Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   52   53   54   55   56   57   58   59   ...   90

 
193 
YAP  sədrinin  birinci  müavini,  Azərbaycan  Respublikasının  Baş 
Naziri İlham Əliyev, ARDNŞ-nin birinci vitse-prezidenti olarkən 
BDU tələbələri ilə görüşdə dediyi kimi neft bizim üçün  məqsəd 
yox,  vasitə  olmalıdır,  insan  potensialını  inkişaf  etdirən  vasitə. 
Norveçlərin təcrübəsi böyük örnəkdir. 
   
Adı çəkilən kitabın 187-ci səhifəsində internet aktivliyini 
xarakterizə    edən,  hər  min  nəfərə  düşən  “(İnternet  host 
qovuşağı)“ göstəricisi Ermənistan üçün 0,8, Gürcüstan üçün 0,3, 
Azərbaycan  üçün  0,2-dir.  Bu  göstərici  də  dolayısı  ilə  təhsil 
səviyyəsi ilə bağlıdır. Ermənilərin informasiya aktivliyinin bizdən 
4 dəfə çox olması  beynəlxalq  aləmdə şərti olaraq onları  3x4=12 
milyonluq  bir  topluma  çevirir.  Bu  isə  o  deyəndir  ki,  beynəlxalq 
çəkişmələrdə ermənilər özlərini 12 milyonluq xalq kimi aparırlar. 
Acı da olsa cədvəldən aldığımız nəticə belədir. 
 
Bir  az  geriyə  dönərək  oxucularımızı  təhsillə  bağlı  bir 
məlumatla  da  tanış  etmək  istəyirəm.  Məlumatı  İ.Yeniqolopov 
tərəfindən  1938-ci  ildə  Bakıda  çap  olunmuş  “Şair  Mirzə  Şəfi“” 
kitabının  101-ci  səhifəsindən  götürmüşəm.  Bu  səhifəni  mənə 
təqdim 
etdiyinə  görə  sabiq  deputat  Vaqif  Qasımova 
minnətdarlığımı bildirirəm.   
Cədvəl 16.2-dən görünür ki, hələ XIX əsrin yarısında ölkə 
əhalisinin  varlı  təbəqələri  (xanlar,  bəylər)  təhsilin  həyatda, 
cəmiyyətdə oynadığı rolu başa düşməyiblər, bu səbəbdən də hətta 
heç  öz  övladlarına  belə  təhsil  vermək  haqqında  düşünməyiblər. 
Təhsil sahəsində xan və bəy babalarımızın buraxdıqları belə tarixi 
səhvləri  bir  daha  təkrar  etməməliyik.  Göyçənin,  Zəngəzurun, 
Dərələyəzin,  Borçalının,  Dərbəndin  bizdən  qoparılma  səbəbini 
təhsilsizlikdə,  savadsızlıqda  və  dünyagörüşünün  məhdudluğunda 
axtarmaq  lazımdır.  Yeri  gəlmişkən  bir  məsələyə  də  toxunmaq 
istəyirəm.  İctimai  şüur  səviyyəmiz  1852-ci  ildən  çox  qabağa 
getməyibdir. Sübutum da budur ki, biz Bakı şəhərinin hər qarışını 
qəsirləşdiririk,  hər  küçədə  100-lərlə  hər  tərəfi  uca  divarlarla 
hasarlanmış  villalar  vardır.  Şotlandiyanın  paytaxtı  Edinburqda 
cəmi bir qəsr var, o da bir neçə yüz il bundan qabaq tikilmişdir. 


 
194 
 
Tiflis qəza məktəbinin şagirdlərinin 1843-cü ildə tərkibi 
 
 
 
 
 
 
    Cədvəl 16.2 
 
 
Knyaz nəslindən olan uşaqlar  
Bəy uşaqları   
 
 
Xan uşaqları   
 
 
Rus məmurlarının uşaqları   
Zədagan uşaqları 
 
 
Digər vətəndaşların uşaqları 
Xaricilərin uşaqları   
Müxtəlif vəzifəlilərin uşaqları 
Müsəlman uşağı 
 
Şagirdlərindin mənsubiyyəti: 
Provaslavlar   
 
Ermənilər 
 
 
Katoliklər 
 
 
Lyüteranlar 
 
 
Müsəlmanlar   
 
  4  
  yoxdur 
  yoxdur 
  16 
  56 
  66 
  4 
  31 
  1 
 
 
  50 
  116 
  2 
  5 
  1 
 
 
 
Təhsilin  iqtisadiyyatı  paraqrafında  (§13)  elektrik 
lampasının  yanmasının,  çayın  axmasının  səbəbini  izah  edərkən 
demişdik ki, “külək ona görə əsir ki, fəzanın iki nöqtəsi arasında 
təzyiqlər  fərqi  var.  Çay  ona  görə  axır  ki,  çay  boyunca  onun  iki 
nöqtəsi  arasında  hündürlüklər  fərqi  var.  Elektrik    lampası  ona 
görə yanır ki, elektrik dövrəsinin iki nöqtəsi arasında gərginliklər 
fərqi var”». İki dövlətin təhsil səviyyəsi arasındakı fərqin olması 
bu  dövlətlər  arasında  baş  verən  və  ya  verə  biləcək  proseslərin, 
mübahisələrin, hadisələrin axarını, təhsil səviyyəsi yüksək olanın 
xeyrinə  istiqamətləndirir.  Təhsil    səviyyəsi  yüksək  olan  ölkə 
iştirak etdiyi siyasi prosesin idarə edən tərəfi, subyekti, aşağı olan 


 
195 
ölkə isə idarə olunan tərəfi, obyekti olacaqdır. Bu fikiri keçmişə 
və  gələcəyə  ekstropolyasiya  etməyi  oxucudan  xahiş  edirəm. 
Keçmişə  ekstropolyasiya  yuxarıda  adların  çəkdiyim  itirdiyimiz 
torpaqlara aparıb çıxarır. 
 
Yuxarıda  qeyd  etdiyimiz  kimi  biz  Dağlıq  Qarabağ 
ətrafındakı  torpaqları  döyüşüb  itirmədik,  aldanıb  itirdik.  Savadı, 
biliyi, təhsili çox olanlar, savadı, biliyi, təhsili az olanları aldada  
bilərlər, məqsədlərinə nail ola bilərlər.  
 
 
Ermənistan  və  Azərbaycan  təhsil  səviyyələri  arasındakı 
fərq  müharibədə  onlara  uğur  gətirdi.  Bu  fikirlər  kiməsə 
cəfəngiyyat  kimi  görünə bilər. 1987-ci  ildə Kəlbəcərin, Şuşanın, 
Ağdamın  5  ildən  sonra  ermənilərin  əlinə  keçəcəyini  kimsə 
söyləsəydi,  o  zaman  bu  fikirlər  də  cəfəng  görünərdi  və  o  adam 
dəli  sayılardı.  Ancaq  biz  bu  acı  həqiqətlə  daha  tez  qarşılaşdıq. 
İstər cədvəl 16.2-dəki 116-nın birə nisbəti, istər cədvəl 16.1-dəki 
təhsi indeksi fərqi (0,92-0,88=0,04), istərsə də İnternetdə aktivlik 
öz işini görüb və görəcəkdir. Təhsilimizi tərifləməkdənsə, tədbir 
görmək milli mənafeyə daha uyğundur.  
 
420  baldan  (3-dən)  az  bal  toplayıb  ali  məktəblərə  daxil 
olanlarla  Azərbaycanın  dövlət  müstəqilliyini  qorumaq,  onu 
dönməz  və  əbədi  etmək  çox  çətin  olacaq.  Çünki  belə  təhsilin 
nəticəsində millət düşünən  yox, aldanılan millətə çevrilir. Təhsil 
alan  isə  rus  dilini,  xarici  dili,  hüququ,  beynəlxalq  hüququ 
bilməyəcək  və  bu  səviyyə  ilə  də  milli  mənafeləri  qoruya 
bilməyəcəkdir. 
 
 Qloballaşma  erasında  təhsil  səviyyəsinin  indeksi  qonşu 
dövlətlərlə  müqayisədə  az  olan  dövləti  müstəqil  dövlət  şəklində 
qorumaq gələcəkdə çətin olacaqdır. 
 
Bir  məsələyə  də 
toxunmaq  istəyirəm.  Rusiya 
Federasiyasının təhsil naziri V.Filippovun epiqrafa çıxartdığımız 
fikri  dərin  məna  kəsb  edir.  Həqiqətən,  təhsil  geosiyasətdir.  Bu 
siyasətin bir istiqamətinə işıq tutmaq istəyirəm. 
 
Məlumdur  ki,  Moskvanın  metro  stansiyalarında  qiyməti 
təqribən 200-250 ABŞ dolları olan institut diplomları satılır. (Bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə