Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   82   83   84   85   86   87   88   89   90

 
305 
dəyməsin.  İnsan  özü  üçün  yaşamaqla  bərabər  ətrafındakıları  da 
unutmamalıdır». 
 
Biz isə ətrafdakıları və zamanı unudaraq ictimaiyyət üçün 
nəzərdə  tutulmuş  yoldan,  səkidən  kəsib  həyətimizə,  bağımıza 
qatırıq.  Bizim  mikrorayonlarımızın  evlərarası,  Bakıətrafı 
bağlararası  yollarımızın  darlığı,  düşüncə  tərzimizin  darlığı  ilə 
mütənasibdir. 
 
Qərbdə  fikir  müxtəlifliyinə  hörmət,  Şərqdə  lider  fikrinə 
hörmət üstünlük təşkil edir. 
 
B.Şounun belə bir fikri var: «Əgər sənin bir alman varsa, 
əgər  mənim  bir  almam  varsa,  almalarımızı  dəyişsək,  hərəmizin 
yenə bir alması olar. Əgər sənin bir ideyan varsa, əgər mənim bir 
ideyam varsa, ideyalarımızı dəyişsək, hərəmizin iki ideyası olar». 
 
Bu  fikirdə  maddi  aləmlə  ideya  aləmi  arasında  fərq  və 
ikincinin  üstün  dəyəri  aydın  göstərilmişdir.  Əlavə  qeyd  edək  ki, 
maddi  sərvət  xərcləndikcə  azalar,  bilik,  intellektual  sərvət 
xərcləndikcə çoxalar. 
 
İki  nəfərdən  təşkil  olunmuş  toplum  sadəcə  iki  nəfərin 
cəmi  deyil,  daha  qiymətlidir.  Bu  fikri  Napaleonun  həbəş  və 
fransız əsgərləri haqqında söylədiyi fikir də təsdiqləyir. 
 
Bir  yəhudi  misalında  deyilir  ki,  əgər  Rabinoviç  və 
Abramoviçin  hərəsinin  bir  ideyası  varsa,  fikir  mübadiləsindən 
sonra  hərəsinin  üç  ideyası  olur.  Abramoviçin,  Rabinoviçin 
ideyaları üstəgəl müştərək ideya. 
 
Həzrəti  Peyğəmbərimizin  də  bu  səpgidə  bir  fikri  maraq 
doğurur.  «Mənim  hümbətimin  müxalif  fikir  söyləməsində 
rəhmətlik  vardır».  Ancaq  çox  təəssüf  ki,  Şərqdə  fikir  plüralizmi 
ideyası  kök  ata  bilmir:  Şərqdə  yeni  ideya  köhnə  süngü  ilə 
qarşılanır.  İdeya  düşmənləri  bir-birinin  ölümünə  çalışırlar. 
Azərbaycan istisna olmaqla, Şərq ölkələrində ölüm cəzası hələ də 
ləğv edilməyibdir. 
 
Rza bəy Xosrəvinin yuxarıda adı çəkilən müsahibəsindən 
başqa bir misal: «1946-47-ci illər yadıma düşdü. Onda 7-8 yaşım 
vardı.  Bir  ildə  Pişəvəri  zamanında  biz  azadlığı  gördük,  insaf, 


 
306 
ədalət  gördük,  zalim  cəzasını  çəkdi…  O  da  yadımdadır  ki, 
ədliyyə nazirimiz Firudin İbrahimini gözümün önündəcə asdılar. 
Onun  üç  qədəmliyində  durmuşdum.  Mənə  baxıb  gülümsündü. 
Bilmədim soruşurdu ki , sən burda neynirsən? Yoxsa tapşırırdı ki, 
mənim  asılmağımı  unutma.  İpi  boynuna  saldı.  Dilini  dişləri 
arasında  sıxdı  ki,  səsi  çıxmasın.  Dişləri  dilini  kəsdi.  İndiyəcən 
unutmamışam.  Elə  bil,  dünən  olub.  Onun  ölü,  soyuq  gözlərini 
gördüm». 
 
Əslində bu səhnəni Rza bəy kimi heç bir azərbaycanlı heç 
zaman unutmamalıdır. 
 
Azadlıq böyük nemətdir. Ali məqamdır. Azadlığı iqtidar, 
müxalifət  adıyla  iki  yerə  bölünüb  qorumaq  əvəzinə,  əl-ələ  verib 
qorumaq  lazımdır.  İndiki  zamanda  müxalifətin  hakimiyyətə 
gəlməsi  azadlığın  getməsi,  tarixi  şansın  itməsi  deməkdir. 
Azərbaycan  Demokratik  Cümhuriyyətindən  sonrakı  tariximiz  də 
bunu  sübut  edir.  Əvvəlcə  ADC  yarandı,  sonra  Azərbaycan 
Sosialist Respublikasına çevrildi və nəhayət SSRİ tərkibinə daxil 
edildi.  Nəticədə  M.Ə.Rəsulzadə  və  onun  həmkarlarının  acı 
taleyini N.Nərimanov və onun həmkarları  yaşadılar. Tarix təkrar 
ola bilər.                
 
Qərb  adamı  yaşadığı  cəmiyyətin  inikasıdır.  Şərqdə 
cəmiyyət ilə fərdlərin yaşayış tərzində identiklik azdır. 
 
Qərb əhli (xarici siyasətçilər istisna olmaqla) olduğu kimi 
görünür. Səmimiyyət, düzlük fəaliyyətlərində üstünlük təşkil edir. 
Şərq  cəmiyyətində  riyakar  insanlar  elitar  təbəqəyə  tez  yol  tapa 
bilir. Qərbdə elitar təbəqədə riyakar insanlara demək olar ki, yer 
yoxdur. Bu isə saf mənəviyyat formalaşmasına səbəb olur.  
 
Yadıma  bir  zamanlar  ABA  teleşirkəti  Bakı  əhlindən 
«Bəstəkar Lev Landaunu tanıyırsınızmı?» sorğusu düşür. Onlarca 
insanlar  «tanıyıram»  söyləmişdi.  «Mahnılarından  hansını 
xoşlayırsınız?»- sualına, «Mahnıları yadıma düşmür» demişdilər. 
Göründüyü kimi bizim təhsil, mədəniyyət sistemimiz «düz danış, 
yalan  danışma»,  «bilməmək  ayıb  deyil,  öyrənməmək  ayıbdır», 
«ya olduğun kimi görün, ya da göründüyün kimi ol» və bu kimi 


 
307 
digər  mənəvi  dəyərləri  əhaliyə  öyrədə  bilməyibdir.  Axı,  Lev 
Davidoviç  Landau  musiqiçi  deyil,  fizikdir.  ABA  şirkəti  əhaliyə 
avantürist  sual  vrməklə  onu  imtahana  çəkib.  Qüsurumuzu  üzə 
çıxartmaqla  bərabər,  kimlərin  isə  sosial  sifarişini  yerinə 
yetiribdir. Əks halda, bu sorğu ABA-nın nəyinə gərəkdir? 
 
Hörmətli  sənət  adamlarımızdan  biri  söhbət  zamanı  dedi 
ki,  kənddə  bizə  borca  gələndə,  imkanımız  olmayanda  atam 
başqasından  borc  alıb  verərdi  ki,  qoy  elə  bilsinlər  ki,  varlıyıq. 
İnsanlara  əl  tutmaq  niyyəti  olduqca  təqdirəlayiqdir.  Təqdir 
olunmayan  odur  ki,  olduğundan  varlı  görünməyə  cəhd  edəsən. 
«Ya  olduğun  kimi  görün,  ya  da  göründüyün  kimi  ol»  kəlamı 
peyğəmbər kəlamıdır. Bu kəlamın əksinə getmək isə günahdır. 
 
İnkişafımızın  bu  günkü  səviyyəsindən  doğan  milli 
xüsusiyyətimiz bundan ibarətdir ki, biz fərd olaraq yaxşı yaşamaq 
istəyirik.  Bu  yolda  istənilən  üsulu  (rüşvət,  yaltaqlıq,  reketçilik) 
məqbul sayırıq. Qərbdə isə toplumun, cəmiyyətin yaxşı yaşaması 
üstünlük təşkil edir. Bu səbəbdən də hüquqi-dövlət əhalinin yaxşı 
yaşamasına  təminat  verir.  Qərb  təcrübəsindən  bəhrələnərək 
«Ümumi Azərbaycan» evində əmin –amanlıq yaratsaq, həm fərd, 
həm də kütlə yaxşı yaşayar. 
 
Filosoflar fərd və kütlə problemi haqqında 
 
   
 
Fərd  və  kütlə  problemi  ilə  bağlı  filosofların,  mütəfəkkir 
insanların  dəyərli  fikirlərini  tarix  öz  səhifəsində  saxlayaraq 
gələcək nəsillərə çatdırmışdır. Bu fikirlərin bəziləri ilə tanış olaq. 
 
 
1.
 
Çin  filosofu  Konfutsinin  2500  il  öncə  şəxsiyyətlə 
kütlənin  birliyi  barəsində  söylədiyi  bir  fikirdə  deyilir 
ki, «əgər padşahla xalq bir olarsa ölkə basılmaz». 
 
2.
 
Dahi şeyx Sədi Şirazi «şəxsiyyət-kütlə» probleminə öz 
münasibətini bir beytlə belə ifadə etmişdir:  
Əgər oyaq qalsa şah otağında, 


 
308 
Yoxsul rahat yatar öz yatağında. 
 
3.
 
A.Linkolnun  belə  bir  kəlamı  var:  «Bir  nəfəri  həmişə 
aldatmaq  olar.  Hamını  bir  müddət  aldatmaq  olar  . 
Hamını həmişə aldatmaq olmaz». 
 
Bu  fikirdən  çıxaracağımız  nəticələrdən  biri  də  bunda 
ibarətdir ki, «həmişə aldanan o bir nəfəri» hakimiyyətə buraxmaq 
olmaz. Buraxsaq milli faciə baş verər. 
 
Hakimiyyətə  o  kəs  buraxılmalıdır  ki,  onu  aldatmaq 
mümkün  olmasın.  Yəni  hakimiyyətə  gələn  fərd  şəxsiyyət 
olmalıdır.  Hakimiyyət  uğrunda  mübarizə  aparan  siyasi 
partiyaların  hər  birinin  başında  duran  şəxsiyət  olmalıdır.  Xalqın 
isə  vəzifəsi  bu  adamlardan  kimin  şəxsiyyət,  kimin  isə  adi  fərd 
olduğunu seçə bilməsidir. 
4.
 
Antik tarixçi Plutarxa görə: 
«Şəxsiyyətsiz  azadlıq  xəyaldır.  Şəxsiyyət  üstəgəl  xalq  – 
istiqlal deməkdir». 
 
5.
 
Hegelin çox məşhur bir kəlamı var: 
 «Vətəndaş  cəmiyətinin  mahiyyəti  hamının  hamıya  qarşı 
müharibəsidir». 
 
Məncə bu fikirdə «hamının» sözü fərdlərə, «hamıya» sözü 
kütləyə ünvanlanıbdır. 
 
6.
 
Şarl  de  Qoll  Fransada  güclü  prezident  hakimiyyəti 
yaratmaq  istəyəndə  «konstitusiya  pozuldu,  qanunlar 
dozuldu  deyib  hay-küy  qoparanlara  belə  cavab 
vermişdir:  «Mən  Fransa  dövlətinin,  Fransa  xalqının 
mənafeyini bütün qanunlardan üstün tuturam». 
 
Tarixi məqamlarda xalqın mənafeyi ilə qanunlar bir-birinə 
alternativ olanda dövlətin, xalqın mənafeyi üstün tutulmalıdır. 


 
309 
 
7.
 
Kütlənin  mədəni  və  intellektual  səviyyəsi  haqqında 
F.Kafka belə demişdir: «Materialın xassəsi onda olan 
elektronların  sayı  ilə təyin  olunur.  Kütlənin səviyyəsi 
isə hər bir fərdin təfəkkür səviyyəsindən asılıdır». 
 
Fərdin  təfəkkür  səviyyəsinə  informasiya  seli  ilə,  təhsillə, 
mədəniyyətlə təsir etmək mümkündür. Düzgün informasiya seli, 
təhsi sistemi təfəkkür səviyyəsini yüksəldir. 
 
8.
 
Kütlənin siyasi səviyyəsinin əhəmiyyətini Azərbaycan 
prezidenti Heydər Əliyev bu cür dəyərləndirmişdir: 
 «Əgər hər hansı  bir ölkənin xalqı öz hüquqlarını anlayar 
və onları qoruya bilərsə, o zaman ən kiçik dövlət belə ən 
böyük məmləkət qədər güclü olar». 
9.
 
Kütlənin  təfəkkür  və  siyasi  səviyyəsinin  qiymətini 
Şopenhauer 
belə 
vermişdir: 
«Xalq 
həmişə 
yeniyetmədir». 
 
Məlumdur  ki,  yeniyetmələrin  fəaliyəti  ağıldan  çox 
emosiyanın təsiri altında baş verir. 
 
10.
 
 Professor  S.Xəlilov  çıxışlarının  birində  belə  bir  fikir 
söyləmişdir: 
 «Adətən naqislər hissəni, müdriklər tamı görürlər». 
 
Bizim  dövrümüzdə  tamı  yox,  hissəni  görüb  hay-həşir 
salaraq  hakimiyyətə  can  atanların  sayı  lazım  olandan  çoxdur. 
Misal  üçün,  Əbülfəz  Əliyev  26.12.97-ci  il  tarixdə  «Yeni 
Müsavat» qəzetində yazır: «Əgər camaat yenidən bu iqtidara səs 
versə, onda bu xalq xalq deyil». 
 
Aydındır 
ki, 
camaat-kütlə, 
iqtidar-fərd 
kimi 
dəyərləndirilir. 
 


 
310 
11.
 
 R.Taqor : «Bəşəriyyət amansız, insan mehribandır».  
İnsan  həyatın  qədrini  bildiyi  üçün  mehribandır. 
Bəşəriyyətin ölüm qorxusu yoxdur, on görə də amansızdır. 
 
12.
 
 Professor  İ.Qobozov  «Filosofiya  politiki»  kitabında 
(M., 1998, səh. 102.) yazır: «Feodal dövlətlərin vahid 
iqtisadi  bünövrəsi  olmadığından  dövlətin  bütövlüyü, 
onun  suverenliyi  və  müstəqilliyi  ancaq  monarxiya 
vasitəsilə müdafiə olunurdu. Dövlətin uğurları bir çox 
hallarda  monarxın  şəxsi  keyfiyyətləri  –  intellekti, 
təhsili,  dövləti  düşüncəsi,  ətrafına  yaltaqları,  yoxsa 
müstəqil  düşüncəli  insanları  yığmaq  qabiliyyəti  ilə 
təyin olunurdu». 
 
13.
 
Müharibədən  sonrakı  AFR-ın  mənəvi  atası  hesab 
olunan  Karl  Yaspersin  bir  fikri  bugünkü  reallığımız 
üçün gərəkli hesab oluna bilər. 
«Mövcudolmanın  dönüş  məntəqəsi  o  zaman  ki,  yol  yeni 
quruluşa,  yoxsa  məhvolmaya  aparır?  Sualına  cavab 
axtarılır,  bu  vaxt  o  şəxs  hakimiyyəti  ələ  alaraq  fəaliyyət 
göstərə  bilər  ki,  kütlənin  iradəsi  ilə  hesablaşmadan  qərar 
qəbul edə bilər. Əgər belə insanların yaşama imkanı məhv 
edilərsə, onda ağıla gəlməyən sonluq başa gələ bilər». 
 Sanki  bu  ifadə  Azərbaycanın  son  illərdəki  tarixi  üçün 
deyilmişdir. 
 
14.
 
 Yazıçı,  filosof,  diplomat  və  dövlət  naziri  olmuş Qraf 
Jozef  de  Mestr  (1953-1821)  «İstənilən  xalq  malik 
olduğu hökumətə layiqdir» fikrini söyləmişdir. 
 
15.
 
«Milli  xarakterdə  yaxşı  cəhətlər  azdır.  Çünki  onu 
yaradan subyekt kütlədir». 
Artur Şopenhauer 
 


 
311 
16.
 
«Tamaşaçılarsız qəhrəman yoxdur». 
Malro, 
XX 
əsr 
Fransız yazıçısı 
 
Şəxsiyyət,  fərd,  toplum  problemi  ilə  bağlı  digər 
filosofların  fikirlərini  misal  gətirərək  söhbəti  istənilən  qədər 
uzatmaq  olar.  Misal  üçün,  fərddən  fərqli  olaraq  şəxsiyyət  yeni 
ideya  söyləmək  qabiliyyətinə  malik  olmalıdır.  Və  yaxud 
şəxsiyyət  informasiyanın  (XXI  əsr  informasiya  əsri  olacaq.  Ona 
görə  çox  sosial  problemlərə  bu  faktorun  təsirini  nəzərə  alaraq 
çözələmək  məqsədəuyğundur),  mənəvi  dəyərlərin  qiymətini 
fərddən daha çox başa düşür və s. 
Göründüyü  kimi  söhbətin  nə  konkret  məkana,  nə  də 
zamana  dəxli  vardır.  Söhbət  çox  qədim  bir  problemin 
çözülməsindən  gedir.  Ona  görə  söhbəti  burda  saxlayaraq,  əziz 
oxucuları bu problemlə bağlı fikirlərini bölüşməyə dəvət edirəm.    
 
  
  
 
 

Document Outline

  • H.Əliyev
  • Subyektiv fikrimə görə, yeni qurulan dövlətdə birinci vacib məsələ dövlət maşınının qurulması, ikinci vacib məsələ isə mükəmməl təhsil sisteminin yaradılmasıdır. Bu sistem nə qədər mükəmməl olarsa, dövlətimiz dövlətlər sırasında bir o qədər qabaqcıl m...
    • Şəkil 6.1. Elmin aktiv mərkəzinin yerdəyişməsinin tarixi
      • Cədvəl 10.1
  • 11. Yeni təhsil sisteminin fəlsəfəsi
  • Sosializm, faşizm, liberalizm ideyaları XX əsrdə müxtəlif dövlətlərdə tarixi təcrübədən keçmişdir. Bu ideyaların, ideologiyaların başlanğıc amalı xoşbəxt cəmiyyət qurmaq olmuşdur. Sosializmdə kütləni xoşbəxt etməklə onun içərisində fərdi xoşbəxt etmə...
  • XX əsrdə bu ideyaların hər biri praktikada sınandı. Kommunizm və faşizm ideyaları tarixin təkərləri altında məhv olundu. Liberalizm bütün sınaqlardan uğurla çıxdı. Hal-hazırda aparıcı, öncül fikir bundan ibarətdir ki, liberal-demokratik dəyərlərə alt...
  • Bu ideya Azərbaycanda da aparıcı yer tutur. Azərbaycanda liberal-demokratik dəyərlər əsasında dövlət artıq qurulmuşdur. Söz azadlığı, fikir müxtəlifliyi, bazar iqtisadiyyatı, insan hüquq və azadlıqlarının təminatı bu quruluşun baza prinsiplərindəndir...
  • Liberal-demokratik dəyərlər təhsil sisteminə də gətirilməlidir. Yeni təhsil sisteminin fəlsəfi əsası liberal-demokratik dəyərlər əsasında formalaşdırılmalıdır.
  • Sovet təhsil sisteminin nəzəri və konseptual əsasları Moskvada hazırlandığından biz sadəcə  elmi kökləri bizə bəlli olmayan təlimatlar əsasında fəaliyyət göstərmişik. Bu səbəbdən də müvafiq orqanlar yeni təhsil sisteminin nəzəri əsaslarını, əsas prins...
  • Təhsilin fəlsəfəsi siyasi quruluşdan asılıdır. Quruluş dəyişəndə fəlsəfə də dəyişməlidir. Yeni təhsil sistemini yeni quruluşun fəlsəfəsinə uyğun olaraq, özündə yeni ideya, yeni münasibət, yeni təhsil texnologiyasını birləşdirərək qurmaq lazımdır. Yeni...
    • 11.6. Təhsildə obyekt-subyekt münasibətləri
    • 11.7. Dil dərslərinin fəlsəfəsi
    • «Əgər məktəblərimiz ingilis, fransız, alman dillərində dərs keçirsə, bu, böyük nailiyyətdir. Əgər rus dilində də təhsil alırlarsa, bu da böyük nailiyyətdir».
    • Heydər Əliyev
    • Dünyada qloballaşma prosesi gedir. Dünya qloballaşdıqca insanlar tək doğulduqları ölkələrdə yox, başqa-başqa ölkələrdə əmək fəaliyyəti göstərə bilərlər. İqtisadiyyatın qloballaşması ilə əlaqədar dünyada iş yerləri də qloballaşır. Bakıda kifayət qədər ...
    • Biz Bakıdakı iş yerlərimizi qorumağa borcluyuq. Bunun üçün gərək biz ixtisas fənləri ilə bərabər dil dərslərinin tədrisinə  böyük əhəmiyyət verək. Orta məktəbdə, ali məktəbdə və aspiranturada dil dərslərinə çoxlu saat ayrılır, deməli dövlət tərəfindən...
  • Шякил 11.2 (а)
  • Sovet təhsil sistemində xarici dil dərslərinin fəlsəfəsi  belə qurulmuşdur ki, şagird orta məktəbdə ən azı bir xarici dil (rus dilindən əlavə), tələbə ali məktəbdə ikinci xarici dil,  aspiranturada üçüncü xarici dil öyrənsin. Ancaq sovet dövləti qapa...
    • İndi Azərbaycanda müstəqil dövlət və açıq cəmiyyət qurulur. Biz dil dərslərini  yeni dövrün tələblərinə uyğun qurmalıyıq. Birincisi, bir neçə xarici  dil və ixtisası dərindən öyrənəndən sonra, dünyanın çox yerində iş yeri  tapa bilərik. İkincisi, öz ö...
    • Heydər Əliyev
  • «Heç bilənlə bilməz bir olarmı?»
    • 15. Təhsilin strukturu
    • Heydər Əliyev
    • Şəkil 15 (v) Arximed spiralı
      • Cədvəl 15.3
    • Şəkil 15 (q)
      • “Təhsil - geosiyasətdir”.
      • V.Filippov,
      • RF-nin təhsil naziri
      • Cədvəl 16.1
      • Cədvəl 16.2
    • 17. Ali məktəb
      • M.Hadi
    • Ali təhsil sistemində də keyfiyyət göstəriciləri kəmiyyət göstəricilərinə qurban verilir. Əgər bu «qurban vermə» əməliyyatı orta təhsil şəbəkəsində komplektləşməmiş məktəblərin açılması hesabına baş verirdisə, ali məktəblərdə bu əməliyyat fakültələrə ...
    • “Ali məktəblərin kütləvi yaranmasından elmin elm kimi məhv olma tendensiyası yaranır”.
    • İkinci Dünya müharibədən sonrakı Almaniyanın mənəvi atası sayılan Karl Yaspersin yuxarıdakı fikiri keçid dövrünü yaşayan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bu fəlsəfi fikrin açılışı ondan ibarətdir ki, Ali məktəbin professor–müəllim heyətinin ...
    • Ali təhsil ocağı hər il istənilən istiqamət və ixtisas üzrə müəyyən  tədris planında nəzərdə tutulmuş fənlərin 90-95%-ni tədris etmək qabiliyyəti olan professor-müəllim kollektivi ilə komplektləşməlidir. Bir neçə müəllim və professor çatmayanda onları...
      • Cədvəl 17.4
    •  «Əgər bir illik planın varsa, taxıl ək. Əgər 10 illik planın varsa, bağ sal. Əgər 100 illik planın varsa, insanları öyrət».
      • C.Leopardin
  • Məktəb nə demək? Heyəti –milliyyəyə candır,
  • Məktəb nə demək? Ruhi dili – mürdədilandır.
  • Ariflərə həmvarə bu söz virdi-zəbandır:
    • Qeyri-müəyyənlik prinsipi:  təbiətdə və cəmiyyətdə
      • Üşap: Bşspaxa sjöz sakp tpraq tpax?
      • Üşap: Bzpnz bş fxksükfpzxks bz”ykpzxksk əzxğ jezüksky?
  • 5. Şərqdə və Qərbdə fərd-toplum problemi

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə