Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   79   80   81   82   83   84   85   86   ...   90

 
284 
sonu»    konsepsiyasında  belə  deyir:  liberal-demokratik 
dəyərlərin  üstünlüyü  yaxın    perspektivdə  yeni  dünya 
düzümünün hüquq sistemini yer kürəsi əhalisinin əksəriyyətinə 
konfliktsiz və problemsiz  sırımağa imkan verir. 
 
Xantinqton  tərəfindən  hazırlanmış  ikinci    pessimist 
variantda    deyilir  ki,  ABŞ–  ın  üstünlüyü  şəksiz  olan  çağdaş 
hüquq  sisteminin,    ABŞ  hiperüstünlüyü  təmin  olunan    qlobal 
sistemə    birbaşa  təkamülü  konfliktsiz  mümkün  deyildir. 
İtalyanlı  professor  Santoro  hesab  edir  ki,  dünya  düzümünün 
BMT,  Yalta  modelləri  dağılmalıdır.  Rusiya,  Ukraina  və  digər 
dövlətlər    parçalandıqdan  sonra    yer  üzərində  yeni  hüquq 
sistemi bərqərar olmalıdır.  
 
Bu  variantların  hər  biri  dünya  dövlətlərin  hamısının  bir 
dövlətin hegomonluğu altında strukturlaşmasını təbliğ və təqlid 
edir. Cəmiyyət  strukturlaşaraq kamil bir qurum yarada bildiyi 
kimi,  dövlətlər  də    bir  dövlətin  rəhbərliyi  altında  stukturlaşa 
bilər. Bu struktur sistemdə hər dövlət özünə layiq səviyyədə yer 
tuta  bilər.    Bu  struktura  yaranandan  sonra  milli  tarixlər    bitir. 
Yeni dünya düzümü başlayır. 
         Rusiyanın    «Avrasiya»    ictimai  siyasi  hərəkatının  lideri 
Aleksandr  Duqin    bir  qütblü  yox,  çox  qütblü  qloballaşmanın 
tərəfdarı  və  ideoloqudur.  O,  hesab  edir  ki,  qloballaşma  milli 
suverenliyi  məhv  edir.  Siyasi  suverenliyi,  müstəqilliyi  itirir. 
Qloballaşma  planetin  xalqlarına  süni  şəkildə  təqlid  edilir.           
Onun  fikirincə,  bir  qütblü  qloballaşmada,  gec-tez  istənilən 
suverenlik, 
özünüidarə, 
istənilən 
avtonomiya 
aradan 
götürüləjək. Prinsipjə, hamı Amerikanın ştatlarına çevriləjəkdir. 
Çoxqütblü  qloballaşma  anti-  qloballaşma  deyil,  alternativ 
variantda qloballaşma ilə mübarizədir. 
Çoxqütblü 
qloballaşmanın fəlsəfəsi   Amerika mərkəzçiliyini və   Amerika 
modelini inkar edir. 
Doktor Mehmet Əli  Qılıcbəy (Qazi  Universiteti,  Ankara) 
hesab  edir  ki,  dünyanın  müxtəlif  yerlərində    qloballaşma  
müxtəlif  sürətlə  gedir.  Çünki  müxtəllif  dövlətlərin  və 


 
285 
regionların  potensialları eyni deyildir. İndi dünyada üç regional 
və kontinental birləşmə vardır: Şimali Amerika, Qərbi Avropa, 
Avroasiya  və  Uzaq  Şərq.  Kənarda  qalan  dövlət  və  regionlar  
materik  periferiya  adlanır  və  qloballaşma  onlara  mənfi  təsir 
göstərir.    Mehmet  bəy  hesab  edir  ki,  bu  üç  sistemə  daxil 
olmayan  ölkələr,  ya  özləri  bir  başqa  inteqrasion  sistem 
yaratmalı,  ya  da  mövcud  sistemlərin  birinə  qoşulmalıdırlar. 
Ancaq həm birinci, həm ikinci variant çətindir. Həm A.Duqin, 
həm də Mehmet bəy hesab edir ki, bu üç sistemə birin də əlavə 
etmək  olar.  Avrasiya  dövlətlərinin  belə  bir  sistem  yaratmağa 
potensialları  və    infrastruturu  vardır.  Ancaq  bu  dövlətlər  çətin 
dövürlərini  yaşayırlar.  Bu  dövlətlərdə  ilk  öncə  siyasi  stabillik  
güclü dövlətçilik bərqərar olmalıdır. 
 
Qloballaşma  «dəyərlərin  yenidən  qiymətlənməsini»  tələb 
edir.  Qloballaşma  zamanı  gündəmə  «bəşəri  mənəviyyat»,  
«bəşəri ədalət» kimi yeni məhvumlar daxil olur. 
 
XX  əsrin  70-ci  illərində  kimyəvi  yanacağın,  xüsusilə 
neftin  tezliklə  tükənəcəyi  proqnozlaşdırılırdı.  Neft  qurtararsa, 
günəş  enercisi,  termonüvə  enercisi  ümüdlü  perespektivlər  idi. 
Ancaq  gələcəyə  ümüdlə  baxmaq  lazımdır.  İndisə  tarixin  sonu 
proqnozlaşdırılır.  Avropa  dövlətlərində  idarəetmədə  ənənə 
mühüm  rol  oynayır.  ABŞ-da  bu  boşluğu  hüququn  aliliyi 
doldurur.  İqtisadi  qüdrət  hüquqa  hörmətdən  asılıdır.    Dünya 
dövlətlərinin  bir  hüquq  sistemində  birləşməsi  tarixin  birinci 
cilidinin sonu, ikinci cilidinin  başlanığıcı ola bilər. 
            M.K.Atatürk  və  V.İ.Lenin  təqribən  eyni  zamanda  iki 
imperiya  üzərində  iki  dövlət  qurdular.  Bu  dövlətlərdən    biri 
yaşayır  və  inkişaf  edir,  digəri  isə  artıq  on  ildir  ki,  dünyanın 
siyasi  xəritəsindən  silinibdir.  Çünki  V.Leninin  qurduğu  dövlət 
M.Atatürk  dövlətindən  fərqli  olaraq,  dünyanın  inkişaf 
məntiqinə    zidd  idi.    Qloballaşmanı  duymaq,  izləmək  və 
öyrənmək  lazımdır.  Ondan  faydalanmaq,  istifadə  etmək 
lazımdır,    qloballaşmanın  əksinə  getmək    məqsədəuyğun 
deyildir. Əks halda Lenin Rusiyasının taleyi yaşanılar. 


 
286 
            Məqaləni 
Azərbayjan  Respublikasının  Prezidenti 
Heydər  Əliyevin    7  sentyabr  2000–ci  il    tarixli  Nyu-Yorkda 
minilliyin  zirvə  görüşündə  söylədiyi  bir  fikirlə  bitirmək 
istəyirəm:  Dünyanın  inkişafının  indiki  mərhələsinin  başlıca 
meyli  qloballaşmadır.  Bu  mürəkkəb,  heç  də  birmənalı 
olmayan  prosesin  perspektivləri  bizim  hamımızı  düşündürür. 
Qloballaşma  dövlətlərin  sabit  inkişafının,  bütövlüyünü  və 
idarəetmə  sisteminin  stabilliyinin  təmin  olunmasına,  iqtisadi 
münasibətlərdə 
ayrı-seçkiliyin 
aradan 
qaldırılmasına, 
xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir».    
             
Ədəbiyyat 
      1.   Ş.Q.Əsgərov, «Müxalifətnamə»,  Bakı, 2002 
      2.  S.N.Parkinson, «Polnıy svod zakonov Parkinsona i missis 
Parkinson» M.İzd. GKSMO-Press, 2001. 
3.
 
«Xalq qəzeti», 3.02.2000 
4.
 
Ş.Q.Əsgərov,  «Konfiliktlərin  qloballaşması»,  Res.  Elmi-
praktiki konfransın materialları, s.204, Bakı, 2001. 
5.
 
Jurnal «Dialoq Avrasiya» №5, 2001. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə