ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə33/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   29   30   31   32   33   34   35   36   ...   64

 
110 
 
Mənşəyinə  görə  massiv  –  kristial  (püskürmə  və  ya 
maqmatik),  çöküntü  və  metamorfik  süxurlar  ayrılır.  Massiv  – 
kristal  süxurlar  yerin  dərinliklərindən  püskürüb  çıxan  və 
soyuyan  maqmadır. Bu  süxurlar  ilk olaraq  yerin  bərk qabığını 
yaratdığı üçün ilkin süxurlar adlanır. 
 
Çöküntü  süxurlar  ilkin  süxurların  parçalanmasından, 
parçalanan  süxurların külək, su  və  ya  buz  vasitəsilə aparılaraq 
yer  səthində  və  ya  su  hövzələrində  çökməsindən  yaranır. 
Bunlar törəmə (təkrar) süxurlar da adlanır. 
 
Metomorfik  süxurlar  yerin  daxilində  olduğu  yerdəcə 
çöküntü  süxurlarından  yaranmışdır.Yüksək  temperatur  və 
təzyiq  nəticəsində çöküntü süxurlar sıxılmış,  bir  hissəsi  ərimiş 
və  sementləşmişdir.Çöküntü  süxurların  belə  dəyişmə  prosesi 
birlikdə metomorfizləşmə adlanır. 
 
Göstərilən  bu  3  qrup  süxurlar  bir  –  birindən  kimyəvi, 
mineroloji və fiziki xüsusiyyətlərinə görə ayrılır. 
 
Çöküntü  süxurlar  Yerin  üst  səthini  demək  olar  ki, 
bütövlüklə  örtür.Bəzən  onların  qalınlığı  kilometrlərlə,  bəzən 
metrlərlə,  hətta  santimetrlərlə  ölçülür,  çöküntü  süxurların 
yayılma forması təbəqələrlədir.(qat - qat). 
 
I.  Massiv  –  kristallik  püskürmə  süxurlar  iki  böyük 
qrupa – effuziv və intruziv süxurlara bölünür. 
 
Maqma  püskürüb  yer  səthinə  çıxaraq  aşağı  temperatur 
və  təzyiq  şəraitində  soyuduqda  bu  süxura  effuziv  (püskürmə) 
süxur,  maqma  yer  səthinə  çatmayıb  yüksək  təzyiq  şəraitində 
müəyyən dərinlikdə yavaş – yavaş soyuyub kristallaşarsa buna 
intruziv (dərinlik) süxurları deyilir. 
 
Maqmatik süxurların xarakteristikası 
Qranit  –  dərinlik  (intruziv)  süxuru  olub  boz,  çəhrayı, 
qırmızımtıl – qonur və hətta tünd qırmızı rəngdə ola bilər. 
 
Siyenit  –  tam  kristallaşmış  dərinlik  süxuru  olub 
ortoqlaz, biotit və piroksenitdən ibarətdir. 
 
Traxit  –  Siyenit  tərkibli  süxurdur,  lakin  kiçik 
dənəvaridir. 


 
111 
 
Qabbro  –  dərinlik  süxuru  olub  qara,  boz  və  yaşılımtıl 
rənglidir. 
 
Diabaz  -  plaqioqlazdan  təşkil  olunub,  tərkibində  avqit 
də iştirak edir. 
 
Andezit  –  effuziv  süxuru  olub  plaqioqlaz  və  biotitdən 
ibarətdir. Rəngi açıq – boz və ya qonur – qırmızıdır. 
 
Bazalt  –  Effuziv  süxur  olub  qabbronun  analoqudur, 
tünd  –  boz  və  qara  rənglidir.  Tərkibi  plaqioqlaz,  avqit  və 
olivindən ibarətdir. 
 
 
 
 
II – Çöküntü süxurlar. Bu süxurların əmələ gəlməsində 
4  mərhələ  ayrılır:  1)  aşınma  nəticəsində  materialların 
toplanması,  2)  Aşınmış  materialın  aparılması,  3)  Onların 
çökməsi, 4) Daşlaşması. 
 
Çöküntü  süxurlar  püskürmə  süxurlarından  tərkib  və 
quruluşlarına  görə  fərqlənirlər.  Onlar  yumşaq,  səpələnən  və 
sementləşmiş  olur.Çöküntü  süxurların  tərkibində  dəmir  oksidi 
çox olur, ümumi kalium natriuma nisbətən üstünlük təşkil edir. 
 
Çöküntü süxurlar mexaniki, kimyəvi və orqanogen olur 
(cədvəl 4.2). 


 
112 
 
Genetik xüsusiyyətlərinə görə çöküntü süxurları elüvial, 
delüvial, prolüvial, alüvial və kolüvial süxurlara 
bölünür. 
 
Elüvi  və  ya  elüvial  çöküntü  aşınmış  dağ  süxurlarının 
aşındığı yerində qalmasıdır. 
 
Delüvi 

xırda 
hissəciklərin 
yamacların 
aşağı 
hissələrində toplanmasına deyilir. Belə çöküntülərin xarakterik 
cəhəti onun təbəqə – təbəqə olmasıdır. 
 
Prolüvi  –  yamac  su  axınlarının  gətirmə  konuslarında 
topladığı materiala deyilir. 
 
Allüvial  çöküntülər  nisbətən  az  sürətlə  axan  böyük  və 
kiçik  çayların  gətirdiyi  çöküntülərdir.Yaxşı  çeşidləşmiş  və 
yuvarlanıb 
hamarlanmış 
xırda 
hissəciklərdən 
ibarətdir.Çaybasar sahələrdə tipik allüvi çöküntüləri toplanır. 
 
Kolyuvi – dağlıq ərazidə yamacların aşağı hissəsində öz 
ağırlığı  ilə  və  ya  şaxtaların  təsirilə  toplanan  qırıntı 
(parçalanmış) materiala deyilir. 
 
Aşınma məhsullarının külək vasitəsilə bir yerdən başqa 
sahəyə aparılması aşınma məhsulunun xüsusiyyətlindən 
və küləyin  sürətindən asılıdır. Süxurların külək  vasitəsilə uzaq 
məsafələrə  daşınması  səhra  və  yarımsəhra  şəraitində  daha 
intensiv gedərək eol mənşəli çöküntülər əmələ gətirir. 
 
Respublikamızın 
ərazisində 
torpaqəmələgətirən 
süxurlardan  əsasən  karbonatlı  löslər,  lösəbənzər  gillicələr, 
karbonatsız gillicələr, allüvial gillicələr, qumlar, duzlu süxurlar 
və başqalarını göstərmək olar. 
  
4.4. Süxurların aşınması  
 
Massiv - kristal süxurların aşınması. 
Süxur  və  ya  minerallar  əmələ gəldiyi  yerdəki  şəraitdən kəskin 
ayrılan  şəraitə  düşdükdə  dəyişikliyə  uğrayır.  Massiv-kristal, 
çöküntü  və  metamorfik  süxurlar  səthə  çıxarkən  mexaniki 
surətdə  xırdalanmağa  məruz  qalır,  kimyəvi  və  bioloji 


 
113 
dəyişikliyə  uğrayır.  Yer  qabığının  üst  səthində  gedən  bu 
proseslərin cəminə aşınma deyilir. 
 
Aşınma  zamanı  temperatur,  su,  karbon  qazı,  oksigen, 
həmçinin 
orqanizmlərin 
fəaliyyəti 
nəticəsində 
gedən 
biokimyəvi hadisələr böyük rol oynayır. 
 
3  aşınma  tipi  müəyyən  edilmişdir:  fiziki,  kimyəvi  və 
bioloji.  Bunlar  praktiki  olaraq  eyni  vaxtda  baş  verir.  Müxtəlif 
şəraitlərdə  gah  bir,  gah  da  digər  aşınma  tipi  üstünlüyə  malik 
olur. 
 
Fiziki  aşınma  zamanı  süxurlar  mexaniki  surətdə 
müxtəlif  ölçülü  hissələrə  parçalanır,  lakin  onların  kimyəvi 
tərkibi dəyişmir. 
 
Kimyəvi  aşınmada  isə  ilkin  mineralların  kimyəvi 
tərkibi  dəyişir,  yeni  minerallar  əmələ  gəlir,  çox  vaxt  yeni 
yaranan  mineralların  kimyəvi  tərkibi  ilkin  minerallardan  sadə 
olur. 
 
Bioloji  aşınma  –  canlı  orqanizmlərin  təsiri  nəticəsində 
süxur  və  mineralların  xırdalanması  prosesinə  və  onların 
kimyəvi tərkibinin dəyişməsinə bioloji aşınma deyilir. 
 
Fiziki  aşınma.  Fiziki  aşınmanın  əsas  səbəbi  yer 
səthində  sutkalıq  və  mövsümi  temperaturun  dəyişməsidir. 
Günəş  şüası  altında  süxurun  üst  qatları  güclü  qızır,  alt  qatları 
isə  istiliyi  yaxşı  keçirməməsilə  əlaqədar  öz  əvvəlki 
temperaturunu  saxlayır.  Qızmış  üst  təbəqə  genişlənir,  onda 
gərginlik yaranır və çatlar əmələ gəlir. 
 
 Günəş  süxuru  qızdırmadığı  vaxt  isə  süxurun  üst 
təbəqəsi  şüaları  buraxaraq  tez  soyuyur  və  sıxılmağa  başlayır, 
süxurun daxili hissəsi isə öz temperaturunu saxlayır, həcmi isə 
dəyişmir.  Belə  olduqda,  süxurun  səthində  yaranmış  gərginlik 
nəticəsində  radial  istiqamətdə  çatlar  əmələ  gəlir.  Bu  çatlara 
dolan  su  donarkən  öz  həcmini  böyüdür,  bunun  nəticəsində 
çatların həcmi də genişlənir. 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə