203
Hal-hazırda sistemli bilik yarışı, dəyərli təqaüdlər,
firmaların sponsorluğu yox vəziyyətindədir. Gənclər bir neçə il ali
məktəbdə, sonra aspiranturaya girəndə, daha sonra aspiranturanın
özündə də xarici dil dərsi keçirlər, bir neçə dəfə imtahan, dövlət
imtahanları verirlər, ancaq heç kəs xarici dil bilmədən elmlər
namizədi, bəzən isə elmlər doktoru elmi dərəcələri alırdılar.
İmtahan komissiyalarında, elmi şuralarda dövlətin marağı, milli
mənafe pis qorunur.
Bununla bərabər bizim dəyərli professorlarımız da az
deyildir. 2002-ci il dekabrın 26-da BDU-nun professoru
ərəbşunas alim Vasim Məmmədəliyevin yubileyində bu görkəmli
alimin
uğurlarından
geniş
danışıldı.
Və
deyildi
ki,
V.Məmmədəliyev beş xarici dili mükəmməl bilir və professor
elmi adı bu insana çox yaraşır.
İndi Azərbaycanda yeni dövlət qurulduğu üçün yeni
ixtisasların, yeni fənlərin tədrisinə böyük ehtiyac duyulur.
Beynəlxalq hüquq, beynəlxalq münasibətlər, marketinq,
menecment belə fənlərdəndir. Bir fənn üzrə ixtisasçı olmaq üçün
bir ömür gərəkdir. Əvəllər «SSRİ tarixi», “Sov.İKP tarixi”, “Elmi
ateizm»” və bunun kimi digər fənləri tədris edənlər, şübhəsiz,
başqa fənləri tələb olunan səviyyədə tədris etmələri üçün yenidən
hazırlanmalı və gərgin əmək sərf etməlidirlər. Bunun kimi digər
problemlər ali məktəblərdə var və həllini gözləyir.
Belə problemlərdən biri də Dövlət imtahanları ilə bağlıdır.
Ali məktəblərdə “Dövlət imtahanı” statuslu imtahanlar var.
Adətən, bu imtahanlar son kursda, buraxılış imtahanları
səviyyəsində keçirilir. “Dövlət” sözü “imtahan” sözünün
qarşısına ona görə yazılıb ki, imtahanda iştirak edən dövlət
nümayəndəsi tərəfindən dövlətin mənafeini qorusun. Dövlətin
xərclədiyi pulun biliyə necə çevrildiyini qiymətləndirsin.
Keçid dövründə bu sahədə də dolaşıqlıq və məntiqsizlik
yaranıbdır. Misal üçün, BDU-nun fizika fakultəsinin Dövlət
imtahanları siyahısında “Xarici dil»”, “Elektrodinamika»”,
“Optika»” - 2-ci kursda, “Atom fizikası»”, “Kvant mexanikası»”
204
- 3-cü kursda aparılır. Aydındır ki, dövləti mənafe baxımından 2-
ci və 3-cü kurslarda dövlət imtahanı götürməklə ixtisasçını
səviyyəsini qiymətləndirmək olmaz, çünki 2-ci və 3-cü kurs təhsil
prosesinin yarı yoludur. Hələ qarşıda dövlətin xərclənməyən
pulu, tələbənin keçmədiyi təhsil yolu durur. Deməli, dövlət
imtahanı sonuncu kursun axırıncı imtahanları olmalıdır.
Bu məsələyə mən öz münasibətimi «Azərbaycan»
qəzetinin 10.06.2000-ci il tarixli sayında çap olunmuş «Keçiddə
təhsil, təhsildə keçəçidlər» məqaləmdə bildirmişəm. Eşitdiyimə
görə, bu yaxınlarda Təhsil Nazirliyi bu məsələyə yenidən baxmaq
istəyir. Bu faktın özü sübut edir ki, təhsil sahəsində yenilik etmək
çox çətindir. Yəni bir neçə il öncə yenilik kimi dövlət
imtahanlarını ikinci və üçüncü kursa köçürmək ideyası praktikada
iflasa uğradı.
Təhsil səviyyəsinin aşağı düşməsindən törəyən, ilk
baxışda xırda görünən, ancaq miqyaslı ictimai-sosial bəlanın
törənməsinə səbəb olan bir qüsurundan da danışmaq zəruridir.
Yəqin ki, istənilən MDB dövlətlərində, o cümlədən də
Azərbaycanda ali məktəblərdə təhsil alan tələbə kütləsini şərti
olaraq üç təbəqəyə bölmək olar:
1) əla bilikli;
2) orta bilikli;
3) zəif bilikli təbəqə.
Əla biliklilərin sayı müəyyən bir kritik saydan az olanda
və ya zəif və orta biliklilərin sayı müəyyən bir saydan çox olanda
keçid dövrünü yaşayan ölkələrin siyasi, mənəvi və iqtisadi
həyatında kataklizma törəyə bilər və çox halda da törəyir. Misal
üçün, 1920-ci ildə ali təhsilli azərbaycanlıların sayı təqribən 62
nəfər olduğundan ADC müstəqilliyi qoruya bilmədi. Deputat
Ş.Qurbanovun dediiynə görə (həm də bax: Raqim bek Melikov
«Pamətğ budet poçtena»,Bakı,1987,str.134) ermənilər qoçulara
pul verərək, Bakıda Əhməd Ağaoğlunu döydürmüşdür. Bu
səbəbdən də Ə.Ağaoğlu Türkiyəyə köç etmişdir. Qoçular ictimai
qınağa tutulmamışdır. Çünki o zaman ictimai qınağı yaşadan
205
ziyalı təbəqəsi yox idi. Çağdaş cəmiyyətimizin böyük ziyalı
təbəqəsi var. Müstəqilliyimizin qorunmasında bu təbəqənin rolu
böyükdür.
Çağdaş dövrümüzdə ziyalılara əl qaldırmaq böyük ictimai
qınaqla qarşılaşır və hadisə cəmiyyətdə böyük rezonans doğurur.
Cəmiyyətin strukturlaşmasında qeyri–təbii proseslər
getməsə, bu təbəqələrin hər biri cəmiyyətdə özünə layiq yer
tutarlar. Cəmiyyətdə müsibət o zaman başlayır ki, yerlər tərs
düşür. Orta və ya zəif bilikli gedib əla biliklinin yerində oturur.
Şair Qabil demişkən: “Müsibət oluruq biz, səhv düşəndə
yerimiz”. 1990-cı illərin əvvəllərində biz oxşar həyatı yaşadıq.
Müşahidələr göstərir ki, zəif bilikli 3-cü təbəqədən
cəmiyyət zərər çəkmir. Onlar, adətən, alçaq səviyyəli işlərdə
işləyirlər, sosial cəhətdən aktiv olmurlar, müdirləri yaxşı olsa,
həm Alahından, həm də müdirindən razı olurlar. Əla bilikli 1-ci
təbəqə (bax şəkil 11.1) cəmiyyətin ən qiymətli hissəsidir. Ölkənin
ən qiymətli var-dövləti bu insanlardır. Belə insanların hesabına
Norveç, Yaponiya, Danimarka və başqa dövlətlər «insan
potensialının inkişaf indeksinə» görə dünyanın qabaqcıl və
əmin-amanlığı yüksək olan ölkələrə çevrilmişlər. Bu, intellektual
və mənəvi var-dövlət istənilən yeraltı və yerüstü sərvətlə
müqayisədə üstündür. Adətən, cəmiyyət bu insanların çiynində
irəliyə gedir. Qabaqcıl dövlətlər cəmiyyətin idarə olunmasıda bu
təbəqəyə üsünlük verirlər. Demokratiya müasir cəmiyyətlərə
məhz bu niyyət üçün daxil olur. Ustad Şəhriyar iqtisadi və
mədəni inkişaf ilə bilikli insanların işə cəlb edilməsi arasındakı
münasibəti poetik şəkildə sərrast ifadə etmişdi:
“Bizdən qabaqdadır avropalılar,
İşi iş bilənə tapşırır onlar”.
İş bilən insanlar bilikli olduqlarından yeniliyi tez qavrayırlar.
Yeni ideyalar əsasında yeni firmalar, özəl qrumlar, yaradaraq
yüzlərlə insanlara, həmvətənlərinə, o cümlədən də 3-cü təbəqə
Dostları ilə paylaş: |