Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   80   81   82   83   84   85   86   87   ...   90

 
287 
3. Azərbaycanın intellektual potensialı: Dünən, bu 
gün, sabah 
 
Müsahibim  Milli  Məclisin  üzvü,  əməkdar  elm  xadimi  Şahlar 
ƏSGƏROVDUR. 
 
-  Şahlar  müəllim,  bilirsiniz  ki,  XX  əsr  Azərbaycan  üçün 
böyük  məhrumiyyətlər,  faciələr,  eyni  zamanda  inkişaf,  tərqqi 
əsridir.  Azərbaycanın  intellektual  potensialın  hesabına,  həm  də 
keçmiş təcrübədən bəhrələnmənin nəticəsində müstəqil dövlətimiz 
yaşayır, yeni uğurlar qazanır. 
- Həqiqətən XX əsr Azərbaycan üçün həm uğurlar, həm 
də  faciələr  əsridir.  Azərbaycan  Respublikasının  prezidenti 
möhtərəm  H.Əliyev  elm,  mədəniyyət,  tibb,  bəddən  tərbiyəsi  və 
idman xadimlərinin bir qrupuna vətənin ali mükafatlarını təqdim 
edərkən  söylədiyi  nitqində  ötən  əsrdə  üç  böyük  uğurumuzu 
göstərmişdir:  "Hesab  edirəm  ki,  XX  əsrdə  Azərbaycanın  ən 
böyük nailiyyəti, birincisi, 1918-ci ildə öz dövlət müstəqilliyini 
elan  etməsidir,  ikincisi,  1991-ci  ildə  bu  müstəqilliyi  bərpa 
etməsi və nəhayət, əldə olunmuş azadlığı, dövlət müstəqilliyini 
ötən  on  ildə  çətin  şəraitdə,  çox  ağır  şəraitdə,  bəlkə  də  sizin 
hamınızın  təsəvvür  edə  bilmədiyiniz  şəraitdə  qoruyub 
saxlamışdır".  XX  əsrdə  Azərbaycan  xalqı  zamanın  faciəvi 
zolaqlarından  da  keçib.  Bu  əsrdə  ərazimiz  130  min  kv.  km-dən 
86,6  min  kvadratkilometrə  qədər  azalmışdır.  Hal-hazırda 
torpaqlarımızın  20  faizi  hələ  də  işcal  altındadır.  İkinci  faciəmiz 
tez-tez  əlifbadəyişmə  əməliyyatlarına  məruz  qalmağımızdır. 
Bunu  kökümüzə,  keçmişimizə,  tariximizə  vurulan  ağar  zərbələr 


 
288 
kimi  qiymətləndirməliyik.  1937-ci  ilin  qırğınları,  1990-ci  ilin 
yanvar  faciəsi,  Xocalı  soyqırımı,  1992-93-cü  illərdə  baş  verən 
permanent hakimiyyət dəyişmələri tariximizin qara səhifələridir.  
Sualınızın  ikinci  hissəsi  ilə  bağlı  deyim  ki,  ziyalı 
təbəqəsinin, cəmiyyətimizin  intellektual  hissəsinin Azərbaycanın 
azadlığa  qovuşmasında,  müstəqilliyinin  qorunmasında  əməyi 
böyükdür.  Ölkə  daxilində  ictimai  şüurun  formalaşmasında  bu 
qüvvənin  xidməti  danılmazdır.  Eyni  zamanda  Azərbaycana 
yönəlmiş  xarici  düşmən  qüvvələrin  niyyətlərinin  qarşısının 
alınmasında da bu potensialdan istifadə olunur. 
- Ölkənin bütün həyatında islahatlar aparılanda həm də 
intellektual  potensiala  arxalanırıq.  Azərbaycan  təkcə  təbii 
sərvətlər  baxımından  zəngin  deyil.  Dövlət  başçımız  adını 
çəkdiyiniz  mərasimdə  elm,  mədəniyyət,  təhsil  sahəsini  xüsusi 
əhəmiyyət kəsb edən sahə saymışdır. 
-  Mən  ölkəmizin  potensialından  danışanda  şərti  olaraq 
onu  iki  hissəyə  -  iqtisadi  və  intellektual  potensiala  bölürəm. 
İqtisadi  potensial  deyəndə  torpağın,  təbiətin  ehtiyatları  nəzərdə 
tutulur.  İntellektual  potensiala  yazıçılar,  alimlər,  mədəniyyət 
xadimləri,  savadlı  mütəxəssislərin  intellektual  mülkiyyəti    və  s. 
aiddir. Hər iki potensialı ali məqsədə - insanları xoşbəxt yaşatmaq 
arzusuna çevrilən qurum isə yığılmaqda olan dövlət maşınıdır. Bu 
maşının qurucusu möhtərəm Heydər Əlirza oğludur. Ölkə rəhbəri 
həmişə  elmə,  mədəniyyətə,  təhsilə,  ziyalılara  yüksək  qiymət 
verir.  Həmin  tədbirdə  prezident  belə  dedi:  "Azərbaycan  böyük 
intellektual  potensiala  -  böyük  elmə,  böyük  mədəniyyətə,  böyük 
təhsilə  malik  idi.  Əgər  bunlar  olmasaydı  və  təbiidir  ki,  bunları 
qiymətləndirənlər, 
bunların 
əsasında 
həyatımızın 
yeni 
mərhələsində  işləri  irəliyə  aparanlar  olmasaydı,  indi  bizim 


 
289 
müstəqil dövlətimiz yaşaya bilməzdi". Bir neçə il öncə isə cənab 
prezident ziyalılarımız haqqında belə bir fikir söyləmişdi: "Bizim 
ziyalıların, 
mədəniyyət 
xadimlərinin, 
elm 
xadimlərinin 
cəmiyyətdə hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz 
ziyalıları,  öz  mədəniyyəti,  elmi  ilə  tanınır.  Şübhəsiz  ki,  xalqın 
tarixində sərkərdələrin də, siyasətçilərin də böyük rolu var. Ancaq 
xalq həmişə mədəniyyəti, elmi ilə tanınır və keçmiş tariximiz də 
bunu sübüt edir". Ziyalıların cəmiyyətdə rolunu yüksək tutmaqla 
dövlət başçısı böyük təvazökarlıq nümunəsi göstərmişdir. 
-  Sizcə,  intellektual  potensialı  necə  qiymətləndirmək 
olar? Misal üçün, sizin intellektiniz qiyməti nə qədərdir? 
-  İstənilən  yetkin  cəmiyyətdə  bu  suala  cəvəb  axtarır. 
Cəmiyyət  həmişə  maraqlıdır  ki,  öz  vətəndaşlarının  intellektini 
obyektiv  qiymətləndirə  bilsin.  İntellektual  fəaliyyət  dərketmənin 
ön cəbhəsində getdiyindən bəzən yalançı alim, psevdoalim özünü 
dəyərli  bir  insan  kimi  cəmiyyətə  sırıya  bilir.  Dəyərli  bir  alimsə 
əksinə,  dəyərsiz  bir  adam  kimi  küncə  sıxılır.  ABŞ-da  alimin 
reytinqi  onun  aldığı  elmi  nəticələrə  istinadların  sayı  ilə 
müəyyənləşdirilir və bu niyyətə "SCI" adlı jurnal çap edilir. Elmi 
məqalənin  dəyəri  ilə  ona  edilən  istinadların  sayı  arasında 
mühasibət  Nobel  Mükafatı  Komitəsi  tərəfindən  də  nəzərə  alınır. 
Belə  ki,  Nobel  mükafatına  layiq  görülmüş  elmi  nəticələrə  başqa 
müəlliflər trəfindən adətən 180-dan çox istinad edilir. 
Müstəqil dövlət kimi yaşamaq istəyən cəmiyyətdə sözün 
məsuliyyətini bilən, düz danışmağı özünə amal seçən, yalançılığa 
dözməyən  alimlərə,  ekspertlərə,  insanlara  ehtiyac  vardır.  Misal 
üçün,  mənim  intellektual  potensialımı  necə  qiymətləndirmək 
olar?  
Əvvəla,  onu  qeyd  edim  ki,  hər  bir  alimin  intellektual 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə