Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə29/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   25   26   27   28   29   30   31   32   ...   103

gücləndirilməsi nəticəsidir ki, 1969-cu ildə bir sıra kolxozlar

tarlalardan və zəmilərdən daha yüksək məhsul götürmüş, ic-

timai heyvandarlığı artel təsərrüfatının mənfəətli sahələrindən

birinə çevirmişlər.

Hər bir işçi rəhbərlik etdiyi sahədə partiya və hökumət

direktivlərinin yerinə yetirilməsi üçün tam məsuliyyət daşıyır.

Bizdə partiya və dövlət intizamını pozan, tapşırıqlara əməl

etməyən  işçilər  demək  olar  ki,  yoxdur.  Lakin  plan  və

tapşırıqların yerinə yetirilməsinə tələbkarlıq göstərməmək

hallarına təsadüf etmək olur. Tələbkarlıq olmayan yerdə isə

intizam  və  məsuliyyət  zəifləyir.  Məsələn,  rayonun  iri

pambıqçılıq təsərrüfatı olan Orconikidze adına kolxoz son

illər geridə qalırdı. Bu da kolxozun iqtisadiyyatını zəiflədir,

kolxozçuların əməyə marağını azaldırdı. Keçən ilin əvvəl -

lərində kolxozda geriliyin səbəbləri ətraflı öyrənilib təhlil

edildi.  Aydın  oldu  ki,  tarlaçılıq  briqadalarının  başçıları

düzgün seçilib yerləşdirilməmişdir. Briqadaların bir çoxuna

təcrübəsiz, işgüzar olmayan, işə məsuliyyətlə yanaşmayan

adamlar  başçılıq  edirdi.  Kolxoz  partiya  komitəsi  isə  bu

barədə lazımi təşəbbüskarlıq göstərmirdi.

Rayon  partiya  komitəsinin  bürosu  kolxozda  geriliyi

tezliklə  aradan  qaldırmaq  və  kommunistlərin  təsərrüfatda

fəallığını  artırmaq  məsələsini  müzakirə  etdi,  müzakirə

zamanı  işdəki  nöqsanlar  kəskin  tənqid  olundu,  səmərəli

təkliflər irəli sürüldü. Kommunistlər tənqiddən ciddi nəticə

çıxardılar, təcrübəli əkinçilər, işbilən, təsərrüfatçıl kommu -

nistlər tarlaçılıq briqadalarına başçılığa irəli çəkildilər. Bu da

ilk gündən öz müsbət təsirini göstərdi. Becərmədə gerilik



Zəkanın gücü

111


aradan qaldırıldı, 1.100 hektar sahədə bol pambıq məhsulu

yetişdirildi.  Məhsul  yığımı  da  mütəşəkkil  keçdi.  Kolxoz

keçən  il  dövlətə  2.330  ton  əvəzinə  2.529  ton  yüksək

keyfiyyətli pambıq satdı. Hər hektardan 23 sentner məhsul

götürüldü. Kommunistlərin başçılıq etdikləri briqadalar hər

hektardan 24-25 sentner pambıq təhvil verdilər.

Qatır  Məmməd  adına  kolxozda  da  kadrların  seçilib,

yerləşdirilməsində,  kommunistlərin  təsərrüfat  fəallığının

artırılmasında  ciddi  nöqsanlara  yol  verildiyindən  dövlətə

pambıq satışı planı kəsirdə qalırdı. Rayon partiya komitəsi

bu  geriliyin  də  səbəbini  ətraflı  öyrəndi.  Məlum  oldu  ki,

kolxoz idarə heyətinin keçmiş sədri V. İbrahimov təsərrüfata

konkret rəhbərlik edə bilmir, təsərrüfat məsələlərinin həllində

kadrların  seçilib  yerləşdirilməsində  partiya  təşkilatı  ilə

hesablaşmır. Rayon partiya komitəsi kolxoz idarə heyətinin

sədri  vəzifəsinə  ali  təhsilli  aqronom  Yəhya  Əhmədovu

məsləhət gördü. Yeni sədr işə böyük həvəslə başladı. Kolx-

ozda  əməyin  təşkilini  yaxşılaşdırmaq  məqsədi  ilə  burada

raykomun səyyar bürosu keçirildi. Kolxoz partiya təşkilatının

fəaliyyəti yaxşılaşdırıldı. Tapşırılan iş üçün kommunistlərin

məsuliyyəti artdı. İndi kolxoz pambıqçılıqda rayonun qabaq -

cıl təsərrüfatları səviyyəsinə çatmış, iqtisadiyyat və təşkilat-

təsərrüfatca möhkəmlənmişdir. Mədəni quruculuq sahəsində

də xeyli iş görülmüşdür.

Qeyd etmək lazımdır ki, keçən il "Azərbaycan", Kalinin

adına, Telman adına, Kirov adına, Nizami adına, Lenin adına,

K.Marks  adına  kolxozların  üzvləri  də  tarlalardan  yüksək

pambıq məhsulu götürmüşlər. Kommunistlərin başçılıq etdik -



Sahib Sailov

112


ləri bir çox briqadalar hər hektardan 30-35 sentner pambıq

təhvil vermişlər. Söhrab Məmmədovun, İsmayıl İsmayılovun,

Budaq Abdullayevin başçılıq etdikləri briqadalar, qabaqcıl

pambıqçılardan Mansur Məmmədov, Şikar Aslanov, Həsən



Məmmədov,  Yusif  Habilov,  İsmayıl  Babayev,  Gülnisə

Paşayeva, Şura Rüstəmova, Əvəz Niftəliyev və bir çox

başqaları  öz  öhdəliklərini  artıqlaması  ilə  yerinə  yetir -

mişlər.

Sov.İKP XXIII qurultayının və Azərbaycan Kommunist

partiyası  XXVII  qurultayının,  habelə  kənd  təsərrüfatı

məsələlərinə  dair  Mərkəzi  Komitənin  son  plenumlarının

qərarlarından irəli gələn vəzifələri böyük əmək coşqunluğu

ilə yerinə yetirir, təsərrüfatın mühüm sahələrində, xüsusilə

pambıqçılıqda  və  heyvandarlıqda  çox  zəhmət  tələb  edən

işlərin mexanikləşdirilməsinə xüsusi fikir veririk. Son illərdə

pambıqyığan maşınlara geniş meydan verilmişdir. Keçən il

maşınla  3.000  ton  pambıq  yığılmışdır. Adlı-sanlı  sürücü-

mexaniklərdən  Rəşid  Qurbanov,  Muxtar  Hüseynov,

Sərdar Əliyev, Hüseyn Hüseynov və başqaları adama 100

tondan artıq pambıq yığaraq sosializm yarışında qalib

gəlmişlər.

Qabaqcıl təcrübə müvəffəqqiyyətlərimizi təmin edir, əmək

məhsuldarlığının  yüksəldilməsinə,  maya  dəyərinin  aşağı

salınmasına, istehsalın hərtərəfli inkişafına kömək edir, xalq

təşəbbüsünü, zəhmətkeşlərin əmək fəallığını artırır. Ona görə

də  istehsalat  yenilikçilərini,  kolxoz  və  sovxozların  tarla

qəhrəmanlarını, heyvandarlıq fermalarının qabaqcıl adamla -

rını mənəvi cəhətdən həvəsləndirmək, onların mütərəqqi iş



Zəkanın gücü

113


üsullarını geniş yaymaq rayon partiya komitəsinin və ilk par-

tiya təşkilatlarının diqqət mərkəzində durur. Əsl yenilikçilər-

kolxoz kəndinin mayakları kənd təsərrüfatının fəxridirlər.

Onlar öz fədakar işləri, axtarışları, qiymətli təşəbbüsləri ilə

gələcəyə  yol  açır,  əməyə,  elmin  tövsiyə  etdiyi,  təcrübədə

yoxlanılmış hər bir dəyərli yeniliyin tətbiqinə yaradıcılıqla

yanaşırlar.

Karl  Marks  adına  kolxozun  mexanizatoru  kom-munist

Mansur  Kərimovun  təşəbbüsü  indi  respublikamızın  hər

yerində geniş yayılmışdır. O, bir neçə il bundan əvvəl hər bir

təcrübəli mexanizatorun 5 traktorçu hazırlaması təşəbbüsünü

irəli sürmüşdü. Təkcə onun çalışdığı Karl Marks adına kolx-

ozda 50 gənc bu yolla traktorçuluq öyrənmişdir. Rayonu-

muzun  Lenin  adına,  Orconikidze  adına,  Jdanov  adına

kolxozlarında və "Oktyabr" kolxozunda da təcrübəli trak-

torçular bu yolla gənclərə mexanizator peşəsi öyrətmişlər.

Mansur Kərimov yenilikçi mexanizatordur. Onun ixtira etdiyi

"OXK-2" aqreqatı təkcə respublikamızda deyil, Özbəkistan -

da da geniş şöhrət qazanmışdır. Rayonumuzun kolxoz və

sovxozlarında həmin aqreqatdan geniş istifadə edilir. Aqreqat

eyni  vaxtda  üç  iş  görür:  cərgə  arasına  kultivasiya  çəkir,

bitkilərə  yemləmə  gübrəsi  verir  və  ziyanvericilərə  qarşı

mübarizə aparır. Mövsüm ərzində "OXK-2" markalı bir

tozlayıcı aparat 153 manat vəsaitə qənaət etməyə imkan

verir. Biz yenilikçi mexanizatorların iş təcrübəsinin geniş

yayılmasını təşkil edirik. Orconikidze adına kolxozun trak-

torçusu İsrayıl Dostiyevin təklifi ilə hazırlanan mala torpağın

səpinə hazırlanmasında çox iş görür. O, malanı həm ağırlaş -



Sahib Sailov

114


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə