Sahib sailov zəkanın gücü (1954-2013) Bakı


partiya fəalları təsərrüfatlara göndərildi. Kommunistlərin və



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə67/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   63   64   65   66   67   68   69   70   ...   103

partiya fəalları təsərrüfatlara göndərildi. Kommunistlərin və

təcrübəli üzümçülərin köməyi ilə nöqsanlar qısa müddətdə

aradan qaldırıldı. Becərmə işlərinin keyfiyyəti yaxşılaşdırıldı.

Rayon partiya komitəsi və ilk partiya təşkilatları üzümçü -

lük sahəsində irəli sürülən hər hansı təşəbbüsü, səmərələş -

dirici  təklifi  vaxtında  müdafiə  edir,  onun  istehsalatda

yayılmasına çalışırlar. "Günəşli" sovxozunun kommunistləri

Sov. İKP XXVqurultayının yekunlarını müzakirə edərkən

məhsuldarlığı artırmaq yolu ilə dövlətə 6.600 ton əvəzinə 9.

000  ton  üzüm  təhvil  vermək  barədə  yüksək  öhdəlik

götürmüşdülər. Rayon partiya komitəsinin bürosu "Günəşli"

sovxozu üzümçülərin bu təşəbbüsü yüksək qiymətləndirdi və

onun bütün təsərrüfatlarda yayılmasını qərara aldı. Tezliklə

"Günəşli"  sovxozu  üzümçülərinin  təşəbbüsünə  yüzlərlə

üzümçü  və  şərab  zavodlarının  fəhləsi  qoşuldu.  "Günəşli"

sovxozunun  üzümçüləri  vəd  verməklə  kifayətlənmədilər.

Onlar  üzümlüklərə  aqrotexniki  tədbirlər  əsasında  qulluq

etdilər. Nəticə gözlənildiyindən də yaxşı oldu. Üzümçülər

6.600 ton əvəzinə 12 min tondan çox üzüm istehsal etdilər.

İstehsalat qabaqcıllarının sayı əvvəlki illərə nibətən xeyli

çoxaldı. Əli Bayramovun, Əbdülhəsən Abdullayevin, Paşa

Əyyubovun briqadaları indi 1977-ci ilin hesabına işləyirlər.

"Şərəf nişanı" ordenli A.İ.Lenin  adına sovxozun kollektivi

(direktoru  Nadir  Məmmədov,  partiya  komitəsinin  katibi

Rəfiqə Səmədova) onuncu beşilliyin ilk ilində daha böyük

əmək qələbəsi qazanmışdır. Sovxozda 12.150 ton əvəzinə 25

min tondan çox keyfiyyətli üzüm istehsal edilərək iki ilin

planı  artıqlaması  ilə  ödənilmişdir.  Üzüm  bağlarının  hər

hektarından orta hesabla 195 sentner məhsul götürülmüşdür.

Sahib Sailov

252



Sadıq Nəsirovun, respublika Dövlət mükafatı laureatı Dilavər

Yolçiyevin, Şirinağa Şirinovun, Əhəd Teymurovun, Qasım

Zamanovun, Fikrət Kərimovun briqadalarının hər biri 1.000

tondan  çox  məhsul  istehsal  etmişdir.  Yarəli  Şıxalıyevin,

Azərbaycan KP MK üzvlüyünə namizəd Zəminə Məmməd -

kəri movanın,  Mövsüm  Yəhyayevin,  Ağaməmməd

Məmişovun briqadalarında məhsuldarlıq daha yüksək

olmuşdur. Beləliklə,  sovxozun  kollektivi  dövlətə  üzüm

təhvilinə  dair  beşillik  planı  üç  ildə  yerinə  yetirməyə  söz

vermişdir. Bütün bu müvəffəqiyyətlər onun nəticəsidir ki,

sovxozda üzümçülərin sosializm yarışı düzgün qurulmuş,

mütəşəkkillik artırılmış, qabaqcıl təcrübənin, mütərəqqi iş

üsullarının təbliği ön plana çəkilmişdir. Məsələn, bu il sovx-

ozun üzümçüləri belə bir faydalı, səmərələşdirici təklif irəli

sürmüşlər  ki,  texnika  vasitəsi  ilə  eyni  vaxtda  bir  neçə

becərmə işi görmək mümkündür. Onlar traktora qoşulmuş

çiləyici aparatların gövdəsinə diskli mala və tros əlavə edərək

eyni  vaxtda  həm  bağlara  bordo  mayesi  çiləmiş,  həm  də

torpağa kultivasiya çəkmişlər. Bunun böyük iqtisadi səmərəsi

olmuşdur.

Hər bir təsərrüfat sahəsində olduğu kimi üzümçülükdə də

məhsul  yığımı  həlledici  dövr  sayılır.  Yetişdirilmiş  bol

məhsulu  itkisiz  yığmaq  üçün  rayon  üzrə  xüsusi  qərargah

yaradılmışdır.  Məhsul  yığımı  ərəfəsində  rayon  partiya

komitəsi "Rayonun partiya, sovet, həmkarlar ittifaqı və kom-

somol təşkilatlarına, sovxoz fəhlələrinə, kolxozçularına, idarə

və müəssisə kollektivlərinə, məktəbli - gənclərə" müraciət

qəbul etmiş, bütün kommunistlərə çağırış xarakterli məktub

göndərilmişdir. Bu sənədlər rayon zəhmətkeşlərinin məsuliy -



Zəkanın gücü

253


yətini  artırmış,  onları  yığımda  fəal  iştirak  etməyə

ruhlandırmışdır.  Məhsul  yığımında  hər  gün  25  min  adam

iştirak etmiş və orta hesabla 6,5- 7 min ton üzüm toplamışdır.

Üzümçülərimiz Sov. İKP XXV qurultayının və Azərbay -

can KP XXIX qurultayının tarixi qərarlarını həyata keçirərək

bu il rekord miqdarda məhsul, 145 min tondan çox üzüm is-

tehsal edib dövlətə satmışlar.

Üzümçülüyün  intensiv  inkişafı  rayonun  ictimai-siyasi

həyatında müsbət dəyişikliklər əmələ gətirmiş, zəhmətkeş -

lərin güzəranını xeyli yaxşılaşdırmışdır . Sovxoz fəhlələrinin

orta  aylıq  əmək  haqqı  səkkizinci  beşillikdəkinə  nisbətən

təqribən iki dəfə artaraq 180 -220 manata çatmışdır. Lenin

adına, Kalinin adına, S. Ə. Şirvani adına sovxozlarda fəhlə

və mexanizatorların aylıq əmək haqqı daha yüksəkdir.

Taxılçılarımızın və üzümçülərimizin işində olan müs-bət

cəhətlərdən biri budur ki, dövlətə təhvil verilən məhsulun

hamısı yüksək keyfiyyətli olmuşdur. Hər hektarın məhsul -

darlığı əvvəlki illərə nisbətən xeyli yüksəlmişdir. Rayon par-

tiya komitəsi və ilk partiya təşkilatları beşilliyi vaxtından

əvvəl yerinə yetirmək uğrunda sosializm yarışının kütləvi -

liyini  təmin  etmək  üçün  təşkilati  tədbirləri  və  ideoloji  işi

gündən-günə genişləndirirlər. Biz çalışırıq ki, bütün sahələrdə

geridə qalan bir təsərrüfat, bir kollektiv belə olmasın. Hər bir

sovxoz fəhləsi və kolxozçu, hər bir inşaatçı və sənaye işçisi

ölkədə genişlənən sosializm yarışının siyasi əhəmiyyətini

aydın  başa  düşsün,  beşilliyin  bütün  illərində  plan  və

öhdəliklərin yerinə yetirilməsi yollarını konkret bilsin. Biz

çalışırıq ki, qarşıdakı əzəmətli vəzifələrin həyata keçirilməsi

uğrunda kütlələrin ümumxalq yarışı daha geniş xarakter alsın.

Sahib Sailov

254



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə