Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   51   52   53   54   55   56   57   58   ...   90

 
189 
 
Təhsil  həm  mədəniyyətin,  həm  iqtisadiyyatın,  həm  də 
həyat 
şəraitinin 
yüksəlməsinə, 
yaradıcılıq 
potensialının 
açılmasına  kömək  göstərir.  Ancaq  zəruri  təhsil  almaq  üçün  yol 
uzundur. Bu yol ən azı insan 25 yaşına çatana qədər davam edir. 
Bundan  sonra  qəbirə  qədər  təhsil  başlayır.  Xaricdə  buna  LLL 
(Lifelonq learninq) təhsil deyirlər. Bəzi dövlətlər təhsil prosesini  
illərlə  yox,  hətta  saatlarla  ölçürlər.  Hər  ilin  öz  təhsil  yükü  var. 
Hansı  ilin  təhsil  yükü  mənimsənilməsə,  yuxarı  səviyyələrin 
biliklərinin  mənimsənilməsi  işi  çox  çətinləşir.  Gəncin  ömründən 
təhsilə  ayrılmış  vaxtın  asudə  vaxta  çevrilməsinə  yol  vermək 
olmaz.  Bizə  oxuyan,  oynayan  yox,  öyrənən  cəmiyyət,  millət 
lazımdır.   
 
 


 
190 
16. Təhsil və milli təhlükəsizlik 
 
“Təhsil - geosiyasətdir”. 
 
V.Filippov,  
RF-nin təhsil naziri 
 
 
V.Yanın  “Çingiz  xan  “”  əsərində  yazılır  ki,  Çingiz  xan 
çinli alim Çan Çun ilə söhbət edərkən deyir:  
“Bizim  qoca  monqolların  bir  misalı  var.  “Düz  danışan 
adam öz əcəli ilə ölmür”- doğru danışanı əcəli çatmamış vurub 
öldürürlər...  Buna  görə  də  adamlar  yalan  dalınca  yalan 
danışırlar...  Sən  isə,  müdrik  qoca,  məni  görmək  üçün  on  min  li 
yol  gəlmisən  və  həqiqəti,  ölməzlik  üçün  əlac  olmadığını  mənə 
deməkdən təkcə sən qorxmadın. Sən saf qəlbli və düz adamsan “ 
Təhsildə  həqiqəti  axtarıb  tapmaq  və  onun  haqqında  düz 
danışmaq  lazımdır.  Dünya  Bankının  ekspertləri  təhsildə    «gizli 
böhrandan»  TV  ekranlarında isə   təhsildəki  uğurlardan danışılır. 
Hansı həqiqətdir? 
 Kafkanın  bir  fikirinə  görə  «həqiqətsiz  həyat  mümkün 
deyil.  Bəlkə  də,  həqiqətin  özü  həyatdır».  Biz  həqiqəti 
görməməklə,  kölgələməklə həyatı görmürük, kölgələyirik. 
Son 5 ildə biliyin qiymətləndirilməsinin 9 ballı şkalası ilə 
bağlı  aparılan  iclas  və  müzakirələrdə  edilən  çıxışlar  göstərir  ki,  
istənilən    zərərli  nəzəriyyəni  təhsil  sistemində  tətbiq  etmək 
mümkündür.  Respublikanın  təhsil  görəvliləri,  təhsil  problemləri 
institutunun  rəhbərləri,    bir  sıra  rayon,  şəhər  təhsil  şöbələrinin 
müdirləri  çıxışlarında  problemi  təhlil  etmədən,  dərindən 
öyrənmədən 9 ballı qiymətləndirmə sistemini  mütərəqqi  yenilik 
kimi vəsv ediblər. (bax:«Azərbaycan müəllimi»  5.07. 2002). 
Paraqraf 12-də qədim Çin tarixindən bir misal çəkilmişdir. 
Misalın məğzi bundan ibarətdir ki, bir nazir öz köməkçisini işdən 
azad  edir  və  deyir:  «Üç  ildə  bir  dəfə  də  olsun  çatışmayan 
cəhətimi  göstərməmisiniz.  Deməli,  siz  mənim  yaxşı  işləməyim 
üçün deyil, xoşuma gəlmək üçün çalışırsınız. Məhz  


 
191 
bu  səbəbdən  də  mənim  sizin  xidmətinizə  daha  ehtiyacım 
yoxdur».  Bu misal,   sağlam  düşüncə tərzinə layiqli bir misaldır. 
Bizdə  də  işin  yaxşı  getməsi  üçün  yox,  xoşa  gəlmək  üçün 
canfəşanlıq edənlər az deyildir. 
Deməli,  9  ballı  sistemi  tərifləyənlər  işin  düz  getməsini 
yox,    kiməsə  xoş  gəlmək  üçün  təriflər  söyləyirlərmiş.  Bu,  sovet 
düşüncə tərzinin  praktiki həyatda tətbiqinə misaldır. Bu düşüncə 
tərzi,  müstəqil  dövlət    üçün  qəbulolunmazdır.  Belə  düşüncə 
tərzindən  azad  olmağı  bizə  beynəlxalq  təşkilatlar  da  məsləhət 
görürlər.  
 
Mənim  inancıma  görə  milli  təhlükəsizliyi  dövlət 
sərhədlərində  və  xarici  düşmənlərdən  qorumağa  Milli 
Təhlükəsizlik Nazirliyi, daxildə isə bu işə həm də Təhsil Nazirliyi 
cavabdehdir.  Təhsil  milli  təhlükəsizliyi  təmin  edən  intellektual 
sütundur.  Təhsil  ilə  milli  təhlükəsizlik  arasında  əlaqə  haqda  ilk 
dəfə prof. S.Xəlilov “Təhsildə problemlər və vəzifələr“ kitabında 
(Bakı,  2002,  səh.70)  maraqlı  fikirlər  söyləmişdir.  KİV-in  bu 
fikirlərə  diqqət  yetirməsi  və  bu  ətrafda  debat  açmaması  təəssüf 
doğurur.   
 
 Qabaqcıl  dövlətlərin  sənaye  bazalı  cəmiyyətlərdən  elmi 
və  informasiya  bazalı  cəmiyyətlərə  keçmələri  barədə  yuxarıda 
söhbət  getdi.  Yeni  dövrün  qayəsi  bundan  ibarətdir  ki,  hər  bir 
dövlət əhalisinin  təhsil səviyyəsinin yüksək olmasına maraqlıdır. 
Bu  səbəbdən  də  dövlətlərin  təhsil  səviyyəsini  qiymətləndirmək 
böyük əhəmiyyət  kəsb edir. Belə dəyərlərin biri  təhsil səviyyəsi 
indeksidir.  Təhsil  səviyyəsi  indeksini  izləmək  vacibdir,  çünki 
insan  potensialının  inkişaf  indeksini  (İPİİ)  təyin  etmək  üçün 
lazım olan üç indeksdən (gözlənilən ömür uzunluğu və ləyaqətli 
həyat  səviyyəsi  indekslərindən)  biridir.  Bu  indeksi  hesablamaq 
üçün  yaşlı  əhalinin  savad  səviyyəsi    və  təhsilalanların 
kontinqentinin  ümumi  sayı  əsas  götürülür.  BMT-nin  İnkişaf 
Proqramının sifarişi ilə çap edilmiş “Doklad o razvitii çeloveka 
za  2002  qoda”  kitabında  bu  indeks  (səh.  150)  bütün  dünya 


 
192 
ölkələri    üçün  verilmişdir.  Bu  cədvəldə    173  dövlətinin  İPİİ-yə 
görə reytinq sırası da verilmişdir. 
 
Azərbaycan  və  dünya  dövlətlərinin  bəzilərinin  təhsil 
indeksi  və    İPİİ-yə  görə  reytinq  sıraları  cədvəl  16.1-də 
göstərilmişdir. 
İPİİ-yə görə dövlətlərin reytinqi 
və təhsil indeksi 
Cədvəl 16.1 
 
Dövlətlərin 
reytinqi 
         Dövlətlər 
Təhsil səviyyəsi                        
indeksi 

Norveç 
0,98 

Yaponiya 
0,93 
14 
Danimarka 
0,98 
76 
Ermənistan 
0,92 
81 
Gürcüstan 
0,89 
85 
Türkiyə 
0,77 
88 
Azərbaycan 
0,88 
98 
İran 
0,75 
173 
Serra-Leon 
0,33 
 
 
Aydındır ki, Norveç bizim, biz isə Serra-Leonun torpağını 
işğal  etmək  fikirimiz  yoxdur.  Ancaq  qonşu  dövlətlərlə 
münasibətdə 
təhlükəsizliyimizi 
qorumalıyıq. 
Cədvəldən 
göründüyü  kimi  Azərbaycanla  müqayisədə  Ermənistan  üçün 
təhsil  indeksi  kifayət  qədər  yüksəkdir.  Təbii  resurslarla  zəngin 
olmayan  Yaponiya  bu  cədvəldə  9-cu,  Danimarka  14-cü  yerləri 
tuturlar.  Çünki  həm  Yaponiyada,  həm  də  Danimarkada  insan 
resursu, insan potensialı, deməli təhsil hər şeydən qiymətli hesab 
edilir. 
 
Biz bu bəşəri dəyəri  dərk etməli və mənimsəməliyik. 
 
Yaponların  İkinci  Dünya  müharibəsindən  sonra  gəldiyi 
“papağımızın altındakından başqa heç nəyimiz yoxdur””“ dəyərli 
nəticəni  biz  də  qəbul  etməliyik.  Neftə  çox  bel  bağlamamalıyıq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə