196
fakt Rusiya TV kanallarında göstərilibdir). Bir gün qabaqcadan
sifariş verirsən, o biri gün pulunu verib diplomunu alırsan.
Şübhəsiz, bu diplomları alıb Qərb ölkələrinə aparmırlar.
Bu bazarın müştəriləri Cənubi Qafqaz və Orta Asiya dövlətlərinin
vətəndaşlarıdır. İlk baxışda qəbahətli görünməyən bu alver çox
qorxuludur. Diqqətlə təhlil etsək bu müstəqil dövlətlər üçün
mənəvi terror planının tərkib hissəsidir. Bu dövlətlərin mədəni,
təhsil, sosial sferalarının çürüməsinə yönəlmiş düşünülmüş
təxribatdır. Təxribat da bundan ibarətdir ki, 250 ABŞ dolları ilə
alınmış diplom çox vaxt milli dövlətlərdə ikinci
ali təhsil almaqla
“yuyulur“ və bir neçə ildən sonra saxta diplom yuyularaq
“normal“ diploma çevrilir. Bu diplomlar sonralar biliksiz
“mütəxəssisləri “ məmur kürsüsünə gətirir. Bu məmur təbii
olaraq şəxsi mənafeyini milli mənafedən üstün tutaraq, həm
Moskvada, həm Bakıda xərclədiyi pulları artıqlaması ilə geri
qaytarmaqla məşğul olur. Dövlət işi isə başlayır “axsamağa“.
Mənəvi terrorun nəticəsində mənəviyyatda çürümə başlayır.
Təxribatın qısa mahiyyəti bundan ibarətdir. Bu təxribatın,
terrorun qabağını Ali Attestasiya Komissiyasının alması və bu
prosesləri nəzarətə götürməsi milli mənafeyə uyğundur.
Qafqaz Universitetinin 10 illik yubiley şənliklərindən
(may 2003) sonra Türkiyəli professor Əli Gülümsərlə (19 may
Universiteti) təhsil haqqında fikir mübadiləsi etdik. Əli bəy dedi
ki, Avropa universitetlərində çoxlu sayda türk gəncləri təhsil
alırlar. Bəla burasındadır ki, bu universitetlərin müəllimləri öz
millətlərindən olan tələbələrə qarşı çox, ancaq türk tələbələrinə
qarşı isə az tələbkarlıq edirlər. Bu münasibət də geosiyasətin
tərkib hissəsidir.
Digər bir misal da çəkmək istəyirəm. Rusiya
Federasiyasının vilayətlərinin birində yüksək məqam sahibi olan
həmyerlilərimizin birinin dediyinə görə RF-nın vətəndaşı üçün
pul ilə saxta diplom, elmi dərəcə almaq qeyri-mümkündür. Ancaq
qonşu MDB dövlətlərinin vətəndaşları üçün bu işi həll etmək
üçün bir ay vaxt, bir də lazımi miqdarda pul lazımdır. Bu
197
addımlar milli dövlətləri içərisindən çürüdür və geosiyasi
mahiyyət daşıyır. Məncə bizim milli təhlükəsizliyimizə nəzarət
edən strukturlar, belə faktlara qarşı amansız mübarizə
aparmalıdır.
Bu
cür
çürütmələr
dövlətimizin
müstəqilliyinin əksinə yönəldilmişdir.
Ölkəmizin bir çox xarici dövlətlərin (və ya ayrı-ayrı
siyasi qurumların) maraq dairəsində olduğunu möhtərəm
prezidentimiz YAP-ın 10 illik yubiley mərasimində də
vurğulamışdır:
“Azərbaycan elə bir ölkədir ki, indi bir çox xarici
dövlətlərin həm maraq dairəsinə çevrilibdir, həm də öz
coğrafi-strateji vəziyyətinə, təbii sərvətlərlə zənginliyinə görə
müxtəlif ölkələrin öz məqsədlərini həyata keçirməsi üçün
onların diqqətini cəlb edir. Yaxud da ölkələrin yox, ayrı-ayrı
siyasi qrupların, təşkilatların diqqətini cəlb edir. Ona görə,
biz mürəkkəb bir şəraitdə yaşayırıq. Siz bunu bilin”.
Bunu bilməyin yolunu 100 il öncə M.Hadi göstəribdir:
Məktəblə qılar növibəşər dəfi bəlaya,
Məktəblə çıxar zahirə-əsrari-xəfaya,
Məktəblə yaşar rahətü məsud rəaya,
Eylər qələmin şu sözü təkrar vəsaya.
Darülədəbin bilməyimiz qədrini, millət,
Göstərməli ikmalına olduqca həmiyyət.
Həqiqətən, biz çox mürəkkəb
zamanda və geosiyasi
məkanda yaşayırıq. Bu çətin şəraitdə yaşamağa ancaq məktəb
bizə kömək ola bilər. Rəhmətlik M.Hadi deməli bəlaları dəf
etmək üçün, gizli sirləri üzə çıxarmaq üçün,
rahat yaşamaq üçün
bizə məktəb lazımdır. Məktəb bu cür funksiyaları yerinə
yetirməlidir. Əgər yetirmirsə deməli o məktəb deyil,
məktəbə
bənzər bir şeydir.
199
17. Ali məktəb
«Ariflərə həmvarə bu söz virdi-zəbandır:
Əlməktəbü, əlməktəbü, ey millət amandır.
Övladı-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!
M.Hadi
Əvvəlki paraqrafı M.Hadinın məktəblə bağlı fikirləri ilə
yekunlaşdırdıq. Bu paraqrafı da M.Hadinın dörd sətir şeri ilə
açırıq. Şerdə məktəb, məktəb deyərək haray qoparılır. Sanki
rəhmətlik Hadı XX əsrin sonunda milləti başına gələcək bəlanı
əvvəlcədən görürmüş. Ona görə məktəb açıb elmi-kamalı
öyrənməyi məsləhət bilirmüş.
Orta məktəb bir çox fənləri bizlərə orta səviyyədə
öyrədir. M.Hadinin emosional harayında şübhəsiz söhbət həm
orta, həm də ali təhsildən gedir. Bir sahəni, ixtisası mükəmməl
bilmənin hikmətini Nitşe belə ifadə etmişdi:
«Bir çox şeyi
yarımçıq bilməkdənsə, bir şeyi mükəmməl bil».
Arxilox əlaməti kimi tanınan başqa bir fikirdə deyilir:
«tülkü çox şeyi, kirpi isə ancaq bir şeyi bilir». Bu misalların
məğzi bundadır ki, bir sahəni mükəmməl öyrənib yaxşı dolanmaq
mümkündür.
Bir fənni, bir ixtisası mükəmməl səviyyədə öyrənməkdən
ötəri gənc ali təhsil almalıdır.
Ali məktəbin varlığı son bir neçə yüzillik tarixində
cəmiyyət və dövlətin inkişafında müstəsna rol oynamışdır.
Cəmiyyətdə ali məktəbin müstəsna yeri onunla bağlıdır ki, bir
tərəfdən o orta məktəb sisteminin səviyyəsinə təsir edir və onu
nizam saxlayır, digər tərəfdən inkişafın, texniki tərəqqinin
daşıyıcı qüvvəsi olan elmi inkişaf etdirir, cəmiyyətin yüksək
səviyyəli ixtisasçılara artan təlabatını ödəyir.
Ali təhsilli mütəxəssislər universitetlərdə və digər ali
məktəblərdə hazırlanır. 19-cu əsrin sonuna qədər Rusiyada 9