Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   47   48   49   50   51   52   53   54   ...   90

 
176 
 
Bu  rəqəmlər  onu  göstərir  ki,  orta  məktəblərdə  imtahan 
biliyin  qiymətləndirmə  metodu  kimi  tam  iflasa  uğrayıbdır.  Bu 
fikir ali məktəblər üçün də doğrudur. 
 
Şəkil  15  (a)  və    (b)-də  B  əyrisi  ilə  Sovetlər  zamanı  ali 
məktəblərə  qəbul  olan  abituriyentlərin  nisbi  sayının  biliyə  görə 
paylanması   göstərilmişdir. Əyrinin maksimumu təqribən 560 bal 
ətrafındadır. Ümumiyyətlə, müxtəlif ölkələrin təhsil sistemləri və 
onun nəticələri bir-birindən f(B) paylanma  əyrisi ilə fərqlənirlər. 
A  əyrisi  ilə  müqayisədə  B  paylanma    əyrisi  üstünlüyü  bundan 
ibarətdir  ki,  o  420  balla  başlayır,  700  balla  qurtarır.  Əyrilərin 
müqşayisəsindən  görünür  ki,  Sovetlər  zamanı  biliyi  3-dən  (420 
baldan) aşağı olan bir məzun belə ali məktəbə daxil ola bilməzdi. 
Bu  mümkün  olmayan  bir  iş  idi.  Hətta  II  Dünya  Müharibəsinin 
qəhrəmanı  K.Jukovun  da  belə  işə  gücü  çatmazdı.  Yəni  ali 
məktəbə qəbul beynəlxalq standarta və ya bəşəri təcrübəyə uyğun 
aparılıbdır.  Bəşəri  dəyər  isə  bundan  ibarətdir  ki,  orta  məktəb 
proqramını  60%-dən  az  mənimsəyən  məzunları  ali  məktəbə 
birbaşa buraxmaq olmaz. 
 
Təhsil  sistemi  mükəmməlləşdikcə  bu  funksiyanın 
maksimumu  sağ  tərəfə  700  bal  tərəfə  sürüşməlidir.  Parlamentin 
Elm  və  təhsil  məsələləri  daimi  komissiyasının  üzvü  akademik 
Cəlal Əliyev söhbətlərinin birində qeyd etdi ki,  onlar universitet 
tələbəsi  olarkən  4  və  5-lə  təhsil  almaq  uğrunda  mübarizə 
aparırdılar və 3 (üç)-ü müsbət qiymət hesab etmirdilər.   Yuxarıda 
söylənilmiş  -  “orta  məktəb  eyniləşdirməli  və  ya  orta  məktəb 
“şagirdləri  sənaye  üsulu”  ilə  öyrətməlidir  “”  ideyası  məhz  bu 
baxımdan  söylənilmişdir.  Şəkil  15  (a)  və  (b)-dəki    A  əyriləri 
anormallığı  ilə  diqqəti  cəlb  edir  və  müəllim  kolektivi 
komplektləşməyən,  maddi-texniki  bazası  olmayan,  mənəvi 
dəyərləri deqradasiyaya   uğramış təhsil müəssisəsini xarakterizə 
edir.  Real  paylanma  əyrisinin  maksimumunun  bilik  oxunun  80 
bal  ətrafında  olması  təhsil  sisteminin  xəstəhal  vəziyyətində 
olduğunu göstərir.  


 
177 
Əslində bizim təhsil sistemimizin nəticələri 1991-ci ildən 
indiyə  kimi  B  əyrisi  halından  A  əyrisi  vəziyyətinə  gəlib 
çıxmışdır. Bu hamını narahat etməli və düşündürməlidir. Əslində, 
bu, deputat Ş.Qurbanovun dediyi tezisin elmi sübutudur.  
 
Sadə  məntiqə  görə,  əgər  ölkədə  məktəb  şəbəkəsi 
mərkəzləşmiş bir qurum kimi olmasa, onda abituriyentlərin biliyə 
görə  paylanma  əyrisı  A  əyrisinə  bənzəyər,  ancaq  funksiyanın 
maksimumu  daha  çox  sol  tərəfə  sürüşər  və  əyri  ordinat  oxunu 
daha yüksək nöqtələrdə kəsərdi. 
 
Riyaziyyatda Arximed spiralı adlanan bir spiral var. (Bax: 
Vıqodskiy,  Spravoçnik  po  vısşey  matematike,  M.,  1966  str. 
113,). Spiralın səciyyəvi cəhəti bundan ibarətdir ki, əgər MN düz 
xətti bir nöqtə ətrafında  saat əqrəbinin əks istiqamətində bərabər 
sürətlə fırlanarsa və bu düz xətt boyunca  bir nöqtə bərabər sürətli 
düzxətli  hərəkətdə  olarsa,  onda  həmin  nöqtənin  cızdığı  xətt 
Arximed  spiralı  adlanır.  Bu  spiral  şəkil  15(v)-də  göstərilmişdir 
və  bir  çox  beynəlxalq  qurumların,  stabil  inkişafın  embleminə 
çevrilmişdir. 
Şəkil 15 (v) Arximed spiralı 
 
 
Müasir  təhsil  sistemimiz  Azərbaycan  prezidenti  Heydər 
Əliyevin  dediyi  kimi:  “Azərbaycanda  1920-ci  ildən  indiyə 
qədər  mövcud  olan  təhsil  sistemi  Sovet  təhsil  sisteminin  bir 
hissəsidir“.    O  dövürdən  başlayaraq  təhsil  Arximed  spiralına 
uyğun şəkildə inkişaf etmişdir.  İnkişaf o səviyyəyə çatmışdır ki, 
 


 
178 
bəzən 20 nəfərlik bir sinifin məzunlarının 50%-i məktəbi medalla 
bitirirdi.  İndi  təhsildə    əks  proseslər  gedir.  Sanki,  təhsildə 
proseslər Arximed spiralı boyunca, ancaq tərs istiqamətdə inkişaf 
edir.  Qobustan  kimi  bir  rayonunun  cəmi  2  məzunu  tələbə  adını 
qazana  bilir.  Hesab  edirəm  ki,  bu  fakt  cəmiyyəti  ciddi 
düşündürməlidir. 
 
Qaçqınlığın  yaratdığı mürəkkəb həyat şəraiti, dünyagirlik 
və  nəzarətsiz  mühitdən  istifadə  edərək  bir  çox  acgöz  insanlar 
cinayət  fəaliyyəti  törədirlər.  Kəlbəcər  rayon  müəllimləri  «papka 
məktəbləri»  adlanan  məktəblərin  mövcud  olduğunu  deyirdilər. 
2001-ci  ildə  Kəlbəcərdə  127  məktəb,  12371  şagird  olmuşdur. 
2002-ci ildə bu məktəblərin sayı xeyli azalmış şagirdlərin sayı isə 
10575  nəfər  olmuşdur.  1796  şagirdin  adı  iki-üç  məktəbə 
yazılaraq, hər şagirdin hesabına ildə 500 000 manat dövlət vəsaiti 
talan edilmişdir. Bu, bir ildə təqribən 800 milyon manat təlançılıq 
deməkdir. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bu cür talançılığa 
qarşı  tək-tək  müəllimlər  mübarizə  aparırlar.  Hamı  bilməlidir  ki, 
pis  təhsildən  gələcəkdə  hamı  ziyan  çəkəcəkdir.  Müasir  dövrdə 
təhsil  -  su,  hava,  torpaq,    Günəş    kimi  insan  həyatı  üçün  vacib 
ünsürlərdəndir.  Bu  sahə  müqəddəs  elan  edilməlidir  və  haram 
barmaqlar  ora  uzanmamalıdır.  Prezident  Heydər  Əliyevin  bir 
kəlamında deyilir:  
“Təhsilsiz  xalq  müasir  şəraitdə  öz  imkanlarını 
həyatına sərf etmək üçün çox problemlərlə rastlaşır. Ona görə 
təhsil hər bir insana lazımdır və bu təhsili də, təbiidir ki, hər 
bir insan gəncliyindən, uşaqlıq vaxtlarından almalıdır”.      
 
Məzunların,  abituriyentlərin  sayı  və  testin    nəticələri 
(Azərbaycan  və  rus  bölmələri  üzrə)  2000-2002-ci  illər  üçün 
cədvəl  15.3-də  göstərilmişdir.  Cədvələ  görə  2000-ci  il 
məzunlarının  ali  məktəbə  qəbulolma  faizi  16,29  olmuşdur.  Bu 
çox şişirdilmiş, həm də qüsurlu bir rəqəmdir. Qüsur da bundadır 
ki,  bu  faiz  beynəlxalq  standartlardan  kənar,  TQDK-nın  əmri  ilə 
ali məktəblərə qəbul olmuş abituriyentlərin sayının göstəricisidir. 
Real göstərici isə 5,26%-dir (Bax cədvəl 15.1-də 22 sıra ilə 9-cu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə