185
müəssisələrinə, (xüsusi ilə də özəl təhsil müəssisəsinə)
münasibət kommersiya müəssisəsinə olan münasibət kimidir.
Özəl təhsil müəssisələri yaratmaqla gəlir əldə etmək fikirinə
düşənlər də var. Bu tamamilə səhv münasibət, səhv fikirdir.
Təhsilə verilən pul biliyə çevrilməlidir. Əgər qazanc varsa,
deməli, qazanc qədər də pul biliyə çevrilmir. Əgər təhsilə
ayrılmış pul yeyilirsə, deməli yeyilən qədər pul biliyə çevrilmir.
Bu sadə həqiqətdir. Təhsilə ayrılmış pulu yeməklə, milləti
savadsız qoyarıq. Torpaqlarımızın əldən getməsinin əsas və
başlıca səbəbi təhsilsizlikdir. Millət canından kəsib təhsilə
xərcləmək əvəzinə, təhsil büdcəsindən kəsib canına xərcləyən «ər
kişilərimiz» də vardır.
Molla Nəsrədinin bir lətifəsini söyləməklə təhsil
sisteminin strukturunda duran vacib bir qüsuru diqqət mərkəzinə
çəkmək istəyirəm.
Bir gün molla papaqçıya bir qoyun dərisi verir və bir
papaq tikməsini sifariş edir. Papaqçı “baş üstə” deyib dərini
götürür. Molla çölə çıxır və fikirləşir ki, papaqçı sifarişi çox
sevinclə qarşıladı, yəqin bu dəridən o, iki papaq da tikə bilər.
Yenidən geri qayıdır və ustaya deyir ki, dəridən mənə iki papaq
tik. Usta yenə əvvəlki kimi baş üstə deyir. Bu münvalla molla
papaqların sayını beşə qaldırır.
Vədə vaxtı molla ustanın yanına gəlir və papaqçı beş
balaca papağı onun qarşısına qoyur. Molla papaqları görüb
hiddətlənir və ustaya irad tutur ki, bunlar nə papaqdır tikmisən,
başa qoyulası deyil. Usta cavab verir ki, bir dəridən ancaq belə
beş papaq tikmək olar.
Kəmiyyət keyfiyyəti korlayır. Təhsildə də belədir. Bizə
çoxlu
məktəblər yox, gərəkli məktəblər lazımdır.
Bir rayonun iki qonşu kəndinin hər birində
komplekləşməmiş bir məktəb saxlamaqdansa, bu məktəblərin
əsasında bir normal məktəb saxlamaq daha düzgün və
məqsədəuyğundur. Necəki, hər kəndə bir təkəri çatmayan iki
avtomaşından birini düzəltmək , işlək vəziyyətinə gətirmək daha