229
«İpək yolu”», «Audit”», «Təkamül”» və digər dövri jurnalları və
onlarla dərsliklər, monoqrafiyalar, dərs vəsaiti, innovasiyalar və
digər nəşrlər özəl universitetlərin təhsilimizə, mədəniyyətimizə,
mə’nəviyyatımıza, bir sözlə həyatımıza verdiyi töhfələrdir. Təhsil
sistemində ən çox tikinti-quraşdırma işlərini özəl universitetlər
aparırlar.
Özəl universitetlərin hesabına elmi dərəcəli
alimlərimizin bir qismi iş yerləri ilə təmin olunmuşdur. İndiki
dövr üçün bu da çox vacib göstərici sayılmalıdır.
Özəl universitetlər tədrisin məzmununu və keyfiyyətini Qərb
standartları səviyyəsinə yüksəldə bilsələr, onda imkanlı
həmvətənlərimiz külli miqdarda pul xərcləyərək övladlarını
xaricdə oxutmaq fikrindən daşınarlar. Bu isə əhəmiyyəti böyük
olan işdir. Belə olan halda xaricə beyin axını dayanacaqdır. Bu
bir tərəfdən valyutanın xaricə axınının qarşısı alınar, digər
tərəfdən gəncliyimiz Azərbaycan mühitində təhsil və tərbiyyə
alarlar. Ən nəhayət, lətifə sayağı səslənsə də, özəl universitetlər
həm də çirkli pulları yuyan müəssisədir. Başqa sözlə, bu
universitetlər bə’zi valideynlərin qazandığı çirkli pulları onların
övladlarının təmiz biliyinə çevirirlər. Özlüyündə bu da faydalı bir
işdir.
Beləliklə, özəl universitetlərin elitar təhsil müəssisəsinə
çevrilməyə şansı daha böyükdür. Dövlət bu şansın həyatda
reallaşmasına kömək etməlidir. Ona öz təhsil sisteminin bir
hissəsi kimi, özü də yaxşı bir hissəsi kimi baxmalıdır. Belə olan
halda cəmiyyətimiz vətəndaş cəmiyyətinə daha tez çevrilə bilər,
cəmiyyətimizdə demokratik
ənənələr tez bərqərar olar.
Bir halda ki, özəl təhsil qurumları dövlətdən vəsait
almaldan gənclərin əlavə bir hissəsinə təhsil verə bilirsə, əvvəla
buna sevinmək lazımdır, ikincisi də buna maneçilik yox,
köməklik göstərmək lazımdır. Cəmiyyətin potensial imkanlarını
özəl təhsilə yönəltmək asan bir işdir. Bu potensial ona görə
açılmır ki,
ona münasibət düzgün qurulmayıbdır. Bu sahədə
inzibatçılıq çox, demokratiya azdır. Özəl ali məktəblərdə tapşırıq,
rüşvət minimum səviyyədədir, çünki burada iqtisadi münasibətlər
230
dövlət təhsil qrumlarından fərqli və mütərəqqidir. İndi
respublikamızda qanuni fəaliyyət göstərən özəl ali təhsil
məktəblərində 30 minə yaxın tələbə təhsil alır. 1999-2000–ci
təhsil ilində özəl ali məktəblərə 4700 tələbə qəbul edilmişdir. Bu
təhsil kanalına etibar edilərsə, onda əvvala, 1990-cı ilin təhsil
səviyyəsinə çata bilərik, ikincisi də hər il təhsildən kənarda
qalmış yüz minə yaxın gənc oğlan və qızların bir qismini də ali
təhsilə cəlb edə və küçə fəlakətlərindən qoruya bilərik. İşsizlik
şəraitində bunun çox böyük əhəmiyyəti vardır. Yəni təhsildə olan
mövcud vəziyyəti həm kəmiyyət, həm də keyfiyyət baxımından
kifayət qədər yüksək səviyyəyə qaldırmaq mümkündür. Bundan
cəmiyyət itirməz, qazanar. Cəmiyyətin orta təhsil səviyyəsi artar.
Nou-xau qabiliyyəti artar. Azərbaycanın müstəqilliyi dönməz və
əbədi olar.
Yeni iqtisadi münasibət hansı sahəyə daxil olursa, orada
problemlər öz həllini tez tapır. Ancaq eyni zamanda yeni ilə
köhnənin arasında mübarizə gedir və bu mübarizədə çətin olsa
belə yenilik qalib gəlir. Təhsil işçiləri yaxşı bilirlər ki, özəl çap
mətbəələri dövlət mətbəələrlə müqayisədə kitabları, dərslikləri
daha keyfiyyətlə çap edirlər. Çox maraqlıdır ki, özəl sektoru
tənqid edənlər öz kitablarını məhz özəl mətbəələrdə çap etdirirlər,
öz qonaqlarını özəl restorana dəvət edirəlr, evlərində, məişətdə
istifadə etdikləri
cihazlar, əşyalar özəl firmaların mallarıdır.
Təhsildə rüşvəti məhz özəl sektorun vasitəsi ilə küncə
sıxmaq mümkündür. Normal özəl universitetdə isə prinsipcə
rüşvət mümkün deyildir. Çünki burada mənimsənilməli dövlət
vəsaiti yoxdur. Sahibkar isə imkan verməz ki, onun mənafeyini
hansısa müəllim tapdalasın.
Özəl təhsil müəssisələrində qüsur ola bilər və var.
Ancaq bu qüsurlar subyektiv amillərlə bağlıdır. Bu qüsurları
tezliklə aradan götürmək mümkündür və lazımdır. Elektrik
cərəyanı insanları vurarkən heç kəs evlərində onlara işıq və istilik
gətirən elektrik xətlərini söküb çıxartmır. Sadəcə onunla davranış
qaydalarını öyrənir. Biz də özəl universitetlərlə normal davranış