Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə66/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   62   63   64   65   66   67   68   69   ...   103

apardığını yaxşı bilir. O, bilir ki, dövlət planı qanundur və

onu yerinə yetirmək hər bir əməkçinin müqəddəs borcudur.

Sosialist  öhdəliyini  yerinə  yetirmək  isə  hər  bir  adamın

vətənpərvərlik işidir. 1976-cı ildə taxılçılarımız, üzümçü -

lərimiz,  heyvandarlarımız  tərəfindən  əldə  olmuş  böyük

qələbənin bir səbəbi də məhz bununla izah edilməlidir.

L.İ. Brejnev yoldaşın çıxışlarında irəli sürülən müddəa -

lardan  və  çıxarılan  nəticələrdən  ruhlanan  taxılçılar  bu  il

məhsul yığımını qısa müddətdə və itkisiz başa çatdırmışlar.

Taxılçılarımız  rayonun  tarixində  ilk  dəfə  olaraq  taxıl

istehsalını  60  min  tona  çatdırmış,  hər  hektardan  dəmyə

şəraitdə 19,3 sentner məhsul götürmüşlər. Dövlətə 9,2 min

ton əvəzinə 18 min tona yaxın taxıl satılmışdır.

Rayon partiya komitəsi taxılçılığın inkişafı ilə əlaqədar

hələ keçən il, payızlıq taxıl əkini kampaniyasından sonra bir

sıra mühüm tədbirlər görmüşlər. Məsələn, taxılçıların zona

müşavirələri və toplanışları keçirilmiş, qarşıdakı vəzifələr

konkret müəyyənləşdirilmişdir. Bundan başqa respublikanın

görkəmli  alimlərinin  rayonun  taxılçıları  qarşısında  çıxışı

təşkil edilmişdir. Bir sözlə, rayon partiya komitəsinin və ilk

partiya təşkilatlarının çoxcəhətli fəaliyyəti təsərrüfat, siyasi

və ideya tərbiyə məsələlərinin düzgün həllinə, qəbul edilən

qərarların konkretliyinə və reallığına, qarşıya qoyulan vəzifə -

lərin yerinə yetirilməsində müsbət nəticə vermişdir.

Taxılçılıq üçün o qədər də əlverişli olmayan cari ildə M.

Hüseynzadə adına sovxozun, İliç adına, K. Marks adına, Tel -

man adına kolxozların, "Bakı", "Kommunist" kolxozlarının

əkinçiləri  böyük  fədakarlıq  və  qəhrəmanlıq  nümunəsi

göstərmiş,  hər  hektardan  yüksək  məhsul  toplamağa  nail

Zəkanın gücü

249



olmuşlar.  M.  Hüseynzadə  adına  sovxozun  (direktoru

Azərbaycan SSR Ali Sovetinin deputatı A. Popova, partiya

komitəsinin katibi M. Baxışov yoldaşlardır) əmək adamları

bu il 2 min hektar sahənin hər hektarından 33 sentnerə yaxın

məhsul götürmüşlər. Rayon partiya komitəsi M. Hüseynzadə

adına sovxozun, həmçinin hər hektardan rayon səviyyəsindən

çox məhsul götürən İliç adına, K. Marks adına kolxozların iş

təcrübəsini  ümumiləşdirib  yaymaq  haqqında  xüsusı  qərar

qəbul etmişdir. Həm də təsərrüfatların, həm də digər qabaqcıl

taxılçılıq,  üzümçülük,  heyvandarlıq  təsərrüfatlarının,

briqadirlərin ayrı-ayrı adamların iş təcrübəsi "Yeni Şirvan"

rayon qəzeti, "Yarış vərəqəsı", xüsusi "Bülleten" vasitəsi ilə

də geniş yayılır.

Hazırda rayonda gələn ilin bol məhsulunun təməli qoyulur.

Təsərrüfatların, demək olar ki, hamısında payızlıq taxıl əkini

keyfiyyətlə və yüksək aqrotexniki müddətlərdə keçirilmişdir.

31 min hektarından artıq sahədə yüksək məhsuldar, rayonun

iqlim və torpaq şəraitinə uyğunlaşdırılmış toxum səpilmişdir.

Hər yerdə aqrotexniki qaydalara düzgün riayət edilmiş və

yaxşı bitir alınmışdır. İndi rayon taxılçılarını düşündürən əsas

məsələ - onuncu beşilliyin ikinci ilində ən azı 70 min ton taxıl

istehsal etmək məsələsidir.

Üzüm Şamaxının şanı-şöhrəti, onun ən qiymətli sərvətidir.

Son vaxtlar Şamaxı üzümünün şöhrəti daha da yüksəlmiş,

üzümçülük ən gəlirli sahələrdən birinə çevrilmişdir. Rayonda

üzümçülük xeyli inkişaf etdirilmişdir. Hazırda rayonumuzda

üzüm  bağlarının  sahəsi  21.423  hektara,  o  cümlədən

məhsuldar üzümlüklərin sahəsi 17.029 hektara çatdırılmışdır.

"Azərbaycan  SSR-də  üzümçülüyü  daha  da  inkişaf

Sahib Sailov

250



etdirmək tədbirləri haqqında" Azərbaycan KP MK-nın və re-

spublika  Nazirldər  Sovetinin  16  noyabr  1971-ci  il  tarixli

qərarından sonra rayonumuzda bu mühüm sahənin inkişaf

etdirilməsində böyük irəliləyiş olmuşdur. Sovxoz və kolxo-

zlarda üzümçülük mədəniyyətinin yüksədilməsinə, qabaqcıl

təcrübədən  və  elmi  nailiyyətlərdən  yaradıcılıqla  istifadə

olunmasına, aqrotexniki tədbirlərin kompleks həyata keçiril -

məsinə,  torpağın  tələbinə  uyğun  şəkildə  mineral  və  üzvi

gübrələr işlədilməsinə diqqət artırılmışdır. Üzüm istehsalı ilə

onun emal bazası arasında uyğunsuzluq aradan qaldırılmış,

keçən  il  iki  yeni  şərab  zavodu  tikilib  istifadəyə  verilmiş,

mövcud şərab zavodlarının həcmi xeyli genişləndirilmişdir.

Məlum olduğu kimi bu il havalar üzümçülük üçün əlverişli

olmamışdır. Lakin havaların törətdiyi çətinliklər heç kimi

ruhdan  salmamışdır.  Əksinə,  üzümçülərimiz  əsl  hünər,

qəhrəmanlıq  göstərmiş,  bol  məhsul  yetişdirməyə  nail

olmuşlar.  Yaz  aylarında  yağan  güclü  yağışlar  üzümçülük

üçün  ən  qorxulu  xəstəliklərin  əmələ  gəlməsinə  şərait

yaradırdı. Amma görülən tədbirlər nəticəsində də hər şey

qaydasına  düşdü,  xəstəlik  və  ziyanvericilərə  qarşı  kəskin

mübarizə aparıldı. Rayon partiya komitəsinin Lenin adına

sovxozda  keçirdiyi  səyyar  büronun  əhəmiyyəti  xüsusilə

böyük  oldu.  Büro  iclasında  mütəxəssislər  yoxlamanın

nəticəsi haqqında məlumat verdilər. Aydın oldu ki, Nəsimi

adına, Kalinin adına, N. Nərimanov adına, S.Vurğun adına

sovxozların bəzi briqadalarında məsuliyyətsizlik nəticəsində

alaq  otlarına  qarşı  zəif  mübarizə  aparılır,  cərgəa-ralarının

şumlanması,  sahələrə  kultivasiya  çəkilməsi  gecikdirilir.

Rayon partiya komitəsi bürosunun qərarı ilə büro üzvləri,

Zəkanın gücü

251



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə