Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   45   46   47   48   49   50   51   52   ...   90

 
169 
abituriyentlərinin  bilik  göstəricilərinin  güsgüsüdür  və  təhsilin 
vəziyyəti haqqında obyektiv məlumatları əks etdirir. 
 
Cədvəl  15.2-yə  diqqət  yetirsək      praktiki  əhəmiyyət 
daşıyan  çoxlu  nəticələr  əldə  etmək  mümkündür.  Cədvəldən 
görünür ki, 2000, 2001 və 2002-ci illərdə test imtahanında iştirak 
edənlərin 90%-dan çoxu 420-dən (5 ballı sistemdə 3-dən) az bal 
toplaya  biliblər.  Bu  göstərici  həyatda  rast  gəldiyimiz  konkret 
hallarla 
da 
təsdiqlənir. 
BDU-nun 
fizika 
fakültəsinin 
müəllimlərindən  birinin  dediyinə  görə,  test  imtahanlarında  424 
bal toplamış birinci kurs tələbəsi ikidə bir ilə üçü  toplaya bilmir. 
Yəni bu abituriyentin 6-cı sinif səviyyəsində biliyi yoxdur.  
 
Cədvəl  15.2-yə  görə  2001-ci  il  üçün  420  baldan  çox  bal 
toplayanların sayı Azərbaycan bölməsi üçün (100-89,75) =10,25 
%, rus bölməsi üçün (100-87,02) = 12,98% olmuşdur. 2002-ci il 
ilin  nəticələri  2001-ci ildən pis olmuşdur. Belə ki, Azərbaycan 
bölməsi üçün bu rəqəm 5,63 %, rus bölməsində 9,55 % olmuşdur. 
Diqqəti  cəlb  edən  nəticələrdən  biri  də  bundan  ibarətdir  ki,  rus 
bölməsində  təhsilin  vəziyyəti  Azərbaycan  bölməsinə  nisbətən 
babatdır.  Buradan  törəyə  bilən  arzuolunmaz  sosial  nəticə  isə 
bundan  ibarətdir  ki,  əhali    övladlarını  rus  məktəblərinə  verməyə 
meyilli  olacaqdır.  Valideyn  uşağının  gələcəyini,  yoxsa  dilini 
qurban  vermək  delemması  qarşısında  qalarsa,  edəcəyi  seçimi 
duymaq  çətin  deyildir.  Bu  cünləri  övladlarına  rus    və  ingilis 
dilində təhsil verən valideyinlərimiz az deyildir. Bunun qarşısını 
azərbaycan  dilində  keyfiyyətli  təhsil  verməklə  almaq  olar.Milli 
birlik baxımından bu çox əhəmiyyətli bir işdir. 
 
Bu  vəziyyətin  törədə  biləcəyi  nəticəni  bu  gün  yox, 
gələcəkdə  hiss  edəcəyik.  Çünki  dəfələrlə  qeyd  etdiyimiz  kimi 
təhsil  sisteminin  məxsusi  cəhəti  bundan  ibarətdir  ki,  ona  edilən 
müsbət və mənfi təsirlər öz nəticəsini çox gec - 20-30 ildən sonra 
bildirir.  2002-ci  ilin  oktyabr  ayının  25-də  “Yoxsulluğun 
Azaldılması  və  İqtisadi  İnkişaf  üzrə  Dövlət  Proqramı“nın 
təqdimatına  həsr  olunmuş  ümummilli  konfransda  Yaponiyanın 
ölkəmizdəki  səfiri  cənab  Toşiyuki  Fucivara  da  bu  fikiri 


 
170 
təsdiqlədi:  “Əlbəttə,  təhsil  sahəsində  görülən  işlər  bəhrəsini 
dərhal  verməyəcəkdir,  amma  uzun  müddətli  perspektivlər 
Azərbaycan  xalqının  gələcək  rifahının  təmin  olunmasında 
mühüm rol oynayacaqdır”.  
 
ABŞ-ın 
“Təhsil-2000”“ 
proqramında 
ümumtəhsil 
məktəblərdən tələb olunur ki, şagirdlərə   proqram materiallarını 
90%-ni  öyrənsinlər.  Yuxarıda  qeyd  edildiyi  kimi  bu  göstərici 
bizdə  5%-dən  də  aşağıdır.  Abituriyentlərin  95%-nin  nümayiş 
etdirdikləri  bilik  səviyyəsi  kafi  (məqbul)  həddən  aşağıdır.  Bu 
bizim  təhsil  sistemimizin  böyük  qüsuru  və  gizli  böhran 
keçirməsinə  subutdur.  Elə  məktəblər  var  ki,  bir  məzunu  belə  ali 
məktəbə qəbul ola bilməyibdir. Belə məktəblərin sayı yüzlərlədir. 
Bu  təhsil  müəssisələri  dövlətin  vəsaitinin  95%-ni  biliyə  çevirə 
bilmir. Bu məktəblərin ünvanları “Abituriyent“ jurnalının 2002-ci 
il  tarixli  12-ci  sayında  göstərilmişdir.  Misal  üçün,  jurnalın  88-ci 
səhifəsində  Daşkəsən  rayonunda  təhsilin  vəziyyəti  ilə  bağlı 
oxuyuruq:  
“Qəbul  imtahanlarında  19  məktəbin  məzunları  iştirak 
ediblər.  Bu  məktəblərdən  Qabaqtəpə,  Qaraqollar,  Çanaxlı, 
Dəstəfur,  Alunitdağ,  Tapan  kənd  orta  məktəbləri,  Daşkəsən  və 
aşağı  Daşkəsən  qəsəbə  orta  məktəbləri,  N.Nərimanov  adına  3 
saylı  və  S.Vurğun  adına  4  saylı  şəhər  orta  məktəblərinin  bir 
abituriyenti belə tələbə adını qazana bilməmişdir“. 
 
Digər  misal.  Mənim  deputat  seçildiyim  Kəlbəcər 
rayonunda  təhsilin  vəziyyəti  ilə  bağlı  həmin  jurnalın  96-cı 
səhifəsində oxuyuruq:  
 
“Qəbul  imtahanlarında  62  məktəbin  məzunları  iştirak 
ediblər. Bu məktəblərdən 8, 9, 10, 11, 20, 22, 23, 27, 29, 30, 33, 
35, 39, 47, 48, 54, 57, 59, 65, 67, 73, 76, 91, 98, 100, 102, 103, 
112,  113,  115,  116,  118  saylı  orta  məktəblərin  bir  abituriyenti 
belə  tələbə  adını  qazana  bilməmişdir”.  Demək  olar  ki,  digər 
rayonlarda  da  vəziyyət  buna  bənzərdir.  Sabirabad,  Masallı, 
Balakən, 
Ağcəbədi, 
Laçın, 
Ağdam 
rayonlarının 
96 
məktəblərindən  bir  nəfər  belə  ali  məktəbə  qəbul  olmamışdır. 


 
171 
Qobustan rayonundan cəmi iki nəfər ali məktəbə qəbul olmuşdur. 
2001-ci ildə bu rayonun büdcəsi 6.814.765 min manat, büdcənin 
təhsil xərcləri isə 4.995.267 min manat olmuşdur. Bu, təqribən bir 
milyon  ABŞ  dollarına  bərabərdir.  Dövlətin  bu  qədər  xərclənən 
pulunun  müqabilində  ali  məktəbə  cəmi  iki  nəfər  qəbul  olubdur. 
Nəzərə  almaq  lazımdır  ki,  bu  rayon  nə  cəbhəyanı,  nə  də  sərhəd 
rayonudur. Qaçqınların ağır yükü bu rayonda çox deyildir. Təhsil 
sisteminin bu cür vəziyyətdə olmasını öncə bu rayonun əhalisini 
narahat  etməlidir.  Biz  yarımçıq  müsəlman,  yarımçıq  kommunist 
olduğumuz kimi, bu gündə yarımçıq müəllimlik edirik, yarımçıq 
məktəb  saxlayırıq.  Yarımçıqlıq  bizim  səciyyəvi  cəhətimizə 
çevrilir. Yarımçıqlıq böyük qüsurdur. XXI əsrdə belə məktəblərlə 
milləti qorumaq mümkün olmayacaqdır. 
 
Belə  məktəblərin  hər  biri  ayrıca  müzakirə  obyektinə 
çevrilməlidir.  Qüsurlar  araşdırılmalıdır.  Səbəblər  aydınlaşdırıl-
malıdır. Publisistik məqalələrimin birində belə təhsil müəssisəsini 
mühərriki  işləyən,  ancaq  ən  azı  bir  təkəri  olmayan  şəhər 
nəqliyyatının  marşurut  avtobusuna  bənzətmişdim.  Matoru  işləsə 
də belə avtobus irəliyə  gedə bilməz.  Şəhərdə, kənddə məktəbin 
olması  əsas  deyil.  Əsas  odur  ki,  təhsil  maşını  işləsin,  gənclərə 
təhsil versin və onları irəliyə aparsın.  
   
Şəkil  15  (a)-da  göstərilmiş  biliyə  görə  paylanma  əyrisini 
şərti  olaraq  dörd  hissəyə  bölmək  olar.  Hər  hissənin  əhatə  etdiyi 
sahə bu intervalda bal toplamış abituriyentlərin sayını göstərir. 
 
I  hissə:  0-100  intervalında  bal  toplamış  abituriyentlərin 
sayını göstərir və bu say 17 026 nəfərdir;  
  
II  hissə:  100-200  intervalında  bal  toplamış  abituri-
yentlərin biliyə görə paylanmasını və sayını (11632) göstərir
 
III  hissə:  200-420  intervalında  bal  toplamış  abituri-
yentlərin biliyə görə paylanmasını və sayını (12 921) göstərir; 
 
IV  hissə:  420-700  intervalında  bal  toplamış  abituri-
yentlərin biliyə görə paylanmasını və sayını (1986) göstərir. 
 
M  –  şaquli  xətti  paylanma  diaqrammasını  iki  bərabər 
sahəyə bölür. Bu xətt absis oxunu 120 bal nöqtəsində kəsir. Bu o 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə