Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   78   79   80   81   82   83   84   85   ...   90

 
281 
etdirirlər».  Şübhəsiz,  bu  insanlar  da  elitar  təbəqənin 
təmsilçiləridirlər. 
Azərbaycan  cəmiyyəti    o  zaman  tam  strukturlaşmış 
olacaqdır  ki,  hər  kəs  özünə  uyğun    səviyyədə    yer  tutsun.  Bu 
prosesin zamana ehtiyacı vardır. Azərbaycan Prezidenti Heydər 
Əliyev  necə  gözəl  deyib:  «Hər  bir  insan  həyatda  öz  yerini 
tapmalıdır.  Ancaq  öz    yerini,  özünə  məxsus  olan  yeri 
tapmalıdır».  Bu  şərt  ödənilən  halda  cəmiyyətimiz  tam  
strukturlaşacaq və iqtisadi tərəqqi yolunu tutacaqdır.  
 Şairlərimizlərdən ustad Şəhriyarın: 
  
«Bizdən qabaqdadır Avropalılar 
İşi iş bilənə tapşırır onlar». 
 
poetik deyimindən də aydındır ki, cəmiyyətdə hərə özünə layiq 
yeri  tutanda cəmiyyətin harmonik inkişafı təmin edilir. 
Bizim  vətəndaşların    hər  birinin  amalı  Azərbaycanın  
dövlət  müstəqilliyini  qorumaq,  xalqımızın  xöşbəxt  gələcəyi 
uğrunda    çalışmaq  olmalıdır.    Bu  amal  uğrunda  mübarizə 
aparmayanlar,  şəxsi  mənafelərini  dövləti  mənafelərdən  üstün 
tutanlar  da  cəmiyyətimizdə  az  deyildir.  Bu  amallar  uğrunda 
mübarizə  aparanlar  müxalifət  düşərgəsində  də  azdır.  İqtidarın  
da  təmsilçiləri  arasında  Prezidentə  sədaqətlə  qulluq  edənlərlə 
bərabər, yolunu sapanlar, şəxsi mənafeyini  milli mənafelərdən 
üstün tutanlar da vardır.  
Dövlətin  qurulması  isə  cəmiyyətin  dövlət  sutunları 
üzərində  strukturlaşması  deməkdir.  Bu  prosesin  baş  verdiyi  
dövr keçid dövrü adlanır. Dövlət qurulandan sonra keçid dövrü 
başa çatır. 
 
Qloballaşma 
 
         XX əsr tarixin  yaddaşında elektrik,  atom, kosmos əsri və 
digər səciyyəvi cəhətləri ilə qalacaqdır. XX1 əsrin diqqəti cəlb 


 
282 
edən  məziyyətlərindən  biri  ictimai-siyasi    proseslərin 
qloballaşmasıdır.  
        Həmcins  toplum  daxilində  biz  hansı  dərəcədə  bir-
birimizdən qarşılıqlı asılıyıqsa, indi dövlətlər bir birindən eyni 
dərəcədə  qarşılıqlı  asılı  vəziyyətdədir.  Bunun  əsas  səbəbi  son 
iki yüz ildə keçdiyimiz iki bəşəri – sənaye inqilablarıdır. Birinci 
inqilabın  nəticəsində  yerdəyişmə  sürətimiz    əgər  100  dəfələrlə 
artıbdırsa,  ikinci  inqilabın  nəticəsində  infomasiyanın  ötrülmə 
sürəti  fantastik  dərəcədə  çoxalıbdır.  Bu  səbəblərdən  də 
planetimiz  böyük  kəndə,  dövlətlər  isə  bu  kənddə  qonşulara 
çevrilibdir.  Qonşuların  birində  baş  vermiş  hadisə  o  biri 
qonşulara  sirayət  etdiyi  kimi,  dövlətlərin  birində  baş  vermiş 
hadisə  bütün  planetə  təsir  edir.  Bu  səbəbdən  də  planetimizdə 
yeni bir dövür başlayır. Buna qloballaşma erası deyilir.  
       Qloballaşma  ilə  bağlı  ABŞ-ın  keçmiş    prezidenti  Bill 
Klintonun  Davos  iqtisadi  forumunda  (Xalq  Qəzeti, 
3.02.2000)  fikri maraq kəsb edir: «Qloballaşma bağlı qapıları 
açır,  millətlər,  xalqlar,  fərdlər,  müxtəlif  iqtisadiyyatlar  və 
mədəniyyətlər arasında yeni şərait yaradır»  
       Dövlətləri dünya duyumuna görə də təsnifata bölmək olar. 
Dövrün  inkişaf  istiqamətini,  məntiqini,  fəlsəfəsini  bilənlər. 
Belə dövlətlər öz dövürlərində aparıcı  dövlətlər olurlar. Dövrün 
inkişaf  məntiqini,  fəlsəfəsini  duyanlar.  Belə  dövlətlər  öz 
dövürlərində  dövlətlər  sırasında  ortada  olurlar.  Bir  də  dövrün 
inkişaf  məntiqinin  əksinə  gedənlər.  Belə  dövlətlər  gec-tez 
məhvə məhkumdurlar  
        BMT-nin  baş  katibi  Kofi  Annanın  30  dekabr  1999-  jı  il   
yeni əsrin astanasında dünya ictimayətinə müraciətində deyilir:  
«Qloballaşma  inkişaf  üçün  daha  çox  seçim  imkanları 
yaradır…Yerli  icmalar  öz  yanğınsöndürmə  idarələrinə, 
kommunal  xidmətlərə  və    şəhər  şuralarına,  dövlətlər  isə 
qanunverici  və  icraedici  hakimiyyətlərə  malikdir.  Lakin 
bugünkü  qloballaşmış  dünyada  qlobal  fəaliyyət  üçün  mövcud 


 
283 
olan  institutlar  və  mexanizmlər  hələ  ki,  embrion  dövrünü 
yaşayır».
     
      İstənilən super dövlət Yer kürəsinin istənilən nöqtəsində öz 
maraqlarını təmin edə bilir. Bunu inkişaf etməkdə olan ölkələr 
üçün demək mümkün deyildi. Onda qloballaşmanın nəticəsində 
varlı  dövlət  daha  çox  varlanacaq,  kasıb  dövlət  daha  çox 
kasıblaşacaq. 
Bunun 
nəticəsində 
kasıblaşmadan 
yeni 
problemlər  törəyəcək:  işsizlik,  dilənçilik,  yoxsulluq,  zorakılıq, 
pozğunluq, narkomaniya və s.  Bu  isə bumeranq kimi həm də 
varlı ölkələr üçün də yeni problemlər yaradacaq.   
 
Qloballaşmanın nəticəsində fəza daralır, zaman sürətlənir. 
Qloballaşma bizim fəzaya bağlılığımızı əlimizdən alır.  
 
İnformasiya  agentliklərinin  verdiyi  məlumata  görə  11 
sentyabr  2001–ci  il  terroru  nəticəsində    Nyü-Yorkda 
Beynəlxalq  Ticarət  Mərkəzində    baş  vermiş  faciə  nəticəsində   
64 millətin nümayəndələri  həlak olmuşlar. 
         Bu  dediklərimizdən  hiss  olunur  ki,    qloballaşmanın  təsiri 
altında  artıq  bəşəriyyət    strukturlaşmaya  can  atır.    Amerikada 
bu istiqamətdə aparıcı ideya  «Manifest  destiny»-dir, hansı ki, 
onu    «yazılmış  tale»    və  ya    «əvvəlcədən  nəzərdə  tutulmuş 
qədər»  tərcümə  etmək  olar.  Bu  konsepsiyada    hesab  edilir  ki,  
sivilizasiyanın  inkişafını  əks  etdirən  bugünkü    siyasi  quruluş, 
insan  haqları,  liberal-kapitalist  iqtisadiyyat,  liberal-demokratik 
siyasi  quruluş,  qarşılıqlı  mədəniyyət  normaları,  dərin 
fərqliliklərin  yoxluğu  -  bütün  bunlar  insan  ağlının  yüksək 
nailiyyətləridir.  Bu  qloballaşan  bəşəriyyətin  strukturlaşmasının  
fəlsəfəsi  belədir. 
                         
                  Bəşəriyyətin strukturlaşması 
 
          Əslində 
bu  strukturlaşmadan  qabaq  bəşəriyyətin 
inkişafının  iki  mümkün  yolu  göstərilir.  Bu  yolların  biri 
optimist, digəri isə pessimist yoldur. 
Birinji  yola  görə    strukturlaşma    təkamül  yolu  ilə    formalaşa 
bilər.  Bu  istiqamətin  müəllifi    Frensis  Fukuyama    «Tarixin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə