan

da korluq çəkirik. Rayonun kolxozlararası tikinti idarəsi se-

ment və taxta materialları yoxluğu üzündən Kalinin adına,

Qatır Məmməd adına və "Azərbaycan" kolxozlarında tikil -

məkdə olan heyvandarlıq komplekslərinin inşası xeyli müd -

dətdir ki, başa çatdırılmır.

Hazırda ucsuz-bucaqsız vətənimizin hər yerində olduğu

kimi, rayonumuzda da kənd təsərrüfatı zəhmətkeşlərinin do-

qquzuncu  beşilliyin  üçüncü  ilini  müvəffəqiyyətlə  başa

çatdırmaq uğrunda sosializm yarışı genişlənir və yeni vüsət

alır.  Rayonumuzun  bütün  əmək  adamları  doqquzuncu

beşilliyin üçüncü, həlledici ilində müəyyən edilmiş planların

müvəffəqiyyətlə  yerinə  yetirilməsi  uğrunda  yorulmadan

müba rizə  apararaq,  ümumxalq  sosializm  yarışının  fəal

iştirakçıları sıralarında olmağı özlərinə böyük vətənpərvərlik

borcu bilirlər. Onlar partiya və hökumətimizi əmin edirlər ki,

doqquzuncu beşilliyin üçüncü ilinin plan və öhdəliklərini

vaxtından qabaq və artıqlaması ilə ödəyəcək, beşilliyi dörd

ildə yerinə yetirmək uğrunda daha yeni və qəti addım ata-

caqlar.


Zəkanın gücü

187


* * *

Şamaxı haqqında təsüratlarım

Qasım İsmayılov rayonunda beş ildən artıq bir müddətdə

işlədim. Mərkəzi Komitənin tapşırığı ilə1974-cü ilin yanvar

ayında məni Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi

seçdilər. Açıq etiraf edim ki, Şamaxı rayonunda olan ümumi

vəziyyət  mənə  hələ  MK-də  məsul  təşkilatçı(1964-1966)

işlədiyim vaxtdan məlum idi. MK-nin aparatında iki ildən

çox  işləmişdim  və  Şamaxı  rayonu  haqqında  çoxlu  ərizə-

şikayətlər  gəlirdi.  MK-nin  Partiya  Komissiyasının  sədri

İsmayıl  Əsgərov,  Partiya  Dövlət  Nəzarət  Komitəsinin

sədri H.Əfəndiyev olmaqla biz daxil olan ərizə-şikayətləri

yoxlamaq  üçün  Şamaxıya  göndərildik. O  vaxtı  Şamaxı

rayon Partiya Komitəsinin birinci katibi Rəşid Babayev idi.

Yoxlama müəyyən etdi ki, ona qarşı bir çox qruplaşmalar var

ki, birləşərək onun hakimiy yətinə son qoymaq haqqında ma-

teriallar göndərirlər. O qrupların birinə RPK-nin ikinci katibi

Vəli Hidayətov, digərinə İstehsalat İdarəsinin rəisi Qulu

Qasımov  rəhbərlik  edirdi.  Qrupun  əsas  üzvlərindən

Canməmməd Rəhimov, Sarkis Stepanyan, Nora Qazan-

canyan  (bu  erməni  mafiyasına  rəhbərlik  edənlərdir)

vaxtilə  Moskvada  işləyən  generallar  Babacanyan,

Baqramyan və başqaları ilə sıx əlaqə saxlayır dılar. Artıq

rayonun bütün fəaliyyətini aydınlaşdırdıq, göndərilən ərizə-

şikayətlərin  məzmunu  yoxlanıldı  və  MK-nin  bürosunun

müzakirəsinə  çıxarıldı.  AKP  MK-nin  bürosunda  Rəşid

Babayevin  vəzifədən  götürülməsi  haqqında  qərar  qəbul

Sahib Sailov

188



edildi. Yoxlamanın yekunlarının RPK-nin geniş plenumunda

müzakirə  olunması  məsləhət  görüldü.  Müzakirə  zamanı

bütün qruppanın üzvləri hamısı yekdil olaraq birinci katibin

əleyhinə  çıxış  etdilər.  Yalnız  rayon  prokuroru  Bəx tiyar



Cavadov Rəşid Babayevi və onun fəaliyyətini olduğu kimi

qiymətləndirdi. 

Şamaxıda olan vəziyyət artıq mənə məlum idi. Bir gün

məni  MK-yə  dəvət  etdilər.  MK-nin  birinci  katibi  Heydər

Əliyev məni Şamaxıya göndərməyi məsləhət bildi. Və o öz

çıxışında dedi ki, Şamaxı böyük mədəniyyət mərkəzidir, ora

xaricdən gələn bütün qonaqlar göndərilir. Böyük üzümçülük,

şərab çılıq  təsərrüfatı  var,  taxılçılıq  və  heyvandarlıq  üçün

münbit rayondur. 

1974-cü ilin yanvar ayında məni ŞRPK-nin birinci katibi

seçdilər. MK-nin təşkilat şöbə müdiri Ramiz Məmmədzadə

plenumu apararkən RPK-nin bürosunun tərkibində bir sıra

dəyişikliklər etdi. Belə ki, keçmiş RPK-nin ikinci katibi Vəli

Hidayətov, İstehsalat idarəsinin rəisi Qulu Qasımov və En-

gels adına kolxozun sədri Canməmməd Rəhimov büronun

tərkibindən çıxarıldı. Onların yerinə yeni adamlar seçildi.

Beləliklə, ilk addım atılmış oldu. Təşkilatı plenumdan sonra

RPK-nin  büro  üzvlərini  yığıb,  onların  qarşısında  duran

məsələləri geniş şəkildə müzakirə etdik. Mən RPK-nin bir-

inci katibi seçiləndə artıq rayonda 8 ay idi ki, birinci katib

yox idi. Keçmiş birinci katib Yunis Rzayev Respublika

Üzümçülük-Şərabçılıq Komitəsinin sədri təyin edilmişdi.

Rayonun bütün təsərrüfatları ilə tanış oldum, üzümçü -

lüyün, heyvandarlığın, taxılçılığın inkişafı ilə əlaqədar

Zəkanın gücü

189



olaraq, aidiy yatı olan təşkilatlara, o cümlədən üzüm çü -

lük, Şərabçılıq Tres tinə, İstehsalat idarəsinə, Statistika

idarəsinə və aidiyyatı olan kolxoz və sovxozların direktor -

larına  konkret  tapşırıqlar  verildi.  1974-cü  ilin  dövlətə

üzüm planı 70 min ton təşkil edirdi. 

Fəaliyyətə başladığım dövrdə rayonun kadr məsələlərini

birinci plana çəkdim. Rəhbər işçilər, o cümlədən RPK-nin,

İstehsalat  İdarəsinin,  Üzümçülük,  Şərabçılıq  Trestinin,

kolxoz sədrlərinin və sovxoz direktorlarının tərkibində xeyli

dəyişikliklər və yerdəyişmələr etdik. Rayonun iqtisadiyyatını

əsasən üzümçülük, taxılçılıq və heyvandarlıq təşkil edirdi.

İntensiv  olaraq  üzümçülüyün  və  taxılçılığın  inkişafı

sahəsində xeyli tədbirlər həyata keçirdik. Birinci növbədə

RPK-nin  aparatında  ikinci  katib,  təşkilat  şöbə  müdiri,

təbliğat-təşkilat şöbə müdiri və digər kadr dəyişiklikləri apar -

dıq. Bundan sonra kolxoz və sovxozların direktor və sədrləri,

məktəblərin direktorları, idarə və müəssisələrin rəhbərlərinin

işdə qalıb-qalmamasının məsələləri araşdırıldı. Bir çox kadr

dəyişiklikləri etdikdən sonra rayonda nizam-intizam nisbətən

bərpa  edildi. Artıq  bir  ildən  sonra  rayonda  icti mai-siyasi

vəziyyət sabitləşdi, kadrların seçilib yer ləş dirilməsi məsələsi

həll edildi. Rayonda təsərrüfat rəhbərləri ilə yanaşı inzibati

orqanların,  prokurorluq,  məhkəmə,  milis  və  təhlükəsizlik

orqanlarının rəhbərləri yeniləri ilə əvəz edildi. Əlbəttə, bütün

bu dəyişikliklər öz müsbət nəticəsini verməyə başladı. Ray-

onun Partiya Sovet Təsərrüfat və İnzibati orqanlarında inti-

zam və qayda-qanun yaradıldı. 1974-cü ilin yekununa görə

rayon sosializm yarışında qalib gələrək Azərb. KP MK-nın



Sahib Sailov

190


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə