Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə59/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   55   56   57   58   59   60   61   62   ...   103

Əlbəttə, üzüm məhsulundan yalnız yeyinti sənayəsində

deyil, kənd təsərrüfatının digər sahələrində də istifadə olunur.

Üzüm  məhsulundan  alınan  tullantılardan  təsərrüfatın

müxtəlif sahələrində, xüsusilə heyvandarlıqda geniş istifadə

olunur. Üzümdən alınan çıxdaşa üzüm suyundan başqa onun

saplağı, qabığı və tumu daxildir. Bu çıxdaş təsərrüfatlarda

olan çaxır zavodlarında və sexlərində saxlanılır. Müəyyən

müddətdən sonra tərkibində olan kimyəvi maddələrin köməyi

ilə qüvvətli qıcqırma gedir. Tullantı hesab edilən qıcqırmış

drojlardan müxtəlif məqsədlər üçün istifadə olunur. Xüsusi

aqreqatların vasitəsilə emal olunan droj qabığa, saplağa və

tuma ayrılır. Bunlardan isə ayrı-ayrılıqda spirt alınır. Xalq

təsərrüfatında istifadə olunan bu yeyinti spirti çox ucuz başa

gəlir.


Üzümün ayrılmış təmiz tumundan  2 - 3,5 litr xam spirt

alınır, eyni zamanda üzümün tumundan, saplağından qarışıq

yemlərin  hazırlanmasında  istifadə  olunur.  Belə  istifadə

hallarına təkrar emal istehsalı deyilir. Son on illiklərdə üzüm

çıxdaşından yem balansının hazırlanmasında geniş istifadə

olunur. Üzüm çıxdaşlarının tərkibində yem balanslarının çox

olması heyvandarlıqda böyük rol oynayır. Belə ki, ondan

hazırlanan yemin tərkibində 38-45 faiz yem vahidi vardır.

Üzüm məhsullarından – çıxdaşlarından hazırlanan yem -

lərin  tərkibini  protein  12%,  piy  18,3%,  fosfor  0,23  faiz,

kalium 0,76 faiz təşkil edir. Bu növ yemlər çox ucuz başa

gəlir. Belə ki, 1 sentner məhsulun maya dəyəri 1,8 manata

başa gəlir. Hazırda respublikamızın bir çox təsərrüfatlarında

bu cür yemlərin hazırlanıb istifadə olunmasına xüsusi fikir

verilir.

Zəkanın gücü

223



Üzüm tumunun emalı Kirovabad və Əlibayramlı yağ-

piy kombinatlarına gedir. Lakin hər iki kombinatda bu iş

yarıtmaz təşkil olunmuşdur. 1986-cı ildə üzümün təkrar

emalından  respublika  üzrə  18  min  196  manat  gəlir

götürülmüşdür.  1986-cı  ildə  173,0  min  ton  tullatıdan

istifadə olunmuşdur. Emal olunmamış üzüm çıxdaşının 1

tonu 10 manata başa gəlir.

Üzüm çıxdaşından alınan materialdan xalq təsərrüfatının

digər  sahələrində  də  istifadə  olunur.  Xüsusilə  yüngül

sənayedə  kimyəvi  rəngləmə  metodu,  yeyinti  sənayesində

böyük perspektivlər vardır. Son vaxtlar üzüm cecəsinin min

tonu çay istehsalında istifadə olunur.

Üzüm məhsulundan alınan çıxdaşlar şərab zavodlarında

və onların yanında olan sexlərdə təkrar emal olunur. Rusiya

Federasiyasında, Moldaviyada, Gürcüstanda, Ukraynada və

Azərbaycanda üzümün təkrar emalına xüsusi əhəmiyyət ver-

ilir. Böyük şərabçılıq zavodlarında texnologiyaya düzgün

əməl edilməsi nəticəsində külli miqdarda üzümün emalından

gəlir  əldə  edilir.  Düzgün  texnologiyaya əməl  edən  şərab

zavodlarında, 30-40 min manatlıq məbləğində məhsul is-

tehsal etməyə imkan verir. Orta hesabla bir zavod 20 min ton

üzüm istehsal edərsə, 130 min manat gəlir əldə etmək olar.

Ölkəmizdə, Gürcüstan SSRİ- də üzüm tullantılarından

geniş istifadə olunur. Son dövrdə Gürcüstanda olduğu kimi

bizim respublikamızda da üzüm tullantıları texnologiyasın -

dan istifadə olunur. Emal sənayesi üçün yetişdirilən üzümdən

çıxardan əlavə sirkə, spirtsiz içkilər üzüm yağı, zülal, dərman

bitkiləri  və  boyaq  materialları  hazırlanır.  Moldaviyanın

üzümçülüklə məşğul olan təsərrüfatları üzüm emalına xüsusi



Sahib Sailov

224


yer verir. Hazırda üzümün təkrar emalı ilə məşğul olan 96

müəssisə vardır. Təkrar emal üçün üzümün cecəsindən -

saplağından alınmış məhsul maya emalı üçün bioloji cəhət -

dən çox keyfiyyətlidir. Moldaviyada üzümçülüklə məşğul

olan birlik üzüm cecəsindən - saplağından mikroelementlərin

alınmasında xüsusi təcrübəyə malikdir. Belə hal hidrolizat

yem  mayasın  yaxşılaşdırır  və  tərkibindən  alınan zülal

çıxda şını azaldır. Üzüm cecəsindən - saplağından zülalı az



olduğu na görə, qalıq kimi yem tərkibi üçün istifadə ol-

unur.  Mol da viyanın  təsərrüfatlarında  spirt  və  yemin

əmələ gəlməsi ilə nəticələnən mayanın yeni texnologiya -

sından işlənib hazırlanmışdır.

***

Azərbaycan KP MK-nin tapşırığı ilə məni Bolqariyanın

üzümçülükdə əldə etdiyi nailliyətləri öyrənmək üçün 15 gün-

lük təcrübə ezamiyəsinə göndərdilər.  Onların iş təcrübəsini

öyrənib, MK-nin birosuna arayış yazıb, təkliflərimi verdim.

Verilən təkliflər yalnız respublikanın mənafeyini müdafiə et-

diyi üçün qəbul olunmadı. 

Bu  məsələ  ilə  ölkə  təşkilatları  (SSR-i  Kənd Təsərüfatı

nazirliyi, SSR-i Yeyinti Sənayə nazirliyi və SSR-i Dövlət

Plan Komitəsi) məşğul olduqda yekun cavab bu oldu. SSR-

də bir katyol var, oda SSR-i Plan Komitəsinindir. 

Respublikanın mənafəyini müdafiə etdiyim üçün təkliflər

(kiçik zavodların tikilməsi, emal sexlərinin və şüşə zavo-

dunun tikilməsi, məhsulun respublikada saxlanılması və emal

edilməsi) qəbul olunmadı.

Zəkanın gücü

225



İDEOLOJİ İŞİN TƏSİRLİLİYİ VƏ

SƏMƏRƏLİLİYİ UĞRUNDA

1

Sov. İKP-nin tarixi XXIV qurultayı cəmiyyətimizin inki -

şafı üçün çox böyük və əzəmətli vəzifələr müəyyə ləşdir miş -

dir. Geniş zəhmətkeş kütlələrdə kommunist dünyagörüşünü

formalaşdırmaq,  sovet  adamlarını  əməyə  kommunist

münasibəti  ruhunda  tərbiyələndirmək,  onların  yaradıcı

qüvvəsini qarşıda duran problemlərin həllinə daha səmərəli

yönəltmək məsələlərindən danışarkən L.İ.Brejnev yoldaş qu-

rultaya hesabat məruzəsində demişdir: "Partiya öz vəzifəsini

əməyə  kommunist  münasibəti  uğrunda  kütləvi  hərəkatı

müdafiə etməkdə, sovet adamlarını yaradıcı təşəbbüsə hər

vasitə ilə həvəsləndirməkdə görür". Bu müddəa partiya və

xalq tərəfindən dönmədən həyata keçirilir.

Ölkəmizin hər yerində olduğu kimi, beşilliyin ötən illəri

ərzində  rayonumuzda  da  ideoloji  iş  sahəsində  müsbət

keyfiyyət dəyişiklikləri baş vermiş, bu isə nəticə etibarı ilə

ictimai istehsalın yüksəlişinə, dövlət planlarının və sosialist

öhdəliklərinin müvəffəqiyyətlə yerinə yetirilməsinə, şəxsi

məsuliyyət  hissinin,  tələbkarlığın  artırılmasına  səbəb

olmuşdur.  İdeoloji  iş  bilavasitə  rayonun  qarşısında  duran

konkret iqtisadi vəzifələrlə sıx əlaqəli şəkildə aparılır. Sov.

İKP  MK-nın  Baş  katibi  L.  İ.  Brejnev  yoldaşın  çıxış  və

nitqlərində  irəli  sürülən  təxirəsalınmaz  ideoloji  vəzifələr,

Azərbaycan KP MK-nın oktyabr (1971-ci il) plenumunun

qərarı və Sov. İKP MK-nın "Belorusiya partiya təşkilatında

Sahib Sailov

226

                                                      

"Kənd həyatı" jurnalı. Bakı,1975-ci il, №7,S. 7-10



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə