Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   82   83   84   85   86   87   88   89   90

 
293 
fəaliyyətindən də narazıyam. Dövlət büdcəsinin 23 faizini təhsilə 
verir,  bu  qədər,  bəlkə  də  çox  əhalinin  özü  də  təhsil  üçün  pul 
xərcləyir.  Amma  qəbul  imtahanlarının  yekununa  baxanda 
vahimələnirsən. 
O  ki,  qaldı  "Təhsil  haqqında"  qanun  layihəsinə, 
bildiyiniz  kimi,  bu  sənəd  birinci  oxunuşdan  keçib.  İkinci 
oxunuşda  biz  layihədəki  bir  çox  qüsurları  aradan  qaldırmağa, 
yeni  lazımi  əlavələr  etməyə  çalışmırıq.  İlk  növbədə  təhsilin 
məqsədini aydınlaşdırmışıq, onu çərçivə qanunu şəklinə salmışıq. 
Həmin  məqsədə  çatmaq  üçün  zəruri  fəaliyyət  prinsiplərini 
müəyyənləşdirmişik.  Bizim  qənaətimizə  görə,  təhsil  sisteminin 
idarəetmə  prinsipləri  dövlət  quruculuğu  prinsiplərinə  uyğun 
olmalıdır.  Prezidenti,  parlamenti  xalq  seçir,  deməli,  dövlət 
quruculuğunda  demokratik  prinsiplər  hökm  sürür.  Onda  bu 
demokratik  prinsip  təhsilə  də  gəlməlidir.  Niyə  orta,  ali  məktəb 
rəhbərləri  seçilməsin?  Dövlət  quruculuğunda  liberal  dəyərlər 
tətbiq  olunur,  yəni  şəxs,  fərd  diqqət  mərkəzinə  çəkilir.  Liberal 
dəyərlər  təhsil  sistemində  də  tətbiq  edilməlidir,  seçimlər, 
müsabiqələr  olmalıdır,  cəmiyyət  yaxşının  yaxşısını  seçə-seçə 
inkişaf  etməlidir.  Bundan  başqa,  bazar  iqtisadiyyatı  təhsilə  də 
daxil olmalıdır. Təhsil müəssisələrinə azadlıq verilməlidir ki, pul 
qazansın,  qazandığı  pulu  təhsilə  xərcləsin.  Dövlət  məktəbləri  ilə 
rəqabətə  girən  məktəblər  açılmalıdır  ki,  təhsilin  səviyyəsi 
yüksəlsin,  qüsurlar  aradan  götürülsün.  Xaricdə  özəl  məktəblər 
elitar  məktəblər  sayılır.  Çünki  özəl  məktəblərdə  daha  səviyyəli 
mütəxəssis  hazırlamaq  imkanı  böyükdür.  Ümumiyyətlə,  özəl 
məktəblər daha yüksək səviyyə təqdim etsə, oraya axın daha çox 
olar.  Deməli,  digər  sahələrdə  olduğu  kimi,  təhsil  sistemində  də 
qeyri-hökümət təşkilatları fəaliyyət göstərməlidir. 
Mən komissiya üzvləri ilə çoxlu söhbətlər aparmışam və 
belə  qənaətə  gəlmişik  ki,  şərti  olaraq  "yazıya  bağlılıq" 
adlandırdığımız prinsipi layihədə nəzərə alaq. Bu prinsip ilk dəfə 
1945-ci  ildə  Yaponiya  təhsil  qanunda  yazılıbdır.  Azərbaycan 
cəmiyyəti  timsalında  bu  prinsipin  mahiyyətini  açaq.  XX  əsr 


 
294 
Azərbaycan  ziyalısının  yaratdığı  intellektual  məhsulu  bir  yerə 
toplaşaq,  çox  böyük  yük  əmələ  gələr.  Azərbaycan  xalqı  XIX 
əsrdə də yaşayıbdı. Bu əsrdəki intellektual məhsulumuzu bir yerə 
yığsaq,  çox  az  yük  ortaya  qoyarıq.  Nə  üçün  iki  əsrdəki 
intellektual məhsulun çəkişi bu qədər ciddi fərqlidir? Çünki  XX 
əsrdə Azərbaycan Avropa tipli məktəblərlə yüzıya bağlandı. Mən 
istəyirəm bu bağlılığın hüquqi əsasını yaradaq.  
Bəlkə keçmişin müxtəlif hadisələrini unutmağımız, ötən 
minilliklərdə tariximizdə çoxlu acı səhifələrin olması da bununla 
bağlıdır?  Yenə  prezidentin  sözü  ilə  demək  istəyirəm  ki,  "əgər 
millətin  tarixi  yoxdursa,  o,  millət  deyildir.  Millətin  tarixinin  bir 
hissəsini    silib  atmaq,  o  biri  hissəsini  qabartmaq  da  milətə 
xəyanət  etməkdir".  Görünür,  bu  silinmələr  qabartmalar  da  yazı 
ilə əlaqədardir. 
- Sizinlə razıyam.  Tarix unudulanda təkrar olur. Tarixin 
unudulmaması  üçün  bizim  yazıya  bağlılığımız  olmalıdır.  Əgər 
birinci  dəfə  (1918-1920-ci  illərdə)  torpaq  itirəndə  içtimai-siyasi 
situasiyaları  yazıya  köçürmüş  olsaydıq,  ermənilərin  necə  millət 
olduğunu açsaydıq,  tarix  bir də təkrar olunmazdı.  Dünyanın  çox 
məşhur  yazıçıları  erməni  yalanları,  hiyləsi,  məkri,  fəndi  barədə 
yazıblar.  Ancaq  biz  öz  torpağımızda  onlara  yer  versək  də, 
oyunlarının  qurbanı  olsaq  da,  susmuşuq,  onların  məkrli 
hərəkətləri  haqqında  yazmamışıq.  Yaxud  AXC  hakimiyyəti 
dövrünün materiallarını toplaşaq ortaya nə çıxacaq? 
Mən  deməzdim  ki,  yaponlar  tək  bu  prinsip  əsasında 
inkişaf ediblər, amma onun rolu inkaredilməzdir. Yazıya bağlılıq 
hesabına  biz  gələcək  nəsillərə  dövrün  dəyərlərini  töhfə  şəklində 
ötürə  bilərik.  Beynəlxalq  qurumların  nümayəndələrlə  dəfələrlə 
görüşlərimiz olub. Onlar oturan kimi dəftər-qələmlərini çıxarırlar, 
deyilənləri  qeyd  edirlər.  Bu  yaxınlarda  ABŞ  səfirliyində  Minsk 
qrupu  həmsədrlərlə  bir  qrup  deputatın  görüşü  oldu.  Mən  fikir 
verdim,  ABŞ  səfiri  bizim  deputatların  dediklərinin  hamısını 
yazdı.  Bu  məsələyə  prezidentimiz  çox  diqqətlidir.  Onunla  bağlı 
bütün  hadisələr  yazıya  köçürülüb.  Bunlar  tarix  üçündür. 


 
295 
H.Əliyevin  hər  günlük  fəaliyyətini  xronoloji  ardıcıllıqla  bərpa 
etmək  mümkündür.  Bunu  ondan  qabaq  prezidentlik  edənlər 
haqqında demək çətindir. 
Layihədəki  digər  dəyişiklikləri  sadalamaq  istəmirəm. 
Güman  edirəm  ki,  müxtəlif  icra  strukturlarından  aldığımız 
təkliflər əsasında layihəni təkmilləşdirib payız sessiyasında Milli 
Məclisin müzakirəsinə edəyəcik. 
 
V.İSMAYILOVA,      
"Azərbaycan". 
  
4.Çzğükpks czpüzck fxtbpjrpzxk
 
 
 
                    «
Azərbaycan»   qəz
. 12.04.01 
 
Üşap:  Əağpax  rhzppkr,  “Çzğükp    ğaqqlsea”  Ayzxbamöas 
Xjüfşbpknaülsls Qasşsşsşs qzbşp jekprzük ojöknkx, bjpz ejmkprk? 
Öavab:  Çararkpz  xaylmar.  Njgke  euvxhsh  maəamas  upnzrkyez 
çzğükp  üağzüksez  rhsaükbzçpzxks  çzsykrpzsrzüksez  qasşs 
btəpşqpaxl  vax.  Rhqamküz  jçüzn  mjsk  euvxez  üzğkmmz  
üağzüksez  rhsaükbzçpzxk    12    qasşs  skyara  üaplxüa,  çzğükp 
üağzüksez asöaq 1992- ök kpez qzbşp tpşsrşə qasşs vax, t ea nk, 
maxlrkəpzn vzykmmzçezekx. 
Mjsk  çzğükp  vz  çzğükp  üküçjrk  mjsk  bhsuvxz  züaülsea 
qşxşpraplelx. Bş bhsuvxzsks ntsüjfçşap züaül ğaylxpasraplelx. 
Üşap:  Əağpax  rhzppkr,  17  raxç  1998-ök  kp  çaxkıpk 
“Ayzxbamöas” qzyjçksez gaf jçekxekmksky “Çzğükpks ntsüjfçşap   
fxtbpjrpzxk”  rzqapzskyks  ütsş  bjpz  bkx  öhrpz  kpz  bkçkxek. 
“Çzğükpks asa ızççk, czpüzczük rhzmmzs tpşsaseas ütsxa çzğükp 
qasşsşsş raeezpzx kpz bzyzrzn tpax”. 
Ksek sjöz “asa ızçç, czpüzcz” rhzmmzspzəkbrk? 
Öavab:  Bş  cknkx  t  yaras  bş  kəz  bkpavaükçz  rzü”şp  tpaspaxa 
hsvaspasrləel. Ksek axçlq bş kəz bkykr ntrküükma rzü”şpkmmzç 
eaəlmlx.Üşaplslya  öavab  tpaxaq  bkpekxrzn  küçzmkxzr:  Mjsk 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə