Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə55/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   51   52   53   54   55   56   57   58   ...   103

keçmiş, qəbul edilmiş qərarların icrasına nəzarətin təşkili

yaxşılaşdırılmış  və  hər  bir  kommunistdə  tələbkarlıq  və

tapşırılan iş üçün məsuliyyət hissi tərbiyə olunmuşdur.

Rayon partiya komitəsi ilk partiya təşkilatlarının fəaliy -

yətini istiqamətləndirmək və onların diqqətini daha mühüm

vəzifələrin həll edilməsinə yönəltmək məqsədilə müntəzəm

olaraq  əməli  köməklik  göstərmişdir.  Rayon  partiya

təşkilatının V konfransından sonra "Sov. İKP XXV qurulta -

yının tələbləri ilə əlaqədar ilk partiya təşkilatlarının siyasi

mübarizliyini daha da artırmaq haqqında" və Sov. İKP XXV

qurultayından sonra "Sov. İKP XXV qurultayının tələbləri

ilə əlaqədar ilk partiya təşkilatlarında partiya təşkilatçılıq və

partiya-siyasi işin daha da təkmilləşdirilməsi haqqında" xü-

susi tədbirlər planları hazırlanaraq mətbəədə çap olunmuş və

ilk partiya təşkilatlarına göndərilmişdir.

Bundan  əlavə  partiya  təşkilat  katiblərinin  müntəzəm

olaraq ayda bir dəfə seminar-müşavirələri keçirilmiş və bu-

rada partiya təşkilatçılıq və partiya – siyasi işə aid təcrübə

mübadiləsi  aparılmış,  qabaqcıl  partiya  təşkilatlarının  işə

təcrübəsi və ayrı-ayrı partiya təşkilatlarının fəaliyyətində yol

verilən nöqsanlar ümumiləşdirilib müzakirə olunmuşdur.

Bütün bu tədbirlər ilk partiya təşkilatlarının mübarizliyinin

artmasına,  onların  rəhbəredici  və  səfərbəredici  rolunun

yüksəlməsinə imkan vermişdir.

Rayon patiya komitəsinin səyi ilə plenumlar və bürolar

Nizamnamə tələbinə uyğun olaraq vaxtlı-vaxtında, işgüzarlıq

şəraitində  təsərrüfat  və  mədəni  quruculuq  vəzifələrinin

nəticələrini  tənqidi  surətdə  təhlil  etmək  əlaməti  altında



Zəkanın gücü

207


keçmişdir.  Plenumlarda  və  bürolarda  Sov.  İKP  XXIV 

XXV qurultaylarının, Azərbaycan  KP  XXVIII  və  XXIX

qurultaylarının, MK plenumlarının qərarlarından irəli gələn

vəzifələrlə əlaqədar daha aktual məsələlər müzakirə edilmiş,

partiya, sovet və təsərrüfat rəhbərlərinin, ayrı-ayrı kommu -

nistlərin hesabatları dinlənilmişdir.

İşdə olan nöqsanların operativ qaydada aradan qaldırıl -

masına əməli köməklik məqsədilə rayon partiya komitəsi

səyyar büroların və zona müşavirlərinin keçirilməsi təcrü -

bəsində geniş istifadə etmişdir. Təkcə 1976-cı ilin altı ayı

ərzində Küdrü və Qobustan qışlaqlarında, Mədrəsə və

Mərəzə qəsəbələrində, Çuxuryurd, Göylər, Nərimankənd,

Leninabad, Xilmilli kəndlərində və Lenin adına sovxozda,

ümumiyyətlə 8 səyyar büro, 12 zona müşavirəsi keçiril -

mişdir.

Rayon partiya komitəsi yerli Sovetlərə, həmkarlar ittifaqı

və komsomol təşkilatlarına, digər ictimai təşkilatlara partiya

rəhbərliyinin səviyyəsini yüksəltmək sahəsində də müəyyən

işlər görmüşdür. Həmin təşkilatların rayonda rolu və nüfuzu

xeyli artırılmışdır. Onlarla işgüzar və bacarıqlı kommunist

yerli sovetlərə, həmkarlar ittifaqı və komsomol təşkilatlarına

işə göndərilmişdir. Rayon partiya komitəsinin plenumla-rında

və  bürolarında  həmin  təşkilatların  işinə  dair  müntəzəm

məsələ müzakirə edilmiş, rəhbər sovet, həmkarlar ittifaqı və

komsomol işçilərinin hesabatları dinlənilmişdir.

Rayon partiya komitəsi ideoloji işin səmərəsinin artırıl -

ması,  zəhmətkeşlər  arasında  aparılan  ideya-siyasi  tərbiyə

işlərini yaxşılaşdırmaq sahəsinə də daim ciddi diqqət yetir -



Sahib Sailov

208


mişdir. Zəhmətkeşlərin kommunist dünyagörüşünü formalaş -

dırmaq, onları marksizim-leninizm ideyaları ruhunda tərbiyə

etmək  işinə  xüsusi  əhəmiyyət  vermişdir.  Təbliğatçılara,

təşviqatçılara əməli kömək məqsədilə rayon partiya komitəsi



Bakı Ali partiya məktəbi, respublika "Bilik" cəmiyyəti,

respublika elmlər Akademiyasının institutları ilə birlikdə

Elmi-nəzəri  konfranslar  və  nəzəri  təcrübi  seminarlar

keçirmişdir. Azərbaycan KP MK-nın tövsiyəsi ilə Şamaxı

RPK-si Bakı Ali partiya məktəbinin təcrübə bazası hesab

olunurdu.

Zəhmətkeşlərin beynəlmiləl və vətənpərvərlik tərbiyəsi

ideoloji  işin  mühüm  sahəsi  kimi  daim  diqqət  mərkəzində

saxlanılır.  İnqilab  və  müharibə  veteranları  ilə  görüşlər,

gənclərin  sovet  ordusu  sıralarına  təntənəli  surətdə

göndərilməsi, Böyük Vətən müharibəsində həlak olanların



xatirəsinə son illər ucaldılan 23 abidənin önündə keçirilən

müxtəlif tədbirlər, gənclərin beynəlmiləl gecələrinin və

məktəblərdə rus dili günlərinin təşkili, ənənəvi keçirilən

"Məhsul" bayramları zəhmətkeşlərin, xüsusilə gənclərin

ideya-siyasi tərbiyəsinə mühüm təsir göstərmişdir.

Rayon partiya komitəsi ideoloji kadrlarla iş zamanı "Be-

lorusiya partiya təşkilatında ideoloji kadrların seçilməsi və

tərbiyə  edilməsi  işi  haqqında"  Sov.  İKP  MK-nın  qərarını

daim rəhbər tutmuşdur.

Partiyanın Lenin aqrar siyasətinə uyğun olaraq təsərrüfata

partiya  rəhbərliyinin  yaxşılaşdırılması  sahəsində  rayonda

xüsusilə çox iş görülmüşdür. Partiya təşkilatlarının diqqəti

kənd  təsərrüfatı  istehsalının  səmərəsinin  artırılmasına,

Zəkanın gücü

209



əkinçilik və heyvandarlıq mədəniyyətinin yüksəldilməsinə

və kənd təsərrüfatının sənaye əsasında inkişaf etdirilməsinə

yönəldilmişdir. Kommunistlərin kənd təsərrüfatı istehsalının

müxtəlif sahələrində mütənasib yerləşdirilməsi və onların

şəxsi  nümunə  göstərmələri  qabaqcıl  təcrübənin  və  elmi

nailiyyətlərin geniş tətbiq edilməsi təşkil olunmuşdur.

Partiya  təşkilatlarının  apardığı  təşkilatçılıq  və  siyasi

kütləvi işin nəticəsində rayonun kəndlərində doqquzuncu və

onuncu beşillik planlarını vaxtından əvvəl yerinə yetirmək

uğrunda vətənpərvərlik təşəbbüsləri irəli sürülmüş və geniş

yayılmışdır.

Bu təşəbbüslərdən bir çoxu Azərbaycan KP MK bürosu

tərəfindən  bəyənilmiş  və  onların  respublikada  yayılması

tövsiyə olunmuşdur. Rayon zəhmətkeşlərinin vətənpərvərlik

təşəbbüsləri "Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin

yüksəldilməsi  uğrunda  sosializm  yarışını  genişləndirmək

sahəsində Ağcabədi,  Lənkəran  və  Şamaxı  rayonları  kənd

təsərrüfatı əməkçilərinin təşəbbüsü haqqında" 13 iyun 1974-

cü il tarixli qərarı, "Doqquzuncu beşilliyin yekun ili olan

1975-ci ilin bol üzüm məhsulu üçün möhkəm bünövrə qoy-

maq  uğrunda  sosializm  yarışını  genişləndirmək  haqqında

Şamaxı rayonu üzümçülərinin təşəbbüsü barədə" 8 oktyabr



1976-cı il tarixli qərarında və "Şamaxı rayonu mexaniza -

torların  respublikanın  bütün  kənd  mexanizatorlarına

müra ciəti  haqqında"  18  noyabr  1975-ci  il  tarixli

qərarında təqdir olunmuşdur.

Rayon zəhmətkeşlərinə Azərbaycan KP MK-si tərəfindən

qəbul olunan qərarlar Sovet və təsərrüfat təşkilatlarında və

Sahib Sailov

210



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə