Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   76   77   78   79   80   81   82   83   ...   90

 
275 
 
Alt təbəqənin (1) səviyələri kütlə tərəfindən doldurulur.  
Cəmiyyətin  strukturunun    aşağı  səviyyələrini  tutan 
insanlar  intellektual  səviyyələrinə  və  düşünjə  tərzinə  görə    bir 
birinə daha çox bənzəyir, daha çox  oxşardır.  Bu səbəbdən də 
onlar  seçilməməzlik  prinsipinə  tabedirlər.  Bu  insanların 
jəmiyyət  qarşısında    siyasi  məsuliyyəti  çox  azdır.  Onlar  anjaq 
seçkilərdən  -  seçkilərə  siyasətə  qatılırlar.    Kəndli  təbəqəsində 
bu  oxşarlıq  fəhlə  sinifi  ilə  müqayisədə    daha  çoxdur.  Fəhlələr 
kəndlilərlə  müqayisədə  bir  birindən    daha    çox  fərqlənirlər. 
Tarixdə  fəhlənin,  hətta  qulun  Ali  hakimiyyət  səviyyəsinə 
qalxmasına,      bəlkə  də,      misal  tapmaq  olar,  amma  kəndlinin 
hakimiyyətə  gəlməsinə  misal  tapmaq  çətindir.    İstənilən 
səviyyələrdə  üfqi  istiqamətdə,  yəni  sağdan  sola,  soldan  sağa 
keçid maneəsizdir. 
          İki gənj ekiz qardaşın oxşarlığı daha çoxdur, nəinki fərqli 
jəhətləri.  Genetik  kod  öz  işini  görür.  Yaşlı  iki    qardaşın    ekiz 
olsa belə, fərqli jəhətləri daha çoxdur, nəinki oxşarlıqları. Çünki 
təhsil,  həyat  təjrübəsi    öz  işini  görür.  İnsanlar  yaşa  dolduqja, 
təhsil  aldıqja  alt  qatlardan  orta  qatlara,  oradan  da    üst  qatdakı 
səviyyələri  dolduraraq yuxarıya doğru  hərəkət edir. 
Postulat  1.    Alt  qatın  aşağı  səviyyələrində  yüzlərlə  - 
minlərlə insanın  yer tutması mümkündür.  
Eyni  cür fəaliyyətlə məşğul olan yüzlərlə   fəhlə, kəndli 
ola bilər.           
Beləliklə,  belə  nətijəyə  gəlmək  olur  ki,  cəmiyyətin  alt  
təbəqələrinin  təmsilçiləri    bir-birini  əvəz  edə  bilərlər.    Alt 
təbəqənin  təmsilçilərinin    bir-birini  əvəz  etməsi  cəmiyyətdə  
hiss  olunan  görüntülər  yaratmır.  Bu  təbəqə  daxilində 
seçilməməzlik  prinsipi  əsas rol oynayır. Onların fəaliyyətində 
yaşama,  həyati problemlər əsas yer tutur. 
 
Orta  təbəqə  (2)  əsasən  ziyalılardan  təşkil  olunur.  Yəni 
orta  təbəqənin  səviyyələrini    cəmiyyətin  ziyalı  təbəqəsi 
doldurur. 


 
276 
Yuxarıda  qeyd  olundu  ki,    alt  təbəqə  daxilində    əvəz 
olunmaz şəxs yoxdur. Bu fikiri orta təbəqənin təmsilçiləri üçün 
demək  çətindir.  Bu  təbəqə  daxilində  həm  seçilməməzlik,  həm 
də individuallıq prinsipləri fəaliyyət göstərir. Alimlər, yazarlar, 
rəssamlar bir - birindən daha çox fərqlidirlər, nəinki oxşardırlar. 
Onlar  eyni  yaradjı  jərəyanın  təmsilçiləri  olsalar    belə,  fərdi 
yaradıcılıqları    biri  –  birindən  kifayət  qədər  seçilir.  Bununla 
bərabər  bu  təbəqə  daxilində    seçilməməzlik    prinsipi  tətbiq 
edilsə,    cəmiyyətdə  qlobal  olaraq    hiss  oluna  bilən  sarsıntılar, 
görüntülər  baş  verməz,  amma  lokal  olaraq  həyajanlanma  baş 
verə  bilər.  Bunların  fəaliyyətində    həm  şəxsi,  həm  də 
cəmiyyətin  problemləri əsas yer tutur. 
 
Orta təbəqənin özü də    injə quruluşa malikdir və  bir-
biindən seçilə bilən bir neçə  subtəbəqəyə bölünür:  a)  şairlər, 
b)    rəssamlar,  s)    bəstəkarlar,  d)  həkimlər,  texniki  ziyalılar, 
müəllimlər və s. 
            Üst  təbəqədəki  (3)  səviyyələri  -        cəmiyyətin  elitar 
hissəsi  doldurur.    Siyasi  elita,  hərbi  elita,  iqtisadi  elita  və 
cəmiyyətin digər  adlı - sanlı şəxsiyyətləri  bu təbəqədə təmsil 
olunurlar. Cəmiyyəti idarəedən və ya bu funksiyanı bacara bilən 
siyasətçilər  də  bu  təbəqədə  cəmləşirlər.    Dövlət  adamları, 
parlament  üzvüləri,  ictimai  xadimlər,  beynəlxalq  səviyyəli 
yaradıcı  insanlar  (alimlər,  şairlər,  bəstəkarlar,  rəssamlar)    bu 
təbəqənin  təmsilçiləridir.  Bir  sözlə  xalqını  dünyayda  təmsil 
edənlərin    yeri  elitar  təbəqədədir.  Hər  bir  topluma  məxsus 
pramidanın  zirvəsi      milli  lider  üçündür.    Lider  ali  siyasi  və 
dövləti keyfiyyətlərlə bərabər, həm də yüksək insani və mənəvi 
keyfiyyətlərə də malik olmalıdır.   
Üst təbəqənin  hər səviyyəsində fərqlilik, individuallıq  
prinsipi  əsas  rol  oynayır.  Üst  təbəqənin  təmsilçiləri    bir- 
birindən  daha  çox  fərqlənir.  Bunların  fəaliyyətində    siyasət, 
siyasi hakimiyyət əsas yer tutur. 


 
277 
Postulat 2. Pramidanın  zirvəsi  ali bir şəxs –milli lider 
üçündür.    Bu  səviyyədə  eyni  vaxta  iki  şəxs  fəaliyyət  göstərə 
bilməz. Bu səviyyə uzun müddət boş da qala bilməz. 
Şairlər  sözləri  bir  ölçülü  (xəttdə)  fəzada,  rəssamlar 
rəngləri iki ölçülü (səthdə) fəzada, bəstəkarlar səsləri üç ölçülü 
(həcmdə)    fəzada  naxışa  düzürlər.  Ölçünün  dərəjəsi  artdıqja 
fəaliyyət  çətinləşir.  Ona  görə  cəmiyyətdə  şairlər  1000-lərlə, 
rəssamlar 100-lərlə, bəstəkarlar isə 10-larla olurlar. Siyasətçilər 
dörd  ölçülü  fəzada  (üçü  məkan,  biri  zaman)    fəaliyyət 
göstərirlər.  Onlar hadisələri,  prosesləri,  olayları, tarixi faktları 
naxışla  (öz  xalqının  xeyrinə)  sıraya  düzməyi  bacarmalıdırlar.  
Bu  isə  nadir  istedad,  əməksevərlik,  güclü  yaddaş,  bütün 
elmlərdən  halilik  və  digər  yüksək  ali  dövləti  və  insani 
keyfiyyətlərin olmasını tələb edir.  Bu səbəbdən də siyasətçilər 
tək-tək olurlar. Ali səviyyəni  fəth edən əvəzsiz şəxs olur. Zirvə 
səviyyəsinə    yol  xalqın  ürəyindən  keçməlidir.  Xalqın  gözü 
qarşısında fədakar əməklə yüksəlməlisən ki, Konstitusiyamızda 
qeyd  edildiyi  kimi  «hakimiyyətin  mənbəyi  olan  xalq»  Ali 
hakimiyyət zirvəsini sənə etibar etsin.  
 
Cəmiyyət  daxilində  baş  verən  sosial  hadisələrin  bir 
maraqlı  cəhəti    də    bundan  ibarətdir  ki,  adətən  fərdlər  öz 
potensial    səviyyəsindən  daha  yuxarı  idarəetmə  səviyyəsini 
tutmağa  cəhd  edir.    Parkinsonun    tez-tez  istinad  etdiyi      Piter 
Prinsipinə  görə  «İstənilən  ierarxiyada  hər  bir  qulluqçunun 
özünün qeyri-kompitentlik səviyyəsini əldə etmək tendensiyası 
var».  
Başqa  sözlə,  insan  psixologiyası  belədir  ki,  hər  kəs 
çalışır  ki,  öz  potensialına  uyğun  səviyyəni  yox,  daha  yüksək 
səviyyəni  tutsun.    Rüşvət,  dostbazlıq,  yerlibazlıq    bu  istəyi 
həyata keçirmək  üçün istifadə edilən  zərərli üsullardandır. Bu 
yolla  insanların  hakimiyyətə  can  atması  cəmiyyətdaxili 
gərginlik  yaradır,    cəmiyyətin  inkişafını  ləngidir  və  ölkəni 
üçüncü  dünya  ölkəsinə  çevirir.  Uğursuz  misal  olsa  da 
deməliyəm ki, itlə qoyunu idarə etmək mümkündür, qoyunla iti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə