178
bəzən 20 nəfərlik bir sinifin məzunlarının 50%-i məktəbi medalla
bitirirdi. İndi təhsildə əks proseslər gedir. Sanki, təhsildə
proseslər Arximed spiralı boyunca, ancaq tərs istiqamətdə inkişaf
edir. Qobustan kimi bir rayonunun cəmi 2 məzunu tələbə adını
qazana bilir. Hesab edirəm ki, bu fakt cəmiyyəti ciddi
düşündürməlidir.
Qaçqınlığın yaratdığı mürəkkəb həyat şəraiti, dünyagirlik
və nəzarətsiz mühitdən istifadə edərək bir çox acgöz insanlar
cinayət fəaliyyəti törədirlər. Kəlbəcər rayon müəllimləri «papka
məktəbləri» adlanan məktəblərin mövcud olduğunu deyirdilər.
2001-ci ildə Kəlbəcərdə 127 məktəb, 12371 şagird olmuşdur.
2002-ci ildə bu məktəblərin sayı xeyli azalmış şagirdlərin sayı isə
10575 nəfər olmuşdur. 1796 şagirdin adı iki-üç məktəbə
yazılaraq, hər şagirdin hesabına ildə 500 000 manat dövlət vəsaiti
talan edilmişdir. Bu, bir ildə təqribən 800 milyon manat təlançılıq
deməkdir. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bu cür talançılığa
qarşı tək-tək müəllimlər mübarizə aparırlar. Hamı bilməlidir ki,
pis təhsildən gələcəkdə hamı ziyan çəkəcəkdir. Müasir dövrdə
təhsil - su, hava, torpaq, Günəş kimi insan həyatı üçün vacib
ünsürlərdəndir. Bu sahə müqəddəs elan edilməlidir və haram
barmaqlar ora uzanmamalıdır. Prezident Heydər Əliyevin bir
kəlamında deyilir:
“Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını
həyatına sərf etmək üçün çox problemlərlə rastlaşır. Ona görə
təhsil hər bir insana lazımdır və bu təhsili də, təbiidir ki, hər
bir insan gəncliyindən, uşaqlıq vaxtlarından almalıdır”.
Məzunların, abituriyentlərin sayı və testin nəticələri
(Azərbaycan və rus bölmələri üzrə) 2000-2002-ci illər üçün
cədvəl 15.3-də göstərilmişdir. Cədvələ görə 2000-ci il
məzunlarının ali məktəbə qəbulolma faizi 16,29 olmuşdur. Bu
çox şişirdilmiş, həm də qüsurlu bir rəqəmdir. Qüsur da bundadır
ki, bu faiz beynəlxalq standartlardan kənar, TQDK-nın əmri ilə
ali məktəblərə qəbul olmuş abituriyentlərin sayının göstəricisidir.
Real göstərici isə 5,26%-dir (Bax cədvəl 15.1-də 22 sıra ilə 9-cu