Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə21/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   17   18   19   20   21   22   23   24   ...   103

limon, narıngi, portağal və başqa bitkilər, habelə heyvan -

darlıq  məhsulları  təhvil  verməyi  öhdəyə  götürmüşük.

Öhdəçilikləri şərəflə yerinə yetirmək üçün çay və tərəvəz

yığı mı  sürətlə  davam  etdirilir.  Yarımillik  heyvandarlıq

məhsulları təhvili planı 5 ayda ödənilmişdir. Başqa sahələr -

dən də çoxlu məhsul gözləyirik.

Adamlarımızın yaradıcı əməyi, xoş arzu və əməlləri çiçək

açır. Bu çiçəklərin ətri kommunizmin təntənəsindən xəbər

verir. Qoy həmişə bahar olsun, pardaqlansın çiçəklər!

"Sovet Azərbaycanı"  sovxozu  uzun  müddət  geri  qalır,

dövlət planlarını yerinə yetirmirdi. Biz sovxozun vəziyyətini

dərindən yoxladıq. Aydın oldu ki, sovxozun keçmiş direktoru

F.Şükürov öz vəzifəsinin öhdəsindən gələ bilmir. 70 nəfər

kommunisti birləşdirən bu sov-xozda tərbiyə işləri günün

tələbləri səviyyəsində qurulmamışdı. Ali təhsilli mütəxəssis

C.Mustafayev sovxoza direktor göndərildi. Əvvəllər geridə

qalan  Fioletov  adına  sovxoza  başçılıq  edən  və  onu

qabaqcıllar sırasına çıxaran C.Mustafayevin fəhlələr arasında

böyük hörməti var idi. Buna görə də onlar öz direktorlarından

ayrılmaq  istəmirdilər.  Geniş  izahat  işi  aparmalı  olduq.

Ümumi  yığıncaqda  bu  yerdəyişmənin  səbəblərini  izahat

etdik. Bundan sonra fəhlələr C.Mustafayevi fəxri direktor

saxlamaq şərti ilə raykomun təklifinə razılıq verdilər. Bu,

əlbəttə, təsərrüfat başçısı üçün ən yüksək mükafatdır. Fiole-

tov adına sovxoza isə fəhlələrin yaxşı tanıdıqları H.Mahmu-

dov direktor təyin olundu.



Həyat  göstərir  ki,  raykom  bu  cür  yerdəyişmələrdə

yanılmır. İndi hər iki təsərrüfat qabaqcıllar sırasındadır

Zəkanın gücü

79


və dövlət planlarını ləyaqətlə yerinə yetirir.

Biz  istehsalın  səmərəliliyini  artırmaq  məsələləri  ilə

müntəzəm  məşğul  oluruq.  Torpaqdan  istifadə  məsələsini

götürək.  Sovxozların  tərəvəzçilik  üzrə  ixtisaslaşdırılması

məsələsi ortaya çıxarkən ilk növbədə yeni torpaq sahələri

tapılmalı  idi.  Bunun  üçün  iki  yol  var  idi:  ya  çəltik  əkini

sahələri azaldılmalı, ya da bataqlıqlar qurudulmalı, kol-koslar

təmizlənməli idi. Biz ikinci yolla getdik. Texnikanın köməyi

ilə Kələdəhnə adlanan 1.000 hektar bataqlıq və qamışlıq

sahə  əkinə  yararlı  hala  salındı.  "Kommunist",  "Şəfəq"

sovxoz la rında və 2 nömrəli sovxozda kol-kosdan təmizlənən

150  hektar  torpaq  istifadəyə  verildi  və  beləliklə  torpaq

məsələsi həll edildi.

Rayon partiya komitəsi keyfiyyət uğrunda mübarizəyə xü-

susi diqqət yetirir. İlk zamanlar 2 nömrəli sovxozdan, "Kom-

munist" sovxozundan və başqa təsərrüfatlardan gördərilən

tərəvəzin  keyfiyyətindən  şikayətlər  eşidilirdi.  Xüsusən

"Kommunist"  sovxozu  ticarət  təşkilatlarına  vaxtından  tez

yığılmış və yetişməmiş pomidor göndərmişdi. Biz bu məsələ

ilə ciddi məşğul olduq. Vəziyyət rayon partiya komitəsinin

və  "Kommunist"  sovxozu  partiya  təşkilatının  bürolarında

müzakirə  edildi.  Sovxozun  direktoru  B.Səmədova  briqa -

dirlərdən  6  nəfərinə  cəza  verildi.  Məhsulun  keyfiyyətinə

xüsusilə  qayğısız  yanaşan  briqadirlərin  2  nəfərini  işdən

götürmək lazım gəldi. Bundan əlavə, sovxozda rentabelliyin

səviyyəsinin yüksəldilməsi və fəhlələrin qazancının artma -

sında  yüksək  keyfiyyətli  məhsulun  nə  qədər  böyük  rol

oynadığı  barədə  geniş  izahat  işi  aparıldı.  Bütün  bunlar



Sahib Sailov

80


təsərrüfatın işində ciddi dönüş yaratdı. İllik tərəvəz istehsalı

planı artıqlaması ilə yerinə yetirildi, təhvil verilən 5.500 ton

məhsulun 80 faizdən çoxu yüksək keyfiyyətlə qəbul edildi.

Tənbehdən özləri üçün düzgün nəticə çıxarıb işi yaxşı təşkil

etdikləri üçün sovxoz direktorunun və briqadirlərin töhməti

götürüldü.

Tərəvəz  istehsalının  artırılması  üçün  görülən  bütün  bu

tədbirlər  təsərrüfatlarımızın  pul  gəlirinin  və  rentabellik

səviyyəsinin  artmasına  səbəb  olmuşdur.  Belə  ki,  keçən  il

sovxozların  ümumi  pul  gəlirinin  76,7  faizini  tərəvəzçilik

vermişdir.  Bu  sahədən  7.800  min  manatdan  artıq  xalis

mənfəət əldə edilmişdir.

Tərəvəzçiliyin inkşafı ilə əlaqədar olaraq rayonda bir sıra

yeni müəssisələr yaradılmış, mövcud müəssisələrin istehsal

gücü artırılmışdır. İndi bizim tərəvəz qablaşdırma çeşidləş -

dirmə fabrikimiz, konserv seximiz vardır, dəmiryolu stansi -

yası genişləndirilmişdir. Dövlət Tərəvəzçilik və Meyvəçilik

İstehsalat Komitəsinin xəttilə yeni konserv sexinin tikintisinə

başlanmışdır. Bu sex gündə 50 ton pomidorun emal edil -

məsinə şərait yaradacaqdır.

Əlbəttə, işimizdə çatışmamazlıqlar da az deyildir. Lakin

bunların  əksəriyyəti  bizdən  asılı  olmayan  nöqsanlardır.

Məsələn, məhsul yığımının qızğın vaxtında yeşik çatışmır,

kifayət qədər vaqon verilmir. Keçən il bu səbəblər üzündən

tonlarla tərəvəz çürüyüb zay olmuşdur. Bu il də vəziyyət

dəyişməmişdir.  Dövlətə  təhvil  veriləcək  pomidoru  gön -

dərmək üçün 3, 5 milyon yeşik tələb olunur. Amma indiyədək

cəmi 2 milyon 300 min yeşik alınmışdır. Vaqonlar haqqında



Zəkanın gücü

81


da eyni sözləri demək olar. Həmişə sifariş edildiyindən 5-10

vaqon az alırıq.

Kifayət qədər su ehtiyatı yaratmadan, əsaslı su qurğuları

tikmədən  faraş  tərəvəz  yetişdirmək  vəzifəsini  tamamilə

yerinə yetirmək çətindir. Bu mühüm məsələni həll etmək

məqsədi  ilə  Lənkəranda  su  qurğuları  tikintisi  tresti  təşkil

edilmişdir. Ancaq bu təşkilatın işi bizi qane etmir. Trestin

təqsiri üzündən Lovayın su anbarının istifadəyə verilməsi

ildən-ilə ləngiyir. Halbuki, onun istifadəyə verilməsi iki sov -

xozun  su  ilə  təchiz  edilməsinə,  850  hektar  sahəyə  su

çıxarılmasına şərait yaradardı.

Başqa  bir  məsələni  də  göstərmək  istəyirəm.  Əhalinin

fasiləsiz  olaraq  faraş  tərəvəzlə  təchiz  edilməsi  payız-qış

mövsümündə də tərəvəz yetişdirmək vəzifəsini meydana atır.

Bu, istixanalar yaratmaq yolu ilə həll edilə bilər. Bunun üçün

o qədər xərc də tələb olunmur. Rayonun ərazisində yeraltı



isti  sular  çoxdur.  Lakin  Azərbaycan  SSR  Elmlər

Akademiyası  və  onun  geoloji  idarəsi  bu  məsələni

indiyədək həll etməmişlər.

Çayçılıqda  da  məhsuldarlığın  artırılmasına  maneçilik

törədən nöqsanlar vardır. Bunlardan biri plantasiyalardakı

seyrəklikdir. Hesablamaya görə, hazırda hər hektarda 22 min

əvəzinə 15, 6 min kol vardır. Başqa sözlə, çay sahələrində

seyrəklik 29 faizdir. Biz seyrəkliyi aradan qaldırmaq üçün

tədbirlər görməyə başlamışıq. Keçən ilin payızında 31 hektar

sahədə  tinglik  salınmışdır.  Bu,  həm  yeni  plantasiyalar

salınmasına, həm də seyrək yerlərin əkilməsinə kifayət edir.

Yığılmış  məhsulu  vaxtında  çay  fabrikinə  təhvil  verə



Sahib Sailov

82


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə