Sahib sailov zəkanın gücü (1954-2013) Bakı


partiya komitəsi müntəzəm olaraq



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə64/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   60   61   62   63   64   65   66   67   ...   103

lemlər də vardır. Rayon partiya komitəsi müntəzəm olaraq

bu nöqsanları öyrənir və onların aradan qaldırılması üçün

partiya təşkilatlarının, pedaqoji kollektivlərin, kommunist -

lərin qüvvələrini səfərbərliyə alır. Bu sahədə "Rayon xalq

maarif şöbəsinin fəaliyyətindəki ciddi nöqsanlar haqqında"

rayon partiya komitəsinin 17 iyul 1974-cü il tarixli qərarın -

dan sonra xeyli iş görülmüşdür.

Rayonumuzda 105 orta, səkkizillik və ibtidai məktəb

fəaliyyət göstərir ki, bunlarda 26 min nəfərdən çox şagird

təh sil  alır.  Axşam  (növbəli)  məktəblərin  şəbəkəsi  də

genişlən di rilmiş  və  buraya1900  nəfər  istehsalatçı  gənc

cəlb edilmişdir.

Rayon  partiya  komitəsinin  gördüyü  tədbirlərin  xeyli

hissəsi məktəblərdə təlim-tərbiyənin daha da yüksəlməsinə,

istehsalatda çalışan gənclərin hamılıqla ümumtəhsil məktəb -

lərinə cəlb edilməsinə, kənd məktəblərində lazımi iş şərai -

tinin  yaradılmasına  və  məktəblərdə  əsas  göstəricilərin

respublika səviyyəsinə çatdırılmasına yönəldilmişdir.

Rayon partiya komitəsi Azərbaycan KP MK-nın 1975-ci

il iyul tarixli plenumunun qərarlarına uyğun olaraq başqa

sahələrlə yanaşı, rayonda xalq maarifinin inkişaf etdirilməsi

ilə əlaqədar müəllim kadrların seçilməsinə, tərbiyə edilmə -

sinə və yerləşdirilməsinə xüsusi diqqət yetirir. Bu il rayona

göndərilmiş 150 nəfər gənc müəllim ümumtəhsil məktəb -

lərində işlə təmin olunmuşdur.

Rayon partiya komitəsi xalq maarifinin hərtərəfli inkişa -

fına bundan sonra da var qüvvəsini sərf edəcək, Sov. İKP

XXV qurultayını şərəfli əmək nailiyyətləri, yüksək tədris

göstəriciləri ilə qarşılayacaqdır.



Sahib Sailov

242


MÜTƏŞƏKKİLLİK NÜMUNƏSİ

1

Sov. İKP XXV qurultayı ölkəmizdə kənd təsərrüfatının

daha da inkişaf etdirilməsini çox mühüm ümumdövlət və

ümumxalq vəzifəsi hesab etmiş, bunun üçün konkret proqram

hazırlamışdır. Qurultay kənd təsərrüfatı sahəsində qarşıya bir-

biri ilə üzvi şəkildə əlaqədar olan iki məqsəd qoymuşdur. Bu

məqsədlər ölkənin ərzaqla və kənd təsərrüfatı xammalı ilə

etibarlı surətdə təchiz edilməsinə nail olmaqdan və şəhərlə

kəndin maddi və mədəni həyat şəraitinin bundan sonra da bir-

birinə yaxınlaşması yolu ilə getməkdən ibarətdir. Partiya -

mızın bu göstərişi fəhlə sinfinin və kolxozçu kəndlilərin əsas

mənafeyinə, ölkəmizdə kommunizm quruculuğu mənafeyinə

tamamilə uyğundur.

Lenin aqrar siyasətini dönmədən həyata keçirən partiya və

hökumətimiz sovet cəmiyyətinin hər bir tarixi inkişaf dövrü

üçün kənd təsərrüfatının vəzifələrini müəyyən edirlər. Müasir

mərhələdə partiyamızın həyata keçirdiyi aqrar siyasətin əsası

isə Sov. İKP MK-nın mart (1965-ci il) plenumu tərəfindən

qoyulmuşdur. Bu siyasət kolxoz və sovxozların iqtisadiy -

yatının ikişafına çox böyük müsbət təsir göstərmişdir. Mart

plenumundan sonra əhali artımı da nəzərə alınmaqla adam -

başına  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  25  faiz

çoxalmışdır. Kənd təsərrüfatının maddi-texniki bazası xeyli

möhkəmlənmiş,  kənddə  energetika  qurğularının  gücü  iki

dəfə, kənd təsərrüfatına verilən mineral gübrələrin miqdarı

üç dəfə artmışdır. Kənd təsərrüfatı istehsalında əmək məhsul -



Zəkanın gücü

243

                                                      

"Azərbaycan kommunisti" jurnalı. Bakı, 1976-cı il, № 10,S. 43-49 


darlığı 1,6 dəfə yüksəlmişdir.

Lakin  partiyamız  əldə  edilən  nailiyyətləri  lazımınca

qiymətləndirməklə  bərabər,  bunu  da  yaxşı  görür  ki,  kənd

təsərrüfatı  istehsalının  artım  sürəti,  kolxoz  və  sovxoz -

larımızın  iqtisadi  göstəriciləri  ölkəmizin  kənd  təsərrüfatı

məhsullarına artan tələbatını hələ tam ödəmir. Buna görə də

indi kənd təsərrüfatının intensivləşdirilməsi və onun səmə -

rəsinin artırılması vəzifəsi ön sıraya çəkilir. Sov. İKP XXV

qurultayı müəyyən etmişdir ki, bu vəzifənin müvəffəqiyyətlə

yerinə yetirilməsi xeyli dərəcədə istehsalın ixtisaslaşdırılması

və təmərküzləşdirilməsindən, onun müasir sənaye əsasında

qurulmasından asılıdır. Sov. İKP MK-nın Baş katibi L. İ. Bre-

jnev yoldaş bunu kənd təsərrüfatını inkişaf etdirməyin əsas

istiqaməti  adlandıraraq  partiyamızın  XXV  qurultayında

demişdir: "…təsərrüfatlararası kooperativləşdirmə və aqrar-

sənaye inteqrasiyası əsasında istehsalın ixtisaslaşdırılması və

təmərküzləşdirilməsi  istehsalın  həcmini  sürətlə  artırmaq,

əmək məhsuldarlığını xeyli yüksəltmək və maya dəyərini

aşağı salmaq üçün böyük imkanlar yaradır. Deməli, bu xətti

daha  fəal  yetirmək  lazımdır.  Bizim  təşkilatçılıq  işimiz,

planlaşdırma,  iqtisadi  vasitələrdən  istifadə  olunması  bu

mütərəqqi prosesə hər vasitə ilə kömək etməlidir".

XXV qurultay tərəfindən bəyənilən xətti əməli surətdə

yerinə yetirərək Sov. İKP MK bu ilin may ayında "Təsər -

rüfatlararası kooperativləşdirmə və aqrar-sənaye inteqrasiyası

əsasında kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılmasını və

təmərküzləşdirilməsini daha da inkişaf etdirmək haqqında"

qərar qəbul etmişdir. L. İ. Brejnev yoldaşın təşəbbüsü ilə

qəbul olunan bu sənədin böyük nəzəri, siyasi və ictimai-iqti-

Sahib Sailov

244



sadi əhəmiyyəti vardır. Həmin sənəd inkişaf etmiş sosializm

şəraitində Lenin kooperativ planının əməli surətdə yerinə

yetirilməsində yeni mərhələnin başlanğıcını qoyur. Partiya -

mızın hazırladığı tədbirlər məhsul istehsalının ictimailəşdi -

rilməsi  səviyyəsini  yüksəltmək,  ictimai  münasibətləri

təkmil ləşdirmək, sosializm mülkiyyətinin iki formasını bir-

birinə yaxınlaşdırmaq, şəhərlə kənd arasında mühüm fərdləri

tədriclə  aradan  qaldırmaq  üçün  yol  açır.  Mövcud  qərarda

sosialist kəndində istehsal münasibətlərinin və ictimai mü-

nasi-bətlərin daha da təkmilləşdirilməsi elmi surətdə müəy-

yən edilir, bu xəttin həyata keçirilməsində partiya, sovet və

təsərrüfat orqanlarının, elmi idarələrin vəzifələri göstərilir.

"Təsərrüfatlararası  kooperativləşdirmə  və  aqrar-sənaye

inteqrasiyası əsasında kənd təsərrüfatı istehsalının ixtisas -

laşdı rılmasını  və  təmərküzləşdirilməsini  daha  da  inkişaf

etdirmək haqqında" Sov. İKP MK-nın qərarını sovet adamları

böyük diqqətlə öyrənirlər. Kolxoz və sovxozlarda, müəssisə

və tikintilərdə zəhmətkeşlər bu qərarı yekdilliklə bəyənir.

Həmin sənəddə şərh olunan müddəaları Vətənimizin tərəq -

qisinə, xalqın rifahının daha da yüksəlməsinə partiyamızın

göstərdiyi qayğının yeni, parlaq təzahürü sayırlar.

Keyfiyyət  və  səmərəlilik  beşilliyi  olan  onuncu  beşillik

tapşırıqlarının  müvəffəqiyyətlə  yerinə  yetirilməsi  bütün

sahələrdə kommunistlərin, əmək adamlarının tapşırılmış işə

məsuliyyətlə yanaşmalarından, yaradıcılıq, təşəbbüskarlıq və

mütəşəkkillik nümunəsi göstərmələrindən, qabaqcıl olmala -

rından çox asılıdır. Şamaxı rayon partiya təşkilatı beşilliyin

ilk günündən tərbiyə işlərini bu istiqamətdə qurmuş, qarşıda

duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bir

Zəkanın gücü

245



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə