Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   55   56   57   58   59   60   61   62   ...   90

 
203 
Hal-hazırda  sistemli  bilik  yarışı,  dəyərli  təqaüdlər, 
firmaların sponsorluğu yox vəziyyətindədir. Gənclər bir neçə il ali 
məktəbdə, sonra aspiranturaya girəndə, daha sonra aspiranturanın 
özündə də xarici dil dərsi keçirlər, bir neçə dəfə imtahan, dövlət 
imtahanları  verirlər,  ancaq  heç  kəs  xarici  dil  bilmədən  elmlər 
namizədi,  bəzən  isə  elmlər  doktoru  elmi  dərəcələri  alırdılar. 
İmtahan  komissiyalarında,  elmi  şuralarda  dövlətin  marağı,  milli 
mənafe pis qorunur. 
Bununla  bərabər  bizim  dəyərli  professorlarımız  da  az 
deyildir.  2002-ci  il  dekabrın  26-da  BDU-nun  professoru 
ərəbşunas alim Vasim Məmmədəliyevin yubileyində bu görkəmli 
alimin 
uğurlarından 
geniş 
danışıldı. 
Və 
deyildi 
ki, 
V.Məmmədəliyev  beş  xarici  dili  mükəmməl  bilir  və  professor 
elmi adı bu insana çox yaraşır. 
İndi  Azərbaycanda  yeni  dövlət  qurulduğu  üçün  yeni 
ixtisasların,  yeni  fənlərin  tədrisinə  böyük  ehtiyac  duyulur. 
Beynəlxalq  hüquq,  beynəlxalq  münasibətlər,  marketinq, 
menecment belə fənlərdəndir. Bir fənn üzrə ixtisasçı olmaq üçün 
bir ömür gərəkdir. Əvəllər «SSRİ tarixi», “Sov.İKP tarixi”, “Elmi 
ateizm»”  və  bunun  kimi  digər  fənləri  tədris  edənlər,  şübhəsiz, 
başqa fənləri tələb olunan səviyyədə tədris etmələri üçün yenidən 
hazırlanmalı  və  gərgin  əmək  sərf  etməlidirlər.  Bunun  kimi  digər 
problemlər ali məktəblərdə var və həllini gözləyir. 
        Belə  problemlərdən  biri  də  Dövlət  imtahanları  ilə  bağlıdır. 
Ali  məktəblərdə  “Dövlət  imtahanı”  statuslu  imtahanlar    var. 
Adətən,  bu  imtahanlar  son  kursda,  buraxılış  imtahanları 
səviyyəsində  keçirilir.  “Dövlət”  sözü  “imtahan”  sözünün 
qarşısına  ona  görə  yazılıb  ki,  imtahanda  iştirak  edən  dövlət 
nümayəndəsi  tərəfindən  dövlətin  mənafeini  qorusun.  Dövlətin 
xərclədiyi pulun biliyə necə çevrildiyini qiymətləndirsin.  
Keçid  dövründə  bu  sahədə  də  dolaşıqlıq  və  məntiqsizlik  
yaranıbdır.    Misal  üçün,  BDU-nun  fizika  fakultəsinin    Dövlət 
imtahanları  siyahısında    “Xarici  dil»”,  “Elektrodinamika»”, 
“Optika»” - 2-ci kursda, “Atom fizikası»”, “Kvant mexanikası»” 


 
204 
- 3-cü kursda aparılır. Aydındır ki, dövləti mənafe baxımından 2-
ci  və  3-cü  kurslarda  dövlət  imtahanı  götürməklə  ixtisasçını 
səviyyəsini qiymətləndirmək olmaz, çünki 2-ci və 3-cü kurs təhsil 
prosesinin  yarı  yoludur.  Hələ  qarşıda  dövlətin  xərclənməyən 
pulu,  tələbənin  keçmədiyi  təhsil  yolu  durur.  Deməli,  dövlət 
imtahanı sonuncu kursun axırıncı imtahanları olmalıdır. 
Bu  məsələyə  mən  öz  münasibətimi  «Azərbaycan» 
qəzetinin  10.06.2000-ci il tarixli sayında çap olunmuş «Keçiddə 
təhsil,  təhsildə  keçəçidlər»  məqaləmdə  bildirmişəm.  Eşitdiyimə 
görə, bu yaxınlarda Təhsil Nazirliyi bu məsələyə yenidən baxmaq 
istəyir. Bu faktın özü sübut edir ki, təhsil sahəsində yenilik etmək 
çox  çətindir.  Yəni  bir  neçə  il  öncə  yenilik  kimi  dövlət 
imtahanlarını ikinci və üçüncü kursa köçürmək ideyası praktikada 
iflasa uğradı.  
Təhsil  səviyyəsinin  aşağı  düşməsindən  törəyən,  ilk 
baxışda  xırda  görünən,  ancaq  miqyaslı  ictimai-sosial  bəlanın 
törənməsinə səbəb olan bir qüsurundan da danışmaq zəruridir. 
Yəqin  ki,  istənilən  MDB  dövlətlərində,  o  cümlədən  də 
Azərbaycanda    ali  məktəblərdə  təhsil  alan  tələbə  kütləsini  şərti 
olaraq üç təbəqəyə bölmək olar: 
          1) əla bilikli;   
          2) orta bilikli
          3) zəif bilikli  təbəqə. 
 
Əla biliklilərin sayı müəyyən bir kritik  saydan  az olanda 
və ya zəif və orta biliklilərin sayı müəyyən bir saydan çox olanda 
keçid  dövrünü  yaşayan  ölkələrin  siyasi,  mənəvi  və  iqtisadi 
həyatında kataklizma törəyə bilər və çox halda da törəyir. Misal 
üçün,  1920-ci  ildə  ali  təhsilli  azərbaycanlıların  sayı  təqribən  62 
nəfər  olduğundan  ADC  müstəqilliyi  qoruya  bilmədi.  Deputat  
Ş.Qurbanovun  dediiynə  görə  (həm  də  bax:  Raqim  bek  Melikov 
«Pamətğ  budet  poçtena»,Bakı,1987,str.134)  ermənilər  qoçulara  
pul  verərək,  Bakıda  Əhməd  Ağaoğlunu  döydürmüşdür.  Bu 
səbəbdən də Ə.Ağaoğlu Türkiyəyə köç etmişdir. Qoçular ictimai 
qınağa  tutulmamışdır.  Çünki  o  zaman  ictimai  qınağı  yaşadan 


 
205 
ziyalı  təbəqəsi  yox  idi.  Çağdaş  cəmiyyətimizin    böyük  ziyalı 
təbəqəsi  var.  Müstəqilliyimizin  qorunmasında  bu  təbəqənin  rolu  
böyükdür. 
 
Çağdaş dövrümüzdə ziyalılara əl qaldırmaq böyük ictimai 
qınaqla qarşılaşır və hadisə cəmiyyətdə böyük rezonans doğurur. 
       
Cəmiyyətin  strukturlaşmasında  qeyri–təbii  proseslər 
getməsə,  bu  təbəqələrin  hər  biri  cəmiyyətdə  özünə  layiq  yer 
tutarlar.  Cəmiyyətdə  müsibət  o  zaman  başlayır  ki,  yerlər  tərs 
düşür.  Orta  və  ya  zəif  bilikli  gedib  əla  biliklinin  yerində  oturur.  
Şair  Qabil    demişkən:  “Müsibət      oluruq  biz,  səhv  düşəndə 
yerimiz”. 1990-cı illərin əvvəllərində biz oxşar həyatı yaşadıq. 
         Müşahidələr  göstərir  ki,  zəif  bilikli  3-cü  təbəqədən 
cəmiyyət  zərər  çəkmir.  Onlar,  adətən,  alçaq  səviyyəli  işlərdə 
işləyirlər,  sosial  cəhətdən  aktiv  olmurlar,  müdirləri  yaxşı  olsa, 
həm  Alahından, həm də müdirindən razı olurlar. Əla bilikli 1-ci 
təbəqə (bax şəkil 11.1) cəmiyyətin ən qiymətli hissəsidir. Ölkənin 
ən  qiymətli  var-dövləti  bu  insanlardır.  Belə  insanların  hesabına 
Norveç,  Yaponiya,  Danimarka  və  başqa  dövlətlər  «insan 
potensialının  inkişaf  indeksinə»  görə  dünyanın  qabaqcıl  və 
əmin-amanlığı yüksək olan ölkələrə çevrilmişlər. Bu, intellektual 
və  mənəvi  var-dövlət  istənilən  yeraltı  və  yerüstü  sərvətlə 
müqayisədə  üstündür.  Adətən,  cəmiyyət  bu  insanların  çiynində 
irəliyə gedir. Qabaqcıl dövlətlər cəmiyyətin idarə olunmasıda bu 
təbəqəyə  üsünlük  verirlər.  Demokratiya  müasir  cəmiyyətlərə 
məhz  bu  niyyət  üçün  daxil  olur.  Ustad  Şəhriyar  iqtisadi  və 
mədəni  inkişaf  ilə  bilikli  insanların  işə  cəlb  edilməsi  arasındakı 
münasibəti poetik şəkildə sərrast ifadə etmişdi: 
  
“Bizdən qabaqdadır avropalılar,  
  İşi iş bilənə tapşırır onlar”. 
                     
        İş bilən insanlar bilikli olduqlarından yeniliyi tez qavrayırlar. 
Yeni  ideyalar  əsasında  yeni  firmalar,  özəl  qrumlar,  yaradaraq 
yüzlərlə  insanlara,  həmvətənlərinə,  o  cümlədən  də  3-cü  təbəqə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə