Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə69/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   65   66   67   68   69   70   71   72   ...   103

Təsərrüfatın digər sahələrində də görüləsi işlərimiz çoxdur.

Biz bu beşillikdə şəhər, qəsəbə və kəndlərimizdə əsaslı tik-

intinin  həcmini  xeyli  genişləndirərək,  bir  neçə  yaşayış

məntəqəsinə təbii qaz kəməri çəkəcəyik. Onuncu beşillikdə

azı  15-16  min  şagird  yeri  olan  məktəb  binası,  doqquz -

mərtəbəli mehmanxana, stadion, universal mağaza və digər

ictimai binalar tikiləcəkdir.

Onuncu beşilliyi dörd ildə yerinə yetirmək uğrunda baş -

lanan vətənpərvərlik hərəkatını daha da genişləndirmək, bü -

tün zəhmətkeşlərin qüvvəsini bu məqsədə doğru yönəltmək

qarşımızda əsas vəzifə kimi durur. Bu məqsədlə sosializm

yarışını, xüsusilə Şamaxı – İsmayıllı, Şamaxı – Dərbənd,

Şamaxı – Cəlilabad sosializm yarışını daha da genişləndirir,

dostlarımızın  əməli  təklif  və  məsləhətlərini  öyrənir,

mütərəqqi iş üsullarını yayırıq.

Heç şübhə yoxdur ki, rayonun partiya, sovet, həmkarlar

ittifaqı, komsomol təşkilatları, təsərrüfat orqanları Sov. İKP

XXV  qurutayında  L.İ.Brejnev  yoldaşın  dərin  məzmunlu

məruzəsində  irəli  sürülən  müddəaları  və  qarşıya  qoyulan

vəzifələri həyata keçirmək, səmərəlilik və keyfiyyət beşil -

liyində altı ilin planını yerinə yetirmək üçün bütün qüvvələri

səfərbərliyə alacaqdır.



Sahib Sailov

258


NAİLİYYƏTLƏR, PERSPEKTİVLƏR,

PROBLEMLƏR

İŞİMİZİN ƏSAS MEYARI

1

Müsahibimiz Azərbaycan KP Şamaxı Rayon Komitəsinin

birinci katibi S. A. Sailov yoldaşdır. 

Müsahibəni apardı «Kənd həyatı» jurnalının əməkdaşı.

– Yoldaş Sailov, çoxsahəli iqtisadiyyata malik Şamaxı ray-

onunun təsərrüfat həyatı haqqında ümumi şəkildə nəyi demək

olar?

– Gülüstan qalasından Ərəb dağına, Mərəzə yalından Ağsu



dolaylarına  qədər  durna  qatarları  kimi  cərgələnən  üzüm

plantasiyaları  beş-on  il  əvvəlki  çılpaq  yamaclara  xüsusi

yaraşıq verir. 75 faizi məhsuldar, 25 faizi cavan bağlardan

ibarət üzümlüklər 21.423 hektar ərazini əlvan naxışlı xalı

kimi  bəzəyir.  Plantasiyalar  dağlara  tərəf  dartılaraq  təbii

meşələrlə, meyvə bağları ilə qovuşur. Həmin yaşıllıqlarla ra -

yonun  32  min  hektarlıq  taxıl  zəmilərinin  sərhədlərini

ayırmaq o qədər də asan deyildir. Hələ biçənəklər, yay və qış

otlaqları…  Çobanlarımız  170  min  baş  davar  bəsləyir,

maldarlarımız 22 min baş qaramala qulluq edirlər. Sürü və

naxırlar üçün hər il min tonlarla quru ot, qüvvəli, şirəli və

qaba yem tədarük olunur.

Tale bu bərəkətli torpağın sakinlərinə həm də tükənməz

Vətən məhəbbəti, əmək rəşadəti bəxş etmişdir. Sov. İKP-nin

XXV  qurultayının  tarixi  qərarları,  Azərbaycan  partiya

təşkilatının  həyata  keçirdiyi  mühüm  təsərrüfat-təşkilat



Zəkanın gücü

259

                                                      

"Kənd həyatı" jurnalı. Bakı, 1976-cı il, № 12,S. 4, 7  


tədbirləri kənd əməkçilərimizi misilsiz qələbələrə ruhlan -

dırmışdır. Doqquzuncu beşilliyin yekunlarına nəzər salaq:

rayonun əmək adamları 189 min tondan çox taxıl, 344 min

tondan çox üzüm, 11 min tondan çox ət, 34 min ton süd, 1,4

min tondan çox yun və 30.3 milyon ədəd yumurta istehsal

etdilər.  Bunlar  səkkizinci  beşillikdəkindən  əhəmiyyətli

dərəcədə  çox  idi.  Şamaxılılar  tədarük  məntəqələrinə

səkkizinci beşillik-dəkindən 94 faiz çox üzüm, 74 faiz çox

yumurta, 54 faiz çox süd, 53 faiz çox ət, 25 faiz çox yun,

12  faiz  çox  taxıl  göndərdilər. Nailiyyətlərimiz  yüksək

qiymətləndirildi. Rayonumuzun Sov. İKP MK-nın, SSRİ



Nazirlər Sovetinin, ÜİHİMŞ və ÜİLKGİ MK-nın, keçici

Qırmızı bayrağına layiq görüldü.

Göründüyü kimi, rayonun əməkçiləri yeni qələbələr üçün

hələ ötən beşillikdə möhkəm bünövrə qoymuşdular. Onlar

yubiley beşilliyinin startını müvəffəqiyyətlə götürdülər.

- Rayon əməkçiləri start ilini necə başa vurdular?

- Təsərrüfatın bütün sahələrində əmək qəhrəmanlığı ilə.

Bu il taxılçılıq istehsalın həcmini rekord həddə çatdırdıq.

60  min  tondan  artıq  dənli  bitki  məhsulu  yığıldı  ki,  bu  da

1980-cı il üçün nəzərdə tutulduğundan təqribən 15 min ton

çoxdur. Təsərrüfatlarımız dövlətə illik planın 192 faizi qədər,

yəni 17,6 min tondan artıq taxıl satdılar. M.Hüseynzadə adına

sovxoz,  K.Marks  adına  və  Lenin  adına  kolxozlar  bol  və

keyfiyyətli toxum materialı hazırladılar. Cari ildə İliç adına

kolxozun, "Bakı" kolxozunun taxılçılığı inkişafı etdirmək

sahəsindəki  nailiyyətləri  xüsusilə  sevindirici  oldu.  Bu

təsərrüfatlar hər hektardan 24-30 sentner məhsul götürdülər.

Heyvandarlar  dövlətə  yun  və  süd  satışına  dair  illik

Sahib Sailov

260



tapşırıqlara iki-üç ay əvvəl əməl etdilər.

Şamaxının  "Şöhrət  cələngi" hesab  edilən  üzümçülük

sahəsində cari ilin qələbəsi isə daha böyük və fərəhli oldu.

Dövlətə planda nəzərdə tutulan 85 min ton əvəzinə 142 min



ton üzüm satıldı. Bu, respublikada tədarük edilmiş bütün

üzümün beşdə bir hissəsinə bərabər idi.

Ümumi  nailiyyətdə  Lenin  adına,  Kalinin  adına,  Sabir

adına, "Pravda" və "Günəşli" sovxozları əməkçilərinin daha

çox payı vardır. "Şərəf nişanı" ordenli Lenin adına sovxozda

heç bir vaxt bu ilki qədər - 25 min ton məhsul toplanma -

mışdır. Sovxozun ayrı-ayrı biriqadaları yüksək göstəricilər

qazandılar.

Üzümçülüyün sürətli inkişafı təsərrüfatlarımızın iqtisadi

imkanlarını da durmadan artırır. Onların bu il əldə etdikləri



178  milyon  manatlıq  mənfəətin  150  milyon  manatını

üzümçülük vermişdir.

- Sahib müəllim, bu müvəffəqiyyətlərin qazanılmasında

son illər həyata keçirilən hansı başlıca tədbirlərin müstəsna

rolu olmuşdur?

- Sov. İKP XXV qurultayına Mərkəzi Komitənin hesabat

məruzəsində L.İ.Brejnev yoldaş demişdir: "Partiya rəhbər -

liyinin  müvəffəqiyyəti  üçün  mühüm  şərt  işdə  Lenin  üs-

lubudur. Lenin üslubu isə subyektivizmə yabançı olan bütün

ictimai proseslərə elmi münasibət ruhlu, yaradıcı üslubdur.

Bu üslub özünə və başqalarına yüksək tələbkarlıqla yanaş -

mağı və rəsmiyyətçilik təzahürlərinə ziddir".

Keçilmiş yola nəzər salarkən və qarşıda duran vəzi-fələrin

həlli naminə qüvvələri səfərbərliyə alarkən biz Azərbaycan

Zəkanın gücü

261



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə