artırılması rayon partiya təşkilatının diqqət mərkəzində
durmuşdur. Sumqayıt şəhər partiya komitəsi nəz dində
fəaliyyət göstərən ikiillik marksizm-leninzm univer si te tində
tam kursu müvəffəqiyyətlə başa vurmuşdur. Təb li ğat -
çılardan Baxış Əliyev, Bulqeyis Hüseynova, Əlimövsüm
Abbasov və başqaları universiteti fərqlənmə diplomu ilə
bitirmişlər.
Partiya maarifi şəbəkəsinin də dərs ili yüksək ideya-siyasi
səviyyədə başa çatmış, aparılan yoxlamalar keçirilən
mövzuların dinləyicilər tərəfindən tam mənimsənildiyini
göstərmişdir. Hazırda rayon partiya komitəsinin perspektiv
ideoloji iş planına uyğun olaraq partiya maarifi sistemində
yeni dərs ilinə ciddi hazırlıq görülür.
Təcrübə göstərir ki, ideoloji işin təsirliliyini artır-maqla
əya ni təşviqat vasitələrindən yerli-yerində istifadə edilmə -
sinin böyük əhəmiyyəti vardır. Əyani vasitələrin rəngarəng
tərtibi, həmin vasitələrin qarşıda duran təsərrüfat vəzifələri
ilə əlaqələndirilməsi ümumi işə böyük fayda verir. Şərəf
lövhələri, perspektiv təsərrüfat planlarını əks etdirən di-
aqramlar, şüarlar, stendlər və s. qüvvələri səfərbərliyə al-
maqda mühüm vasitədir. Bunlar hər bir əməkçi üçün sadə və
anlaşıqlıdır, konkret vəzifələri dürüst və aydın əks etdirir. Son
illərdə rayon mərkəzində, kolxoz və sovxozlarda əyani
təşviqata, onun təsirliliyinə diqqət artırılmışdır.
Doqquzuncu beşilliyin yekun ilində əməkçilərimiz qarşı -
sın da şərəfli vəzifələr durur. Təsərrüfatlarımız bu il 100 min
ton üzüm, 50 min ton taxıl, 7150 ton süd, 3250 ton ət, 7,1 mi-
lyon ədəddən sox yumurta, 480 ton yun satmaq uğrunda
Zəkanın gücü
231
mübarizə aparırlar. Göründüyü kimi, bunlar heç də asanlıqla
yerinə yetirilməli öhdə-liklər deyil. Bu raykomdan və ilk par-
tiya təşkilatlarından siyasi-kütləvi işi hər vasitə ilə gücləndir -
məyi, zəhmətkeşlərin qüvvəsini bacarıqla səfərbərliyə almağı
tələb edir. Yekun ilinin tapşırıqlarını müvəffəqiyyətlə yerinə
yetirmək uğrunda hələ keçən ilin payızından ümumrayon
hərəkatı başlanmışdır.
Hələ keçən ilin axırında əməkçilərimiz bol məhsul
yetişdirmək haqqında respublika üzümçülərinə müraciət
etmişlər. Azərbaycan KP MK bu vətənpərvərlik təşəbbüsünü
bəyənmiş və respublikada geniş yayılmasını məsləhət
görmüşdür. Rayon partiya komitəsi qəbul edilmiş yüksək
sosialist öhdəliyinin yerinə yetirilməsini təmin etmək üçün
geniş tədbirlər planı işləyib hazırlamışdır. Burada sosializm
yarışının təşkilinə, üzümçülərin maddi və mənəvi marağının
artırılmasına geniş yer verilmişdir. Təsərrüfatlarda səyyar
büro iclaslarının, elmi-təcrübi və elmi-nəzəri konfranslarının
keçirilməsi nəzərdə tutulmuşdur. Raykomun, "Bilik"
cəmiy yəti rayon şöbəsinin, habelə kolxoz və sov-xozların
mühazirəçiləri bütünlüklə üzümçülər arasında kütləvi
təbliğat işinə cəlb olunmuşlar.
Hazırda əsas diqqət partiya, sovet, həmkarlar ittifaqları,
komsomol təşkilatlarının və təsərrüfat orqanlarının sosializm
yarışı ilə əlaqədar apardıqları işlər üzərində cəmlənmişdir.
Sosializm yarışının təşkilində və ideoloji işin güclən di -
rilməsində təsərrüfatlara konkret kömək göstərilir. Yaz işləri
ərəfəsində rayon partiya komitəsinin bürosunda Partiyanın
XXI qurultayı adına və "Pravda" sovxozlarında sosializm
Sahib Sailov
232
yarışının genişləndirilməsi sahəsində həmkarlar ittifaqı
təşkilatlarının fəaliyyəti haqqında fəhlə komitələri sədrlərinin
hesabatları dinlənildi. Bir qədər sonra raykom yenidən bu
məsələyə qayıtdı. Məlum oldu ki, aparılan təşkilatçılıq işi
sayəsində həmin təsərrüfatlarda becərmənin gedişi xeyli
sürətləndirilmiş, keyfiyyət məsələlərinə münasibət kökündən
dəyişmişdir. Büro gözə çarpan nöqsanları da yenidən ətraflı
təhlil etdi, onların aradan qaldırılması üçün konkret tədbirlər
müəyyənləşdirdi.
Hazırda rayonun kolxoz və sovxozlarında, idarə və müəs -
sisələrində cari işlərin gedişi göstərir ki, bütövlükdə rayon
zəhmətkeşləri Azərbaycan KP MK-nin və rayon partiya
komitəsinin müəyyən etdiyi tədbirlərdən irəli gələn vəzifələri
düzgün başa düşmüş, həmin vəzifələrin müvəffəqiyyətlə
həyata keçirilməsi işinə var qüvvələri ilə girişmişlər.
Sov. İKP MK-nın aprel (1975-ci il) plenumu yekun ilinin
ən böyük siyasi hadisələrindən oldu. Sov. İKP-nin növbəti
XXV qurultayının gələn ilin fevralında çağrılacağı xəbəri
əmək adamlarımızın qollarına yeni qüvvət gətirdi. İndi ray-
onumuzun bütün təsərrüfatlarında qurultay şərəfinə əmək
fəallığı durmadan artır.
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda
da Azərbaycan SSRİ Ali Sovetinə və yerli Sovetlərə seçkilər
əməkçilər arasında böyük ruh yüksəkliyinə səbəb oldu. Bu
siyahı kampaniya kənd təsərrüfatı işlərinin sürətləndirilməsi,
kollektivlər arasında sosializm yarışının yeni vüsət alması
üçün güclü vasitəyə çevrildi. Respublika Ali Sovetinə və yerli
Sovetlərə seçkilər şərəfinə zərbəçi əmək növbəsi rayonda yun
Zəkanın gücü
233
qırxımı, yem tədarükü, üzümlüklərin becərilməsi, taxıl biçini
kimi tədbirlərlə bir vaxta düşmüşdü. Biz seçkilərə hazırlıq və
onun keçirilməsi ərəfəsində bir sıra mühüm ideoloji tədbirlər
həyata keçirdik. Partiya fəallarının, sovet işçilərinin seminar-
müşavirələrində yığıncaq və toplanışlarında seçkilərlə əlaqə -
dar konkret vəzifələr ətraflı izah edildi. Təşviqatçı,
mü ha zirəçi və siyasi məlumatçıların fəaliyyəti seçkilərin
böyük əmək coşqunluğu şəraitində keçirilməsi məqsədilə
yönəldilmişdi. Rayonun kolxoz və sovxozlarında çalışan
minlərlə əməkçi böyük siyasi hadisəni yeni nailiyyətlərlə
qarşıladı. Təsərrüfatlarımızda dövlət illik yun təhvili planı elə
birinci qırxında artıqlaması ilə yerinə yetirildi.
Bağlarımızda bol məhsul yetişdirilmişdir. Yığıma mütəşə -
kil hazırlıq görmüşük. Bütün kommunistlərin vəzifəsi aydın -
laşdırılmış, yığım texnikası, qəbul məntəqələri tam hazır
vəziyyətə gətirilmişdir.
Yekun ilində taxılçılıq və heyvandarlıq məhsulları istehsalı
sahəsində də müvəffəqiyyətləri möhkəmlətmək əzmi ilə
çalışırıq. Dənli bitkilərin və yem bitkilərinin vəziyyəti ilə
əlaqədar Azərbaycan KP MK və respublika hökumətinin
göstərişinə uyğun olaraq rayonda bir sıra vacib tədbirlər
görülmüş, biçinə mütəşəkkil hazırlıq başlanmış, bol yem
ehtiyatı yaratmaq üçün bütün imkanlar hərəkətə gətirilmişdir.
Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin "1975-ci ildə
məhsul yığımını və kənd təsərrüfatı məhsulları tədarükünü
təmin etmək tədbirləri haqqında" qərarı rayon partiya
komitəsinin geniş büro iclasında müzakirə olunmuş, partiya,
sovet, həmkarlar ittifaqı təşkilatları, təsərrüfat və tədarük
Sahib Sailov
234
Dostları ilə paylaş: |