Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə22/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   18   19   20   21   22   23   24   25   ...   103

bilmirik. Bizdə məhsul yığımının əsas dövrü may ayıdır və

təsərrüfatlarımız çalışırlar ki, həmin ay illik planın 65-70

faizə qədər məhsulunu təhvil versinlər. Lakin fabrikin istehsal

gücü aşağı olduğundan, hazır məhsulun hamısı qəbul edilmir.

Nəticədə, yığılmış məhsulun bir hissəsi sahədə qalıb zay olur,

bir hissəsi quruyur. Buna görə də biz rayonda ikinci fabrik

tikməyi qərara almışıq. Dövlət Tərəvəzçilik və Meyvəçilik

İsteh salat Komitəsi bu işdə bizə yaxından kömək göstər -

məlidir.

Beşilliyin  ikinci  ilində  rayonumuzun  zəhmətkeşləri

qarşısında daha əzəmətli vəzifələr durur. Bu il əkilmiş 2.263

hektar sahədən dövlətə 34,5 min ton tərəvəz, 1.750 ton

yaşıl çay yarpağı, 1.000 ton çətlik, 1.100 ton süd, 320 ton

ət təhvil veriləcəkdir.

Yubiley ilinin öhdəçiliklərinə indi ləyaqətlə əməl olunur.

Yığım müvəffəqiyyətlə davam edir. İndiyədək Moskvaya,

Leninqrada  və  başqa  şəhərlərə  yüzlərlə  vaqon  pomidor,

kələm və başqa tərəvəz məhsulları yola salınmışdır.

Dövlətə yaşıl çay yarpağı təhvili planı 80 faiz ödənilmiş,

illik süd sağımı tapşırığı 4 ayda yerinə yetirilmiş, 120 min

əvəzinə 200 min ədəddən çox yumurta satılmışdır.



Şübhə yoxdur ki, rayonumuzun zəhmətkeşləri beşil -

liyin ikinci ili planlarını bütün növlər üzrə artıqlaması ilə

yerinə yetirəcək, Sovet dövlətinin şanlı 50 illik yubileyini

yeni-yeni əmək müvəffəqiyyətləri ilə qarşılayacaqlar.

Zəkanın gücü

83


İŞGÜZARLIQ VƏ TƏLƏBKARLIQ

1

İŞGÜZARLIQ  VƏ  TƏLƏBKARLIQ.  Bu  iki  məfhum

arxasında  bu  və  ya  digər  partiya  təşkilatının  bütün

fəaliyyətinin  əsas  məzmunu  və  mündəricəsi  durur.  Qəbul

edilmiş  qərarların  yerinə  yetirilməsi,  verilən  göstərişlərin

həyata  keçirilməsi,  irəli  sürülən  təklif  və  tələblərə  əməl

olunması  bu  və  ya  digər  müəssisədə,  partiya  təşkilatında

işgüzarlıq  şəraitinin  və  tələbkarlığın  nə  dərəcədə  olub-

olmamasından çox asılıdır. V. İ. Lenin dəfələrlə göstərmişdir

ki, ən vacib və lazımlı bir məsələ işgüzarcasına hazırlanmasa,

qəbul edilmiş ən yaxşı icrası üzərində ciddi nəzarət qoyul-

masa, onun həyata keçirilməsi əlaqədar təşkilatlardan ciddi

tələb edilməsə onlar adi parçası olaraq qalacaqlar.

V.  İ.  Lenin  öyrədirdi  ki,  partiyanın  qarşıda  qoyduğu

vəzifələri yerinə yetirərkən cəsarəti işgüzarlıqla, qətiyyət və

tələbkarlıqla bacarıb birləşdirmək lazımdır. O, belə hesab edir

ki, işgüzarlıq olmadan idarə etmək olmaz, "işə tam bələd ol-

madan idarə etmək olmaz, idarəetmə elmini bilmədən idarə

etmək olmaz" (Əsərləri, 40-cı cild, səh.222). V. İ. Leninin

bütün işçiləri əlbir, sahmanlı işləməyə, işgüzarlığı öyrənməyə

çağırırdı. O, yazırdı: "İdarəetmə və siyasət sahəsində bütün

məharət bundan ibarətdir ki, özünün başlıca qüvvələrini və

diqqətini harada toplamağı vaxtında nəzərə alasan və biləsən"

(Əsərləri, 42-ci cild, səh. 125).

Astara Rayon Partiya Komitəsi V.İ.Leninin bu göstərişini

rəhbər tutaraq öz fəaliyyətində işgüzarlığa və tələbkarlığa



Sahib Sailov

84

                                                      

“Аzərbaycan Коmmunisti” jurnalı, Bакı 1968-ci il, №8, səh.54-58. 


böyük əhəmiyyət verir. Aydın məsələdir ki, işgüzarlıq olan

yerdə  təsərrüfat  quruculuğunun  və  mədəni  quruculuğun

bütün sahələrinə rəhbərlik konkret xarakter alır, işdə başlıca

cəhət müəyyən edilir, perspektiv aydınlaşır, partiya, sovet və

təsərrüfat orqanlarının əlbir işləməsi üçün tam şərait yaranır.

Əlbəttə, burada söhbət ilk növbədə subyektivizmin, lovğa -

lığın və işə zərər yetirən digər metod və üsulların qarşısını

almaqdan, belə halların aradan qaldırılmasından gedir. İşə

yanaşmağın həqiqi və yeganə yolu elmi rəhbərlikdən, real

səbəbləri açıq gözlə görməkdən, obyektiv prosesləri dərindən

öyrənməkdən ibarətdir. Bütün bunlar rəhbərliyin səmərəsini

yüksəldir, hər bir kollektivin və kommunistin fəaliyyətində

işgüzarlıq yaradır.

Qeyd etmək lazımdır ki, partiyanın bütün həyatı, onun

müvəffəqiyyətləri və nöqsanları, bizi sevindirən və məyus

edən nə varsa, hamısı ilk partiya təşkilatlarının fəaliyyətində

öz  əksini  və  ifadəsini  tapır.  İşimizin  müvəffəqiyyəti

partiyanın  ilk  təşkilatlarında  işgüzarlığın,  tələbkarlığın,

təşkilatçılıq işinin və siyasi səviyyəsindən çox asılıdır. Bura

görə  də  rayon  partiya  komitəsi  ilk  partiya  təşkilatlarının

fəaliyyətinə böyük diqqət verir.

Rayon  partiya  komitəsi  ilk  partiya  təşkilatlarının

işgüzarlığını  artırmaq  üçün  birinci  növbədə  ilk  təşkilat

katiblərinin seçilməsi və tərbiyəsindən başladı. İlk partiya

təşkilatı  katibliyinə  məsləhət  görüləcək  kommunistlərin

işgüzarlığı  və  təşkilatçılıq  qabiliyyəti  ətraflı  öyrənilir.

Doğrudur, ilk təşkilat katibini kommunistlər özləri seçirlər.

Lakin  partiya  komitəsi  ilk  partiya  təşkilatının  katibi



Zəkanın gücü

85


vəzifəsinə həqiqətən təşəbbüskar, adamlarla işləməyi bacaran

və kommunistlər arasında hörməti olan namizəd tapmaqda

kommunistlərə yaxından kömək edir.

Aydındır ki, ilk təşkilat katibi vəzifəsinə təşəbbüs-kar, iş

bacaran kommunistlərin seçilməsi ilə iş bitmir. Kifayət qədər

partiya işi təcrübəsi olmayan katiblərin kamil partiya işçisi

kimi  yetişməsinə,  tapşırılmış  vəzifələrin  vaxtında  yerinə

yetirilməsi üçün onlarda partiya məsuliyyətinin artırılmasına

xüsusi  diqqət  yetiririk.  Bu  cəhətdən  ilk  partiya  təşkilatı

katiblərini təlimatlandırmaq üçün keçirilən seminarın böyük

əhəmiyyəti vardır. Yerlərdə, xüsusən qabaqcıl təsərrüfatlarda

keçirilən seminarlar daha çox fayda verir. İlk partiya təşkilatı

katibinin konkret şəraitdə necə hərəkət etməli olduğu belə

seminarlarda  təhlil  edilir,  qarşıda  duran  vəzifələr  aydın-

laşdırılır.

Rayon  partiya  komitəsi  ilk  partiya  təşkilat  katiblərinin

təşkilatçılıq qabiliyyətini, yaradıcılıq və işgüzarlığını artır -

maqla bərabər, onların tələbkarlığını da yüksəltməyə çalışır.

Bunun üçün ən yaxşı vasitə çıxarılmış qərarların icrasına

nəzarəti  gücləndirməkdir. Aydın  məsələdir  ki,  ilk  partiya

təşkilatlarında  çıxarılmış  qərarların  icrası  yoxlanmadıqda

adamlarda  bir  növ  arxayınçılıq  yaranır,  intizam  zəifləyir,

tələbkarlıq, işgüzarlıq laqeydliklə əvəz edilir. Məhz buna görə

də rayon partiya komitəsi ilk partiya təşkilatlarında bu və ya

digər  qərarın  icrası  vəziyyətini,  kommunistlərin  fəallığı

səviyyəsini tez-tez yoxlayıb müzakirə edir. Məsələn, rayon

partiya  komitəsi  tərəvəz  fabriki  ilk  partiya  təşkilatında

kommunistlərə verilən partiya tapşırıqlarının yerinə yetiril -



Sahib Sailov

86


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə