Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   46   47   48   49   50   51   52   53   ...   90

 
172 
deməkdir  ki,  abituriyentlərin  50%-i  (21  783  nəfəri)  0-120  bal 
arasında, digər yarısı 120-700 bal arasıda bilik nümayiş etdiriblər. 
Bu  rəqəmlər  də  paylanma  funksiyasının  nə  qədər  assimmetrik 
olmasını göstərir. 2001-ci il üçün bu göstərici 208 bal olmuşdur. 
 
Me – şaquli xətti abituriyentlərin nümayiş etdirdiyi biliyin 
orta  qiymətini  (yəni  bütün  abituriyentlərin  topladağa  balları 
cəmləyib onu 43565-ə bölsək alacağımız orta bilik göstəricisini) 
göstərir. Bu parametr  təqribən 158 bal ətrafındadır. 2001-ci ildə 
bu  göstərici  178  bal  olmuşdur.  Sevindirici  haldır  ki,  Bakı 
Anadolu  Türk  Liseyi  üçün  bu  göstərici  479,2  bal  olmuşdur. 
Deməli,  yüksək  nəticə  əldə  etmək  üçün  nə  Avropaya,  nə  də 
Amerika qitəsinə getmək lazım deyildir. Yaxşı nəticəni Bakıda da 
əldə etmək mümkündür. Bunun üçün yaxşı məktəb lazımdır. 
 
Absis oxuna diqqət yetirsək görərik ki, bu göstəricilər (M 
və  Me)  nəinki  3  qiymətindən  (420  baldan),  hətta  2  qiymətindən 
(280  baldan)  da    xeyli  aşağıdırlar.  Əsas  nəticə  isə  bundan 
ibarətdir  ki,  bizim  təhsil  maşınımız  zay  məhsul  buraxır  və 
buraxdığı  məhsulun  orta  qiyməti  məqbul,  kafi  həddən  çox-
çox aşağıdır. Zamanı geri qaytarmaq mümkün olmadığından bu 
səhvi  də  düzəltmək  mümkün  deyildir.  Ömər  Nəttabın  bir 
kəlamında deyilir:  
«Dörd  şey  geri  gəlməz:deyilən  söz,  atılan  ox,  keçən 
zaman  və  qaçrılan  imkan».  Nəinki  zaman,  fürsətdə  əldən 
getməkdədir.  Gənclərə  kamil  bilik  verməməklə  cəmiyyətin 
intellektual səviyyəsini aşağı  salırıq. Gələcəyimizi  təhlükə altına 
alırıq.  Təhsil  həyat  üçün  vacib  elementinə  çevrilibdir,  təhsilsiz 
milli gələcək yoxdur. 
Bu  bir  həqiqətdir  ki,  biliksiz  şagird  nə  qədər  vətənpərvər 
olsa  da  cəmiyyət  üçün  yükdür.  Bilikli,  vətənpərvər  gənc  isə 
cəmiyyətin  yükünü  çəkəndir.  Keyfiyyətli  təhsil  uğurunda 
mübarizənin fəlsəfəsi budur. 
2002-ci  il  üçün  rus  bölməsi  üzrə  testin  nəticəsi  əsasında 
abituriyentlərin  nisbi  sayının  biliyə  görə  paylanma  diaqramması 
şəkil 15 (b)-də A əyrisi ilə göstərilmişdir. Əvvəla, onu qeyd edim 


 
173 
ki, bu əyrinin forması həm Azərbaycan bölməsi, həm rus bölməsi
həm  də  ixtisas  qrupları  üçün  xarakterikdir.  Yəni  analoji  əyrilər 
ümumi cəhətlərinə görə bir-birindən az fərqlənirlər. Əyri ilə absis 
oxu  arasında  qalan  sahə  test  imtahanlarından  keçən 
abituriyentlərin sayını göstərir. 2002-ci il üçün bu say rus bölməsi 
üçün  7056  nəfər  olmuşdur.  A  əyrisinin  ştrixlənimş  sahəsi  test 
imtahanlarında  150-700  intervalında  (150  bal  keçid  balıdır)  bal 
toplamış, yəni klassik qiymətləndirmə sistemində təqribən 1 ilə 5 
arasında qiymət almış və TQDK-nın qərarı ilə ali 
 
 
 
 


 
174 
 
 
        Şəkil 15 (b). Rus bölməsi üzrə abituriyentlərin nisbi    
                 sayının test ballarına görə paylanma əyrisi:  
                A –   2002-ci il qəbulu
                B –   SSRİ zamanı qəbul; 
 
məktəblərə qəbul olunmuş abituriyentlərin sayını göstərir. Bu say 
təqribən  3350  nəfərdir.  A  əyrisinin  qaralanmış  sahəsi  isə  test 
imtahanlarını  keçərək  420-700  intervalında  bal  toplamış 
abituriyentlərin sayını göstərir. Bu sahəyə uyğun gələn tələbə sayı 
674 nəfərdir. 
 
Sovetlər zamanı qəbul imtahanlarının birindən iki alan ali 
məktəbə  daxilolma  şansını  100  faiz  itirərdi.  İndi  bütün 
imtahanlardan “2“-dən də aşağı qiymət alanlar TQDK tərəfindən 
ali  məktəblərə  qəbul  edilir.  Belə  gənclərin  ali  məktəbə  daxil 
olması qəbul imtahanlarını aparmağın zərurətini heçə endirir. Bu 
problem ciddi problemdir və gələcəyimizi uçuruma aparır. 
 
Ümumiyyətlə,  şəkil  15  (a)  və  (b)  təhsil  sistemimizin 
qüsurlarının  əyani  şəkildə  üzə  çıxarır.  Başlıca  qüsur  isə  bundan 
ibarətdir ki, elə orta məktəb var ki, insan övladı 11 il ora gedib-
gəlib, ancaq əldə etdiyi bilik,   şüurlu varlıq adına ləkədir və “0” “ 
 


 
175 
bal səviyyəsindədir. Belə abituriyentlər bir-iki nəfər deyil, onların 
mütləq sayı 2002-ci ildə Azərbaycan bölməsi üzrə  186 nəfər, rus 
bölməsi  üçün  7  nəfər  olmuşdur.  Son  üç  ilin  nəticələrinə  görə 
belələrinin nisbi sayı Azərbaycan bölməsi üzrə 2000-ci ildə 1%, 
2001-ci ildə 0,29%, 2002-ci ildə isə 0,43% (bax: Cədvəl 15.1. 1-
ci sətir) olmuşdur. 
 
 
Qanun-qaydaya görə belə şagirdlərə əvvəla, dövlət sənədi 
“attestat“”  verilməməlidir.  İkincisi,  attestatdan  qabaqkı  çoxsaylı 
imtahanlarda bu qüsur üzə çıxarılmalı və tədbir görülməli idi.  
Açıq  Cəmiyyət  İnstitunun  xətti    ilə  “Kembric  Təhsilə 
kömək“  qurumunun  baş  konsultantı  xanım  Cohanna  Krikton 
bizim  komissiyanın  qonağı  olarkən,  bizdən:  Necə  ola  bilər  ki,   
insan  övladı 11 il orta məktəbə gedib-gəlir, ancaq test   zamanı 
o, “sıfır“ bal toplayır? – soruşdu. Yəni 120 sualdan birinə  cavab 
verə bilmir. Mən bu suala cavab verə bilmədim, bu işə günahkar 
olanların  əvəzinə  xəcalət  çəkdim.  Mən  istəmirəm  ki,  gələcəkdə 
kimsə  də  mənim  kimi  xəcalət  çəksin.  Xəcalət  çəkməyə  dözmək 
olar,  gələcəyi  itirməyə  dözmək  mümkün  deyildir.  Bu  qüsuru 
düzəltmək olar və mütləq düzəltməliyik. 
 
Qeyd  etmək  lazımdır  ki,  test      sualları  müxtəlif 
variantlarda  tərtib  olunur.  Bu  suallar  6-11-ci  siniflərdə  tədris 
olunmuş  proqlamları  əhatə  edir.  Əgər  şagird  8  sinifə  qədərki 
proqram materiallarını mənimsəyibsə, o, hökmən 150 bal toplama 
imkanına  malik  olmalıdır.  Ancaq  bizim  “daş  şagirdlər“  11-ci 
sinifi  bitirir,  dövlət  sənədi  olan  attestat  alır,  ancaq  test    zamanı 
“0“  bal  toplayır.  Dövlət  sənədi  olan  attestatın  devalvasiya 
olmasına  yol  verilməməlidir.  Bu  müstəqilliyin  amalına  ziddir. 
Dövlətin imicinə zərbədir. 
 
Qeyd  etmək  lazımdır  ki,  test  suallarının  hazırlanma 
metodikası  da  mübahisəlidir.  Yeri  gəlmişkən  qeyd  edək  ki, 
ekspertlərin  və  mütəxəssislərin  fikrincə  ilbəil  test    sualları 
sadələşdirilir.  Bu  isə  təhsilin  ümumi  səviyyəsini  ilbəil  aşağı 
endirir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə