Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   74   75   76   77   78   79   80   81   ...   90

 
269 
qanun adi  insanların fəaliyyətini  izah edir. Elə insanlar ola bilər 
ki,  yuxarıdakı  formulanın  tələbinin  əksinə  olaraq  onlar  qısa 
zaman  müddətində  də  düzgün,  xətasız  qərarlar  qəbul  etmək 
qabiliyyətinə  malik  ola  bilsinlər.  Yəni  çevik  qərar  qəbul  etmək 
qabiliyyətinə malik ola bilsinlər. Onların fəaliyyətinin bu qanunla 
tənzimlənmədiyi  üçün  onları  qeyri-adi  şəxsiyyətlər  hesab  etmək 
olar. Belə insanlar fövqəlbəşər və ya fövqəlinsanlardır. Ola bilsin 
ki,  düzgün  qərar  qəbul  edərkən  onlar  lazım  olan  informasiyanı 
yüksək intuisiya vasitəsilə də əldə edirlər. Şübhəsiz peyğəmbərlər 
fövqəlinsanlardır.  Keçid  dövrünü  yaşayan  dövlətdən  qüdrətli 
dövlət  quran  prezidentləri  bu  sıraya  daxil  etmək  olar.  Bu 
baxımdan 
V.Leninlə 
müqayisədə 
M.K.Atatürk 
daha 
fövqəlinsandır.  Çünki  onun  qurduğu  dövlət  yaşayır,  amma 
V.Leninin  qurduğu  dövlət  öz  içindən  çürüyüb  dağıldı. 
Makedoniyalı  İsgəndər,  Y.Sezar,  I  Pyotr,  I  Napaleon,  İ.Stalin, 
R.Reyqan  da  fövqəlinsanlardır.  Onlar  qısa  zaman  müddətində 
düzgün  qərar  qəbul  edə  biliblər.  I  Napaleonun  cəld  qərar  qəbul 
etmək qabiliyyəti ətrafını həmişə heyrətləndirmişdir. 
İkinci  Dünya  müharibəsi  zamanı  İngiltərənin  Baş  naziri 
U.Çörçill 1942-ci ilin avqust ayında Moskvaya gəlir. İ.Stalin 2-ci 
cəbhənin  tezliklə  açılmasını  istədiyini  bildirir.  Çörçill  bunun 
mümkün  olmadığını  izah  edir  və  əvəzində  Şimali  Afrikada 
«Torç»  əməliyyatını  aparmaq  istəyini  bəyan  edir.  Stalin  bu 
əməliyyatın  yaradacağı  vəziyyəti  həmin  dəqiqə  dəqiq 
qiymətləndirir. Həmin anları U.Çörçill belə xatırlayır: «Dünyada 
yaşayan  insanların  ancaq  bir  neçəsi  bizim  3-4  ay  ərzində  inadla 
hazırladığımız  mülahizələri  bir  neçə  dəqiqə  ərzində  başa  düşə 
bilərdi. O, bunları ildırım sürətilə qiymətləndirdi» (bax:  «Vtoraə 
Mirovaə voyna v vospominaniəx U.Çerçila i dr.» , Moskva, 1990, 
səh.168) ”””””””””””. ”””””””””” 
Qürür hissi ilə qeyd edə bilərik ki, 2001-ci il 11 sentyabr 
hadisəsi ilə bağlı qısa bir zaman kəsiyində H.Əliyev çox düzgün 
qərar qəbul etdi və antiterror koalisiyasına qoşuldu. 2003-cü ilin 


 
270 
əvvəlində  Antiirak  koalisiyasına  qoşulmaqla  da  H.Əliyev  öz 
siyasi müdrikliyini bir daha təsdiqlədi. 
Beləliklə,  mütləq  düzgün  qərar  qəbul  etmək  cənabi 
Haqqa  məxsusdur.  Peyğəmbərlər  də  minillərin  sınağından 
çıxmış  düzgün  qərarlar  qəbul  etmişlər.  Fövqəlinsanlar  da  yüz 
illər  üçün  doğru  olan  qərarlar  qəbul  edə  biliblər.  Müdrik 
insanlar  zamana  tab  gətirən  qərarlar  qəbul  edirlər.  Adi 
insanların qəbul etdiyi qərarın xətası cahil insanların qəbul etdiyi 
qərarın xətasından az olur. 
Cəmiyyət,  adətən,  qərar  qəbul  edənlərə  və  qəbul  edilmiş 
qərarı  icra  edənlərə  bölünürlər.  Mükəmməl  cəmiyyət  o 
cəmiyyətdir ki, orada qəbul olunmuş qərarların xətası azdır və hər 
bir cəmiyyət üzvü bu qərarları xətasız icra edir. 
Dünya  böyük  dəyişikliklər  ərəfəsindədir.  İnkişaf  etmiş 
dövlətlər  sənaye  bazalı  cəmiyyətdən  texnoloji  və  informasiya 
bazalı  cəmiyyətə  keçirlər.  Qabaqcıl  dövlətlər  elmlə  idarə 
olunurlar. Çağdaş dünyanın inkişaf istiqaməti belədir. Yuxarıdakı 
formulanın  işığında  bu  o  deməkdir  ki,  istər  daxili,  istər  xarici 
siyasətlə  bağlı  problemlərin  həllində  qəbul  ediləcək  qərar  elmi 
olmalıdır,  yəni  qərarın 

Q  xətası  çox  az  olmalıdır.  Bu  isə  o 
zaman  mümkündür  ki,  problemin  öyrənilməsi,  araşdırılması 
müddəti 

t çox böyük olsun ki, zəruri informasiya bazası toplana 
bilsin. Problem öz həllini qısa zaman müddətində tapmalı olduğu 
bir halda, yəni zaman dar olanda çoxlu sayda peşəkar insanları və 
mütəxəssisləri  bu  işə  cəlb  etməklə  tədqiqat,  müşahidə  zamanını 
dəfələrlə  qısaltmaq  olar.  Bu  isə  həmin  problemin  həlli  üçün 
araşdırma  mərkəzlərinin,  elmi-tədqiqat  laboratoriyalarının  və  ya 
institutların 
yaradılması 
deməkdir. 
Belə 
qurumların 
yaradılmasının  və  peşəkar  ekspertlərin,  insanların  bir  yerə 
toplanmasının  həm  hikməti,  həm  də  fəlsəfəsi  bundan  ibarətdir. 
Burada  hikmət  çox  adamların  bir  yerə  toplanmasında  deyildir, 
professional insanların bir yerə toplanmasındadır! 
Bütün  bu  dediklərimizdən  görünür  ki,  son  200  ildə 
yaşadığımız zamanın faciəvi zolaqlarını və 80 ildə Azərbaycanda 


 
271 
baş  vermiş  keçidlərin  öyrənilməsi,  ümumiləşdirilməsi,  fəlsəfi 
analizi böyük əhəmiyyət kəsb edir. Bu problemin həllində ümumi 
halda təhsilin, xüsusi halda filosofların, tarixçilərin, alimlərin rolu 
böyükdür. 
Son  yüzilliklərdə  ata-babalarımızın  da  buraxdıqları 
səhvlər  dəqiq  analiz  edilməli,  lazımı  fəlsəfi,  siyasi,  tarixi, 
psixoloji  nəticələr  çıxarılmalıdır  ki,  gələcəkdə  səhvə  yol 
verilməsin.  Bunun  üçün  bizə,  müasir  tələblərə  cvavb  verə  bilən 
təhsil  sistemi  lazımdır.  Xətasız  təhsilimiz  gələcəyimizdir.
               
 
 
 
 PS.    2002-ci  ilin  noyabr  ayının  6-9-da  Bolqarıstanın 
Sofiya  şəhərində  “Avropada  ömürboyu  təhsil:  Hamı  üçün 
təhsilə  doğru”  mövzusunda  Beynəlxalq  konfrans  keçirilmişdir. 
Konfransda  plenar  iclaslarla  bərabər  seminarlar  da  təşkil 
edilmişdir. 
8  noyabr  saat  14.00-da  keçirilən  seminarı  Türkiyə 
nümayəndələri  təşkil  etmişdilər.  Seminarın  mövzusu  “Hamı 
üçün təhsil  sahəsində Türkiyə təhsil sisteminin son uğurları“ 
olmuşdur. 
Seminarın  işində  Türkiyə  Milli  Təhsil  Nazirliyinin 
Beynəlxalq  əlaqələr  şöbəsinin  müdiri  Zühal  Gokcesu  və  həmi 
nazirliyin  ibtidai  təhsil  şöbəsinin  müdiri  Yuksel  Ozdamqalı, 
ABŞ-dan  Rudolf  Vruqtman  (University  of  Missouri)    və  digər 
ölkələrin nümayəndələri iştirak edirdilər. Mən çıxışımda  
                                                  

Q . 

İ = const 
 
formulası  haqqında    məlumat  verdim.  Formuladan  çıxan 
nəticələri  seminar iştirakçılarının nəzərinə çatdırdım. İsveçrədən 
olan nümayəndə həmin dəqiqə formulanı yazdığım kağızın sayını 
çoxaldıb  mənim  imzamla  seminar  iştirakçılarına  payladı. 
Təvəzökarlıqdan  uzaq  olsa  da,  bu  sözləri  də  deməyi 
məqsədəuyğun hesab edirəm.    
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə