Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   43   44   45   46   47   48   49   50   ...   90

 
163 
 
Keçmiş  təhsil  sistemimizin  orta  məktəb  səviyyəsində 
uğurları çoxdur və bizə yaxşı məlumdur. Ona görə ki, özümüz bu 
sistemin  içərisindən  keçmişik.  Bu  təhsil  sisteminin  əsas  vəzifəsi 
bütün  gəncləri,  kütləni  icbari  orta  təhsilli  etmək  olmuşdur. 
Bununla  bərabər,  Sovet  dövləti  hər  təhsil  səviyyəsinə  uyğun 
keyfiyyəti  inzibati  və  partiya  nəzarəti  yolu  ilə  kifayət  qədər 
qoruya bilirdi. İndi  bu funksiyanı yerinə yetirən digər bir nəzarət 
orqanı olmadığından təhsildə keyfiyyət allah ümüdünə qalıbdır və  
səviyyə  ilbəil  aşağı  düşür.  İctimai  nəzarət  isə  hələ 
formalaşmayıbdır. 
 
Sovetlər  zamanında  siyasətə  uyğun  olaraq  təhsilin  üfqi 
istiqamətdə  genişləndirilməsi,  şaquli  istiqamətdə  təhsilin 
inkişafını  qurban  vermək  hesabına  baş  verirdi.  Çünki  hər  iki 
istiqamətdə  təhsili  lazımı  səviyyədə  saxlamağa  dövlətin  iqtisadi 
gücü çatmırdı. 
 
Orta  məktəblərin  sayı  artdıqca,  məktəblərə  mərkəzi 
nəzarət  zəifləyirdi.  Bunun  nəticəsində  keyfiyyət  göstəriciləri 
aşağı  düşürdü.  Keyfiyyət  aşağı  düşdükcə  repetitorluq  institutu 
işə  düşməyə  başladı.  1960-cı  illərin  əvvəllərində  universitet 
tələbəsi  olarkən  mənim  bəzi  tələbə  dostlarım  da  zaman-zaman 
belə  fəaliyyətlə  məşğul  olurdular.  Repetitorluq  institutunun  işə 
düşməsi  orta  məktəbin  verdiyi  bilik  səviyyəsinin,  ali  məktəbə 
qəbul  olmaq  üçün  tələb  olunan  bilik  səviyyəsindən  xeyli  aşağı 
olmasının nəticəsi idi. Bu fərqin olması ali məktəbə qəbul zamanı 
neqativ  halların  yaranmasına  səbəb  olurdu.  Bu  neqativ  hallarla 
«mübarizə»  qəbul  imtahanları  ətrafında  ajiotaj  yaranmasına  
səğəğ olurdu. Ali məktəbə qəbul prosesinə ictimai diqqət artırdı. 
 Dövlət  bu  sosial  fenomenə  vaxtında  reaksiya  vermədi. 
Nəticədə orta məktəblər zəiflədi, repetitorluq fəaliyyəti gücləndi. 
Leqal  orta  məktəb  ”qeyri-leqal”  məktəblə,  dövlət  təhsili  “gizli 
təhsillə””“ paralel işləməyə başladı. Bu problem ölçülü-biçili həll 
tələb  edir.  İndi  repetitorluq  institutunu  saxlamaq  nə  qədər 
qorxuludursa,  bağlamaq  da  o  qədər  qorxuludur.  Sonralar  dövlət 
orta  məktəbin  verdiyi  biliyin  kafi  olmadığı  səbəbindən  ali 


 
164 
məktəblərin  nəzdində  hazırlıq  fakültələri  açmağa  məcbur  oldu. 
Bu  fakültələrin  açılması  dolayısı  ilə  məktəblərin  verdiyi  orta 
təhsildə keyfiyyətin olmamasının dövlət tərəfindən etirafı idi. 
 
Dövlət  əhalisinin  savadlı    olmasında  maraqlıdır.  Bu 
səbəbdən  də  Təhsil  Nazirliyinin  əsas  funksiyası  öz  struktur  və 
sisteminin  köməkliyi  ilə  dövlətin  təhsilə  ayırdığı  vəsaiti 
təhsilalanların biliyinə, bacarığına və vərdişinə, sonra isə onların 
vasitəsi  ilə  dövlətin  maraqlarını  qoruyaraq  iqtisadiyyatı 
yüksəltmək  qabiliyyətinə  çevirməkdir.  Dövlət  təhsil  nazirliyi 
kimi bir quruma, təhsili idarə edən orqanlara və 200 mindən çox 
müəllim ordusuna maaşı bu vəzifəni  yerinə  yetirmək  üçün verir. 
Ancaq  təəssüflə  qeyd  edək  ki,  pul  biliyə  pis  çevrilir.  Qurumun 
faydalı iş əmsalı çox aşağıdır.  
 
Yuxarıda  qeyd  edildiyi  kimi  sovet  təhsilinin  qüsuru 
bundan  ibarət  idi  ki,  keyfiyyət  göstəriciləri  kəmiyyət 
göstəricilərinə  qurban  verilirdi.  Keyfiyyətə  nəzarət  inzibati 
idarəçilik  metodu  ilə  həyata  keçirilirdi.  Ancaq  bu  üsul  da  az 
kömək  edirdi.  Təhsil  sisteminin  baza  prinsiplərindən  olan 
keyfiyyətlilik,  ədalətlilik,  obyektivlik  öz  yerlərini  yavaş-yavaş 
keyfiyyətsizliyə, ədalətsizliyə, qeyri-obyektivliyə, saxtakarlığa və 
məsuliyyətsizliyə vermişdir. 
 
16.10.02. 
tarixdə 
BDU-da 
professor 
Qəmbər 
Namazovun  70  illik  yubileyi  qeyd  edilirdi.  Rektor  prof.  Abel 
Məhərrəmov  keçmişi  yada  salaraq  onların  sinifindən  11  nəfərin 
orta  məktəbi  medalla  bitirməsindən  danışdı.  Bir  sinifdə,  adətən 
20-25  şagird  olur.  Hər  2-3  nəfərdən  birinin  medala  layiq  bilik  ( 
700  ballı  qiymətləndirmə  şkalasına  görə  680-700  bal)  nümayiş 
etdirmələri sevindirici haldır və belə yüksək səviyyəni təmin edən 
məktəblərimiz  və  müəllimlərimiz  olubdur  (Bu  fakt  təhsildə 
“sənaye  üsulunun“  tətbiqinə  bariz  nümunədir).  Bu  səviyyəni 
keçmişdə  biz  fəth  etmişik,  onu  bir  də  fəth  etmək  mümkündür.. 
Əslində,  belə  təhsil  müəssisələri  o  zamanlar  ölkəmizdə  çox  idi. 
Mənim  təhsil  aldığım  orta  məktəbdə  də  təhsilin  səviyyəsi  çox 
yüksək  idi.  1956/57-ci  tədris  ilində  Kəlbəcər  qəsəbə  orta 


 
165 
məktəbini,  təqribən  20  məzunun  14-ü  məktəbi  medalla  (2  qızıl, 
12 gümüş) bitirmişdir. Onların biri də hamının yaxşı tanıdığı şair 
Məmməd  Aslandır.  O  Məmməd  Aslan  ki,  möhtərəm 
Prezidentimiz  Heydər  Əliyev  onun  əməyini,  cəsarətini  yüksək 
qiymətləndirərək, onu Şöhrət Ordeni ilə mükafatlandırmışdır. Bu 
gün  mən  direktorumuz  Cəfər  müəllimi,  riyaziyyat  müəllimimiz 
Qara  Bəhməni  və  digər  müəllimlərimizi  minnətdarlıq  hissi  ilə 
xatırlayıram.  Dünyasını  dəyişənlərə  Allahdan  rəhmət,  qalanlara 
isə can sağlığı diləyirəm. 
 
Çağdaş  dövürdə  təhsildə  vəziyyət  ürəkaçan  deyil.  Milli 
Məclisin deputatı professor Şamil Qurbanovun mətbuatda getmiş 
və geniş ictimai rezonans doğurmuş bir fikiri diqqəti cəlb edir: 
 
“1995-ci  ildə  təhsil  nazirliyində  keçirilən  kollegiyada 
dedim  ki,  burada  bir  yaxşı  adamın  yeri  əksikdir.  Şeyxülislamın. 
Təhsili öldürmüsünüz, indi fatihəsini vermək lazımdır. Gəlin onun 
fatihəsini  də  verək,  çıxaq  gedək  evimizə”.  (“Şərq”  qəzeti, 
11.09.02) 
 
Bu  əhvalat  1995-ci  ildə  olub.  Bəs  təhsildə  vəziyyət  indi 
necədir?  
 
Son  illərin  təhsillə  bağlı  statistik  məlumatlarını  diqqətlə 
izləyərək yuxarıdakı  suala cavab axtaraq. 
 
“Abituriyent””“  jurnalının  2000,  2001  və  2002-ci  illərin 
12-ci saylarından götürülmüş test imtahanlarının nəticələrinin bir 
qismi  cədvəl  15.1-də  müqayisəli  şəkildə  göstərilmişdir.  Biliyin 
səviyyəsi  700 ballı şkala ilə qiymətləndirilmişdir. 
 
Cədvəl  15.1-in  ikinci  sütununda müxtəlif bal  intervalları, 
3-5-ci  sütunlarda  müxtəlif  illər  üçün  verilmiş  bal  intervalına 
uyğun bilik nümayiş etdirmiş abituriyentlərin mütləq sayı, 6-8-ci 
sütunlarda bu abituriyentlərin nisbi sayı  və 9-11-ci sütunlarda isə 
verilmiş  bilik  səviyyəsinə  uyğun  bal  toplamış  abituriyentlərin 
nisbi saylarının cəmi göstərilmişdir.  
Cədvəlin  6-cı  sətrində  göstərilir  ki,  2000-ci  ildə    80-100 
intervalda  bal  toplamış  abituriyentlərin  sayı 

N=5158  nəfər 
olubdur.  Bu,  abituriyentlərin  ümumi  sayının  (qeyd  edək  ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə