Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   59   60   61   62   63   64   65   66   ...   90

 
216 
 
Beləliklə,  2002-ci  ildə  27  577  plan  yerinə  cəmi  18  640 
nəfər  tələbə  qəbul  olmuşdur.  Universitetlərdə  8937  nəfər  tələbə 
yeri  boş  qalmışdır.  Bu  yerlər  ona  görə  boş  qalmışdır  ki,  orta 
məktəblər  lazımı  səviyyədə  bilik  verə  bilmir.  Məncə  bu  faktlar 
kifayətdir  ki,  papağımızı  qabağımıza  qoyaq  və  fikirləşək.  Əgər 
düzgün  fikirləşə  bilsək,  onda  həyacan  təbili  çalınmalıdır.  Çünki 
bu faktların özü təhsildə gedən gizli böhranın aşkar göstəricisidir. 
 
Cari ildə ali məktəb tələbələrinin sayı 120 500 nəfər, hər 
10 min nəfər əhali sayına düşən tələbə sayı isə 149 nəfərdir. Bu 
göstəriciləri xeyli artırmağa potensial imkanlarımız vardır. 
 
Orta  ixtisas  məktəblərində  vəziyyət  cədvəl  17.4-də 
göstərilmişdir. 
 
 
 
 
 
 
 
Cədvəl 17.4 
 
Dərs ilinin 
Ÿəvvəlinə 
Tələbələrin 
sayı 
Əhalinin 10000 nəfərinə 
düşən tələbənin sayı 
1980/81 
 
127 
1989/90 
 
56 
1990/91 
58800 
81 
1993/94 
33900 
46 
1995/96 
30 500 
40 
1997/98 
32 600 
42 
1999/2000 
38 800 
49 
 
 
1980-ci  il  SSRİ  standartları  ilə  bu  gün  üçün 
qiymətləndirmə  aparsaq  onda  bizim  dövlət  universitetlərində 
təhsil alan tələbələrin  sayı 2001-ci  il üçün 91 000  yox, 140 000 
nəfər  ola  bilərdi.  Əgər  qabaqcıl  ölkələrin  standartları  ilə 
qiymətləndirmə  aparsaq,  onda  tələbələrimizin  sayı  200  000 
nəfərdən çox olmalı idi.  
 
Bu səviyyəni saxlamağa ölkəmizin mövcud elmi-pedaqoji 
kadr,  başqa  sözlə,  professor-müəllim  potensialı  da  imkan  verir. 
Təkcə dövlət ali məktəblərində ümumilikdə 6000 çox (894-elmlər 
doktoru və 5259 elmlər namizədi) yüksək elmi dərəcəli professor-


 
217 
müəllim  fəaliyyət  göstərir.  Yəni  orta  məktəbin  məzunlarının 
30%-dən  çoxuna  ali  təhsil  verməyə  bizim  yüksək  ixtisaslı  kadr 
potensialımız, başqa sözlə, intellektual gücümüz var, sadəcə orta 
məktəbin  verdiyi  bilik  səviyyəsi  ali  məktəbdə  təhsil  almağa 
kifayət  etmir.  Yəni  bizim    əlavə  40-60  min  gəncə  ali  təhsil 
verməyə  potensial  imkanımız  (yüksək  ixtisaslı  kadrlarımız,  elmi 
dərəcəli  müəllimlərimiz)  vardır.  Sovetlər  dövründən  qalmış  bu 
çox  dəyərli  qüvvə  sıradan  çıxmamış  ondan  istifadə  etməmək 
böyük  günahdır.  Bu  bizə  yox  düşmənimizə  xeyirdi.    İntelektual 
sərvətin  maddi  sərvətdən  bir  fərqi  də  bundan  ibarətdir  ki,  onun 
daşıyıcısı  sağdırsa  mülkiyyət  var,  daşıyıcı  dünyasını  dəyişəndən 
sonra  əqli  mülkiyyət  də  onunla  bərabər  ölür.  Keçid  dövrünün 
çətinlikləri  altında  bu  potensialın  getdikcə  tükənməsinə  imkan 
vermək  yolverilməzdir.  Karl  Yaspersin  epiqrafa  çıxarılmış  fikiri 
məhz  yüksək  səviyyəli  intelektual  potensialın  olmadığı  yerlərdə 
ali  məktəblərin  açılmasına  imkan  verməməyi  nəzərdə  tutur.  Bu 
bir  həqiqətdir  ki,  müəyyən  intelektual  səviyyəli  kadrı  yalnız  və 
yalnız  ondan  daha  səviyyəli  kadr  hazırlaya  bilər.  Milli  Məclisə 
ünvanlanmış sualların birində soruşulur: «Respublikanın 12 rayon 
mərkəzində  Müəllimlər  İnstitutunun  filialı  açıldı.  Şəkidə, 
Lənkəranda  müdafiə  şuraları  yaradıldı.  Nə  üçün?  Keyfiyyət 
arzusu  ilə  bunlar  bir  araya  sığırmı?»  Mən  hesab  edirəm  ki,  bu 
addımlar keyfiyyəti aşağı salan addımlardandır.  
Fizikada  qazlarda  elektrik  cərəyanını  yaranmasını  «Sel 
nəzəriyyəsi» adlanan bir nəzəriyyənin köməkliyi ilə izah edirlər. 
Həmin  nəzəriyyəyə  görə  başlanğıcda  bir  elektron  elektrik 
sahəsində  kifayət  qədər  sürətlənərək  qaz  atomu  ilə  toqquşur  və 
ondan əlavə bir elektron qoparır. Sonra bu iki elektron digər qaz 
atomları  ilə  toqquşaraq  hərəsi  yeni  bir  elektron  qopararaq  dörd 
elektron  yaranır.  Sonra  bu  dörd  elektronun  hər  biri      yeni  bir  
elektron  yaradır.  Bu  səkkiz  elektron  16,  bunlar  da  32  elektron 
yaradaraq  elektron  seli  əmələ  gətirirlər.  Bunun  nəticəsində  isə 
qazlar  elektrik  cəryanın  keçirir.  Gündüz  işıqlı  lampalar  adlanan 
lümünofor  lampaların  işləməsi  bu  nəzəriyyə  ilə  izah  edilir. 


 
218 
Fotoelektron  çoxaldıcılar  adlanan  elektron  cihazı  da  bu  prinsip 
əsasında işləyir.  
«Sel nəzəriyyəsi»nin köməkliyi ilə təhsildə  nəsillərin bir-
birinə  bilik  ötürməsinin  qəribə  bir  mexanizmin  izah  etmək 
mümkündür. Bu mexanizmin yaranması geniş zaman intervalında 
(on  illər  ərzində)  baş  verir.  Belə  ki,    elmlər  namizədi    dərəcəli  
olan  qocaman    bir  müəllimin  öz  biliyini  universitetlərdə  gənc 
nəsilə  öyrətməsi  hesabına  bir  neçə  müddətdən    sonra  təhsil 
vasitəsi ilə gənc nəsli (çoxlu sayda) öz səviyyəsinə qaldırır, yerin 
onlara  verərək  özü  bu  prosesdən  təbii  olaraq  uzaqlaşır.  Cavan 
müəllim    gənc  olduğundan  daha  yüksək  səviyyələrə  qalxmağa 
şansı  var.  Çünki  onun  əlində  qiyməti  dəyərincə  dərk  edilməyən 
zaman  kimi  resurs  var.  Öz  yaşlı  müəllimlərinin  ömrü  boyu 
öyrəndiyini  o,  çox  erkən,  gənc  yaşlarında  öyrənir.  Bu  şansdan 
istifadə  edərək  intellektual  potensialını  ömrü  boyu  yüksəldir  və 
növbəti  gənc  nəsli  öz  səviyyəsinə  qaldırır  və  beləliklə  biliklər 
nəsildən-nəsilə  selvari (bir nəfər on nəfər hazırlayır, sonra bu on 
nəfərin hər biri yeni on nəfər hazırlayır və bunun kimi) ötürülür, 
zaman keçdikcə həm elmi və intellektual səviyyə yüksəlir və həm 
də belə səviyyəli insanların sayı artır. Təhsil  kadırlarının zamana 
görə  inkişafını    sel  nəzəriyyəsinə  əsasən  izah  etmək    olar.  Bu 
inkişaf    qrafik  olaraq  Arximed  spiralı  ilə  (şəkil  15  (v))  təsvir 
edilmişdir. 
XX  əsrin  əvvəllərində  mənim  bildiyimə  görə  ölkəsmizdə 
fizika-riyaziyyat  elminin  başlanğıcında  cəmi  bir  neçə  alim-
pedaqoq durmuşdur: Rəhim Məlikov, Məmmədbəy Əfəndiyev və 
Bəhram      Mirzoyev.  Bu  insanlar  sonralar  ikinci  -  fizik  və 
riyaziyyatçılar nəsilini:  Əşrəf Hüseynov,  Zahid  Xəlilov,  Maqsud 
Cavadov,  Rəhmi  Həsənov,  Mehdi  Əliyev,  Abdulla  Muxtarov, 
Kəriş Köçərili, Qoşqar Əhmədov, Ə.Həbibzadə, Y.Əmənzadə, M. 
Sərdarlı  və  onlarla  digər  dəyərli  alimləri  yetişdirmişdirlər.  Bu 
alimlərin  yetişdirdiyi  üçüncü  nəsil  dünya  səviyyəli  və  şöhrətli 
alimlərimizin  sayı  yüzlərlədir.  Növbəti  nəsilin  təmsilçiləri 
minlərlədir. Bu alimlərimiz dünya elminə layiqli töhfələr verirlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə