Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə56/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   52   53   54   55   56   57   58   59   ...   103

rayonun bütün zəhmətkeşlərinə atalıq qayğısının və əməli

köməyinin təzahürü kimi qiymətləndirmişdir. Həmin qərarlar

kənd  əməkçilərinin  yaradıcılıq  və  siyasi  fəallığına;  əmək

coşğunluğuna səbəb olmuş, doqquzuncu beşilliyin vəzifələ -

rinin  müvəffəqiyyətlə  yerinə  yetirilməsində  mühüm  rol

oynamışdır.

Doqquzuncu beşillikdə dövlətə 36.570 ton əvəzinə 49.847

ton taxıl, 296 min ton əvəzinə 351 min ton üzüm, 13.720

ton əvəzinə 15.118 ton ət, 26.730 ton əvəzinə 31.443 ton

süd, 2015 ton əvəzinə 2121 ton yun, 29 milyon 480 min

ədəd əvəzinə 33 milyon 155 min ədəd yumurta satılmışdır.

Səkkizinci beşillikdəkinə nisbətən doqquzuncu beşillikdə

kənd təsərrüfatı məhsulları istehsalı 10-91 faiz artmışdır.

Rayonun kənd zəhmətkeşlərinin əmək nailiyyətləri partiya

və  hökumətimiz  tərəfindən  yüksək  qiymətləndirilmiş,

Şamaxı  rayonu  1975-ci  ilin  və  bütünlükdə  doqquzuncu

beşilliyin yekunlarına görə ümumiittifaq sosializm yarışının

qalibi hesab edilmiş və rayona Sov. İKP MK, SSRİ Nazirlər

Soveti, ÜİHİMŞ və ÜİLKGİ MK-nın keçici Qırmızı bayrağı

verilmişdir.

Rayon  partiya  komitəsi  bütün  qüvvələri  əldə  edilmiş

müvəffəqiyyətlərin möhkəmləndirilməsinə, Sov. İKP XXV

qurultayının qərarları ilə əlaqədar vəzifələrin həyata keçiril -

məsinə,  onuncu  beşilliyin  plan  və  sosialist  öhdəliklərinin

müvəffəqiyyətlə yerinə yetirilməsinə səfərbər etmək sahə -

sində ciddi təşkilatçılıq işi aparmışdır. Rayonun kolxoz və

sovxozlarında  onuncu  beşilliyi  vaxtından  əvvəl  yerinə

yetirmək  uğrunda,  Böyük  Oktyabrın  60-illiyini  ləyaqətlə



Zəkanın gücü

211


qarşılamaq uğrunda yarış geniş vüsət almışdır. Rayonda 12

sovxoz və 8 kolxoz, 168 istehsalat kollektivi beşilliyi üç ildə,

20  nəfər  qabaqcıl  beşillikdə  iki  beşillik  plan  uğrunda

təşəbbüsə  qoşulmuşdur.  Onlarla  əmək  kollektivi  və  beş

mindən çox istehsalat qabaqcıl beşilliyin üç ilinin planlarını

7 noyabr 1977-ci il tarixə kimi yerinə yetirməyi vəd etmişlər.

Kənd əməkçilərinin bu vətənpərvərlik hərəkatları rayonun

yeni təşəbbüslə çıxış etməsinə imkan vermişdir. Rayonun

kənd əməkçiləri onuncu beşillikdə kənd təsərrüfatı məhsulları

tədarükünə dair altı ilin orta illik planının yerinə yetirmək

təşəbbüsü  ilə  çıxış  etmişlər.  Rayon  əməkçilərinin  bu

təşəbbüsləri  Azərbaycan  KP  MK-nın  "Onuncu  beşillikdə

dövlətə  kənd  təsərrüfatı  planını  vaxtından  əvvəl  yerinə

yetirmək sahəsində Şamaxı, Şamxor, Lənkəran və Masallı

rayon kənd əməkçilərinin təşəbbüsü haqqında" 1 iyul 1976-

cı il tarixli qərarında və "Sabirabad taxılçılarının, Lənkəran

və Xaçmaz tərəvəzçilərinin, İsmayıllı və Şamaxı üzümçü -

lərinin, Kəlbəcər tütünçülərinin  artırılmış  sosialist

öhdəlikləri haqqında" 19 aprel 1977-ci il tarixli qərarında

bəyənilmiş və təqdir olunmuşdur.

Rayon partiya komitəsi və ilk partiya təşkilatları qaldırıl -

mış təşəbbüslərin əməli surətdə həyata keçirilməsi üçün çox

iş görmüşlər. Bunun nəticəsində 1976-cı ildə 60,4 min ton

taxıl, 146 min tona yaxın üzüm, 2590 ton ət, 8130 ton süd,

322  ton  yun,  7  milyon  446  min  ədəd  yumurta  istehsal

edilmiş,  bütün  növləri  üzrə  istehsal  və  satış  planları

artıqlaması ilə yerinə yetirilmişdir.

Kənd  təsərrüfatını  intensiv  inkişaf  etdirmək  sahəsində



Sahib Sailov

212


rayon  partiya  komitəsinin  həyata  keçirdiyi  tədbirlərin

nəticəsidir ki, 1973-cü ilə nisbətən 1976-cı ildə ət istehsalı



100 ton, süd 830 ton, yumurta 1 milyon 85 min ədəd, taxıl

11 min ton, üzüm 65 min 679 ton, hər inəkdən süd sağımı

170  kq  artmışdır. Həmin  dövrdə  rayonun  ümumi  gəliri

92,8milyon manatdan artaraq 184,4 milyon manata, pul gəliri

59 milyon manatdan 109 milyon manata, xalis gəlir 9 milyon

879 min manatdan 19 milyon 297 min manata çatmışdır. Bu

dövrdə rayonun kolxoz və sovxozlarında rentabellik 56 faizə

çatmışdır.

Kənd təsərrüfatı məhsullarının artırılması, ümumi gəlirin

çoxalması rayonun kənd əməkçilərinin maddi rifahının və

mədəni məişiət şəraitinin yaxşılaşdırılması üçün geniş imkan-

lar açmışdır. Əgər 1973-cü ildə hər bir sovxoz fəhləsinin və

kolxozçunun orta aylıq əmək haqqı 80 manat olmuşdursa,

1976-cı ildə bu rəqəm 165 manat təşkil etmişdir. 1976-cı ildə

1973-cü ilə nisbətən fəhlə və kolxozçulara 2,5 dəfə artıq və

ya 8 milyon 943 min manat əlavə əmək haqqı və pul mükafatı

verilmişdir.

1976-cı  ilin  iqtisadi  yekunları  bir  daha  partiya  və

hökumətimiz tərəfindən yüksək qiymətləndirilmiş və Şamaxı

rayonu üçüncü dəfə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sove-



tinin, ÜİHİMŞ-nin və ÜİLKGİ MK-nın keçici Qırmızı

Bayrağı  ilə  mükafatlandırılmış,  150  nəfərdən  çox  is-

tehsalat qabaqcıl SSRİ-nin orden və medalları ilə təltif

olunmuşdur.

Rayon  partiya  komitəsi  təkcə  kənd  təsərrüfatı  iqtisa-

diyyatının yüksəldilməsinə deyil, həm də xalq təsərrüfatının

Zəkanın gücü

213



başqa sahələrinin inkişaf etdirilməsinə, mədəni quruculuq

vəzifələrinin müvəffəqiyyətlə həyata keçirilməsinə böyük

diqqət yetirmişdir. Son üç ildə 31 milyon manatlıq tikinti-

abadlıq işləri görülmüşdür ki, bu da bütünlükdə səkkizinci

beşillikdə  görülən  işlərin  həcmi  qədərdir.  Bu  dövrdə

respublikanın əlaqədar tikinti nazirlikləri ilə işgüzar əlaqə

yaradılmış və uzun illərdən bəri tikintisi yarımçıq qalmış

rayon  mədəniyyət  evi,  175  çarpayılıq  mərkəzi  rayon



xəstəxanası,  40  mənzilli  yaşayış  evi,  Zoğalavayçay  su

dəryaçası, kanalizasiya sistemi, sərnişin avtovağzalı, Pir-

saat-Şamaxı su kəməri, rayon kənd texnika birliyi kom-

pleksi, Şamaxı şəhərində, Mərəzə qəsəbəsində, Məlhəm,

Çarhan, Göylər, Məlikçobanı və s. kəndlərdə ümumiy -

yətlə, 13 min 500 yerlik yeni məktəb binaları tikilib isti -

fadəyə verilmiş, Şamaxı şəhərinin qazlaşdırılması başa

çatdırılmışdır.

Həmin dövrdə şərab zavodlarının həcmi 72 min 200 ton-

luq  genişləndirilmiş,  "Partiyanın  XXI  qurultayı"  və  M.

Əzizbəyov  adına  sovxozlar  üçün  yeni  şərab  qəbulu

məntəqələri tikilib istismara verilmiş, 50 min başlıq quşçuluq

fabriki, 2168 baş qaramal üçün yeni tövlə, 400 başlıq yeni

tipli südçülük kompleksi, 800 tonluq mineral gübrə anbarı,

2872 kvadrat metr sahəsi olan çoban evi tikilib istifadəyə

verilmişdir.  Xalq  maarifinin,  səhiyyənin,  mədəniyyətin,

ticarət,  məişət  və  rabitə  xidmətinin  yaxşılaşdırılması

sahəsində də xeyli iş görülmüşdür.

Rayon partiya komitəsi təsərrüfatı və mədəni quruculuq

sahəsində olduğu kimi digər sahələrdə də Azərbaycan KP

Sahib Sailov

214



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə