Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə45/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   41   42   43   44   45   46   47   48   ...   103

müvəffəqiyyətlə yerinə yetirmişdir. Təsərrüfat üçün əlverişli

olmayan 1971-ci ildə kommunistlərin əksəriyyəti tapşırılmış

sahədə yüksək məsuliyyət hissi ilə işləmiş, plan və sosialist

öhdəliklə-rinə əməl etmişdir. Pambıqçılıq sahəsində çalışan

487 nəfər sıravi kommunistin hamısı planı, 364 nəfəri isə

öhdəliyi də artıqlaması ilə yerinə yetirmişdir. Bu il rayonu-

muzun zəhmətkeşləri daha yaxşı işləyərək dövlətə pambıq

satışı planını sentyabrın 25-də yerinə yetirmişlər. Hazırda 14



kolxoz və 70-dən çox briqada öhdəlik hesabına məhsul

verir.

Lenin adına, Jdanov adına, K.Marks adına, Q.Məmməd

adına, Kalinin adına kolxozların və "Azər-baycan" kolxozu-

nun, Dəliməmmədli pambıqtəmizləmə və Qazanbulaq teatr

avadanlığı  zavodlarının  ilk  partiya  təşkilatlarında  kom -

munistlər öz vəzifələrini ləyaqətlə yerinə yetirirlər.

Vaxtı ilə respublikada şöhrət qazanmış Lenin adına kolxoz

son illər iqtisadi cəhətdən geri qalırdı. Burada dövlət planları

və  sosialist  öhdəlikləri  yerinə  yetirilmirdi.  Rayon  partiya

komitəsi kolxozun rəhbərliyini dəyişdirdi, partiya təşkilatının

rolunu, kommunistlərin məsuliyyətini artırmaq üçün konkret

əməli tədbirlər gördü. Nəticə pis olmadı. Kolxoz keçən il

plandan əlavə dövlətə 500 ton pambıq satmışdır. Bu il də

kolxozun göstəriciləri sevindiricidir. Belə ki, sentyabrın 18-

də  artelin  üzvləri  dövlətə  pambıq  satışı  planının  yerinə

yetirilməsi barədə raport verdilər. Kolxoz hər hektardan 30

sentner məhsul topladı.

Bu ilə rayon zəhmətkeşləri SSRİ-nin təşkil edilməsinin

yarıməsrlik  yubileyi  şərəfinə  sosializm  yarışını  genişlən -

Zəkanın gücü

167



dirərək  hər  hektardan  azı  24  sentner  məhsul  götürmək,

dövlətə planda nəzərdə tutulmuş 15.500 ton əvəzinə 19 min

ton pambıq satmaq uğrunda əzmlə mübarizə aparırlar. Kənd

əməkçilərimiz  ilin  əvvəlindən  səylə  işləmiş,  bol  məhsul

yetişdirmişlər.  Pambıqçılıq  respublikalarının  Daşkənd

şəhərində keçirilən partiya - təsərrüfat fəalları yığıncağında

Azərbaycan  KP  MK-nın  birinci  katibi  H.  Əliyev  yoldaş

bildirmişdir  ki,  Azərbaycan  ölkəyə  430  min  ton  pambıq

verəcəkdir. Daşkənd müşavirəsindən sonra biz öhdəliyimizi

min ton artırmışıq. Vədimizə müvəffəqiyyətlə əməl etmək

üçün yığıma çox mütəşəkkil başlamışıq. Hər kəsin görəcəyi

iş  konkret  müəyyən  edilmişdir.  Pambıq  yığan  maşınlar

vaxtında təmir edilib saz hala salınmış, məhsulu daşımaq

üçün kifayət qədər maşın ayrılmışdır. Bundan başqa, pambıq

qurudan meydançalar qaydaya salınmış, kolxozçuların maddi

marağını artıran tədbirlər: əmək haqqının vaxtında verilməsi,

kolxozçuların mədəni istirahəti məsələləri sahmana salın -

mışdır. Görülən işlərin nəticəsidir ki, hər gün sahələrdən illik

planın 2-3 faizi qədər məhsul toplanır.

Pambıq yığımı ilə əlaqədar olaraq kolxozlar, briqadalar və

manqalar  arasında  sosializm  yarışı  xüsusilə  genişləndiril -

mişdir. Onlarca briqada hər hektardan 35-40 sentner məhsul

toplamaq uğrunda mübarizə aparır. K. Marks adına kolxozda

SSRİ Ali  Sovetinin  deputatı,  Sosialist  Əməyi  Qəhrəmanı

Mansur Kərimovun, Kalinin adına kolxozda Qulam Cəfəro -

vun,  komsomolçu-gənclər  briqadasının  briqadiri  Qənirə

Quliyevanın,  "Azərbaycan"  kolxozunda  Rza  Əliyevin,

Söhrab Məmmədovun, "Oktyabr" kolxozunda Şura Rüstə -



Sahib Sailov

168


mo vanın, Lenin adına kolxozda Yaşar Məmmədovun, Şakir

Aslanovun,  Orconikidze  adına  kolxozda  Nəzər  Məmmə -

dovun, Musa Ziyadovun, Q.Məmməd adına kolxozda Mərda -

lı  Eyvazovun  və  bir  çox  başqalarının  başçılıq  etdikləri

briqadaların üzvləri beşilliyin ikinci ilində hər hektardan 35-

40 sentner məhsul toplamaq əzmi ilə işləyir.

Ayrı-ayrı kolxozların pambıqçıları da sosializm yarışına

qoşularaq  hər  hektardan  daha  yüksək  məhsul  götürmək

uğrunda mübarizə aparırlar. Məsələn, "Azər-baycan" kolx-

ozunun (sədri Ə.İsayev, partiya təşkilatının katibi F.Rüstə -

mov dur)  pambıqçıları  hər  hektardan  33  sentner,  K.Marks

adına kolxozun (sədri Q.Qurbanov, partiya komitəsinin katibi

A.İmamquliyevdir) pambıqçıları 30 sentner, Kalinin adına

kolxozun  (sədri  Q.Əşrəfov,  ilk  partiya  təşkilatının  katibi

Q.Cəfərovdur)  üzvləri  32  sentner,  Lenin  adına  kolxozun

(sədri  İ.Əliyev,  partiya  təşkilatının  katibi  M.Həsənovdur)

pambıqçıları 30 sentner, B. Bağırova adına kolxozun (sədri

İslam Məmmədov, partiya təşkilatının katibi (Y.Əhmədov,)

pambıqçıları 27 sentner, H.Aslanov adına kolxozun (sədri K.

Məmmədov, ilk partiya təşkilatının katibi Ş. Hüseynovadır)

pambıqçıları 26 sentner pambıq toplamaq uğrunda əzmlə

çalışır və itkiyə yol vermirlər.

Rayon partiya komitəsi, ilk partiya təşkilatları SSRİ-nin

təşkil edilməsinin 50 illiyini ləyaqətlə qarşılamaq uğrunda

rayon zəhmətkeşlərinin sosializm yarışını vaxtaşırı yoxlayır,

müzakirə  edir,  qabaqcıl  iş  təcrübəsini,  yenilikçilərin  və

səmərələşdiricilərin təkliflərini ümumiləşdirib yayır.

Rayon partiya komitəsi kommunistlərin tərbiyə məktəbi

Zəkanın gücü

169



olan partiya yığıncaqlarının hazırlanmasına və keçirilməsinə

xüsusi diqqət yetirir. "Yaroslavl şəhər partiya təşkilatlarında

partiya yığıncaqlarının keçirilməsi təcrübəsi haqqında" Sov.

İKP  MK-nın  qərarından  sonra  partiya  yığıncaqlarının

səviyyəsi xeyli yüksəlmişdir. Həmin qərarla əlaqədar olaraq

rayon partiya komitəsinin plenumu keçirilmiş, ilk partiya

təşkilatlarının hesabatları bürolarda dəfələrlə dinlənilmişdir.

Gördüyümüz  tədbirlərin  nəticəsində  Lenin  adına,  Kalinin

adına, S.Vurğun adına, Kirov adına kolxozlarda və "Azərbay -

can" kolxozunda, Qazanbulaq teatr avadanlığı və Dəliməm -

mədli  pambıqtəmizləmə  zavodları,  Naftalan  sanatoriyası

partiya təşkilatlarında partiya yığıncaqları vaxtında yüksək

səviyyədə keçirilir.

Kadrların tərbiyə edilməsi, partiya və dövlət intizamının

möhkəmləndirilməsi, icranın yoxlanılmasının gücləndiril -

məsi ilə, çıxarılan qərarların həyata keçirilməsinin təşkili ilə

qırılmaz surətdə bağlıdır. Son vaxtlar rayon partiya komitəsi

icranın yoxlanılmasına, çıxarılan qərarların yerinə yetiril -

məsinin  yoxlanıb  müzakirə  edilməsinə  daha  çox  fikir

verməyə başlamışdır. Son il yarım ərzində 19 məsələ üzrə

qəbul olunmuş qərarın icrası nəzarətə götürülmüşdür. Rayon

partiya komitəsi təkcə özünün qərarlarını deyil, ilk partiya

təşkilatlarında qəbul edilən qərarların da necə yerinə yetir-

ildiyini daim yoxlayır. Nəzarətin belə qurulması ilk partiya

təşkilatlarında intizamı möhkəmlədir, kommunistlərin prinsi -

piallığını və yaradıcılığını artırır.

Rəhbər  işçilərin  partiya  təşkilatlarında  və  raykomun

bürolarında hesabat vermələri də yaxşı iş üsulu kimi qeyd



Sahib Sailov

170


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə