Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə53/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   49   50   51   52   53   54   55   56   ...   103

Marietta Şaqinyan nəzərdə tutulan proqramı pozaraq Pravda

sovxozuna – Mədrəsə kəndinə getməyi təkid edir. Qrupun

rəhbəri cavan qız Fatma xanım məcbur olub, yaşlı, həm də o

vaxtlar çox hörmətli, tanınmış, ölkədə sayılıb seçilən erməni

şairəsinin sözünü yerə salmayıb onu Mədrəsə kəndinə gətirir.

Marietta Şaqinyan kəndə gələn kimi çaxır zavoduna getməyi

təkid edir. Onlar zavodun dequstasiya otağına girən kimi bir

qayda olaraq qonaqlara çaxırların dadına baxmağı təklif edən

laboratoriya müdirinin təklifi qəbul olunur. Marietta Şaqin -

yan vaxt məhdudiyyətinə baxmayaraq, reqlamenti pozub özü

bildiyini edir. Mədrəsə çaxırından doyunca nuş edir…

Georgi  Markov  və  bütün  qonaqlar  nahar  yeməyi

zamanı təklif etdilər ki, Marietta Şaqinyan gəlsin, sonra

yeməyə başlayaq. Beləliklə, bütün qonaqlar 40 dəqiqə bu

ərköyün  erməni  xanımını  gözləməli  oldu.Əlbəttə,  bu

məsələdə ən pis vəziyyətdə olan bu qrupa rəhbərlik edən

raykomun işçisi Fatma xanım oldu. Mən ondan soruşdum

ki,nə  üçün  bu  qədər  adam  onu  gözləməlidi?  O,  dedi:

Şaqinyan  mənə  dedi  ki,  mən  doyunca  Mədrəsə  çaxırı

içməliyəm.  Əlbəttə,  bu  ərköyün,  şıltaq  hərəkət  gülüş

doğururdu. Bu fakt onu sübut edir ki, erməni millətçiliyi,

şovinizmi  özünü  fürsət  düşdükcə  göstər məlidir.  Erməni

millətçiliyi və şovinizminə laqeydlik Qara bağ problemini



yaratdı, torpaqlarımızı işğal etdi. Bu problem haqqında

çoxlu  əsərlər  yazılıb,  tədqiqatlar  aparılıb,  lakin  dünya

dövlətlərinin qlobal problemlərə ikili münasibəti heç vaxt

imkan vermir ki, bağlı düyünlər açılsın.



Zəkanın gücü

199


***

M.Şaqinyan bəlkə də bu hərəkəti ilə SSRİ yazıçılarının

Şamaxıdakı  görüşlərinə  xələl  gətirmək  istəyirdi,  amma

arzusuna çatmadı. Bunu onların şərəfinə təşkil edilmiş qəbul

bir  daha  təsdiq  etdi.  Mən  qəbulu  açaraq  dedim  ki,  sizin

Şamaxıya səfərinizin təşkili təsadüfi deyil. bu torpaq dünya

ədəbiyyatına XII əsrdə Xaqani kimi şairi, XIV əsrdə “Məndə

sığar iki cahan, mən bu cahana sığmazam” deyən diri-diri

dərisi soyulan ölməz Nəsimini, XX əsrdə dahi satira ustası

Sabiri bəxş etmişdir. Şamaxı həmişə böyük şəxsiyyətlərin

diqqətini cəlb etmişdir. dahi Puşkin Şamaxı gözəlini vəsf

etmişdir, məşhur fransız yazıçısı Aleksandr Düma Şamaxı

səfərindən təsirlənərək kitab yazmış, Lermontov Şamaxını

gəzəndən sonra “Aşıq Qərib” hekayəsini yazmışdır.

***

Şamaxı və şamaxılılar həmişə sənətə və sənətkara böyük

qiymət vermişlər. Mən sizə bir hadisəni xatırlatmaq istəyi rəm.

Şamaxıda bir bağban olub. O, həm də şeir, sənət bilicisi imiş.

Lermontovun Şamaxıya gəldiyini eşidən bağban yetiş dirdiyi

qızılgüllərdən böyük bir dəstə tutub şairin görüşünə gedir.

Lakin gecikir. O, gələnə qədər şair gedibmiş. Qoca bağban

gətirdiyi qızılgülləri Lermontovun atının ləpirlərinə düzür.

Bax, bu gün də şamaxılıların sənətə, sənətkara olan sevgi -

sini gördünüz, onların adından sizləri bir daha salamlayıram.

Qəbuldan  və  şamaxılılarla  görüşdən  vəcdə  gəldiklərini

deyən ədəbiyyat korifeyləri, əslində Şaqinyana tutarlı cavab

verdilər.  

Sahib Sailov

200



***

Qeyd  etmək  istəyirəm  ki,  MK-nin  rəhbərliyinin  və

görkəmli  alimlərin  –  akademiklərdən  Həsən  Abdullayev,

İsmayıl İbrahimov, Həsən Əliyev, Mirməmməd Cavadzadə,

Acubəy Sultanov, ədəbiyyat korifeylərindən Georgi Markov,

İmran Qasımov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Nəbi

Xəzri,  Rəsul  Rza,  Abbas  Zamanov,  Əzizə  Cəfərzadə,

görkəmli alim-bioloq Nisə Hüseynova və digər yoldaşlarla

görüşlər  yaddaşımda  xüsusi  iz  buraxıb.  Heç  yadımdan

çıxmaz,  hər  il  may  ayının  30-da  Şamaxıda  Sabir  poeziya

günləri keçirilirdi. Mən Şamaxıya təzə gəlmişdim. MK-nin

plenumu  keçirilirdi.  Dedilər  ki,  səni  RYİ-nın  sədri  Mirzə

İbrahimov  axtarır.  Mən  Mirzə  müəllimin  yanına  getdim.

Soruşdum:  Mirzə  müəllim,  mənə  nə  sözünüz  var?  Dedi:

Səndən bir xahişimiz var. Biz hər il Sabirin poeziya günlərinə

gəlirik. Lakin Sabirin məqbərəsi yerləşən sahəyə yol yoxdur.

Biz  yaşlı  adamlar  maşınları  aşağıda  qoyub,  dağın  başına

qalxmalı oluruq. Bu da bizim üçün çox çətinliklər yaradır.

Xahiş  edirəm,  ora  bir  yol  çəkdirəsiniz.  Dedim  ki,  Mirzə

müəllim, poeziya günlərinə ay yarım qalıb, bu ilə mümkün

deyil, ancaq gələn ilə bu məsələ mütləq həll olunacaq. Sabirin

məqbərəsinə 2 km yol çəkildi, məqbərə ətrafı abadlaşdırıldı,

yaşıllaşdırıldı,  su  anbarı  tikildi,  dağın  ətəyində  nasos

stansiyası, məqbərənin ətrafında maşınların dayanması üçün

meydança tikildi. Növbəti ildə Mirzə İbrahimov bu görülən

işlərə çox yüksək qiymət verdi və minnət darlıq etdi. 



Zəkanın gücü

201


***

Şamaxıya  gələn  qonaqlar  içərisində  unudulmaz  təsir

bağışlayanlardan biri də o vaxtkı SSRİ Atom İnstitutunun di-

rektoru N.N Boqolyubov oldu. Moskva yaxınlığında, yerin

altında olan şəhərcik atom problemləri ilə məşğul olurdu. O

vaxt Atom institutunda 4 mindən çox elmi işçi, min nəfərdən

çox elmlər doktoru və elmlər namizədi çalışırdı. Boqolyublov

özü ilə birlikdə 28 yaşlı fizika-riyaziyyat elmləri doktoru oğlu

Volodyanı və 36 yaşlı tibb elmləri doktoru qızı Tatyananı da

gətirmişdi (Tatyana 4-cü Tibb Mərkəzində– Kremlə xidmət

edən tibb mərkəzində işləyirdi). Mən ondan soruşdum: sizin

bu müəssisədə – atom institutunda işləyən azərbaycanlılar

varmı? O dedi: bəli, 2 nəfər azərbaycanlı bizim atom institu-

tunda işləyir. Onlardan biri Qulam Sadıqov, digəri Rafil Rza-

yevdir.  Hər  iki  atom  nəzəriyyəçiləri  haqqında  ətraflı

məlumatı  “Muğanın  övladları”nın  ikinci  kitabında  oxuya

bilərsiniz. Onu da deyim ki, hazırda Qulam Sadıqov Rusiya

Elmlər Akademiyasının akademikidir.



***

Şamaxıda işlədiyim müddət ərzində görüşdüyüm insan -

ların müsbət keyfiyyətləri, insani münasibətləri, elm sahəsin -

dəki nailiyyətləri ilə tanış olduqca onlardan müsbət enerji

alırdım. Bu insanlarla təmasda olmaq mənə çox şeylər verib.

Mən bunların müsbət keyfiyyətlərini öyrənməyə çalışmışam.

Hər bir şəxsdən işə yaradıcı münasibəti, adamlara qayğını

öyrənmişəm.



Sahib Sailov

202


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə