Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   75   76   77   78   79   80   81   82   ...   90

 
272 
2. Sosial strukturlaşma 
 
Cəmiyyətin strukturlaşması 
 
Müxtəlif  dövlətlərin  dövlət  təsisatları,  dövlət  maşınları 
təqribən bir – birinə bənzəyir. Praktiki olaraq butün dövlətlərdə 
prezident,  parlament,  nazirlər  kabineti  və  məhkəmə  institutları 
vardır. Ancaq dövlətlər həyat səviyyəsinə və iqtisadi  qüdrətinə  
görə  bir-birindən  xeyli  fərqlənirlər.  O  dövlətlər  qüdrətlidir  ki, 
orada    cəmiyyətin  özünütəşkili  sağlam  düşünjə  əsasında 
formalaşır. Fəlsəfədən də, fizikadan da məlumdur ki, struktura 
xassəni  təyin  edir.  Dövlət  elə  qurulur  və    elə  qanunlar  qəbul 
edilir ki, hər kəs cəmiyyətdə özünə layiq yeri tuta bilir. Liberal- 
demokratik  quruluşlu  dövlətlər  müasir  dünyada  daha  öncül 
mövqe tuturlar.  
Strukturlaşmış  və  strukturlaşmamış  cəmiyyət,  cəmiyyətin 
təşkilinin  müxtlif  aqreqat  hallarıdır.  Obrazlı  desək,  buz  sudan 
nə  qədər  fərqlidirsə,    strukturlaşmış    cəmiyyət    də, 
strukturlaşmamış  cəmiyyətdən    bir  o  qədər  fərqlidir. 
Cəmiyyətin strukturlaşmasını maddələrin  amorf haldan kristal 
hala  keçidinə  bənzətmək  olar.    Keçid  dövrü  cəmiyyətin 
strukturlaşma 
prosesinin 
başa 
çatdığı 
dövürdür. 
Strukturlaşmış  cəmiyyətdə  iqtidar  öz  vəzifəsini,  müxalifət  öz 
vəzifəsini,  qeyri-  hökumət  təşkilatları    öz  vəzifələrini, 
cəmiyyətin sıravi üzvüləri də öz vəzifələrini  yerinə yetirirlər.  
   
Cəmiyyət  müəyyən  ideya  ətrafında  strukturlaşanda 
dövlətə  çevrilir.  Məlumdur  ki,  cəmiyyətin  özünütəşkil 
formasının  ən  uğurlu  modeli    pramidal  strukturadır.  Bu 
struktura  zamanın  sınağından  çıxmışdır.  Bütün    ijtimai 
quruluşlar  üçün  doğrudur.  Pramidal  quruluş    cəmiyyətin 
strukturlaşmasının  təbii  formasıdır.  Bu  struktura  qədim 
zamanlarda ən çox  zora, çağdaş dövrümüzdə isə ən çox  ağıla 
söykənir  və  intellekt,    potensial,  bilik,  bajarıq  və  informasiya 
oxu  ətrafında  formalaşır.  Bu  formanı  transformasiya  etdirək  


 
273 
hansısa  bir    nəzəriyyəyə    uyğunlaşdırmağa  cəhd  edən      dövlət  
gec-tez  dağılır.  İnsanlar  intellektual  və  fiziki  qabiliyyətlərinə 
görə  müxtəlif  olduqlarından  sinifsiz,  təbəqəsiz  cəmiyyət 
xəyaldır.  Cəmiyyətin  stratlaşması  təbiidir.  Sovet  cəmiyyətində 
anti stratlaşma siyasəti aparılırdı və  süni strukturaya malik idi. 
Bu səbəbdən də dağıldı. Bunu  çağdaş Kommunist Partiyasının 
üzvüləri nəzərə alsalar yaxşıdır. 
  
 
  
                           s 
                                     
                                   b 
                                                                                                                                                                 
                              a 
 
 
                    
Şəkildə    cəmiyyətin  pramidal  strukturunun    en  kəsiyi  
göstərilmişdir.  Göründüyü  kimi  şərti  olaraq  pramidanı  üç  
hissəyə – alt, orta və üst - təbəqəyə  bölmək olar. Şübhəsiz, bu 
təbəqələrin hər biri də  injə quruluşa malikdir. Hər təbəqə  özü 
çoxlu sayda  subtəbəqələrdən (a, v, s) səviyyələrdən ibarətdir  
 Pramidal  strukturada    səviyyələrin    sayının  yüzlərlə, 
minlərlə olduğunu fərz etmək olar.  Səviyyələrin sayı toplumun  
sayına  və  mentalitetinə    uyğun    müəyyənləşir.    Hər    yuxarı 
səviyyənin    təmsilçiləri  özündən  aşağı  səviyyələrin  adamlarını 
idarə  etmək      və    onlara  intellektual-mədəni  qulluq  etmək 
imkanı, şansı qazanırlar.  
Səviyyələrarası  fərq  bərabər  deyildir.  Səviyyələrarası 
fərq,  səlahiyyətlər  arasındakı  fərq  tərtibindədir.  Pramidanın 
zirvəsinə  qalxdıqca iki qonşu səviyyə arasındakı fərq artır, yəni 
səviyyələrin  sıxlığı  azalır,  aşağı  endikcə  isə    azalır  yəni 
səviyyələrin  sıxlığı  artır.  Prezidentlə  Baş  Nazirin  tutduğu 
səviyyələr arasında fərq onların qulluq səlahiyyətləri arasındakı 





 
274 
fərq  qədərdir.    Baş  həkimlə  həkimin  tutduqları  səviyyələr 
arasındakı  fərq  onların  səlahiyyətləri  arasındakı  fərq 
tərtibindədir. Hər səviyyədə bir və birdən çox şəxslər  üçün yer 
vardır.  Beləliklə,  cəmiyyət  elə  strukturlaşır  ki,  hər  bir  fərd 
səviyyələrin  birində  hökmən  öz  potensialına  uyğun  və      ya 
ondan aşağı yer tuta bilir. 
 Səviyyədən  səviyyəyə  keçid  iki  yolla  baş  verə  bilər: 
təbii    süni.    Şaquli  istiqamətdə  yerdəyişmə  təbii  yolla  baş 
verərsə,  bu,  jəmiyyət  tərəfindən  razılıqla  qarşılanır.  
Yerdəyişmə  süni  yolla  baş  verərsə,  bu,  sosial  gərginliyin 
törənməsi  ilə    müşayət  olunar.  Süni  keçidin  masştabı,  yəni 
səviyyələrarası  fərq  böyük  olduqja    hadisənin  masştabı    da 
böyük olur. Aşağı səviyyələrlə müqayisədə yuxarı səviyyələrdə 
keçidlər böyük sosial hadisələrin törəməsi ilə  müşahidə olunur. 
Pramidal  quruluşun  digər  vacib    səciyyəvi    cəhəti  
bundan  ibarətdir  ki,  pramidanın  yuxarısına  və  ya  aşağısına 
doğru  hərəkət  etdikjə    təbəqələrarası  kəmiyyət  və  keyfiyyətlər 
fərqi      dəyişir.  Belə  ki,  yuxarı  qalxdıqca  səviyyələrdə  yerlərin 
sayı  azalır.  Misal  üçün,  zirvə  səviyyədə  bir  şəxs  üçün  yer 
vardır.  Ona  görə  bu  yer  ali  yer  hesab  edilir.  Aşağı  endikjə 
səviyyələrin sıxlığı və hər səviyyədəki  yerlərin sayı  artır.  Alt 
səviyyədə  minlərlə,  on  minlərlə    sadə  əmək  adamları  üçün  
üçün  yer  vardır.    Yuxarı  qalxdıja  fərdlərin    fərqlilik  dərəjəsi 
artır,  aşağı  endikcə  isə    azalır.    Aşağı  səviyyələrdən  yuxarı 
səviyyələrə  qalxmağın  koordinal  yolu  təhsildir.  İnsanlar 
təhsilləndikcə aşağı  səviyyələrdən  yuxarı səviyyələrə qalxırlar. 
Başqa sözlə, yuxarı qalxdıca intellektual fərqlilik (inviduallıq), 
aşağı  endiyjə  isə  seçilməməzlik  prinsipi  əsas  rol  oynayır.  
Başqa  bir  səjiyyəvi  jəhət  də  bundan  ibarətdir  ki,  yuxarı 
qalxdıqja  məsuliyyət  hissi  artır,  aşağı  endiyjə  isə  azalır.  Bu 
səbəbdən  də  yuxarı  səviyyələrin  təmsilçilərinin  çoxunu  xalq 
seçir.  Xalq  isə    öz  talelərini  məsuliyyətsiz  insanlara  ümüd 
etməzlər.    «Qurani    Kərim»  -  də  deyildiyi  kimi,  «alimlə 
cahilin məsuliyyəti eyni ola bilməz» (surə 45, ayə 23).  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə