Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   54   55   56   57   58   59   60   61   ...   90

 
200 
universitet,  1916-cı  ilə  kimi  isə  cəmi  11  universitet  fəaliyyət 
göstərmişdir. 
YUNESKO-nun  Baş  konfransının  27-ci  sessiyasında 
(noyabr  1993-cü  il)  ali  təhsilə  aşağıdakı  tərif  verilmiş  və  qəbul 
edilmişdir:  «Ali  təhsil  deyəndə  universitetlər  və  ya  səlahiyyətli 
dövlət  orqanları  tərəfindən  ali  təhsil  müəssisəsi  kimi  tanınmış 
digər  təhsil  müəssisələri  tərəfindən  həyata  keçirilən  bütün  növ 
tədris  kurslarının  hazırlığı  və  ya  orta  səviyyədən  sonrakı  elmi 
tədqiqat üçün hazırlıq başa düşülür». 
Məşhur  akademik  L.A.Arsimoviçə  görə  20-ci  əsrin 
əvvəllərində Rusiya fiziklərini bir divanda oturtmaq olardı. Əsrin 
sonunda bu say 10 minlərlə olmuşdur. Yeri gəlmişkən qeyd edək 
ki,  XX  əsrin    20-ci  illərində    azərbaycanlı  ali  təhsilli  fizik  və 
riyaziyyatçıları da  bir divanda oturtmaq mümkün idi (Məmməd 
bəy Əfəndiyev, Bəhram Mirzəyev, Rəhim bəy Məlikov). Bu say 
indi  minlərlədir.  20-ci  əsrdə  SSRİ-nin  elmi-texniki  cəhətdən 
sürətli  inkişafının  əsas  səbəbini    universitetlərin  varlığında 
axtarmaq  lazımdır.  XX  əsrin  40-50-ci  illərində  SSRİ-də 
universitet təhsili görünməmiş səviyyəyə yüksəldı. Sovet elminin 
kosmosda,  atom  və  nüvə  energetikası  sahəsində  uğurları  ali 
təhsilin hörmətini maksimum səviyyəyə qaldırdı. Cəmiyyətdə heç 
zaman  alim  və  professorun  hörməti  o  zamankı  qədər  yüksək 
olmamışdır.  Universitetlər  və  digər    ali  təhsil  müəsisələri  milli 
qürur mənbəyinə çevrilmişdi. 
Son yüzilliklərdə Şərq dünyasının Qərb dünyasından geri 
qalmasının  əsas  səbəblərindən  biri      zamanında  universitetlərin 
açılmaması, 
universitet 
şəbəkələrinin 
yaranmamasıdır. 
Universitetləri olmayan ölkə heç cür inkişaf edə bilməzdi.   
Bizim  ilk    ali  təhsil  ocağımız  1919-cu  ildə  ADC 
tərəfindən  açılmış  Azərbaycan  Dövlət  Universitetidir.  Bu 
universitet  çox  qısa  bir  zaman  kəsiyində  müstəqil  dövlətin  ali 
məktəbi  kimi  fəaliyyət  göstərmişdir.  1920-ci  il  28  aprel 
işğalından  sonra  ADU  yarımmüstəqil  dövlətin  ali  təhsil  ocağı 


 
201 
olmuşdur. Təhsil prosesi siyasi quruluşa uyğun olaraq Moskvada 
tutulmuş proqramlar, tədris planları əsasında təşkil edilmişdir.  
1991-ci ildən Azərbaycan müstəqillik əldə edəndən sonra 
siyasi müstəqilliyin abı-havası təhsil müəssisələrinə də ciddi təsir 
göstərmişdir.  Fəxrlə  qeyd  etmək  olar  ki,    müstəqilliyin  ilk 
illərində ADU-da (sonralar BDU) beynəlxalq  hüquq, beynəlxalq 
münasibətlər  ixtisası  üzrə  kadr  hazırlığına  başlanmışdır.  Hal-
hazırda  BDU-da  bu  ixtisaslar  üzrə    müstəqil  fakültə  fəaliyyət 
göstərir. 
Şükürlər  olsun  ki,  indi  ölkəmizdə  onlarla  ali  təhsil 
ocaqları vardır. 
Ancaq  ali  məktəblərimiz  keçmiş  sovetlər  dövründə 
formalaşıb  inkişaf  etdiyinə  görə  həmin  mühitin  yaratdığı  o 
mədəniyyət, o həyatın kanonları hələ də universitetlərdə yaşayır. 
S.M.Kirovun  universitetə,  təhsilə,  elmə  aidiyyatı  olmadığı  bir 
halda, uzun illər bizim universitetimiz onun adını daşımışdır. Bu 
cür  məntiqsiz  həyatı  biz  yaşamışıq.  Sovetlər  zamanı  təhsildə 
keyfiyyət  kəmiyyətə  qurban  verildiyindən,  ali  məktəblərdə 
təhsilin  səviyyəsi  ürəkaçan  deyildir.  Hətta  qardaş  Türkiyə 
Respublikası  çoxsaylı  xahiş-minnətə  baxmayaraq  bizim  bir  çox 
ixtisaslar  üzrə  verdiyimiz  diplomları  (tibb  və  hüquq  ixtisasları 
üzrə)      tanımır.  Ali  məktəb  ifadəsindəki  «ali»  sözü  real  bilik 
səviyyəsini  əks etdirmir. 
Ali məktəb  problemləri və onların  yaranma səbəblərinin 
çoxu orta məktəbdəki  problemlərə  bənzərdi.  
Sovetlər dönəmində milli Təhsil Nazirlikləri öz fəaliyyəti 
üçün  lazım  olan  elmi-nəzəri  müddəaları,  əsasnamələri  özü 
hazırlamırdı, mərkəzdən hazır şəkildə alırdı və mərkəzin nəzarəti 
altında  da  icra  edirdi.  Bu  müddəaların,  əsasnamələrin, 
prinsiplərin,  ümumiyyətlə  isə  təhsil  siyasətinin  arxasında  duran 
elmi  fəlsəfə,  nəzəriyyə,  məntiq  Moskvanın  elmi-tədqiqat 
mərkəzlərində hazırlanırdı. Bu səbəbdən də Azərbaycanda müasir 
təhsil  sistemi  hələ  dərin  elmi  kök  buraxmayıbdır.  Ona  görə  də 
təhsildə büdrəmə, yoldan sapma, deqradasiyaya uğrama ehtimalı 


 
202 
çox  böyükdür.  Respublikanın  bəzi  rayonlarda  biliyin 
qiymətləndirilməsində  9  ballı  şkalanın  tətbiqi  ilə bağlı  aparılmış 
təcrübələr buna misaldır.   
Keçmişdən gələn səbəblər üzündən bir çox universitetlərin 
bəzi  fakultələrində tələbələrin sayı,  həm idarəetmə baxımından, 
həm də ölkənin kadr ehtiyacı baxımından  lazım olandan dəfələrlə 
çoxdur. Bu isə həm nizam-intizamı, həm idarəetməni çətinləşdirir
həm  də    keyfiyyəti  aşağı  salır.  Fakültə  böyük  olanda  tələbələri 
ancaq  dekan  və  onun  müavinləri  tanıyır.  Müəllimlər  isə 
tələbələrin  çoxunu  tanımır.  Fərd  kütlənin  içərisində  itir.  Mənəvi 
mühit  korlanır,  müəllim-tələbə  münasibətində  soyuqluq  və 
biganəçilik yaranır. Tərbiyəyə nəzarət etmək çətinləşir. 
Ali  təhsil  sistemində  də  keyfiyyət  göstəriciləri  kəmiyyət 
göstəricilərinə qurban verilir. Əgər bu «qurban vermə» əməliyyatı 
orta  təhsil  şəbəkəsində  komplektləşməmiş  məktəblərin  açılması 
hesabına  baş  verirdisə,  ali  məktəblərdə  bu  əməliyyat  fakültələrə 
qəbulun  əsassız  artırılması  hesabına  baş  verirdi  və  milli  mənafe 
şəxsi mənafeyə qurban verilirdi.  
Əhali  şəxsi  vəsaiti  hesabına  uşaqlarını  ali  məktəblərə 
qoyurdu.  Valideynlərin  vəsaitlərini  övladlarının  intellektual 
mülkiyyətinə  çevirmək  cəhdi  əslində  alqışlanmalı  milli 
keyfiyyətdir.  Keçmişdə  bu  ali  milli  keyfiyyətdən  rektorlar  sui-
istifadə edərək, fakültələrə qəbul planlarını zərurət olmadan ilbəil 
artırmaqda  maraqlı  idilər.  Bazar  iqtisadiyyatının  təklif    tələb 
prinsipi sosializmidə ali təhsil sahəsində uğurla işləyirdi. 
1970-ci  illərdə  S.M.Kirov  adına  ADU-nun  hüquq 
fakültəsinin hər kursunda 100-150 tələbə (əyani, axşam, qiyabi və 
rus  bölməsi)  təhsil  alardı.  Təhsil  müddəti    beş  il  olduğundan 
tələbələrin  sayı  500-750  nəfər  idi.  İndi  hüquq  fakültəsində  bir 
neçə  min  tələbə  təhsil  alır.  Fakültə  ərazicə  böyüməyib,  ixtisaslı 
kadrların  sayı  lazımınca  artmayıbdır.  Təbii  ki,  belə  olan  halda 
keyfiyyət  aşağı  düşəcək  və  ya  keyfiyyətin  səviyyəsini  yüksək 
saxlamaq  mümkün  olmaz.  Bu  vəziyyət  digər  fakültələrdə  də, 
başqa institutlarda da baş verirdi.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə