Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə103/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   99   100   101   102   103   104   105   106   ...   314

  

209 


700-

cü ildə (hicri 81) Ərzurum tərəflərini ələ keçirən Ubeydullah ibn Əb-

dül

məlik ibn Mərvan xeyli qənimət əldə etmişdir.



292

 703-


cü ildə (hicri 84) Ab-

dullah ibn Əbdülməlik Məsis, Məhəmməd ibn Mərvan isə Ərməniyyə bölgə-

sinə səfər etmişdir. 

 

Əbdürrəhman ibn Məhəmməd ibn Əşəsin qiyamı 701-703 (hicri 82-84) 

Əbdürrəhman və ailəsinin Əhli-beytlə arası çoxda yaxşı deyildi. İmam Sa-

diqin 

(ə) dili ilə desək Əşəs Hz.Əlinin (ə), Codə İmam Həsənin (ə) və oğlu Mə-

həmməd isə İmam Hüseynin (ə) şəhid edilməsində yaxından iştirak etmişdir.

293

 

Həccac ibn Yusif Əbdürrəhman ibn Məhəmmədi Sistanı fəth etmək üçün iraq-



lılardan təşkil olunmuş böyük bir qoşuna başçı təyin etdi. Sistana doğru hərəkət 

edən Əbdürrəhman bu bölgənin bir qismini fəth etdikdən sonra əməliyyatı dayan-

dırmaq  qərarına  gəldi.  O  bu  məsələ  barədə  Həccaca  xəbər  verdi.  Lakin  Həccac 

onun fikrini bəyənməyib irəli getməsinə göstəriş verdi. Həccacın fikrini bəyənmə-

yən İraq əsgərləri dərhal Əbdürrəhmana beyət edərək Həccac və Əməvi xilafətinə 

qarşı qiyam etdilər. İraqa daxil olan Əbdürrəhman camaatı Allahın kitabına, Pey-

ğəmbərin sünnəsinə, yolundan çıxmış rəhbərləri mənsəbindən kənarlaşdırmağa və 

dinsiz


lərə qarşı cihad etməyə dəvət etdi.

294


 Onun ordusu 701-

ci ildə (hicri 82) Bəs-

rəyə soxuldu. Bəsrədə Həccacın zülmündən cana doymuş əhali Əbdülməliki xila-

fətdən kənar etdilər. Bəsrənin ardınca Kufə əhlidə Əbdürrəhmana qoşuldu. 701-ci 

ildə Duceyl kənarında Tustər adlı məntəqədə baş verən ilk döyüşdə Əbdürrəhman 

Həccacın ordusunu məğlub edərək Kufəyə getdi. Onun bu hərəkətindən qorxuya 

şən Əbdülməlik sakitliyi bərpa etmək üçün Həccacı işdən kənar etməyə hazır 



ol

duğunu onlara bildirdi. Lakin Əbdürrəhman və onun tərəfdarları qələbə qazana-

caq

larına  inanıb  xəlifənin  verdiyi  vədi  qəbul  etmədilər.  Onlar  Bəni-Umeyyənin 



əleyhinə təbliğat aparıb onların etdiyi zülmlər, o cümlədən zəifləri öldürmələrinə 

və namazı aradan aparmalarına etirazlarını bildirdilər.  

Əbdürrəhmanın  mübarizəsi  703-cü  ilə  qədər  davam  etmişdir.  Deyrul-Cə-

ma

cim döyüşündə məğlub olan Əbdürrəhman Sistana qayıtdı. Xorasan yolunda 



tərəfdarlarının  əksəriyyəti  ondan  ayrıldı.  Herata  gedən  Əbdürrəhman  Kabil 

hökm


darı Rutbilə sığındı. Bundan xəbər tutan Həccac onu Rutbildən tələb etdi. 

Bu

na əsasən Rutbil Əbdürrəhmanı elçilərlə birlikdə Həccaca göndərdi. Lakin 



Həccacın əlinə keçmək istəməyən Əbdürrəhman 703-cü ildə özünü uçurumdan 

ataraq öldürdü.

295

 

704-



cü  ildə  (hicri  85)  qardaşı  Əbdüləzizin  ölümündən  sonra  Əbdülməlik 

özün


dən sonra oğlanları Vəlid və Süleymanı bir-birinin ardınca vəliəhd elan et-

292


 İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, IX cild, səh-34, 52. 

293


 Rozeyi-Kafi, səh-245. 

294


 Tarixi-Təbəri. 

295


Tarixi-

Təbəri,  III  cild,  səh-617-619, 622-629; Tarixi-Məsudi,  III  cild,  səh-138-140; Tarixi 

ibn Əsir, IV cild, səh-461. 

  

                                                           




 

210 


di.  Əbdülməlikin  özü  isə  hicrətin  86-cı  ili  şəvval  ayının  14-də  (miladi  705) 

Şamda vəfat etmişdir.  

Əbdülməlikin  dövründə  Həccac  tərəfindən  Vasit  şəhəri  inşa  edilmişdir. 

Eyni zamanda onun dövrünə qədər bölgələrdə dinar və dirhəmlərlə yanaşı Bi-

zans və İran pulları işlədilirdi. Xəlifə bunların yerinə qızıl dinarlar və gümüş 

dir


həmlər  kəsdirərək  digər  pulları  dövriyyədən  çıxarmışdır.  Həmçinin  divan 

dəftərləri hər bölgədə müxtəlif dillərdə tutulurdu. Xəlifənin əmri ilə bütün bu 

dəftərlər hər yerdə ərəbcə tutuldu və poçt təşkilatı da İslam dünyasının hər ye-

rinə yayılmışdır.

296

 

 



I Vəlid ibn Əbdülməlik hicri 86-96 (miladi 705-715) 

705-


ci  ildə  Əbdülməlik  ibn  Mərvanın  ölümündən  sonra  onun  vəsiyyətinə 

əsasən oğlu Vəlid ibn Əbdülməlik Əməvi xəlifəsi təyin edildi. O öz hakimiyyəti 

dövründə  məscidlər  və  müqəddəs  yerlər  tikdirməkdə,  onları  artırmaqda,  təmir 

etməkdə böyük addımlar atmış və öz valilərini də bu işə cəlb etmişdi. Buna misal 

olaraq İslam incəsənəti və memarlıq tarixinin ən gözəl nümunəsi olan Dəməşq 

şəhərində tikilmiş Əməvi məscidini, həmçinin Suriya və İordaniyada tikilən qış 

və  yay saraylarını misal gətirmək olar ki, bu da Vəlidin hakimiyyəti dövründə 

abad


lıq  və  tikintinin  böyük  əhəmiyyətə  malik  olduğunu  göstərir.

297


 

Həmçinin 

Pey

ğəmbər məscidini və eləcə də, Beytul-müqəddəsi genişləndirmişdir. Bir çox 



şəhərlərdə namaz qılmaq üçün məscidlər inşa edildi. Vəlidin göstərişi ilə ölkənin 

müx


təlif yerlərində su quyuları qazıldı, mədrəsə və xəstəxanalar inşa edildi, sə-

dəqə və pərakəndə köməkliklər ləğv edildi və əlillər, xəstələr və ehtiyacı olanlar 

üçün müəyyən maaş təyin edildi. Yetim və sahibsiz uşaqların tərbiyə olunması 

üçün uşaq evləri tikildi. İlk Daruş-şifa (xəstəxana) da 706-cı ildə xəlifə Vəlidin 

döv

ründə tikilmişdir. Vəlid xəlifə seçildiyi zaman İslam məmləkətinin hər yerin-



də sakitlik olduğu üçün dərhal üç istiqamətdə fəthlərə başladı. 

 

1. 



Türkistan və Qərb fəthləri 

Həccac ibn Yusif Quteybə ibn Müslimi Xorasan valisi təyin etdikdən sonra 

qohumu  Məhəmməd  ibn  Qasimi  də  Hindistan  fəthinə  göndərdi.  Quteybənin 

Ta

lakana gəldiyini öyrənən Bəlx sakinləri ona təslim oldular. 708-ci ildə Azər-



bay

cana səfər edən Quteybə Dəmirqapıya qədər irəliləyib bir çox qalaları ələ 

ke

çirməklə xeyli qənimət əldə etdi. 708-ci ildə Buxaranın başçısı Vərdan Hu-



da

nın ölümündən sonra Quteybə yenidən şəhəri mühasirəyə alsa da Səmərqənd 

hakim

i Tarkan fidyə qarşılığında onunla müqavilə bağladı.



298

 713-


cü ildə yeni-

dən Buxaraya səfər edən Quteybə şəhərə hakim olub əsgərlərini əhalinin evin-

296

Tarixi ibn Əsir, IV cild, səh-495-496; Bəlazuri, Futuhul-buldan, tər. M. Fayda, səh-277. 



297

 İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, IX cild, səh-142-156; Tarixi-Təbəri, IV cild, səh-34-40. 

298

 Tarixi-Təbəri, III cild, səh-673-677; Tarixi-Yəqubi, II cild, səh-286. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə