Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   82   83   84   85   86   87   88   89   90

 
290 
potensialı  bir  neçə  toplananın  cəmindən  ibarətdir.  Bu 
toplananların  hamı  üçün  sabit  və  hər  kəs  üçün  dəyişən  hissələri 
vardır. Elmi işlə məşğul olan hər bir kəs orta məktəbi, ali məktəbi 
və  ali  məktəbdən  sonrakı  təhsil  pilləsini  bitirir.  Bu  təhsil 
pillələrinin  xərcini  həm  dövlət,  həm  də  valideynlər  çəkir.  Hamı 
üçün  sabit  olan  bu  toplananı  təqribi  də  olsa  qiymətləndirmək 
mümkündür.  İkincisi,  hər  bir  alim  çoxsaylı  konfranslarda  iştirak 
və  çıxış  edərək  öz  elmi  nəticələrini  açıqlayır.  Bakıda  keçirilən 
elmi  konfranslarda  iştirakımı  nəzərə  almasaq,  25-ə  yaxın 
ümumittifaq  və  beynəlxalq  konfranslarda  iştirak  və  çıxış 
etmişəm.  Bugünkü  tələblər  səviyyəsinə  uyğun  olaraq  belə 
konfransların  hər  birində  iştirak  xərcini  hesablamaq  çətin 
deyildir. 
Üçüncüsü,  hər  bir  alim  eyni  zamanda  çoxsaylı 
ezamiyyətlərdə, ixtisasartırma kurslarında olur. Elmi  fəaliyyətim 
zamanı  mən  on  ay  Danimarkada,  üç  ay  Finlandiyada,  iki  ay 
Çexoslavakiyada,  bir  ay  Almaniya  Demokratik  Respublikasında 
elmi  ezamiyyətdə  olmuş,  aspiranturadan  sonra  16  ay  xaricdə 
təhsilimi  davam  etdirmişəm.  Belə  ezamiyyətlərin  hər  birinin  bir 
aylıq  xərci  təqribən  məlumdur  və  zamanında  dövlət  tərəfindən 
ödənilmişdir. Dördüncüsü, müəllifi olduğum 150 elmi məqalənin 
üçdən biri dünyanın nüfuzlu jurnallarında çap olunubdur və SSRİ 
elektron  sənayesinin  müəssisələri  ilə  aparılan  onlarla 
müqavilələrin  elmi  nəticələri  bu  işlərdə  əks  olunubdur.  Bu 
müqavilələrin  hər  birinin  dəyəri  o  vaxt  20-40  min  rubl 
olduğundan  bu  nəticələri  və  məqalələri  də  dəyərləndirmək 
mümkündür. 
Beşincisi,  ikillik  axşam  ingilis  dilli  kursunun,  ikillik 
axşam marksizm-leninizm universitetinin dinləyicisi olmuşam və 


 
291 
bu  təhsil  xərcini  də  dövlət  ödəyibdir.  Sonra,  alim-müəllim 
əməyinin  müəyyən  hissəsi  tədrisdə  bağlıdır.  Tədris  proqramları, 
dərs  vəsaitləri,  mühazirə  konsrektləri  hər  bir  alimin  intellektual 
əməyinin məhsuldur və müəyyən dəyərə malikdir. Nəhayət, alim 
ölkədə  cərəyan  edən  ictimai-siyasi  proseslərə  biganə 
qalmamalıdır.  Son  on  ildə  ictimai-siyasi  həyatımızla  bağlı  150-ə 
yaxın elmi-publisistik məqalə və kitab müəllifiyəm. Bu işlərin də 
müəyyən əhəmiyyətə və qiymətə malik  olması  şübhə doğurmur. 
Beləliklə,  hər  bir  alim  üçün  bu  toplananların  dəyəri  müxtəlifdir. 
Hazırda  respublikamız  keçid  dövrnü  yaşadığı  üçün  intellektual 
mülkiyyətin  qiyməti  dəyərindən  aşağıdır.  Amerika  cəmiyyətində 
isə  əksinədir.  Əgər  biz  Türkiyə  timsalında  qiymətləndirmə 
aparsaq, yuxarıdakı toplananların ümumi dəyəri bir neçə yüz min 
ABŞ  dolları  həcmində  olar.  Bu  nəticə  moskvalı  professor 
S.Kapitsanın  belə  fikrini  təsdiqləyir  ki,  hər  bir  normal  sovet 
professorunun  intellektual  mülkiyyətinin  qiyməti  təqribən  bir 
milyon  ABŞ  dolları  həddindədir.  Bir  sözlə,  hər  bir  həqiqi 
professor-alim 
bir 
milyon 
dollar 
dəyərində  intellektual 
mülkiyyətin  daşıyıcısıdır.  Bu  mülkiyyətin  maddi  mülkiyyətdən 
üstünlüyü  ondan  ibarətdir  ki,  xərcləndikcə  çoxalır.  Bizim  əsas 
həyat yükümüz - mənəvi və intellektual yükümüz maddi yükdən - 
var-dövlətdən  daha  qiymətlidir.  Bəşəriyyətin  minillik  tarixi  də 
bunu  sübut  edir.  Cəmiyyətdə  alimin,  ideya  sahibinin  hörməti 
bütün zamanlarda yüksək tutulmuşdur. 
-  Siz  Milli  Elmlər  Akademiyasına  üzv  seçilmədiniz. 
Hesab  etmək  olarmı  ki,  seçilənlərin  intellektual  yükü  daha 
çoxdur? 
- Bəli. Hesab etmək olar ki, milli Elmlər Akademiyasına 
üzv  seçilənlərin  intellektual  yükü  daha  çoxdur.  Yeri  gəlmişkən 


 
292 
mən  MEA-ya  seçilmiş  bütün  həqiqi  və  müxbir  üzvləri 
komissiyamız  adından  səmimi  qəlbdən  təbrik  edirəm. 
Seçilməyənlərə isə gələcək elmi işlərində uğurlar diləyirəm. 
-  Nəsillərin  bir-biri  ilə  bağlılığı  xalq  üçün,  millət  üçün 
çox  əhəmiyyətlidir.  Azərbaycanı  daha  da  irəliyə  aparmaq  üçün 
gənclərin  üzərinə  mühüm  vəzifələr  düşür.  Sizə  elə  gəlmirmi 
parlamentdə  rəhbərlik  etdiyiniz  Elm  və  təhsil  məsələləri  daimi 
komissiyası  bu  sahədə  mövcud  olan  ənənələri,  gələcək  inkişaf 
perspektivlərini mütləq nəzərə almalıdır ki, bağlılıq pozulmasın? 
-  Nəsillərin  əlaqəsi,  vəhdəti  vacib  məsələdir.  Hər  bir 
nəslin  yaratdığı  mütərrəqi  milli  fikirlər  qorunub  gələcək  nəslin 
sərəncamına verilməlidir. Bü işdə aparıcı qüvvə  rolunu oynayan 
yenə  ziyalılardır.  Yaxın  günlərdə  BDU-nun  bir  tədbirində  çıxış 
edərkən  belə  bir  fikir  söylədim:  Azərbaycan  cəmiyyətində 
barışmaz  müxalifət  var.  Amma  inanıram  ki,  həmin  barışmaz 
müxalifətin  təmsilçiləri  ölkə  rəhbərinin  çıxışlarına  5-6  saat 
diqqətlə  qulaq  assalar,  onlar  bizdən  daha  çox  prezidentinin 
ardıcıllarına  çevrilərlər.  Onların  bədbəxtliyi  budur  ki,  qulaq 
asmırlar və ya asa bilmirlər, bilgiləri azdır, ona görə radikaldırlar. 
Prezidentin  hər  bir  çıxışı  yeni  ideyalarla  zəngindir.  Yenilik, 
orijinallıq  isə  yeni  cəmiyyət  quruculuğunda  və  inkişafında  çox 
vacibdir.  1990-ci  ilin  əvvələrində  Azərbaycana  rəhbərlik  etmiş 
şəxsləri  tarix  ona görə kənara  atdı ki,  yeni  cəmiyyət  quruculuğu 
üçün  onlarda  yeni  ideya  yox  idi.  Bizim  partiyanın  adının  Yeni 
Azərbaycan adlandırılması da təsadüfi deyil. 
Gələcəyimizi  elmsiz,  təhsilsiz  təsəvvür  etmirik.  Amma 
bunu  təkcə  demək  yox,  iş  görmək  lazımdır.  Özünətənqid 
baxımından deyim ki, mən komissiyanın fəaliyyətindən hələ razı 
deyiləm,  eyni  zamanda  təhsilə  məsul  olan  adamların  icra 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə