Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   77   78   79   80   81   82   83   84   ...   90

 
278 
idarə etmək qeyri- mümkündür. Çünki təbiət strukturlaşanda itə 
qoyundan yüksək səviyyədə yer ayırmışdır. Kadr siyasətində bu 
sadə həqiqəti diqqət mərkəzində saxlamaq məqsədəuyğundur. 
Alt  və  ya  orta  təbəqənin  təmsilçisi  bu  və  ya  başqa 
səbəbdən    elitar  təbəqəyə  aid  səviyyəni  tutarsa  (misal  üçün 
rüşvət  verməklə),  bu  cəmiyyətdə  masştablı  həyəcanlanmaya,  
bəzən  isə  sarsıntılara  gətirib  çıxara  bilər.  Keçid  zamanı 
səviyyələrarası    fərq    nə  qədər  çox  olarsa,  cəmiyyətdə    sosial 
gərginlik  də  bir  o  qədər  yüksək  olar.  Bu  tezisi  izah  etməkdən 
ötrü  təbiətdən  bəzi  anologiyalar  və  ya  paralellər  gətirmək 
mümkündür: 
Çay  ona  görə  axır  ki,  çay  boyu  iki  nöqtə  arasında 
hündürlüklər  fərqi  var.  Külək  ona  görə  əsir  ki,  səmanın  iki 
nöqtəsi  arasında  təzyiqlər  fərqi  var.  Elektrik  lampası  ona  görə 
yanır ki, dövrənin iki nöqtəsi arasında gərginliklər fərqi var. Bu 
fərqləri  götürsək, nə çay axar, nə külək əsər, nə  də işıq  yanar. 
Bu proseslərin intensivliyini artırmaq üçün fərqləri artırmalıyıq. 
 Cəmiyyətdə də belədir.  Fərdin real potensial səviyyəsi 
ilə arzu edib tutmaq istədiyi struktur  səviyyə  arasında fərq nə 
qədər böyük olarsa, cəmiyyətdə ədalət prinsipi  bir o qədər çox 
pozular.  Haqqı  olan  yox,  haqqı  olmayan    yuxarı  təbəqədə  yer 
tutur.  Bu  hadisələrin  total  səviyyədə  baş  verməsi  iqtidarın 
hakimiyyətdən getməsi ilə nəticələnir.  
 
Azərbayjan  cəmiyyətinin strukturlaşması 
 
Bu deyilənlərin işığında son on ildə cəmiyyətimizdə baş 
vermiş  ijtimai-siyasi  proseslərə  diqqət  yetirək.  Bu  dövrü  iki 
hissəyə bölmək olar. 
Birinci  dövr  Heydər  Əliyevə  qədərki  dövrdü.  Bu  dövr 
müstəqilliyimizin elan olunduğu 18 oktyabr 1991–ci il tarixdən 
1993–cü  ilin  iyunun  ortasına  qədərki    dövrü  əhatə  edir  və 
cəmiyyətimizin  cahilliyyət dövrü adlandırmaq olar. Cahilliyyət 
dövrlərində  nə  baş  verə  bilərdisə,  bu  dövrdə    baş  verdi.  


 
279 
Cəmiyyətin alt və orta təbəqələrinin  nümayəndələri  ali dövlət 
və  hakimiyyət  vəzifələrini  ələ  alaraq    elitar  təbəqədəki 
səviyyələri  tutdular. Struktur səviyyə ilə şəxsi bilik və bajarıq 
arasında  böyük    fərq    böyük  də  gərginliyə  səbəb  oldu.    Bu 
iqtidarın dövründə fərqlilik və ədalət prinsipləri total sürətdə 
pozuldu.  Cəmiyyət  bu  cür  strukturlaşa  bilmədi,  Həyacanlandı, 
silkələndi,  AXC - Müsavat hakimiyyətini qəbul etmədi. Onlar 
hakimiyyətdən getmək zorunda qaldılar.   
  İkinci dövr  Heydər Əliyevin tarixi qayıdışından  sonra 
başlayır. Bu dövrün birinci iki ili müstəqilliyin qorunmsına sərf 
olundu.    Heydər  Əliyev  müstəqilliyimiz  ilk  real  təhlükədən  
(oktyabr  1994)  qorudu.  Sonra  müstəqilliyi  dönməz  və  əbədi 
etmək üçün o, dövlət qurujuluğu prosesinə başladı.  
 İşin  başlanığıcında  cənab  Prezident  qarşısına  qoyduğu   
məqsəd və vəzifələri  belə açıqladı: 
                
«Azərbayjan  Respublikasının  prezidenti  kimi  mənim 
borcum,  vəzifəm  və  məqsədim  ondan  ibarətdir  ki, 
Azərbayjanda həqiqi, demokratik jəmiyyət yaransın». 
           Dövlət  qurujuluğunda  hansı  dövləti  prinsiplərdən 
istifadə  ediləcək?-  sualına    dövlətimizin  banisi  xalqımıza  və 
dünyaya belə cavab verdi: 
«Respublikamızda 
hüququ 
dövlət 
qurujuluğu 
demokratik,  sivilizasiyalı  cəmiyyət  yaradılması,  insan 
azadlığı,  söz,  vijdan  azadlığının,  müasir  plüralizmin  təmin 
edilməsi,  çoxpartiyalı  sistemin  bərqərar  olması  bizim 
əvvəldən qəbul etdiyimiz prinsiplərdir».  
 
Dövlət quruculuğunda milli və bəşəri dəyərlərdən istifadə 
ediləcəyini ölkə əhalisinə belə çatdırır: 
«Dövlət    quruculuğunda  nəinki  tarixi  və  milli 
ənənələrimiz  nəzərə  alınır,  həm  də  dünya  təcrübəsindən 
demokratik prinsiplərdən istifadə edilir». 
 
 
1995-ci  il  28  may  bayramı  ilə  bağlı  çıxışında  dövlət 
quruculuğunun    gedişi  ilə    bağlı  qarşıda  duran  vəzifələri  belə 
müəyyən etdi: 


 
280 
  
«Dövlətçiliyimizi,  müstəqilliyimizi  möhkəmləndirmək 
üçün    qarşımızda  bir  çox  mühüm  vəzifələr  də  durur.  Bu 
vəzifələr  dövlətçiliyi  möhkəmləndirmək  üçün  islahatlar 
keçirməkdən,  iqtisadi,  siyasi,    ijtimai  sahələrdə    islahatlar 
aparmaqdan,    respublikamızda  həqiqi  demokratik  dövlət 
yaratmaqdan, cəmiyyətimizi tam demokratik bir cəmiyyətə  
çevirməkdən,  insan  hüquqlarının  qorunması,  adamların 
azad - asudə yaşamasını təmin etməkdən ibarətdir».   
          
 
 Prezidentimiz  minilliklərin  ayrıcında  xalqa  müraciətində 
praktiki dövlət quruculuğu prosesinin gedişini belə  şərh etdi:         
               
«Azərbaycanda 
müstəqil 
dövlət 
təsisatlarının 
yaranması və dövlət quruculuğu prosesi 1995-ci ildən böyük 
vüsət  aldı.  Bunun  əsasını  da  Azərbaycanın  qəbul  etdiyi 
Konstitusiya  təşkil  edirdi.  Ondan  sonrakı  dövürdə 
Azərbaycanda  dövlətçilik  möhkəmlənib,  demokratik 
prinsiplər bərqərar olubdur». 
 
 
Azərbaycan  Respublikasının  Prezidenti    Heydər  Əliyev 
dövlət  quruculuğu  ilə  bağlı  qarşısına  qoyduğu  məqsədə  nail 
olduğunu     22 sentyabr 2001–ci ildə «Neftçilər gününə» həsr 
olunmuş təntənəli mərasimdə xalqımıza və dünyaya bəyan etdi:   
               
«Azərbaycanda  artıq  demokratik,  hüquqi,  dünyəvi 
dövlət  qurulub,  bütün  hakimiyyət  orqanları  yaranıb, 
iqtisadi,  siyasi,  hüquqi  islahatlar  həyata  keçir  və 
keçməkdədir».   
Bəli,  Azərbaycanda  dövlət  qurulubdur.  Bu  dövlətin 
banisi və qurucusu Heydər Əlirza oğlu Əliyevdir.  
Azərbaycan  cəmiyyətinin    strukturlaşması  başa 
çatmaqdadır.  Pramidal  strukturanın  zirvəsində    oturmaq 
hüququnu    xalq  milli  lideri  Heydər  Əliyevə  veribdir.    Ondan 
aşağıdakı  səviyyələrdə  elitar  təbəqənin  təmsilçiləri  yerləşirlər. 
Onların  əksəriyyəti  də  Heydər  Əliyevin  fərmanı  və 
sərəncamları  ilə  bu  səviyyələrdə  yer  tutblar.  Heydər  Əliyevin 
bir  kəlamında  deyildiyi  kimi:  «Görkəmli  şəxsiyyətlər  xalqın 
zəkasını, 
elmini, 
mədəniyyətini 
dünyaya 
nümayiş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə