Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə26/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   22   23   24   25   26   27   28   29   ...   103

kindən də əzazil oldu. Burda bir atalar sözü yada düşür: ayı

qandı,  kürd  qanmadı.  O,  bizim  rayona  Şamxor  (indiki

Şəmkir)  rayonundan  gəlmişdi.  Bir  gün  axşam  kabinetdə

işlədiyim  zaman  dedilər  ki,  Şamxora  cavab  ver.  Telefon

xəttində Şamxor RPK-nin birinci katibi Məmməd Əsgərov

idi.  O,  Sosialist  əməyi  qəhrəmanı,  adlı-sanlı  katiblərdən

sayılırdı. Hal-əhvaldan sonra dedi ki, sizin rayona yeni təyin

olunan  prokuror  kürd  Cəfər  Allahverdiyevi  işində  olan

nöqsanlara görə RPK-nin bürosunda müzakirə edəcəkdik. O,

isə  sizin  rayona  göndərildi.  Onun  haqqında  olan  bütün

materialları Sizə göndərirəm, saxla öz seyfində və ona de ki,

bu  materiallar  partiya  cəzası  üçün  yetərlidir.  Əgər  nəticə

çıxarmasa müzakirə edərsən.

***

Qasım İsmayılov (Goranboy) rayonunda olarkən rayona

gələn  bir  sıra  qonaqların  yadımda  qalan  cəhətlərini  qeyd

etmək  istəyirəm.  O  cümlədən,  Sovet  İttifaqı  Qəhrəmanı,

akademik  Bünyadovun'>Ziya  Bünyadovun,  inqilabçı  Müseyib  Dada -

şovun, xalq artisti Sara Qədimovanın, xalq artisti Şövkət

Ələkbərovanın,  MK-nin  mühazirəçisi,  keçmiş  partiya

rəhbəri  Hümbət  Mustafayevin və  Respublika  Səhiyyə

nazirinin müavini Səfiyyə Rəsulbəyovanın (Respublikanın

Rabitə naziri, general Rəsulbəyovun bacısı) xatirələri heç

vaxt yaddan çıxmır.

Zəkanın gücü

99



***

Hümmət Mustafayev müharibə illərindən sonra Salyan

RPK-nin birinci katibi işləmişdi. O, Salyanda unudulmaz

xatirələrlə  həmişə  yad  edilirdi.  İntizamlılığı,  təmizliyi,

tələbkarlığı,  qayğıkeşliyi,  kadrlara  diqqəti,  qayğısı  ilə

yaddaşlara həkk olunmuşdu. Əmim Gülməmməd bir müddət

onunla  işlədiyi  üçün  həmişə  müsbət  keyfiyyətlərindən

danışardı. Etiraf edim ki, belə yüksək keyfiyyətlərə malik

raykom katibi olmaq əlçatmaz arzum idi. O adamı görmək,

onunla  təmasda  olmaq,  onu  dinləmək  ürəyimdən  keçirdi.

Gözəl  təsadüf  nəticəsində  Hümmət  müəllim  MK-nin

mühazirəçisi kimi rayonumuza gəldi. Artıq uzun illərdən bəri

arzu etdiyim Hümmət müəllimin canlı mühazirələrinə qulaq

asmaq  mənə  də  qismət  oldu.  O,  çox  səlis,  sözün  əsl

mənasında əvəzedilməz orator idi. Rayonda olduğu üç gündə

həmişə  bir  yerdə  olduq.  O,  müdrik  insanların  müsbət

keyfiyyətlərini özündə cəmləşdirən əsl peşəkar partiya işçisi

kimi xatirimdən heç vaxt silinməyəcək və unudulmayacaq.

Rayona  gələn  təbliğat  qatarında  akademik  Bünyadov



Ziya,  inqilabçı  Müseyib  Dadaşov,  xalq  artistləri  Şövkət

ƏləkbərovaSara Qədimova və b. mənim üçün unudulmaz

xatirələr  qoyublar.  Rayona  gələn  hər  bir  şəxsiyyət  öz

unudulmazlığı ilə yaddaşlarda yaşayır. 

***

Xalq artisti Şövkət Ələkbərova rayona qastrola gəlmişdi.

O, RPK-nin qonaq otağında qalırdı. RPK-nin ikinci katibi

Gülsüm  Mehdiyeva  təhkim  olunmuşdu  ki,  ona  müstəsna



Sahib Sailov

100


qayğı göstərilsin. Azərbaycan kolxozunda verdiyi konsertdən

sonra  onun  şərəfinə  verilən  ziyafətdə  təkid  edib  ki,  bu

ziyafətdə S.Sailov mütləq olmalıdı. Mənə zəng vurduqdan az

sonra  ziyafətə  gəldim.  Demək  istəyirəm  ki,  çox  diqqətli,

kübar Azərbaycan qadınlığının təcəssümü idi. O illərdən çox

keçsə də, Şövkət xanım xatirələrdə yaşayır.



***

Bir gün Respublika Səhiyyə Nazirliyindən zəng vurdular

ki, MK-nin qərarına uyğun olaraq rayonda uşaqlara qayğı,

uşaq  bağçalarının  tibb  xidmətini  yoxlamaq  üçün  nazir

müavini Səfiyyə Rəsulbəyova gəlir. Mən onunla tanış deyil -

dim. O, nazir müavini vəzifəsində təzə işləyirdi. Bir qardaşı

Respublika  Rabitə  naziri,  digər  qardaşı  isə  Respublika

Prokurorluğunda kadr işləri üzrə müavin idi. Nesə deyərlər,

bu xanım göylə gedirdi. Etiraf edim ki, o, bir qadın kimi çox

gözəl və cazibədar idi. Ölçülü-biçili, geyiminə, davranışına

söz ola bilməzdi. Rayonda çox ciddi yoxlama apardı, abu-

havanı yumşaltmaq üçün yoxlamanın yekunu RPK-nin büro-

sunda müzakirə olundu. Xanım müzakirədən çox razı qaldı.

Əməli  tədbirlər  görüldü  ki,  mövcud  nöqsanlar  aradan

qaldırılsın.  Artıq  onun  vaxtı  qurtardığı  üçün  getməli  idi.

Raykomun ikinci katibi Gülsüm Mehdiyeva onunla bütün

yoxlamalarda iştirak etmişdi. Səhər yeməyindən sonra onu

yola salmalı idik. Mən hörmət və nəvaziş qaydası olaraq yola

düşəndə paltosunu tutdum. Etiraz etdi. Dedim ki, komsomola

partiya qayğısıdır. Bu təbəssümlə qarşılandı və xoş ovqat

yarandı. İşlədiyim vaxtlarda ciddi təsir bağışlayan, iz qoyub

Zəkanın gücü

101



gedən qonaqlarımız çox olub. Ümumiyyətlə, kimliyindən

(qadın, kişi), vəzifəsindən asılı olmayaraq rayona gələn bütün

zümrədən olan insanlara qayğı göstərmək, son dərəcə yüksək

qonaqpərvərlik,  xalqımızın  mentalitetinə  uyğun  olaraq

hərəkət etmək hər bir partiya rəhbərinin ümdə vəzifəsidir.

Uzun illər raykom katibi işlədiyim vaxt gələn heç bir şəxsin

narazı getdiyinin şahidi olmamışam.

***

Qasım  İsmayılov  (Goranboy)  rayonu  dağ  ətəyində

yerləşdiyi  üçün  dağdan  gələn  sel  suları  həmişə  rayonu

təhlükə qarşısında qoyurdu. Günlərin birində güclü yağışdan

sonra dağdan gələn sel suları Qasım İsmayılov şəhərini su

altında qoydu. Rayona çox böyük ziyanlar dəydi. Biz MK-

yə etdiyimiz müraciətin nəticəsində təcili olaraq Su Təsər -

rüfat naziri Tağı Əbdürrəhimov, Kommunal Təsərrüfat naziri

Əli Topçuyev, Azərittifaqın sədri Süleyman Abdinbəyov və

başqaları rayona gəlib lazımi ölçü götürdülər. 



***

Qasım İsmayılov (Goranboy) rayonunda işlədiyim müddət

ərzində ən yaddaqalan hadisələrdən birisi Sadıq Rəhimovun

rayona köməyi idi. O, Yüngül Sənaye naziri kimi rayona çox

böyük kömək edirdi. Bir dəfə qəribə bir hadisə oldu. Respub-

lika Pambıqçılıq İdarəsinin rəisi Məmməd Əsgərov rayona

gəlir. Mən təsərrüfatlarda olduğum üçün görüşə bilməmişik.

O,  pambıq  qəbulu  məntəqələrində  olur,  yaş  pambığın

götürülməməsi haqqında qəti göstəriş verir. Biz bir neçə gün

Sahib Sailov

102



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə